UŞAQLARDA ASTİQMATİZMİN OFTALMOLOJİ MÜAYİNƏSİNDƏ “PLUSOPTİX A-09” PEDİATRİK AVTOREFRAKTOMETRİN EFFEKTİVLİYİ

20-11-2016

Açar sözlər : Pediatrik avtorefraktometr, skioskopiya, refraksion pozğunluq.

Refraktiv qüsur gözün işıq şüasını torlu qişada toplaya bilməməsi xüsusiyyətidir. Uşaq və yeniyetmələrdə bu patologiya daha aktualdır. Məlumdur ki, refraktiv qüsur uşaqlarda gözün ən çox diaqnoz qoyulan patologiyalardan biridir. [1, 4, 5-7, 8, 9]

Bu baxımdan həyatın ilk illərində refraktiv qüsurların düzgün diaqnoz qoyulması aktual məsələdir. Refraktiv qüsurların gec aşkarlanması uşaq və yeniyetmələrdə ambliopiyaya, binokulyar görmənin pozulmasına, müştərək çəpgözlüyə və s. patologiyalara səbəb olur [1, 2, 3, 7, 8]. Astiqmatizm refraktiv qüsurların bir növü olub, anadangəlmə və qazanılma olur. Astiqmatizm çox zaman buynuz qişanın anadangəlmə asimmetriyası və ya büllurun sferikliyinin dəyişilməsi nəticəsində meydana çıxır və nəticədə uşaqlar dəqiq görmə qabiliyyətlərini itirirlər. Astiqmatizmin bir neçə növü var. Sadə astiqmatizm 8%, mürəkkəb hipermetropik astiqmatizm 44%, mürəkkəb miopik astiqmatizm 39%, qarışıq isə 9% rast gəlinir [4].

Kliniki praktikada böyüklərdə refraksiyanı yoxlamaq, eləcədə buynuz qişanın refraktiv qüvvəsini hesablamaq üçün infraqırmızı işıqdan istifadə edən avtomatik, obyektiv refraktometrlərdən daha çox istifadə edilir. Avtomatik refraktometrlərlə bağlı spesifik problem hədəfə baxarkən gözün akkomodasiya etmək cəhdidir. Lakin, uşaqlarda və yeniyetmələrdə standart avtorefrak-tometrində refraksiyanı yoxlamaq texniki baxımdan (uşağın baxışını, başın fiksasiyanın mümkünsüzlüyü) çətinliklər törədir. Bu baxımdan uşaq refraktometri “Plusoptix A-09” uşaqlarda diskomfort yaratmadan refraksiyanı  müayinə etməyə imkan yaradır [3,7].

İşin məqsədi : Uşaqlarda  astiqmatizm zamanı oftalmoloji müayinədə “Plusoptix A-09” uşaq avtorefraktometrinin effektivliyi.

Material və metodlar  Tədqiqata 110 (220 göz) uşaq cəlb olunub. Onlardan 72-si (65,4 %) oğlan, 38-i (34.6 %) qiz olmuşdur [şək.1].

Şək.1. Xəstələrin cinsə görə bölünməsi

Orta yaş həddi 1-10 yaş olmuşdu. Müayinələr dar bəbəklə “Plusoptix A-09” pediatrik avtorefrak-tometirində aparılmışdır. Xəstələr astiq-matizmin növlərinə görə qruplara bölünmüşdülər. Xəstələrin 41-i (37,27%) hipermetropik astiqmatizm (82 göz), 31-i (37,27%) miopik astiqmatizm (62 göz), 38-i (34.5%) qarışıq astiqmatizmli (76 göz) xəstələr olmuşdur. Müayinələr Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaaqlarda refraksiyanın pozğunluğu şöbəsində 2013-2016-cı illər ərzində aparılıb.

Uşaq avtorefraktometri “Plusoptix A-09”portativ, yünğül, rahat, istifadə baxımdan istənilən yerə asanlıqla daşınan binokulyar, kontaksız dəst olaraq alman firması Plusoptix GmbH şirkətində istehsal olunur. Bu unikal dəst kiçik uşaqlarda 1metr məsafədə bəbək genəlmədən, bir neçə dəqiqəyə dəqiq binokulyar refraksiya dəyişikliyini təyin edir. Yüksək texnologiyalı uşaq avtorefraktometriPlusoptix  A-09”  2 gözün eyni anda ölçüldüyü, ekzantrik videoretinoskop olub nistaqmlı, mürəkkəb uşaqlarda xüsusilə 4 yaşaltı körpələrdə və hətta yeni doğul-muşlarda belə saniyələr içində göz ölçümlərini edildiyi bir sistemdir.

Bu unikal dəst kiçik yaşlı uşaqları narahat etmədən, 1metr məsafədə, bəbək genəlmədən, bir neçə dəqiqəyə dəqiq binokulyar refraksiya dəyişikliyini müəyyən edir. Cihazın yanib sönən işıqları və səsi xəstənin əlaqəsini cihaza doğru çəkir. Tək düyməni basaraq hər iki göz  üçün binokulyar, çəpgözlü xəstələrdə isə monokulyar  müayinə edilə bilər. 

Nəticələr:Plusoptix A-09” pediatrik avtorefraktometriyanın nəticələri skiaskopiyanın göstəriciləri ilə müqayisə edilmişdi. Daha çöx dar bəbəklə azyaşlı uşaqların “Plusoptix A-09” pediatrik avtorefraktometrinin nəticələri medikamentoz midriaz şəraitində skioskopiya nəticələri ilə üst-üstə düşmüşdür. Pediatrik “Plusoptix A-09” avtorefraktometriyanin və skioskopiyanın uyğun gəlməsi müxtəlif yaş quruplarında 0,5 D-1,0 D təşkil etmişdir. Xəstə eynək və linza taxarkən də ölçmələr aparıla bilər.

Yekun: Pediatrik “Plusoptix A-09” avtorefraktometriyası kiçik yaşlı uşaqlarda, körpələrdə, qüsurlu uşaqlarda, danışıq və nitq qüsurlu uşaqlarda, yetkin xəstə qruplarında klinik refraksiyanın rahat, tez və kifayət qədər dəqiq müəyyən etmə üsuludur. Bu baxımdan uşaqların refraksiya pozğunluqlarinda, xüsusilə astiqmatizm zamanı “Plusoptix A-09” cihazının erkən diaqnostikada istifadə olunması effektiv, konfortlu, və məqsədəuyğundur.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

1. Qasımov E.M, Aslanova  V. Ə.  “Göz   xəstəliklərinin  diferensial diaqnostikası”  Bakı, 2009, səh 82-97
2. Qasımov E.M, Kərimov M. İ. “Göz   xəstəlikləri “  Bakı, 2014 , səh 15-18
3.Абруд Ф. Современные возможности рефрактометрии у детей раннего возраста // Рефракционная  хирургия и офтальмология, 2007, т.7, №1, с.46-50.
4. Аветисов Э.С., Ковалевский Е.И., Хватов А.В. Руководство по детской офтальмологии / М., 1987, 192-225.
5. Глазные болезни / Под ред. Копаевой В.Г., М., 2002, с.391-398
6. Канский Дж. Дж. Клиническая офтальмология / 2006, с.521-556.
7. Мустафаева Д.М., Шафиева Д.Т., Амирова А.Ю., Гасанзаде Л.Ю.* “эффективность педиатрического авторефрактометра PLUSOPTIX A-09 в офтальмологическом обследовании детей раннего возраста “Oftalmologiya elmi-praktik jurnal” 2016, № 22,  стр 65-71
8. Офтальмология, национальное руководство / Под ред. Аветисова Э.С, Егорова Е.А.,  Мошетовой Л.К., et al.  2008, с.775-790.
9. Сомов Е.Е. Клиническая офтальмология / 2008, с.147-150


Müəlliflər:
N.F. Qurbanova
L.Y. Həsənzadə

Digər jurnal və qəzetlər