XRONIİKİ GENERALİZƏOLUNMUŞ PARODONTİTLİ ŞƏXSLƏRDƏ KOMBİNƏ EDİLMİŞ MÜALİCƏSİNİN ANTİMİKROB EFFEKTİVLİYİ
03-02-2017
Parodont xəstəlikləri müasir stomatologiyanın ciddi problemi olaraq, bütün dünya əhalisini təsir edərək zədələyir, həyat keyfiyyətini azaldır və dişlərin erkən itirilməsinə səbəb olur [1-3,13]. Epidemioloji tədqiqatların son nəticələrinə əsaslanmış ədəbiyyatın məlumatlarına görə, parodont xəstəlikləri böyük əhalinin 90-95%-də qeyd olunur və bu zaman müşahidələrin yalnız 2-10%-də intakt parodont rast gəlinirdi[3,7].
Məlumdur ki, xroniki generalizəolunmuş parodontitin (XGP) əsas etioloji amili diş ərpinin mikroorqanizmləridir. Bu günki günə diş yastıcığının tərkibində mikroorqanizmlərin 19000 filotipi aşkar edilmişdir. Dərinliyi 4-6mm olan parodontal ciblərdə müxtəlif mikroflora müşahidə edilir [5,9,10]. Mikrob tərkibinin kəmiyyət və keyfiyyət tərkibi və onun dəyişiklikləri ədəbiyyatda aktiv müzakirə olunur.
Mikrob yastıcığının matrisası bakterial hüceyrələri dərman preparat-larından effektiv qoruyan ekoloji sığınacaq formalaşdırır. Belə ki, bioplyonkada antibakterial preparatın effektivliyini əldə etmək üçün, preparatın konsentrasiyasının 1500 dəfə artırılması tələb oluna bilər [4,6,11]. Ona görə, generalizə olunmuş parodontitli xəstələrin müalicəsinin əsas məsələsi dişlərin sərt toxuma-larının səthindən və parodontal ciblərdən bakteriyaların kənar edilməsidir. Parodontda iltihabi əlamətlərin dayandırılması üçün antimikrob və antiseptik xassələrə malik olan dərman preparatlarının böyük spektri mövcuddur [11]. Yerli etiotrop və patogenetik terapiyanın effektivliyinin artırılmasının perspektiv istiqaməti parodontal cibin mikroflorasına və nəticədə iltihabi prosesin dinamikasına aktiv təsirli vasitələrin istifadəsidir.
Hazırdakı tədqiqatın məqsədi yüngül və orta dərəcəli xroniki generalizə olunmuş parodontitli pasiyentlərin müalicəsi üçün antibakterial preparatların kombinə edilmiş istifadəsinin effektivliyinin qiymətləndirilməsidir.
Material və metodlar. Tədqiqata yüngül (16 xəstə) və orta (17 xəstə) ağırlıq dərəcəli xroniki generalizəolunmuş parodontit diaqnozu olan 33 nəfər xəstə daxil edilmişdir.
Xəstələrin şikayətləri, klinikaya müraciətlərinin səbəbləri, keçirilmiş xəstəliklər haqqındakı məlumatlar öyrənilib. Alınan müalicədən asılı olaraq, bütün pasiyentlər kliniki-funksional xarakteristikalara görə uyğunlaşan 2 qrupa bölünmüşdür. Hər iki qrupda parodontitin müalicəsində qəbul edilmiş ənənəvi tədbirlər aparılırdı: dişətiüstü və dişətialtı çöküntülərin kənar edilməsi, dişəti ciblərinin antiseptiklərdə işlənilməsi, küretaj. Müalicə dövründə I qrupda (16 xəstə) parodontal turundalarda antibakterial preparat – metronidazol daxil edilirdi, II qrupda (17 xəstə) parodontal cibə antibakterial vasitələrin birləşməsindən ibarət olan vasitə daxil edilirdi: baktrim + metronidazol. Nəzarət qrupunu 11 nəfər praktik sağlam şəxs təşkil edirdi.
Aparılmış müalicəvi tədbirlərin ciblərin patogen mikroflorasına təsirinin öyrənilməsi üçün diş tacının ətrafındakı dişətinin mikrobioloji tədqiqatları aparılırdı. Tədqiqatlar müalicədən əvvəl və sonra aparılırdı. Mikroskopik materialın götürülməsindən əvvəl xəstələr ağızlarını qaynadılmış su ilə qarqara edirdilər. Sonra dişəti pambıq tamponlarla dil və vestibulyar tərəflərdən tüpürcəkdən izolyasiya edilirdi. Pambıqla kip bağlanan steril sınaq şüşəsinə yerləşdirilmiş steril pambıq tamponla material götürülürdü. Götürülmüş material mikrobioloji laboratoriyaya çatdırılırdı və orada götürülmüş materiallardan yaxmalar hazırlanırdı. Qram üsulu ilə rənglənirdi və mikroskopun altında öyrənilirdi. Sonradan bu materiallar ət-pepton aqarına, qan aqarına, 10% ət-şəkər bulyonuna əkilirdi. Əkilmiş nümunələr 370C temperaturda 24 saat ərzində inkubasiya edilirdi. Bakterial mikrofloranın identifikasiyası ümumi qəbul edilmiş metodikaya görə aparılırdı [8]
Dişəti ciblərinin antiseptik işlənilməsi üçün geniş istifadə edilən – xlorheksidin istifadə olunurdu. Parodontdakı dəyişikliklər müalicədən əvvəl və sonra qiymətləndirilirdi. Müalicənin müddəti ümumilikdə 12 gün olmuşdur. Alınmış məlumatların statistik işlənilməsi personal kompüterdə Med Calc 12,7 tətbiqi proqram paketinin istifadəsi ilə aparılırdı.
Nəticələr və onların müzakirəsi. Tədqiqatların nəticələri göstərdi ki, XGP-li və həmçinin nəzarət qrupunda parodontal ciblərin içindəkilərin ilkin müayinəsində aşağıdakı agentlər aşkar edilib: Staphylococcus spp. – 97,0% hallarda (nəzarət- 63,6%), Streptococcus spp. – 84,8% (nəzarət – 36,4%), Enterococcus spp. – 69,7% (nəzarət – 45,4%), Fusobacterium spp. 51,5%, Candida spp. – 36,4%, Neisseria spp. – 51,5%, Actinomycetem comitans – 33,3% və Lactobacillus spp. – 45,4% (nəzarət – 81,8%). Parodontit proqressiya etdikcə, Candida spp. və Lactobacillus spp. istisna olunaraq,praktiki bütün müayinə olunmuş parodontopatogenlərin rast gəlinmə tezliyinin və miqdarının artması qeyd olunurdu (şəkil 1).
Əgər yüngül və orta dərəcəli pasiyentlərdə Candida spp. tezliyi etibarlı fərqlənmirdisə orta dərəcəli XGP-li müayinə olunanlarda isə Lactobacillus spp. tezliyi 1,6 dəfə azalırdı.
I qrupun pasiyentlərində mikroorqanizmlərin rast gəlmə tezliyinə metroni-dazolla yerli terapiyanın təsirinin analizi aparılan terapiyanın effektivliyini göstərdi (cədvəl 1). Alınmış nəticələrə əsasən, yüngül dərəcəli XGP-li pasiyentlərdə müalicədən sonra Staphylococcus spp.,Streptococcus spp. və Enterococcus spp. uyğun olaraq 1,7-2,0 dəfə azalması qeyd edilirdi. Fusobacterium spp., Candida spp.,Neisseria spp. və Actinomycetem comitans müalicədən sonra aşkar edilmədi. Metronidazolla müalicədən sonra I qrupda XGP-in yüngül dərəcəsi olan xəstələrdə Lactobacillus spp. miqdarının 1,2 dəfə artması qeyd olunurdu. XGP orta dərəcəsi olan pasiyentlərində metronidazolla terapiyadan sonra Staphylococcus spp. və Enterococcus spp. tezliyi 2,0 dəfə, Streptococcus spp. – 2,3 dəfə, Fusobacterium spp. – 4,0 dəfə, Candida spp. 3,0 dəfə azalmışdır. Yüngül dərəcəli xəstələrdəki kimi, orta dərəcəli xəstələrdə Neisseria spp. və Actinomycetem comitans aşkar edilməyib, lakin Lactobacillus spp. 1,7 dəfə artmışdır.
Deməli, XGP-in yüngül dərəcəsində metronidazol Fusobacterium spp., Candida spp.,Neisseria spp.,Actinomycetem comitans, orta dərəcədə isə-Neisseria spp. və Actinomycetem comitans-a daha nəzərə çarpan təsir göstərirdi.
Yüngül və orta dərəcəli XGP-li xəstələrin kompleks konservativ müalicəsinə baktrim+metronidazol kombinasiyasının daxil edilməsi parodont toxumalarına ümumi bakterial təzyiqi və dişətialtı mikrofloranın tərkibindəki bütün müayinə olunan parodontopatogenlərin kəmiyyət miqdarını və aşkar edilməsinin tezliyinin mühüm azaldılmasına imkan verdi (cədvəl 2). Yüngül dərəcəli XGP-li pasiyentlərdə müalicədən sonra Staphylococcus spp. azalması – 4,0 dəfə, Streptococcus spp. - 7,0 dəfə, Enterococcus spp. – 5,0 dəfə təşkil etmişdir. Həmin qrupun xəstələrində I qrupda olduğu kimi, müalicədən sonra Fusobacterium spp., Neisseria spp. və Actinomycetem comitans aşkar edilməyib. XGP-in yüngül dərəcəsi olan xəstələrdə Lactobacillus spp. rast gəlinməsi halları baktrim + metronidazolla kombinəedilmiş terapiyanın təyin edilməsindən sonra 1,5 dəfə artmışdır. Kombinəedilmiş terapiya kursunu almış, XGP-in orta dərəcəsi olan xəstələrdə Staphylococcus spp. rast gəlinməsi - 4,5 dəfə, Streptococcus spp. - 8,0 dəfə,Enterococcus spp. – 6,0 dəfə mühüm azalmışdır. Baktrim + metronidazol preparatlarının birləşməsi Fusobacterium spp., Candida spp.,Neisseria spp.,Actinomycetem comitans qarşı effektiv dərman vasitəsi oldu, çünki onun istifadəsindən sonra bu mikroblar aşkar edilmədi. XGP-in orta dərəcəsi olan pasiyentlərdə baktrim + metronidazolun istifadəsindən sonra Lactobacillus spp., 2,0 dəfə artması müşahidə olunurdu.
Şək.1. Müxtəlif XGP-in ağırlıq dərəcəsi ilə xəstələrdə mikroorqanizmlərin rast gəlməsinin tezliyi
Beləliklə, yüngül və orta dərəcəli XGP-li xəstələrdə metronidazolla baktrim preparatının əlavə edilməsindən sonra, mikroorqanizmlərin rast gəlmə tezliyinin dinamikası Fusobacterium spp., Candida spp., Neisseria spp., Actinomycetem comitans mövcud olmamasını göstərdi və bu nəzarət qrupunun ilkin göstərici-lərindən fərqlənmirdi.
Cədvəl № 1.
I qrupun xəstələrində mikroorqanizmlərin rast gəlinməsinin tezliyinə müalicənin təsiri (%)
Mikroorqanizmlər |
Sağlam şəxslər (n=11) |
Xroniki qeneralizəolunmuş parodontit (n=16) |
||||||||
müalicədən əvvəl |
müalicədən sonra |
|||||||||
yüngül dər. (n=8) |
orta dər. (n=8) |
yüngül dər. (n=8) |
orta dər. (n=8) |
|||||||
say |
% |
say |
% |
say |
% |
say |
% |
say |
% |
|
Staphylococcus spp. |
7 |
63,6±14,5 |
7 |
87,5±11,7 |
8 |
100 |
4 |
50,0±17,7 |
4 |
50,0±17,7 |
Streptococcus spp. |
4 |
36,4±14,5 |
6 |
75,0±15,3 |
7 |
87,5±11,7 |
3 |
37,5±17,1 |
3 |
37,5±17,1 |
Enterococcus spp. |
5 |
45,4±15,0 |
6 |
75,0±15,3 |
6 |
75,0±15,3 |
3 |
37,5±17,1 |
3 |
37,5±17,1 |
Fusobacterium spp. |
- |
- |
3 |
37,5±17,1 |
4 |
50,0±17,7 |
- |
- |
1 |
12,5±11,7 |
Candida spp. |
- |
- |
3 |
37,5±17,1 |
3 |
37,5±17,1 |
- |
- |
1 |
12,5±11,7 |
Neisseria spp. |
- |
- |
4 |
50,0±17,7 |
4 |
50,0±17,7 |
- |
- |
- |
- |
Actinomycetem comitans |
- |
- |
2 |
25,0±15,3 |
3 |
37,5±17,1 |
- |
- |
- |
- |
Lactobacillus spp. |
9 |
81,8±11,6 |
5 |
62,5±17,1 |
3 |
37,5±17,1 |
6 |
75,0±15,3 |
5 |
62,5±17,1 |
Aparılan müalicənin effektivliyinin müqayisəvi analizi kombinəedilmiş terapiyanın daha antimikrob aktivliyini aşkar etdi. XGP-in yüngül dərəcəsi olan pasiyentlərdə hər iki qrupda müalicədən sonra mikroorqanizmlərin spektrləri fərqlənmirdi.Həmçinin Lactobacillus spp. aşkar edilməsinin tezliyində də fərqlər aşkar edilməmişdir. Lakin, I qrupda XGP-in yüngül dərəcəsi olan pasiyentlərdə I qrupda müayinə olunanlarla müqayisədə, Staphylococcus spp. tezliyi 50,0%, Streptococcus spp. və Enterococcus spp. – 66,7% uyğun olaraq azalmışdır (şək.2)
Cədvəl № 2.
II qrupun xəstələrində mikroorqanizmlərin rast gəlinməsinin tezliyinə müalicənin təsiri (%)
Mikroorqanizmlər |
Sağlam şəxslər (n=11) |
Xroniki qeneralizəolunmuş parodontit (n=17) |
||||||||
müalicədən əvvəl |
müalicədən sonra |
|||||||||
yüngül dər. (n=8) |
orta dər. (n=9) |
yüngül dər. (n=8) |
orta dər. (n=9) |
|||||||
say |
% |
say |
% |
say |
% |
say |
% |
say |
% |
|
Staphylococcus spp. |
7 |
63,6±14,5 |
8 |
100 |
9 |
100 |
2 |
25,0±15,3 |
2 |
22,2±13,9 |
Streptococcus spp. |
4 |
36,4±14,5 |
7 |
87,5±11,7 |
8 |
88,9±10,5 |
1 |
12,5±11,7 |
1 |
11,1±10,5 |
Enterococcus spp. |
5 |
45,4±15,0 |
5 |
62,5±17,1 |
6 |
66,7±15,7 |
1 |
12,5±11,7 |
1 |
11,1±10,5 |
Fusobacterium spp. |
- |
- |
4 |
50,0±17,7 |
6 |
66,7±15,7 |
- |
- |
- |
- |
Candida spp. |
- |
- |
3 |
37,5±17,1 |
3 |
33,3±15,7 |
- |
- |
- |
- |
Neisseria spp. |
- |
- |
4 |
50,0±17,7 |
5 |
55,5±16,6 |
- |
- |
- |
- |
Actinomycetem comitans |
- |
- |
3 |
37,5±17,1 |
3 |
33,3±15,7 |
- |
- |
- |
- |
Lactobacillus spp. |
9 |
81,8±11,6 |
4 |
50,0±17,7 |
3 |
33,3±15,7 |
6 |
75,0±15,3 |
6 |
66,7±15,7 |
Hər iki qrupun orta dərəcəli XGP-li pasiyentlərində mikroorqanizmlərin tərkibi və rast gəlmə tezliyinin müqayisəsi mühim fərqləri aşkar etdi (şək.3)
Şək. 3-dən göründüyü kimi, metronidazolla (I qrup) terapiya alan pasiyentlərlə müqayisə etdikdə,orta dərəcəli XGP-li xəstələrdə baktrim + metroni-dazolla (II qrup) kombinə edilmiş terapiya alan xəstələrdə müalicə kursundan sonra Fusobacterium spp., və Candida cinsli göbələklər rast gəlinmirdi.
Bundan əlavə, I qrupla müqayisədə II qrupda Staphylococcus spp. 55,6%, Streptococcus spp. və Enterococcus spp. halları – 70,4% uyğun olaraq azalmışdır. Kombinəedilmiş müalicədən sonra Lactobacillus spp. tezliyinin yaxşı dinamikası qeyd edilirdi və bu I qrupun tezliyi ilə müqayisədə, II qrupun pasiyentlərində laktobakteriyaların əkilməsinin 6,7% artması ilə ifadə olunurdu.
Şək.2 I və II qruplarda XGP-in yüngül dərəcəsi olan pasiyentlərdə müalicədən sonra mikroorqanizmlərin rast gəlmə tezliyi.
Şək.3 I və II qruplarda XGP-in orta dərəcəsi olan pasiyentlərində müalicədən sonra mikroorqanizmlərin rast gəlinməsinin tezliyi
Beləliklə, XGP-in yüngül və orta dərəcəsi olan pasiyentlərdə metronidazol və baktrim + metronidazol kombinasiyası ilə terapiya fonunda mikroorqanizmlərin rast gəlmə tezliyi və spektrinin qiymətləndirilməsi baktrim + metronidazol birləşməsinin ən yüksək effektivliyini göstərdi. Görünür bu onunla əlaqədardır ki, XGP-in yüngül və orta dərəcələrində dişətialtı mikrofolarının tərkibində mühüm davamlılığına malik olan, müxtəlif şərti- patogen bakteriyalar və onların assosiasiyaları aşkar edilir, ona görə də iki preparatın müştərək istifadəsi müalicənin effektivliyini artırır. Kombinəedilmiş terapiyanın üstünlüyü antimikrob aktivliyinin genişləndirilmiş spektri, sinergik təsiri və bakterial rezistentliyinininkişafının profilaktikasından ibarətdir. Tədqiqatın nəticələri XGP-in yüngül və orta dərəcələrinin müalicəsində terapiyaya differensiasiyalaşmış yanaşmanın əsaslandırılmasına imkan verdi. Alınmış məlumatlar xəbər verir ki, XGP-in yüngül və orta dərəcəsi olan xəstələrdə kombinəedilmiş terapiyanın aparılması nəinki parodont toxumalarına ümumi bakterial təzyiqi mühüm azaltmağa, hətta diş əti mikroflorasının tərkibində bütün müayinə olunmuş parodontopatogenlərin aşkar olunmasının tezliyini və kəmiyyət miqdarını mühüm azaltmağa imkan verir. Aparılmış tədqiqatın nəticələri parodont xəstəliklərin kompleks müalicəsinin müasir konsepsiyası ilə üst-üstə düşür. Bu konsepsiyaya görə, parodontun iltihabi xəstəliklərinin patogenetik mahiyyətini və patoloji prosesin gedişatının variantlarını nəzərə alaraq, praktiki olaraq hər xəstədə, müalicə kompleks xarakter daşımalıdır [6,12]. Bu kompleksə dərman vasitələrinin istifadəsi ilə yerli və ümumi terapevtik manevrlər, xüsusilə antibakterial terapiya daxildir. Baktrimin daxil edilməsi metronidazolun effektivliyini gücləndirdi. Qeyd edək ki, baktrim (biseptol) bakterial hüceyrənin DNT sintezinin ikinci mərhələdə tormozlayan iki komponentdən ibarətdir: üçmetaprim və sulfametoksazoldan, və bu ikili mexanizm nəticəsində preparat yüksək aktivliyə və geniş spektrli təsirə malik olur- qram- müsbət və qram - mənfi bakteriyalara təsir edir.
XGP-in kompleks müalicəsində baktrim + metronidazol birləşməsinin istifadəsi 12 gün ərzində parodontopatogenlərin rast gəlmə tezliyinin nəzərə çarpan azalmasına səbəb oldu. Alınmış nəticələrin əsasında baktrim + metronidazolla kombinəedilmiş terapiya yüngül və orta dərəcəli XGP-in kompleks müalicəsi planına daxil edilməsi üçün tövsiyə oluna bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Амиралиев Р.С. Клинические особенности и социально-эпидемиологические закономерности распространения заболеваний пародонта и комплексная эффективная тактика по их лечению среди детей: Автореф. дис. … канд. мед.наук. Баку, 2004, 22 с.
2.Мамедли Дж. А., Пашаев А.Ч., Мамедова С.А. Клинико-лабораторное обоснование эффективности лечения агрессивных форм пародонтита // Стоматология детского возраста и профилактика, 2009, том 7, №2(29), с. 17-20.
3.Пашаев А.Ч. Эпидемиологические аспекты основных стоматологических заболеваний населения Азербайджана и разработка эффективных лечебно-профилактических мероприятий: Автореф. дис. … докт. мед.наук. Баку, 2011, 50 с.
4.Безденежных Д.С., Русанова Е.В., Никитин А.А. Сравнительная характеристика invitro антибактериальных свойств антисептических препаратов, применяемых в пародонтологии // Стоматология, 2012, Т.91, №3, с. 20-21.
5.Воронина А.И., Гажва С.И., Меньшикова Ю.В. Состояние микрофлоры пародонтальных карманов пациентов с хроническимгенерализованным пародонтитом легкой и средней степени при лечении различными антибактериальными препаратами / II Российская научно-практическая конференция «Здоровье человека в XXI веке». Казань, 3 апреля 2010, Том 1, с.71-72.
6.Гажва С.И., Воронина А.И. Оптимизация консервативного лечения хронических генерализованныхпародонтитов легкой и средней степени тяжести с использованием различных антибактериальных препаратов // Обозрение. Стоматология, 2010, №2 (70), с.14.
7.Грудянов А.И. Заболевания пародонта. Москва: Медицинское информационное агентство, 2009, 336 с.
8.Кох А. Измерение роста. Методы общей бактериологии. Пер. с англ. Москва: Медицина, 1984, 126 с.
9.Фукс Е.И., Карева Ю.А., Гализина О.А., Таболина Е.С. Современные аспекты этиологии и патогенеза заболеваний пародонта // Российский медико-биологический вестник имени академика И.П. Павлова, 2013, №3, с.153-160.
10.Gamboa F., García D.A., Acosta A. et al. Presence and antimicrobial profile of gram-negative facultative anaerobe rods in patients with chronic periodontitis and gingivitis // ActaOdontolLatinoam, 2013, vol.26, No1, p.24-30.
11.Liu Jingbo Zhao, Jian Li, Chen Yu, Ning Zhang, Dongmei Pan, Yaping. Clinical and microbiologic effect of nonsurgical periodontal therapy on patients with chronic or aggressive periodontitis // Quintessence International, 2013, vol. 44, Issue 8, p.575-583.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı