SEREBRAL İFLİCLİ XAYALARI ENMƏMİŞ UŞAQLARDA QANDA TESTOSTERON GÖSTƏRİCİLƏRİNİN DİNAMİKASI

27-01-2017

Xayaların xayalığa enməsində bir sıra amillər vacib rol oynasalarda əsas rol - hormonal məhz androgenlərə mənsubdur [1,2]. Xayaların enməsi üçün sağlam hipotalamo –hipofizar oxun olması vacib məsələdir. Məsələn hipoqonadizm zamanı xayaların enməməsinə daha çox hallarda rast gəlinir [3]. Androgen reseptorlarının mutasiyası ilə əlaqədar meydana gələn kompleks androgen insensitivliyi zamanı əksər xəstələrdə xayaların bilateral formada enməməsinə rast gəlinir [4]. Heyvanlar üzərində aparılmış tədqiqatlar da prenatal dövrdə anti –androgenlər istifadə edildikdə 50% heyvanlarda cinsi inkişafın geri qaldığı və bu səbəblərlə əlaqədar xayaların enməsində problemlər yaşandığı müşahidə olunmuşdur [5,6]. Prenatal dövrdə estrogenlərin təsirinə məruz qoyulmuş laboratoriya heyvanlarında xayaların enməməsi müşahidə olunsa da, onlara dihidrotestosteron tətbiq edildikdə yavaş–yavaş zəif sürətdə yaxşılaşma qeydə alınmışdır. Bu tədqiqatlar androgenlərin xayaların enməsi üzərində güclü təsirə malik olduğunu göstərir [7].

Tədqiqatın məqsədi: Serebral iflicli xayaları enməmiş uşaqlarda qanda testosteron göstəricilərinin yaş xüsusiyyətlərinin öyrənilməsi olmuşdur.

Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən 2012 –ci ilin mart ayından iyul ayına kimi Ege Univeristeti Tibb Fakultəsi Uşaq Nevrologiyası, Sağlam Uşaq və Uşaq Cərrahiyyəsi Poliklinikalarına və İzmir Təpəcik Tədris Araşdırma Xəstəxanasının Uşaq Nevrologiyası Poliklinasına müraciət etmiş 60 nəfər yaşı 15 -ə kimi olan serebral iflicə düçar olmuş oğlan uşaqlar müayinələrə cəlb olunmuş və onlar yaşı 9,8 –dən aşağı və 9,8-15 arasında olmaqla yaş qruplarına bölünmüşlər və qruplar üzrə LH –un (lüteinləşdirici hormon) hansı səviyyədə olduğu aydınlaşdırılmışdır. 1 yaşdan kiçik uşaqlar tədqiqata daxil edilməmişdir. Bütün xəstələr poliklinika şəraitində valideynlərinin müşayiətilə, normal otaq temperaturunda müayinələr cəlb olunmuşlar. Serebral iflicli xəstələrdən alınan qan nümunələri xayaların enməsinə təsiri olan sərbəst testosteron və ümumi testosteron hormonlarının səviyyələrinin yoxlanılması üçün Ege Universiteti Tibb fakultəsinin Endokrin laboratoriyasına göndərilmişdir. Həmin laboratoriyada sərbəst testosteron üçün Active FREE TESTOSTERON RIA REF DSL 4900, ümumi testosteron üçün isə AİS TESTOSTERONE  REF 33560 üsulları ilə analizlər aparılmşdır. Kateqoriyalar üzrə verilənlərin paylanması tezlik cədvəllərindən istifadə edilməklə təqdim olunmuşdur. Sərbəst və Ümumi testosteron göstəricilərinin  (norma yaxud anormal) kateqorik paylanmalarının yaşa görə və serebral iflicin olması baxımından statistiki olaraq qiymətləndiril-məsində “FİSHER Tam Ehtimal Testindən” istifadə olunmuşdur. Ümumdunya Səhiyyə Təşkilatının (ÜST) statistiki göstəricilərinə görə Sərbəst testosteron 1-10 yaş arasında 0,15 pg/mL, 10 yaş və yuxarı isə 52-280 pg/mL arasında olduqda və ümumi testosteron isə 1-10 yaş arasında

Tədqiqatın nəticələri və müzakirəsi:Tədqiqat nəticəsində serebral iflicli uşaqlarda xayaların enməməsi və qanda ümumi testosteron hormonun miqdarı arasındakı əlaqənin öyrənilməsi üzrə tədqiqat zamanı isə ümumi serebral iflicli 60 nəfər xəstə uşaqlardan 36 nəfəri normal xayalara malik olduqları halda, onların hamısının qan nümunələrində ümumi testosteronun miqdarları anormal xarakterli olmuşdur (cədvəl 1).

Cədvəl  1.

Ümumi testosteronun serebral iflicli uşaqlarda xayaların vəziyyəti ilə əlaqəsi.

Ümumi testosteron miqdarları ilə xayaların vəziyyəti arasında əlaqə.

Xayaların vəziyyəti

Ümumi testosteronun qandakı göstəriciləri

 

Anormal

Ümumilikdə

Xayaların enməməsi (-)

36 (60%)

36 (60%)

Xayaların enməməsi (+)

24 (40%)

24 (40%)

Ümumilikdə

(p=0,16)

60
100%

60
100%

 Ümumi testosteronun  müxtəlif yaş qruplarına mənsub serebral iflicli uşaqlarda göstəriciləri.

Yaş

Ümumi testosteronun qandakı göstəriciləri

 

Anormal

Ümumilikdə

1-10

49 (81,67%)

49 (81.67%)

10-15

11 (18,33%)

11 (18,33%)

Ümumilikdə

60
100%

60
100%

Serebral iflicli və xayaları enməmiş uşaqlarda yaş və qanda ümumi testosteron göstəriciləri arasında əlaqənin xarakteri.

Yaş

Ümumi testosteronun qandakı göstəriciləri

 

Anormal

Ümumilikdə

1-10

19 (79,17%)

19 (79,17%)

10-15

5 (20,83%)

5 (20,83%)

Ümumilikdə

24
100%

24
100%

       

 

Tədqiqat nəticəsindəserebral iflicli uşaqların qan nümunələrində sərbəst testosteronun vəziyyətinin öyrənilməsi üzrə araşdırmalarda ümumi 60 nəfər serebral iflicli uşaqlardan 49 nəfəri yaxud 81,67% xəstələrin yaşı 1-10 arası, 11 nəfəri yaxud 18,3% xəstələrin yaşı 10-15 arasında tərəddüd etmişdir. Bu zaman yaşı 1-10 arasında tərəddüd edən 49 nəfər serebral iflicli uşaqlardan əksəriyyətində, 33 nəfərində yaxud da ümumi bütün yaş qrupları üzrə xəstələrin 55% -ində qan nümunələrində sərbəst testosteron göstəriciləri normalar çərçivəsində olsa da, 16 nəfərində yaxud da ümumi xəstələrin 26,67% -ində isə testosteronun bu subformasının göstəriciləri anormal xarakterli olmuşdur (cədvəl 2). Tədqiqat zamanı yaşı 10-15 arasında tərəddüd edən 11 nəfərdən heç birində sərbəst testosteronun göstəriciləri normal olmamışdır. Onların hamısında qeyd olunan göstəricilər anormal xarakterli müəyyən edilmişdir. Ümumi götürdükdə isə 60 nəfərlik müayinələrə cəlb olunmuş şəxslərin 33 nəfərində yaxud da 55% -ində sərbəst testosteronun qandakı göstəriciləri normal, 27 nəfərində yaxud da 45% -ində anormal xarakterli müəyyən edilmişdir.

Serebral iflicli 60 nəfər müayinələrə cəlb olunmuş oğlan uşaqlarından ümumilikdə 36 nəfərində yaxud 60% -ində xayalar normal vəziyyətdə, 24 nəfərində yaxud da 40% -ində xayalar xayalığa enməmiş vəziyyətdə olmuşdur. Həm serebral iflicdən əziyyət çəkən, həm də xayaları normal vəziyyətdə olan 36 nəfər uşaqlardan 23 nəfərində yaxud da ümumi xəstələrin 38,33% -ində qan nümunələrində  sərbəst testosteronun göstəriciləri normalar daxilində, 13 nəfərində yaxud da 21,67% xəstələrdə anormal xarakterli qeydə alınmışdır (cədvəl 3). Həm serebral iflicdən, həm də xayaların enməməsindən əziyyət çəkən 24 nəfər uşaqlardan 10 nəfərində yaxud da ümumi xəstələrin 16,67% -ində sərbst testosteronun qandakı göstəriciləri normal olduğu halda, 14 xəstədə yaxud ümumilikdə 23,33% serebral iflicli oğlan uşaqlarında qeyd olunan hormonun göstəriciləri normalar çərçivəsindən kənarda qalmışdır. 

Cədvəl  2.

Sərbəst testosteronun 1-10 və 10 -15 yaş arasında olan serebral iflicli uşaqlarda göstəriciləri.

Yaş

Sərbəst testosteronun göstəriciləri

 

Anormal

Normal

Ümumilikdə

1-10

16 (26,67%)

33 (55%)

49 (81,67%)

10-15

11(18,33%)

0

11(18,3%)

Ümumilikdə

(p=0,001)

27
45%

33
55%

60
100%

 

Cədvəl  3.

Xayaları enməmiş uşaqlarda sərbəst testosteron göstəricilərinin xüsusiyyətləri.

Xayaların vəziyyəti

Sərbəst testosteronun qandakı göstəriciləri

 

Anormal

Normal

Ümumilikdə

Xayaların enməməsi (-)

13 (21,67%)

23 (38,33%)

36 (60%)

Xayaların enməməsi (+)

14 (23,33%)

10 (16,67%)

24 (40%)

Ümumilikdə

(p=0,115)

27
45%

33
55%

60
100%

 

Serebral iflicli və xayaları enməmiş 24 nəfər oğlan uşaqlarından 19 nəfəri yaxud 79,17% -nin yaşı 1-10 arasında, 5 nəfərində yaxud 20,83% -i isə 10-15 yaş arasında tərəddüd etmişdir (cədvəl 4). 

Yaşı 1-10 arasında tərəddüd edən həm serebral iflicli, həm də xayaları xayalığa enməmiş oğlan uşaqlarından 10 nəfərində yaxud da uşaqların 41,67% -ində sərəbəst testosteronun qandakı miqdarları normalar çərçivəsində, 9 nəfərində yaxud da ümumi uşaqların 37,5% -ində anormal xarakterli müəyyən edilmişdir.

Yaşı 10-15 arasında tərəddüd edən, həm serebral iflic, həm də xayaları enməmiş 5 nəfər oğlan uşaqlarından hamısında qeyd olunan hormonun qandakı göstəriciləri anormal xarakterli olmuşdur.

Cədvəl  4.

Serebral iflicli və xayaları enməmim uşaqlarda yaş və qanda sərbəst testosteron göstəriciləri arasında əlaqə.

Yaş

Sərbəst testosteron göstəriciləri.

 

Anormal

Normal

Ümumilikdə

1-10

9 (37,5%)

10 (41,67%)

19 (79,17%)

10-15

5 (20,83%)

0

5 (20,83%)

Ümumilikdə

p=0,0530

14
58,33%

10
41,67%

24
100%

 

Tədqiqatın nəticələri serebral iflicli uşaqlarda xayaların enməməsində qandakı testosteron səviyyələrinin mühüm rola malik olduğunu göstərdi. Bu zaman serebral iflicli uşaqlarda xayaların enmıməsi serebral iflic –hormonal balansın pozulması –xayaların enməməsi xətti üzrə inkişaf edir.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Cendron M, Schned AR, Ellsworth PI. Histological evaluation of the testicular nubbin in the vanishing testis syndrome. //J Urol 1998:160;
2.Duman Ö, İmad FM, Kızılay F, et. al., Evaluation of visual problems in patients with cerebral palsy according to functional capacity. //Çocuk Sağlığı ve Hastalıkları Dergisi. 2005, Cilt 48, Sayı 2, S. 130-135.
3.De Luna A.M. Ortenberg J., Craver R.D. Exploration for testicular remnants: implications of residual seminiferous tubules and crossed testicular ectopia. J Urol 2003:169;1486-9.
4.Hill A, Volpe JJ. Hypoxic –ischemic cerebral injury in the newborn. In Swaiman KF, Ashwal S eds. Pediatric Neurology, third edition. //St. Louis Mosby Inc, 1999; 191-193
5.Guyton A.C., Hall E.J., Tıbbi fizyoloji, Nobel tıp kitab evi istanbul 1996 pp:933-944.
6.Rozanski T.A., Wojno K.J., Bloom D.A. The remnant orchiectomy. J Urol 1996:155;712-3)
7.Tasian G.E., Hittelman A.B., Kim G.E., et. al., Age at Orchiopexy and Testis Palpability Predict Germ and Leydig Cell Loss: Clinical Predictors of Adverse Histological Features of Cryptorchidism. //J Urol 2009; 182:704-9.


Müəlliflər:
F. R. Hüseynov

Digər jurnal və qəzetlər