NAZAL CƏRRAHİYYƏDƏ BURUN HAVA YOLUNUN TƏZYİQİ VƏ QOXU DUYĞUSUNUN XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ.

27-01-2017

Müasir plastik cərrahiyyədə burun çəpərinin əyrliliklərinin korreksiyası bəlkə ilk sıralarda qərarlaşır. Burun əməliyyatları zamanı ən diqqət yetirilməli olan sahə olfaktor sahədir. Burun sahə yuxarı burun keçəcəyində burundaxili selikli qişanın bir hissəsi əhatə edərək qoxu reseptorları ilə zəngindir. Qoxu analizato-runun əsas xüsusiyyəti onun xarici mühitdə olan kimyəvi qıcıqlanmaları analiz etməklə qoxu hissiyatının yaranmasına səbəb olur. İnsanda qoxu reseptorlarının sayı təqribən 107–dir [10]. Onlar birincili bipolyar sensor hüceyrələr olub, akson və dendrit çıxıntıları və uclarında kiprikli çıxıntılar olur. Qoxulu maddə nəfəs aldığımız hava ilə birlikdə burun boşluğuna daxil olur, orada kiprikli hüceyrələrin membranında olan zülallar ilə təmasda olur. Həmin zülallar qoxulu maddə ilə birləşir və onun konfiqurasiyasını dəyişir [12]. Sensor hüceyrələr bir neçə qoxulu maddələrin təsirinə reaksiya verə bilir. Qoxu analizatoru 3 hissədən ibarətdir: reseptor funksiyasını yerinə yetirən neyroepitel hüceyrələrdən təşkil olunmuş yuxarı burun keçəcəyi, nəqledici şöbə -qoxu soğanağı, ön qoxu nüvəsi, həmçinin badamabənzər cisim ətrafı qabıq, ona söykənən badamabənzər kompleksin kortikomedial hissəsi, lateral qoxu yolu nüvəsi, hipokamp, entorinal nahiyə, talamusun mediolateral nüvəsi, yeni qabığın frontal şöbəsidir [9].

Qoxu reseptorlarının hüceyrələri iyəbənzər formada olur. Reseptor təbəqənin səthində o nazilir, qoxu soğanağına çevrilir, ondan tükcüklər çıxır, saçaqlar əmələ gəlir. İnsanda müxtəlif qoxu hissiyatının formalaşması qoxu yaradan qıcıqların subyektiv xüsusiyyətləri əsasında meydana gəlir. İnsanda aşağıdakı qoxu növləri duyulur: çürüntülü, qələvi, kamfora, nanə çiçək, efir və s. Qoxulu maddənin qatılığı az olanda insan yalnız onun qoxusunu hiss edir, keyfiyyətini isə müəyyən edə bilmir (qoxunun aşkar edilmə hüdudu). Böyük konsentrasiyalarda maddənin qoxusu tanınır və insan onu tanıyır. Qoxulu maddə uzun müddət təsir etdikdə onun hiss olunması zəifləyir, çünki adaptasiya prosesi gedir. İnsanın qoxu hissiyatında hər zaman emosional komponent iştirak edir. Qoxu insanda zövq, rahatlıq hissiyatı və yaxud da əksinə, nifrət hissi yaratmaqla orqanizmin vəziyyətini dəyişə bilər [11, 13].

Tədqiqat məqsədi:Burun çəpəri əməliyyatları zamanı zirvə floumetriyası vasitəsilə burun hava yolunun təzyiqi və “Sniffin Sticks” testləri vasitəsilə qoxu duyğusunun xüsusiyyətlərinin öyrənilməsi.

Tədqiqatın material və metodları: Tədqiqat İzmir 3 saylı Kliniki Araşdırmalar Etika Qurumunun 18.12.2009 tarixli və 09/08-06 saylı qərarı alındıqdan sonra icra edilməyə başlanmışdır. Tədqiqat yanvar 2010 ilə iyul 2010 tarixləri arasında Türkiyə Respublikası, “Dokuz Eylül” univeristeti, tibb fakültəsi, Qulaq Burun Boğaz və Biofizika bölümlərində icra edilmişdir.

Türkiyə Respublikası, “Dokuz Eylül” univeristeti, tibb fakültəsi, Qulaq Burun Boğaz bölümünə nazal obstruksiya şikayəti ilə müraciət edən, ön rinoskopiya və elastiki endoskopik müayinələrlə burun arakəsməsinin əyriliyi diaqnozu qoyulmuş 35 nəfər xəstə ilə tədqiqata başlanılmışdır. Əməliyyatdan qabaq icra edilən qoxu həddi testində 4 xəstənin göstəricisi ≤1 olduğu üçün bu xəstələr tədqiqatdan kənar edildilər. Bundan başqa, əməliyyatdan 6 həftə əvvələ qədər ağızla və yerli steroidlər istifadə edən, kəskin bakterial və ya virus mənşəli infeksion və sinusit keçirmiş, daha əvvəl nazal cərrahi porblemləri olmuş və allergik riniti olan xəstələr də tədqiqata daxil edilməmişdir. 31 xəstədən 10 –u qadın və 21 –i kişi olmuşdur. Xəstələrin yaşları 19-61 arasında (ortalama 35,58) dəyişilmişdir.  Obyekt nazal hava yolunun qiymətləndirilməsi üçün xəstələrə əməliyyatdan əvvəlki dövrdə zirvə nəfəsalma floumetri testi tətbiq olunmuşdur. Testdən qabaq xəstələr testlər barəsində məlumatlandırıldıqdan sonra yazılı şəkildə razlılıqları əldə olunmuşdur. Daha sonra xəstələrə burun təzyiqini ölçmək üçün inspirator PF (pik floumetriyası) cihazı ilə test tətbiq olunmuşdur. Xəstədən 3 dəfə dərin nəfəs alıb verdikdən sonra maskanı üzə tam oturmuş vəziyyətdə yerləşdirib burundan dərin nəfəs almaq tapşırıldı. 3 dəfə təkrarlanan testin ən yüksək göstəricisi nazal hava yolunun  müqavimətinin göstəricisi kimi qəbul edilmişdir.

Daha snra xəstələrə “Dokuz Eylül” Üniveristetinin Biofizika Bölümündə “Sniffin Sticks” (Burghart Medizintechnik, www.burghart.net) ilə qoxu testi icra edilmişdir. “Sniffin Sticks”  testi və ya “Çətin Seçim” testi Avropada ən çox istifadə olunan qoxu testidir [4]. 

Bu test qoxu verən maddə hopdurulmuş 16 ədəd qələm olan 3 set icra edilmişdir. Bu testdə istifadə olunan qələmlər daha uzun saxlanma müddətinə, təkrar istifadə olunma üstünlüklərinə sahibdir. “Sniffin Sticks” testi ilə qoxu sərhəddi, qoxunun seçilməsi və qoxunu tanıma göstəricilərinə baxılmışdır [4]. Qoxunun “sərhəddi” testlərində şəxsin duya ən aşağı konsentrasiyadakı qoxu “sərhəd” göstəricisi kimi qəbul edilir. Testdə 3 qoxu qələmi istifadə olunmuşdur. Bu qələmlərin tərkibində 2 qələmdə “solvent” həlledici və 1 qələmdə n –butanol olmuşdur. Xəstənin gözləri bağlandıqdan sonra ilk əvvəl ən yüksək konsentrasiyalı qoxu qələmi iylədildi və bu qoxunu digər qoxu qələmləri içərisindən ayırd etməsi xahiş olunmuşdur. Xəstədən tərkibində qoxu olan 3 –cü qələmi tanıyana qədər ən yüksək konsentrasiyasına malik qələmlərə doğru artırılaraq qələmlər təqdim olunmuşdur. Hər 3 qələm xəstəyə 3 dəfə iylədilmişdir.

Xəstə qoxunu hiss etdiyi sərhəd qoxu “sərhəddi” göstəricisi kimi qeyd edilmişdir. Daha sonra təkrarən geriyə, tərkibində az konsentrasiyalı qoxu olan qələmə doğru gedilmişdir. Xəstə qoxunu hiss etdikdən sonra  təkrarən bir aşağı qrupa daha az konsentrasiyaya malik 3-lü qələmə keçilmişdir. Xəstənin duyduğu son 4 “sərhəd” göstəricisi toplanaraq 4-ə bölünmüşdür və xəstənin “sərhəd” göstəricisi olmaqla qeydə alınmışdır [1-8].

Koku ayırımı testi veya koku algılama testinde sadece kokular arası ayırım yapılır. Hastanın gözleri tekrar kapatılarak 16 koku içeren 3’lü kalemden iki kalemde aynı ve bir kalemde farklı koku içerem kalemler sunuldu. Doğru yanıtların toplamı koku ayırımı skoru olarak kabul edildi [1-8].

Qoxu tanıma testində 16 ədəd qoxu qələmi xəstəyə iylədilib və 4 reaksiya seçimi təqdim olunmuş və düzgün reaksiyanın cəmi identifikasiya göstəricisi kimi qeydə alınmışdır. Qoxu sərhəddi, seçimi və qoxu tanıma göstəriciləri toplanaraq TDI TDI (treshold+discrimination+identification) balı göstəricisi əldə olunur. Bu bal 0 ilə 48 arasında dəyişilir. TDI balı 15 və daha aşağı göstəricidə əldə olunmuşdursa, xəstə anosmik, 15-30 arasında olduqda hiposmik və bal 30 və daha yuxarı olduqda isə normomik olaraq qəbul edilmişdir [1-8].

Tədqiqatdan əldə olunan göstəricilərin statistiki analizi asılı qruplarda t testi və Xi kvadratı (Mak Neymar) testləri, qeyri –parametrik olmaqla  Wilcoxon işarələnmiş sıralar testi istifadə edilmişdir. Bu testlər ilə əldə olunan göstəricilər və onların ortaq göstəricisi (SD) işlənərək statistika proqramına daxil edilmişdir. Statistiki analizlərin aparılması məqsədilə SPSS 15.0 (SPSS for Windows 15.0 SPSS Inc. 2007, Microsoft) proqramı tətbiq edilmişdir.

Tədqiqatın nəticələri və müzakirəsi: Pik floumetriya testi əməliyyatdan əvvəl və sonrakı 8 –ci həftədə icra edilərək orta göstəriciləri asılı qruplarda t testi ilə müqayisə olunmuşdur (Cədvəl 1).

Cədvəl  № 1.

Pik floumetriyasından əvvəl və sonrakı göstəricilər

Əməliyyatdan əvvəlki göstəricilər ± SD

Əməliyyatdan sonrakı göstəricilər ± SD

p

105.29 ± 32.2

170 ± 35.5

< 0.05

 

Nazal hava yolunun müqavimətinin əməliyyatdan əvvəl və sonra Pik floumetriyası ilə aparılan test nəticələri asılı qruplarda t testi ilə müqayisəsinin nəticəsi statistiki olaraq dürüst artım  müşahidə olunmuşdur.

Zirvə floumetriya ilə nazal hava yolunun müqavimətinin ölçülməsində son zamanlar ən çox istifadə olunan obyektiv test vasitələrindən biridir. Bu test vasitəsinin istifadə etməmizə səbəb daha ucuz, istifadəsi rahat və bel bağlanıla bilən test vasitəsi olmasıdır. Bu test vasitəsinin normativ göstəriciləri olmamaqla birlikdə xəstələrin öz daxillərində əməliyyatdan əvvəl və sonrakı əlamətlərin müqayisəsi üçün uyğun obyektiv nazal hava yolu testidir. 

Septoplastika əməliyyatı icra edilmiş xəstələrə əməliyyatdan qabaq tətbiq edilən “Sniffin Sticks” testinin nəticələri qoxu hissinin hüdudlarının orta göstəricisi əməliyyatdan sonrakı 8 –ci həftədə icra edilən “Sniffin Sticks” testinin nəticələri qoxunun hüdudlarının orta göstəricisi ilə asılı qruplarda t testindən istifadə edilərək müqayisə edilmişdir.

Qoxu hüdudlarının əməliyyatdan əvvəl və sonrakı göstəricilərinin statistiki olaraq müqayisəsinin nəticələrində dürüst fərq aşkar edilməmişdir ( p>0,05).

Əməliyyatdan əvvəl və sonra icra edilən “Sniffin Sticks” qoxu testindən sonra əməliyyatdan əvvəl və sonrakı qoxu seçmənin orta göstəricisi ilə asılı qruplarda t testi istifadə olunmaqla müqayisə aparılmışdır (cədvəl 2).

Qoxunun seçilməsi testinin əməliyyatdan əvvəl və sonrakı nəticələrinin müqayisəsinin nəticəsində statistiki dürüst fərq aşkar edilməmişdir (p>0,05). Xəstələrə əməliyyatdan əvvəl və sonra icra edilən “Sniffin Sticks” qoxu testindən sonra qoxunu ayırd etmə göstəricilərinin orta göstəricisi ilə asılı qruplarda t testi tətbiq olunaraq müqayisə olunmuşdur.

Qoxunun ayırd edilməsi testinin əməliyyatdan əvvəl və sonrakı nəticələrinin müqayisəsinin nəticəsində statistiki dürüst fərq aşkar edilməmişdir (p>0,05). Bizim tədiqatımızda xəstələrə əməliyyatdan əvvəl və sonra icra edilən “Sniffin Sticks” qoxu testindən sonra alınan qoxu hüdudu testi, qoxu seçimi testi və qoxu ayırd etmə testləri nəticələrinin statistiki müqayisəsində dürüst fərq aşkar edilməmişdir.  


Cədvəl  № 2.

 

Əməliyyatdan əvvəlki orta göstərici ± SD

Əməliyyatdan sonrakı orta göstərici ± SD

p

Qoxu hissinin hüdudları

6.99 ± 2.98

6.8 ± 2.06

>0,05

Qoxunun seçilməsi

12.32 ± 1.98

11.97 ± 2.39

>0,05

Qoxunun ayırd edilməsi

11.55 ± 2.05

12.29 ± 1.9

>0.05

Qoxunun hüdudu (sərhəddi), qoxunun seçilməsi və qoxunun ayırd edilməsi testlərinin orta göstəriciləri. 

 

Müasir plastik cərrahiyyədə burun çəpərinin əyrliliklərinin korreksiyası bəlkə ilk sıralarda qərarlaşır. Burun əməliyyatları zamanı ən diqqət yetirilməli olan sahə olfaktor sahədir. Tədqiqat nəticəsində xəstələrə əməliyyatdan əvvəl və sonra icra edilən “Sniffin Sticks” qoxu testindən sonra alınan qoxu hüdudu testi, qoxu seçimi testi və qoxu ayırd etmə testləri nəticələrinin statistiki müqayisəsində dürüst fərq aşkar edilməmişdir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES: 

1.Briner HR, Simmen D, Jones N. Impaired sense of smell in patients with nasal surgery. //Clin Otolaryngol 2003;28:417-419
2.Bozena B, Wrobbel B, Leopold AD. Clinical assessment of patients with smell and taste disorders. Otolaryngol Clin N Am 2004;34:1127-1142
3.Damm M, Eckel HE, Jungehulsing M, Hummel T. Olfactory changes at threshold and suprathreshold  levels following septoplasty with partial inferior turbinectomy. //Ann Otol Rhinol Laryngol 2003 Jan;112(1):91-7.
4.Pade J, Hummel T. Olfactory function following nasal surgery. //Laryngoscope 2008;118:1260-1264
5.Eibenstein, A, Fioretti AB, Lena C et al. Modern psychophysical tests to assess olfactory function. //Neurol Sci. 2005;26:147-155
6.Hummel T, Sekinger B, Wolf SR et al. 'Sniffin' Sticks': Olfactory performance assessed by the combined testing of odor ıdentification, odor discrimination and olfactory threshold. //Chem Senses.1997;22:39-52
7.Kobal G, Klimek L, Wolfensberger M et al. Multicenter İnvestigation of  1,036 subjects using a standardized method for the assessment of olfactory function combining tests of odor identification, odor discrimination, and olfactory thresholds. //Eur Arch Otorhinolaryngol. 2000;257:205-211
8.Hummel 2004. Sniffin’Sticks Tutorial. http://www.tu-dresden.de/medkhno/riechen_schmecken/sticks_eng.pdf 
9.Menini A, Lagostena L, Boccaccio A: Olfaction: from odorant molecules to the olfactory cortex. //News Physiol Sci 19:101, 2004.
10.Mombaerts P: Genes and ligands for odorant, vomeronasal and taste receptors. //Nat Rev Neurosci 5:263, 2004.
11.Mombaerts P: Odorant receptor gene choice in olfactory sensory neurons: the one receptor–one neuron hypothesis revisited. Curr Opin Neurobiol 14:31, 2004.
12.Reed RR: The contribution of signaling pathways to olfactory organization and development. //Curr Opin Neurobiol 13:482, 2003.
13.Ronnett GV, Moon C: G proteins and olfactory signal transduction. //Annu Rev Physiol 64:189, 2002.


Müəlliflər:
T. A. Hüseynov

Digər jurnal və qəzetlər