ÜRƏYİN XRONİK İŞEMİK XƏSTƏLİYİ ZAMANI QANDA MAGNEZİUMUN SƏVİYYƏSİ İLƏ ENDOTELİN FUNKSİONAL VƏZİYYƏTİ ARASINDAKI ƏLAQƏNİN ÖYRƏNİLMƏSİ

20-05-2016

Maqnezium (Mg++) orqanizmdə əsas biogen elementlərdən biri olub miqdarına görə natrium, kalium və kalsiumdan sonra 4-cü yeri, hüceyrədəki miqdarına görə isə kaliumdan sonra 2-ci yeri tutur. Mg++-un mütləq çəkisi orqanizmdə 21-28 qr təşkil edir. Bu elektrolit ən çox - 60%- sümüklərdə, 20%- əzələlərdə, 19%- digər toxuma və hüceyrələrdə, 1% isə hüceyrədənxaric mayedə cəmlənmişdir [1,2].

Mg++ bir çox fızioloji proseslərin gedişində o cümlədən damar endoteli aterosklerozun əmələ gəlməsində və onun inkişafında fəal iştirak edir və onun hüceyrə və toxumalardakı miqdarı orada gedən metabolik proseslərin intensivliyindən asılıdır [3, 4]. Mg++-a sutkalıq tələbat kişilər üçün 350 mq, qadınlar üçün isə 300 mq təşkil edir. Fiziki və emosional stress zamanı, hamiləlik və laktasiya dövründə, xronik yorğunluq sindromu və s. xəstəliklərdə Mg++-a sutkalıq tələbat əlavə olaraq 150 mq artmış olur. Mg++-un təbiətdə geniş yayılmasına baxmayaraq insanlar arasında bu makroelementin defısiti 10-40% təşkil edir [5].

Son illərdə aparılan tədqiqatların nəticələrində ürək-damar xəstəliklərinin əmələ gəlməsində elektrolit balansının pozulmasına xüsusi diqqət verilir. Bunlardan ən mühümü Mg++ mübadiləsinin pozulmasıdır [8, 9]. Mg++-un xronik çatmamazlığı ürəyin işemik xəstəliyinin (ÜİX) klinik gedişinə də təsir edir. Bu, birinci növbədə endotelin funksiyasının pozulması, oksidləşmə stressinin fəallaşması və son nəticədə isə aterosklerozun inkişafının sürətlənməsi ilə bağlıdır [10]. Renin-angiotenzin-aldesteron sisteminin aktivliyinin artması və Mg++-un defısiti endotelial disfunksiyanın (ED) inkişafı və vazokonstriksiyanın artması üçün əlverişli şərait yaratmış olur [11].

Bütün yuxarıda qeyd olunanları və Mg++-un ürək-damar xəstəliklərindəki rolunu nəzərə alsaq ÜİX zamanı ED-nin korreksiyası məqsədilə qanda Mg++-un səviyyəsinin öyrənilməsinin nə qədər aktual bir məsələ olduğunu daha aydın görmək olar.

Tədqiqatın məqsədisabit gərginlik stenokardiyası olan xəstələrdə qanda Mg++-un konsentrasiyası ilə endotelial disfunksiyanın ağırlıq dərəcəsi  arasındakı qarşılıqlı əlaqənin öyrənilməsi olmuşdur.

dqiqatın material və metodları:Qan zərdabında Mg++-un səviyyəsinin öyrənilməsi məqsədi ilə tədqiqata II-III fiınksional sinif sabit gərginlik stenokardiyası olan 95 xəstə cəlb edilmirşdir. Xəstələrin yaşı 38-65 arası, orta yaş 53,7±1,0 olmuşdur. II FS gərginlik stenokardiyası 46 nəfərdə, III FS gərginlik stenokardiyası 49 nəfərdə olmuşdur. Bu xəstələrdən 39-unda keçirilmlş miokard infarktı qeyd olunmuşdur. Endotelial funksiyanın vəziyyəti isə II-III FS gərginlik stenokardiyası olan 116 xəstənin (kişilər) iştirakı ilə yerinə yetirilmişdir. Xəstələrin yaşı 38 və 68 yaş arasmda olub orta hesabla 53,5±1,2 il olmuşdur.

Qan zərdabında Mg++-un konsentrasiyası kalorimetrik üsulla PRESTİGE 24: LG CALCİUM (Polşa) reaktivlər dəstindən istifadə etməklə BioLis 24 i Premium (Yaponiya) aparatında təyin edilmişdir. Qanda Mg++-un səviyyəsinin 0,75 mmol/l-dən az olması hipomaqneziumemiya kimi qəbul edilmişdir [9]. Nəzarət qrupunu 25 praktik sağlam şəxs təşkil etmişdir. Orta yaz 48,1 ± 0,9 il olmuşdur.

Endotelial funksiyanın vəziyyəti isə impulslu ultrasəs dopplerexoqrafık metoddan istifadə etməklə tezliyi 7MHz olan “Mindray” aparatı vasitəsi ilə öyrənilmişdir. Bu zaman O.V.İvanova və h.m. tərəfindən modifikasiya olunmuş D.S.Celermajer etal. metodundan istifadə edilmişdir.Endotelial disfunksiyanın ağırlıq dərəcəsi reaktiv hiperemiya zamanı bazu arteriyasının endoteldən asılı vazodilatasiyasının dinamikasının öyrənilməsi ilə qiymətləndirilmişdir [12, 13].

Statistik təhlil Statistica 6.0 statistik paketlər proqramından istifadiyə etməklə aparılmışdır.Orta göstəricilərin müqayisəsi Styüdentin t kriteriyası və Pirsonun χ2 kriteriyasından istifadə etməklə aparılmışdır. P<0,05 olduqda fərq statistik dürüst sayılmışdır.

dqiqatın nəticəri və müzakirəsi:Müayinə olunmuş xəstələrin ümumi qrupunda Mg++-un konsentrasiyası qan zərdabında 0,45-dən 1,18 mmol/l-ə qədər, orta hesabla 0,82±0,02 mmol/1 olmuşdur. Nəzarət qrupunda isə bu elementin səviyyəsi 0,78-dən 1,22 mmil/l-ə qədər, orta hesabla 0,97±0,03 mmol/1 təşkil etmişdir (p<0,05) (cədvəl 1). Mg++-un səviyyəsinin xəstəliyin funksional sinfindən və keçirilmiş miokard infarktından asılı olaraq təhlili göstərdi ki, II FS-li gərginlik stenokardiyası olan xəstələrdə Mg++-un səviyyəsi III FS xəstələrdə olan Mg++-un səviyyəsindən dürüst fərqlənmir və bu göstəricilər 0,88±0,03 və 0,85±0,03 mmol/1 təşkil edir (p>0,05). Lakin miokard infarktı keçirmiş xəstələrdə Mg++-un konsentrasiyasının orta göstərici II-III FS-li stenokardiyalı xəstələrin orta göstəricisindən statistik dürüst olaraq az olmuşdur (0,76±0,03 mmol/1; p<0,01).

Növbəti təhlil müayinə edilmiş pasientlərdə hipomaqneziumemiyanın aşkar edilməsinə həsr edilmişdir. Ümumi qrupda (95 xəstə) hipomaqneziumemiyanın (0,75-dən 0,50 mmol/l-ə qədər) rastgəlmə tezliyi 39 olmuş və 41,0±5,0% təşkil etmişdir. Nəzarət qrupunda isə hipomaqneziumemiya cəmi 2 xəstədə təsadüf edilmiş və 8% təşkil etmişdir (p<0,01). II FS gərginlik stenokardiyası olan 31 xəstədən 11-də (35,5±8,6%), III FS gərginlik stenokardiyası olan 25 xəstədən isə 9-da (36,0±9,6%) hipomaqneziumemiya aşkar edilmişdir. Bu isə onu göstərir ki, hipomaqneziumemiyanın rastgəlmə tezliyi stenokardiyanın funksional sinfinən asılı olmayıb hər iki qrupda praktik olaraq eyni dərəcədə təsadüf etmişdir. Lakin, miokard infarktı keçirmiş xəstələrdə hipomaqneziumemiya digər qruplarla müqayisədə daha çox aşkar edilmişdir və 48,7±7,9% (39 xəstədən 19-da) təşkil etmişdir. Buradakı fərq stenokardiyalı xəstələrlə müqayisədə (II-III FS) statistik dürüst olmuşdur (p<0,05).

Cədvəl  № 1.

ÜİX olan stərdə qanda maqneziumun viyyəsi.

Xəstələrin qrupu

Ümumi qrup

n=95

Gərginlik

stenokardiyası II FS  n=31

Gərginlik

stenokardiyası III FS n=25

Postinfarkt kardioskleroz

n=39

Nəzarət qrupu

n=25

Mg++

mmol/l

0,82±0,02*

(0,45-1,18)

0,88±0,03*

(0,68-1,18)

0,85±0,03*

(0,65-1,09)

0,76±0,03**+

(0,45-0,95)

0,97±0,03

(0,78-1,22)

Qeyd: nəzarət qrupu ilə müqayisədə *-p<0,05, **-p<0,01; II və III FS gərginlık stenokardiyası olan xəstələrlə müqayisədə +p<0,05

Alınmış nəticələr ədəbiyyatda olan mənbələrdən alınmış nəticələrlə uyğun gəlir və ümumi populyasiyada hipomaqneziumemiyanın 10-40% arasında olmasını bir daha təsdiqləmiş olur [5].

Bazu arteriyasının endoteldənasılı vazodilatasiyasını təyin edərkən müayinə edilən xəstələrdə damar endotelinin nəzərəçarpacaq dərəcədə disfunksiyası aşkar edilmişdir. Cədvəl 2-dən göründüyü kimi manjet sınağının nəticələrinə əsasən II dərəcəli endotelial disfunksiya (ED) xəstələrin  44%-də aşkar edilmişdir. I və III dərəcəli ED isə müvafıq olaraq 21,5 və 19,0% pasientlərdə müəyyən edilmişdir. IV dərəcəli ED (vazokonstriktor reaksiya) 8,6%, 0 dərəcə (normal reaksiya) isə cəmi 6,9% təşkil etmişdir.

Cədvəl  № 2.

Sabit gərginlik stenokardiyası olan xəstələrin qan zərdabında

maqneziumun konsentrasiyasının ED-nın ağırlıq dərəcəsindən asılılığı. n=116.

ED-nin ağırlıq    dərəcəsi

Bazu arteriyasının dilatasiya dərəcəsi, %

Pasientlərin

        n

n

Sayı %

Mg++ qan zərdabında mmol/1

0

>9

8

6,9

0,90±0,02

I

9,0 -7,5

25

21,5

0,82±0,03*

II

7,5 -3,0

51

44,0

0,78±0,02*

III

3,0-2,0

22

19,0

0,70±0,03**

IV

<2,0 və ya vazospazm

10

8,6

0,68±0,02***

 

 

 

 

 

 

 

 

 

Qeyd: 0 dərəcəli ED ilə müqayisədə* -p<0,05, **-p<0,01, ***-p, <0,001

        Mg++-un qanda olan səviyyəsinin ED ağırlıq dərəcəsi ilə müqayisəli təhlili göstərdi ki, ED ağırlıq dərəcəsi artdıqca bu mineralın qan zərdabındakı səviyyəsi də paralel olaraq aşağı düşür. Mg++-un səviyyəsinin ən yüksək göstəricisi 0 dərəcəli ED olan xəstələrdə müşahidə edilmişdir (0,90±0,02 mmol/1). II və III dərəcəli ED olan xəstələrdə isə bu göstərici müvafıq olaraq 0,78±0,02 və 0,70±0,03 mmol/1 olmuşdur.

       Statistik təhlil zamanı aşağıdakı nəticələr alınmışdır. I, II, III, və IV dərəcəli ED sabit stenokardiyalı xəstələrdə Mg++-un qandakı səviyyəsi 0 dərəcəli ED olan xəstələrlə müqayisədə statistik dürüst az olmuşdur. (müvafıq olaraq p<0,05, <0,01,<0,001). Korrelyasion təhlil isə göstərdi ki, ED ağırlıq dərəcəsi ilə Mg++-un zərdabdakı səviyyəsi arasında mənfı korrelyasion əlaqə mövcuddur (r=-0,56; p<0,05). Başqa sözlə sınaq zamanı ED ağırlıq dərəcəsi artdıqca qanda olan Mg++-un konsentrasiyası da bir o qədər azalır. Biz eyni zamanda stenokardiyalı xəstələrdə qan zərdabında ED ağırlıq dərəcəsindən asılı olaraq hipomaqne-ziumemiyanın (Mg++<0,75 mmol/1) rastgəlmə tezliyini də öyrənmişik (şəkil). Müəyyən edilmişdir ki, 0 və I dərəcəli ED olan xəstələrdə hipomaqneziumemiya müvafıq olaraq 18,2 və 30,1% hallarda müşahidə edilmiş və bunlar arasında fərq dürüst olmuşdur (p<0,05).

 Şəkil 1. ED-nin ağırlıq dəsindən asılı olaraq hipomaqneziumemiyanın rastgəlmə tezliyi.

Qeyd: 0 dəli ED ilə müqayisə * -p<0,05, * *-p<0,01, * * *-p, < 0,001

II və III dərəcə ED olan xəstələrdə isə hipomaqneziumemiya müvafıq olaraq 42,5 və 52,6% hallarda müşahidə edilmişdir (p<0,01). χ2 kriteriyaları ilə hesablandıqda bu göstəricilər 0 dərəcəli ED olan xəstələrlə müqayisədə fərq statistik dürüst çox olmuşdur (p<0,01). Hipomaqneziumemiya ən çox IV dərəcəli ED-si olan xəstələrdə təsadüf edilmiş və 78,5% təşkil etmişdir. 0 dərəcəli ED-si olan xəstələrlə müqayisədə bu fərq dürüst çox olmuşdur (p<0,001).

Beləliklə, alınmış nəticələr belə qənaətə gəlməyə əsas verir ki, sabit gərginlik stenokardiyası olan xəstələrdə ED-ın ağırlıq dərəcəsi ilə qanda maqneziumun səviyyəsi arasında sıx qarşılıqlı əlaqə mövcuddur.

Bəllidir ki, damar endotelinin əsas funksiyalarından biri onun damar tonusunu tənzim etmək funksiyasıdır. Bu isə öz növbəsində endoteldən asılı genişləndirici amil olan azot oksidindən (NO) asılıdır. NO-nun hasil edilməsi NO- sintazanın ekspressiyasından asılı olub arginin və araxidon turşusunun metabolizmi ilə sıx əlaqədardır [14]. ÜİX zamanı sərbəst radikalların  aktivləşməsi NO- sintazanın ekspressiyasını pozur və NO molekullarının peroksidləşməsinin modifıkasiyasını sürətləndirir [15]. Belə dəyişikliklər birinci növbədə damar endotelini zədələyərək endotelin disfunksiyası üçün zəmin yaradır və lokal aterosklerozun əmələ gəlməsinə səbəb olur [16].

Alınmış nəticələr bir daha onu sübut edir ki, xronik ÜİX olan xəstələrdə Mg++ çatmamazlığı da (hipomaqneziumemiya) digər amillərlə yanaşı arterial damarların endoteldənasılı dilatasiyasının pozulmasının əsas mexanizmlərindən biridir.

ticər:

1.II-III FS gərginlik stenokardiyası olan xəstələrin ümumi qrupunda Mg++-un qan zərdabında konsentrasiyası orta hesabla 0,82±0,02 mmol/1 təşkil edir və stenokardiyanın funksional sinfindən asılı deyil. Lakin, miokard infarktı keçirmiş xəstələrdə Mg++ qan zərdabındakı səviyyəsi  0,76±0,03 mmol/1 olub, miokard infarktı keçirməyən xəstələrə nisbətən statistik dürüst az  olmuşdur.
2.Hipomaqneziumemiyanın aşkarlanma tezliyi ümumi qrupda 41,0±5,0% təşkil edir və stenokardiyanın funksional sinfindən asılı olmamışdır. Lakin postinfarkt kardiosklerozu olan xəstələrdə hipomaqneziumemiyanın rastgəlmə tezliyi 48,7±7,9% olub II-IIIFS-li gərginlik stenokardiyalı xəstələrdəki göstəricilərdən statistik dürüst çox olmuşdur (p<0,05).
3.ÜİX olan xəstələrdə praktik sağlam şəxslərlə müqayisədə (nəzarət qrupu) Mg++-un ümumi səviyyəsi statistik dürüst az və hipomaqneziumemiyanın rastgəlmə tezliyi isə statistik dürüst çox olmuşdur.
4.Sabit gərginlik stenokardiyası olan xəstələrdə endoteldən asılı disfunksiyanın ağırlıq dərəcəsi ilə qan zərdabındakı Mg++ səviyyəsi arasında mənfı korrelyasiya mövcuddur (r<-0,56 ; p<0,05).
5.Hipomaqneziumemiyanın rastgəlmə tezliyi (Mg++ <0,75 mmol/1) endotelial disfunksiyanın ağırlıq dərəcəsi ilə dürüst qarşılıqlı əlaqə təşkil edir. 

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Минделл Э. Справочник по витаминам и минеральным веществам. Москва: Медицина и питание, 2000,с. 83 – 85.
2.Wallach S.Availability of body magnesium during magnesium deficiency// Magnesium, 1988, v. 7, pp.262 – 270.
3.Городецкий В.В., Талибов О.Б. Препараты магния в медицинской практике. Малая энциклопедия. Москва: Медпрактика, 2003, 44 с.
4.Метаболизм  магния и терапевтическое значение его препаратов. Москва: Медпрактика,2002, 28с.
5.Schimatchek H.F., Rempis R. Prevalence of hypomagnesemia in an unselected German population of 16,000 individuals // Magnes Res 2001, v. 14, P.283 –290.
6.Bonetti P.O.,Lerman L.O.,Lerman A. et al. Endothelial dysfunction. A marker of atherosclerotic risc //Arterios-cler.Thromb.Vasc.Biol.2003.Vol.23.P.168- 175.
7.Бувальцев В.И. Дисфункция эндотелия как новая концепция профилактики и лечения ИБС. // Международный мед журн 2001; 3:302 -208.
8.Schimatchek H.F., Rempis R. Prevalence of hypomagnesemia in an selected German population of 16,000 individuals. Magnes Res 2001; 14:283 -290.
9.Bourre J.M. Effects of nutrients (in food) on the structure and function of the nervous system: update on dietary requirements for brain. Part 1: micronutrients. J Nutr Health Aging 2006; 10:377 -385.
10.Лазебник Л.Б., Дроздова С.Л. Коррекция магниевого дефицита при сердечно - сосудистой патологии. // Кардиология 1997;5:103 -104.
11.Ueshima K. Magnesium and ischemic heart disease: a review of epidemiological, experimental, and clinical evidences. // Magnes Res 2005; 18: 275 -284.
12.Celermajer D.S., Sorensen K.E., Gooch V.M. et al. Non -ivasive detection of endothelial dysfunction in children and adults at risk of atherosclerosis. // Lancet 1992;340:1111 -1115.
13.Иванова O.B., Рогоза A.H., Балахонова T.B. и др. Определение чувствительности плечевой артерии к напряжению сдвига на эндотелий как метод оценки состояния эндотелийзависимой вазодилатации с помощью ультразвука высокого разрешения у больных с артериальной гипертензией. // Кардиология 1998;3:37-41.
14.Scholkens B.A., Unger T. ACE Inhibitors, Endothelial function and Atherosclerosis. Amsterdam Media Medica Publications, 1993.
15Verma S., Buchanan M.R., Anderson T.J. Endothelial function testing as a biomarker of vascular disease // Circulation. 2003. Vol.l08.P.2054- 2059.
16.Воронков A.B. Эндотелиальная дисфункция и пути ее фармакологической коррекции. Дис….д-ра мед.наук:14.03.06. Волгоград, 2011.237с.


Müəlliflər:
A. D. Quliyeva

Digər jurnal və qəzetlər