EKZOGEN-KONSTITUSİONAL TİPLİ PİYLƏNMƏ OLAN QADINLARDA REPRODUKTİV VƏ SOMATİK SAĞLAMLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ
22-02-2017
Piylənmə sosial cəhətdən ən əhəmiyyətli xəstəlik olub, epidemiya miqyasını almışdır (ÜST göstəricilərinə əsasən). Bir sıra epidemioloji tədqiqatların nəticələrindən məlum olmuşdur ki, Avropada piylənmə olan xəstələr populyasiyası 30%, artıq bədən çəkisi olan 25% təşkil edir [1,2].
Piylənmə-xronik çoxfaktorlu xəstəlik olub, piy toxumalarının həddindən artıq inkişaf etməsi, təbii gedişatda şiddətlənməsi, müalicə kursundan sonta ağırlaşmaları olan və böyük ehtimalla residivləşməsilə xarakterizə olunur. Çox zaman hamilələrdə ürək-damr sistemi xəstəlikləri (17,1-43,5%), orqanizmin immunoloji rezistentliyin aşağı düşməsi nəticəsində infeksion xəstəliklər (51,6-59,7%), həzm sistemi orqanları (3,8-7,9%), sidik-cinsiyyət orqanları xəstəlikləri (4,8-9,9%), tənəffüs sistemi xəstəlikləri (7,1%) qeydə alımır [3,4]. Qadınlarda piylənmə reproduktiv funksiya pozuntularının, hestasiya ağırlaşmaları və doğuşun patoloji gedişatının yüksək tezliyi ilə yanaşı olur [5,6]. Qeyd etmək lazımdır ki, piylənmə ilə yanaşı somatik xəstəliklər hamiləliyin gedişatı və sonluğuna arzuaolunmaz təsirlər göstərir.
Tədqiqatın məqsədi: piylənmə olan hamilə qadınların reproduktiv və somatik sağlamlıq vəziyyətinin təhlili.
Tədqiqatın material və metodları. Tədqiqat işi Azərbaycan Tibb Universitetinin I mamalıq-ginekologiya kafedrasında yerinə yetirilmişdir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün tərəfimizdən 2012-2015-ci illər ərzində 100 qadın müayinə edilmişdir. Qruplar aşağıdakı şəkildə ayrılmışdır: IA əsas qrupu-50 xəstə. Bu qadınları biz hamiləliyə hazırladıq və bütün hestasiya dövrünü apardıq. IB əsas qrupu- 30 xəstə. Yalnız hamiəliyin II və ya III trimestrlərində müayinə edilən və lazımi tibbi-profilatik tədbirləır aparılmış qadınlar. Nəzarət qrupu- fizioloji gedişatlı hestasiya dövrünə malik 20 qadın.
Bütün qadınlara mövcud olan mamalıq müayinəsi standartlarına müvafiq olaraq nozoloji patologiya nəzərə alınmaqla klinik və laborator müayinələr aparıl-mışdır. Nəzarətdə olan bütün xəstələrdə ətraflı şəkildə xəstəliyin anamnezi, keçmiş-də keçirilən yanaşı xəstəliklər və ümumi somatik xəstəliklə, aybaşı, cinsi və reproduktiv funksiyanın vəziyyəti öyrənilmişdir.
Randomizasiya yaş, sosial-faktorlar, yanaşı gedən ginekoloji və ekstrage-nital xəstəliklər üzrə aparılmışdır.
Sxem. Müayinə edilən qadınlar qruplarının dizaynı
Əldə edilən nəticələr müasir tətbiqi statistik təhlil paketləri istifadə edil-məklə işlənmişdir.
Tədqiqatın nəticələri. Bizim tədqiqatların göstəricilərinə əsasən qadınlar əksər hallarda orta təhsilli olmuşlar: IA-25 (50%), IIB-14 (46,6%), nəzarət qrupu-9 (45%) qadın. Ali təhsil IA yarınqr- 16 (32%), IIB yarimqr- 12 (40%) və nəzarət qrupunda (20%) nəfər. Orta-ixtisas təhsili IA əsas qrupda 9 (18%), IIB əsas qrupda 4 (13,3%) və nəzarət qrupunda 7 (35%) nəfər olmuşdur. əmək fəaliyyəti təhili edildikdə məlum olmuşdur ki, IA qrupda 28 (56%), IB-14(46,6%), nəzarət qrupunda 10 (50%) qadın fəaliyyətdə olmuşdur.
Bu qadınlarda xroni xəstəlliklər, infeksion-iltihab təbiətli xəstəlikləri rast-gəlmə tezliyi praktik olaraq IA, IB və nəzarət qrupunda eyni olmuşdur (Cədvəl 1).
Bununla yanaşı olaraq qruplarda dəmirdefisitli anemiya (müvafiq olaraq 72%, 46,6 % və 50 %), xronik mədə, bağırsaq və öd kisəsi xəstəlikləri (62%, 96,4% və 25%) dominantlıq etmişdir. Endokrin sistem patologiyası IA əsas qrupda 22%, IB 13,3%, nəzarət qrupunda 5% xəstədə qeydə alınmışdır. xronik pielonefritdən IA qrupda 10%, IB qrupda 13,3% və nəzarət qrupunda 5% xəstə əziyyət çəkmişdir. Çox zaman bir neçə ekstragenital xəstəliyin birlikdə olması qeydə alınmışdır.
Əsas qruplarda və nəzarət qrupunda daha çox yanaşı olan ekstragenital patologiyalar cədvəl 2-də öz əyani şəkildə öz əksini tapmışdır.
Anamnez göstəriciləri öyrənildikdə cinsiyyət sisteminin sepsifik xüsusiy-yətləri böyük əhəmiyyət kəsb edir. Ona görə biz müayinə qruplarında aybaşı funksiyasının bərqərar olmasının xüsusiyyətlərini təyin etməyi qərara aldı.
Qasıq nahiyəsində tüklərin böyüməsi ilə özünü göstərən adrenarxe yaşı hər üç qrup qadınlarda eyni olmuşdur. IA əsas qrupda 25(50%) qadında, IB əsas qrupda 17(56,6%) və nəzarət qrupunda 16(80%) qadında sikl aybaşı başlandıqdan 1 il sonra bərqərar olmuşdur (Cədvəl 3).
Menarxe yaşı 15 və ondan yuxarı olan IA əsas qrupda 2(4%), IB qrupda 5(6,6%) və nəzarət qrupunda 1(5%) qadın olmuşdur . Bir sıra müəlliflətin fikrincə, menarxenin erkən və ges başlanması maddələr mübadləsi riskini artırır ki, bu da piylənməyə gətirib çıxarır.
Cədvəl № 1.
Müayinə edilən qadınlarda ekstragenital xəstəliklər
Xəstəliklərin siyahısı |
Əsas qrup IA (n=50) |
Əsas qrup IB (n=30) |
Nəzarət qrupi (n=20) |
|||
Müt.r. |
% |
Müt.r. |
% |
müt.r. |
% |
|
Xronik tonzillit |
9 |
18
|
4 |
13,3 |
2 |
10 |
Хronik haymorit |
6 |
12
|
5 |
16,6 |
1 |
5 |
Хronik bronxit |
5 |
10
|
2 |
6,6 |
3 |
15 |
Хronik pielonefrit |
3 |
6
|
4 |
13,3 |
2 |
10 |
Хronik qastrit |
11 |
22
|
12 |
40 |
3 |
15 |
Кaries |
15 |
30 |
11 |
36,6 |
4
|
20 |
Хronik xolesistit |
9 |
18
|
6 |
20 |
2 |
10 |
Хronik ezofagit |
3 |
6
|
1 |
3,3 |
- |
|
Cədvəl № 2.
Müayinə ediləb qruplarda ekstragenital xəstəliklərin strukturu
|
Xəstəliklər |
Əsas qrup IA (n=50) |
Əsas qrup IB (n=30) |
Nəzarət qrupu (n=20) |
|||
Müt.r. |
% |
Müt.r. |
% |
Müt.r. |
% |
||
1 |
Dəmirdefisitli anemiya |
36 |
72 |
14 |
46,6 |
10 |
50 |
2 |
Ürək-damar sistemi xəstəlikləri |
25 |
50 |
15 |
50 |
9 |
45 |
Arterial hipertenziya |
8 |
16 |
6 |
20 |
3 |
15 |
|
varikoz xəstəliyi |
8 |
16 |
6 |
20 |
1 |
5 |
|
Аrterial hipotoniya |
9 |
18 |
3 |
10 |
5 |
25 |
|
3 |
tənəffüs sistemi xəstəlikləri: |
3 |
6 |
4 |
13,3 |
1 |
5 |
Хronik bronxit |
3 |
6 |
4 |
13,3 |
1 |
5 |
|
4 |
Sidik ifrazat sistemi xəstəlikləri |
5 |
10 |
4 |
13,3 |
1 |
5 |
5 |
Endokrin sistemi xəstəlikləri |
4 |
8 |
4 |
13,3 |
1 |
5 |
diffuz zob |
2 |
4 |
3 |
10 |
- |
|
|
fibroz-kistoz mastopatiya |
2 |
4 |
1 |
3,3 |
1 |
5 |
|
6 |
Mədə-bağırsaq traktı xəstəlikləri: |
18 |
36 |
16 |
53,3 |
3 |
15 |
|
Qastrit |
16 |
32 |
14 |
46,6 |
3 |
15 |
|
Mədə xorası xəstəliyi |
2 |
4 |
2 |
6,6 |
- |
|
7 |
Xronik xolesistit |
13 |
26 |
8 |
26,6 |
2 |
10 |
IA qrupda 48% qadında, IB qrupda 50% və nəzarət qrupunda 30% qadında menarxe 11-12 yaşda başlanmışdır. Aşkar edilmişdir ki, bütün yaş qruplarında menarxenin 13-14 yaş intervalında olan qadınların maksimal faizi qruplar üzrə müvafiq olaraq, xəstələrin sayının 46%, 30% və 65% təşkil edir (Cədvəl 3). Bundan başqa, IA əsas qrupda 28(56%) qadında, IB əsas qrupda 63,3% və nəzarət qrupunda 15% qadında aybaşı ifrazatının həcmi böyük olmuş-dur (Cədvəl 4).
Aybaşı siklinin davametmə müddəti belə bir qənaətə gəlməyə imkan verir ki, piylənmə olan qadınlarda aybaşı sikli uzun olur. aybaşı siklinin 22-25 gün olduğu IA əsas qrupda 26%, IB əsas qrupda 26,6% və nəzarət qrupunda 75% qadında qeydə alınmışdır. 26-30 günlük sikl isə IA qrupda 56%, IB- 63% və nəzarət qrupunda 15% təşkil etmişdir.
Beləliklə, piylənmədən əziyyət çəkən qadınlarda nəzarət qrupu qadnlara nisbətən erkən, çox ifrazatlı, uzun davametmə müddətli və ağrılı menarxe dürüst çox qeydə alınmışdır. Onlarda nəzarət qrupuna nisəbətn müntəzəm aybaşı ritminin bərqərar olması, pubertat dövrdə aybaşı zamanı fiziki yüklənmələr çox olmuşdur. piylənmə zamanı aybaşı funksiyasının xüsusiyyətlərinə bir çox müəlliflər göstərmişlər. Bununla əlaqədar olaraq aybaşı siklinin xüusiyyətlərini əks etdirən əlamətlər qrupu müəyyən edilmişdir. bu əlaməltər üzrə qruplarda dürüst fərqlər olmuşdur: aybaşının və aybaşı siklinin davametmə müddəti, onun müntəzəmliyi, aybaşı ifrazatının xarakteri və aybaşının ağrılı olması.
Cədvəl № 3.
Cinsi yetişkənlik əlamətləri üzrə qadın paylaşdırılması
Qiymətləndirilən əlamətlər |
IA əsas qrup (n=50) |
IB əsas qrup (n=30) |
Nəzarət qrupu (n=20) |
||||
müt.r. |
% |
müt.r. |
% |
müt.r. |
% |
||
Pubertat sıçrayışlar
|
>12 yaş |
10 |
20 |
4 |
13,3 |
2 |
10 |
12-14 yaş |
27 |
54 |
18 |
60 |
15 |
75 |
|
15-17 yaş |
11 |
22 |
6 |
20 |
2 |
10 |
|
18 yaş və daha yuxarı |
2 |
4 |
2 |
6,6 |
1 |
5 |
|
adrenarxe yaşı |
Məulm deyil |
14 |
28 |
9 |
30 |
3 |
15 |
15 yaşa qədər |
29 |
58 |
17 |
56,6 |
15 |
75 |
|
15-17 yaş |
4 |
8 |
3 |
10 |
2 |
10 |
|
18-21 yaş |
3 |
6 |
1 |
3,3 |
- |
|
|
Aybaşının başlanması |
9-10 yaş |
3 |
6 |
4 |
13,3 |
2 |
10 |
11-12 yaş |
21 |
42 |
11 |
36,6 |
4 |
20 |
|
13-14 yaş |
23 |
46 |
9 |
30 |
13 |
65 |
|
15-16 yaş |
2 |
4 |
5 |
16,6 |
1 |
5 |
|
aybaşı siklinin bərqərar olması dövrü
|
dərhal |
24 |
48 |
12 |
40 |
9 |
45 |
1il |
23 |
46 |
9 |
30 |
7 |
35 |
|
2-3 il |
11 |
22 |
6 |
20 |
3 |
15 |
|
müəyyən edilməyib |
2 |
|
3 |
|
1 |
|
|
cinsi həyatın başlanması |
13-15 yaş |
1 |
2 |
- |
|
- |
|
16-18 yaş |
1 |
2 |
1 |
3,3 |
1 |
5 |
|
19-21 yaş |
5 |
10 |
4 |
13,3 |
2 |
10 |
|
22-25 yaş |
14 |
28 |
5 |
16,6 |
4 |
20 |
Cədvəl № 4.
Aybaşı siklinin xarakteristikası
Qiymətləndirilən əlamət |
IA əsas qrup (n=50) |
IB əsas qrup (n=30) |
Nəzarət qrupu (n=20) |
||||
müt.r. |
% |
müt.r. |
% |
müt.r. |
% |
||
ifrazatın həcmi |
cüzi |
9 |
18 |
3 |
10 |
2 |
10 |
orta |
13 |
26 |
18 |
26,6 |
13 |
75 |
|
çox |
28 |
56 |
19 |
63,3 |
3 |
15 |
|
aybaşının müntəzəmliyi |
27 |
54 |
14 |
46,6 |
20 |
100 |
|
ağrılı aybaşı |
bəzən |
11 |
22 |
7 |
23,3 |
3 |
15 |
bəli |
26 |
52 |
18 |
60 |
5 |
25 |
|
xeyr |
23 |
46 |
5 |
16,6 |
11 |
55 |
Nəticədə IA və IB əsas qrupları nəzaət qrupundan dürüst fərqləndirən əlmsaətələr kombinasiyası aşkar edilmişdir. maksimal riks qrupunda aybaşı sikli 26-30 gün davam edən və aybaşımım 3-4 gün davam etdiyi qadınlar daxul edilmişdir. həmin qrupa daha uzun (31-35 gün) v müntəzəm olmayan, çox ifrazatlı və davametmə müddəti 5-6 gün olan ağrılı aybaşı olan qadənlar da aid edilir.
Bu xəstəlik üçün minimal risk qrupuna əsasən orta, bəzən ağrılı aybaşısı olan və sikli 25-28 gün, aybaşının özünün 3-4 gün davam edən qadınlar aid edilir.
Piylənmə olan qadınlarda cinsi həyatın başlanması ümumi tendensiyalardan fərqlənməmişdir. Belə ki, IA əsas qrupda 20 yaşa qədər 8% qadın, IB əsas qrupda 70% və nəzarət qrupunda 75% qadən olmuşdur (Cədvəl 5).
Cədvəl № 5.
Nikah münasibətlərinə əsasən qadınalrən paylaşdırılması
Qiymətləndirilən əlamətləri |
IA əsas qrup (n=50) |
IB əsas qrup (n=30) |
nəzarət qrupu (n=20) |
||||
müt.r |
% |
müt.r. |
% |
müt.r. |
% |
||
Yaş |
17-20 yaş |
4 |
8 |
3 |
10 |
2 |
10 |
21-25 yaş |
15 |
30 |
6 |
20 |
4 |
20 |
|
26-30 yaş |
14 |
28 |
15 |
50 |
11 |
55 |
|
>30 yaş |
15 |
30 |
5 |
16,6 |
3 |
15 |
|
nikahların sayı |
1 |
47 |
94 |
30 |
100 |
18 |
90 |
2 |
3 |
6 |
- |
|
2 |
10 |
Cədvəl № 6.
Müayinə edilən qadınların mamalıq təhlili
|
|
IA əsas qrup (n=50) |
IB əsas qrup (n=30) |
nəzarət qrupu (n=20) |
|||
% |
müt.r. |
% |
müt.r. |
% |
|
||
1 |
birinci dəfə hamilələr |
21 |
42 |
12 |
40 |
14 |
70 |
təkrar hamilələr |
29 |
58 |
18 |
60 |
6 |
30 |
|
2 |
birinci dəfə doganlar |
16 |
32 |
16 |
53,3 |
15 |
75 |
təkrar doğanlar |
34 |
68 |
14 |
46,6 |
5 |
25 |
|
3 |
Doğuşlar |
|
|
|
|
|
|
1 |
38 |
76 |
16 |
53,3 |
15 |
75 |
|
2-3 |
6 |
12 |
11 |
36,6 |
4 |
20 |
|
4-5 |
4 |
8 |
2 |
6,6 |
1 |
5 |
|
>5 |
2 |
4 |
1 |
3,3 |
- |
|
|
vaxtından əvvəl doğuşlar |
4 |
8 |
6 |
20 |
- |
|
|
4 |
vaxtınan əvvəl doğuşlar (anamnezdə) |
|
|
|
|
|
|
1-2 |
8 |
16 |
6 |
20 |
1 |
5 |
|
3-4 |
3 |
6 |
5 |
16,6 |
- |
|
|
>5 |
3 |
6 |
2 |
6,6 |
- |
|
|
5 |
özbaşına düşüklər |
|
|
|
|
|
|
1-2 |
16 |
32 |
12 |
40 |
1 |
5 |
|
3-4 |
5 |
10 |
4 |
13,3 |
- |
|
|
>5 |
7 |
14 |
4 |
13,3 |
1 |
5 |
|
6 |
süni abrotlar |
|
|
|
|
|
|
1-3 |
11 |
22 |
8 |
26,6 |
8 |
40 |
|
4-6 |
4 |
8 |
4 |
13,3 |
4 |
20 |
|
6-9 |
3 |
6 |
3 |
10 |
3 |
15 |
|
>10 |
1 |
2 |
3 |
10 |
1 |
5 |
|
7 |
inkişafdan qalan hamiləlik |
11 |
22 |
7 |
23,3 |
1 |
5 |
Mamalıq anamnezi öyrənildikdə məlum olmuşdur ki, əsas qrupda 34(68%) qadının, müqayisə qrupunda 14(46,6%) və 5(25%) qadının anamnezində hamiləlik olmuşdur. Müəyyən edilmişdir ki, əsas qrup hamilələr birinci dəfə doğanlar olmuşdur. Əsas qrupda tibbi abortlar 19 (38%), müqayisə qrupunda 18(30%) qadında yer almışdır. Əsas qrupda 22%-də 1-3, müqayisə qrupunda 26,6% və nəzarət qrupunda 40%; 4-6 abort 8%, 13,3%, 20% qadında olmuşdur. Piylənmə olan qadınalrda süni abrort zamanı ağırlaşma qismində nəzarət qrupuna nisbətən 2 dəfə iltihabi proses inkişaf etmiş, 13 qadında qanaxma baş vermişdir. Birinci qrupda özbaşına abortlar 28(56%), ikinci qrupda 20(66,6%) qadında yer almışdır.
Ginekoloji xəstəliklər strukturunda cinsiyyət orqanları iltihabi xəstəlikləri üstünlük təşkil etmişdir: xronik endometrit və adneksit, uyğun olaraq IA əsas qrupda 11(22%), müqayisə qrupunda 11(36,6%) qadında olmuşdur. Endometrio-zun (adenomioz, endometroid yumurtalıq kistası) uşaqlıq mioması və yumurtalıq kistmoması ilə yanaşı olması əsas qrupda 6 (12%), müqayisə qrupunda 5(16,6%) və nəzarət qrupunda 5 xəstədə aşkar edilmişdir.
Cədvəl № 7.
Müayinə edilən qadınlar araında yanaşı gedən ginekoloji xəstəliklər
yanaşı gedən xəstəliklər |
müayinə qrupları |
|||||
IA əsas qrup (n=50) |
IB əsas qrup (n=30) |
nəzarət qrupu (n=20) |
||||
% |
müt.r. |
% |
müt.r. |
% |
|
|
Uşaqlıq boynu eroziyası |
17 |
34 |
10 |
33,3 |
4 |
20 |
mastopatiya |
12 |
24 |
16 |
53,3 |
- |
|
xronik salpinqooforit |
11 |
22 |
11 |
36,6 |
2 |
10 |
Xronik endoservit |
18 |
36 |
12 |
40 |
3 |
15 |
Endometrit |
6 |
12 |
9 |
30 |
|
|
Endometrioz |
2 |
4 |
3 |
10 |
- |
|
Uşaqlıq mioması |
4 |
8 |
5 |
16,6 |
- |
|
Sonsuzluq |
5 |
10 |
6 |
20 |
- |
|
Qruplar üzrə xəstəlilərin təhlili zamanı məlum olmuşdur ki, IA qrupunda 17(34%) xəstədə uşaqlıq boynu eroziyası, 11 (22%)- xronik salpinqooforit, 6 (12%) endometrit, 2 (4%)- endometrioz olmuşdur. IB əsas qrupunda anamnezdə 10 (33,3%) qadında uşaqlıq boynu eroziyası, 11 (36,6%)- xronik salpinqofforit,у 9 (30%) – xronik endometrit qeydə alınmışdır. Anamnezdə xəstələr arasında mastopatiya, sonsuzluq, endometrioz, uşaqlıq mioması qeydə alınmışdır. Ginekolji xəstəliklərin strukturu cədvəl 7-də əks etdirilmişdir.
Diaqnostik qaşıntı əsas qrupda 14 (28%) qadın, müqayisə qrupunda 11 (36,6%) və nəzarət qrupunda 16 (80%) qadına aparılmışdır. Uşaqlıq boynu diatermokinizasiya və kriodsetruksiya əsas qruplarda 7 (14%) və 3 (6%), müqayisə qrupunda 2 (6,6%) və nəzarət qrupunda 6 (30%) və 5 (25%) qadında aparılmışdır. Bu manipulyasiyaların aparılması tezliyi müayinə qruplarında dürüst fərqlən-məmişdir.
Beləliklə, piylənmə olan qadınlarda reproduktiv və somatik sağlamlıq vəziyyəti təhlil edildikdə ekstragenital, ginekoloji, infeksion-iltihabi xəstəliklərin yüksək tezliyi aşkar edilmişdir ki, bu da immunoloji və qeyri-spesifik rezistentliyin aşağı düşdüyünün göstərir. Bu da gələcəkdə həm ana, həm döl üçün hamiləlik və doğuşun gedişatına təsir göstərir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Кононова О.Н. Выявление и оценка компонентов метаболического синдрома у беременных с абдоминальным ожирением // Проблемы здоровья и экологии, 2014, № 4(42, с. 54-58
2.Bellver J., Melo M.A., Bosch E. Obesity and poor reproductive outcome: the potential role of the endometrium // Fertil Steril., 2007, Vol. 7, № 88, р. 446.
3.Yeh J., Shelton J.A. Increasing prepregnancy body mass index: analysis of trends and contributing variables // Am J Obstet Gynec., 2005, vol.193
4.Бериханов Р.Р. Хрипунова Г.И. Особенности тече- ния родов у пациенток с ожирением // Акуш и гин., 2007, № 6, С. 9-12
5.Rasmussen S.A., Chu S.Y, Kim S.Y. et al. Maternal obesity and risk of neural tube defects: a metaanalysis // Am J Obstet Gynec., 2008, vol.198, p.611. 16.
6.Stothard K.J., Tennant P.W., Bell R., Rankin J. Maternal overweight and obesity and the risk of congenital anomalies: a systematic review and meta-analysis // JAMA, 2009, vol.301, p.636.
7.Thornburg L.L., Miles К, Ho M., Pressman E.K. Fetal anatomic evaluation in the overweight and obese gravida // Ultrasound Obstet Gynec., 2009, vol.3
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı