DƏM QAZI İLƏ KƏSKİN ZƏHƏRLƏNMƏLƏRİN GEDİŞATINA ALKOQOL İNTOKSİKASİYASININ TƏSİRİ

17-11-2016

Açar sözlər: dəm qazı ilə zəhərlənmə, tənəffüs yollarının termokimyəvi zədələnməsi, alkoqol intoksikasiyası.

Dəm qazı ilə kəskin zəhərlənmələr praktik səhiyyənin aktual problemlərindən biri olaraq qalır. Ədəbiyyatda verilən məlumata görə kəskin zəhərlənmələr içərisində dəm qazı ilə zəhərlənmələr 5-6% təşkil edir, inqalyasiya zəhərlənmələri arasında isə karbon oksidi ilə zəhərlənmələr əsas yer tutur [1, 6, 7, 8]. Göstərilən patologiyadan ölüm halları əsasən sinir, ürək-damar və tənəffüs sistemləri tərəfindən yaranan ağırlaşmalarnan bağlıdır. Bu ağırlaşmaların əsas səbəbi tənəffüs yollarının termokimyəvi zədələnmələridir (TY TKZ). Dəm qazı ilə kəskin zəhərlənmələr içərisində belə zədələnmələrin payı 16-20% təşkil edir. [2, 4]. Məlumdur ki, TY TKZ-nin dərəcəsi dəm qazı ilə kəskin zəhərlənmələrin gedişini xeyli (əhəmiyyətli dərəcədə) ağırlaşdırır və proqnoza təsir edir. TY TKZ ilə xəstəxanaya yerləşdirilən zərərçəkmişlərdə 25-30% hallarda ağciyər ağırlaşmaları baş verir və onların 50%-i bu patologiya nəticəsində həyatını itirir. [3]. Beləliklə, TY TKZ-in ağırlığı bir çox hallarda kimyəvi zəhərlənmənin nəticəsinə təsir edir. Həmçinin qeyd etmək lazımdır ki, xəstəxanaların toksikoloji şöbələrinə xəstələrin təxminən 50-60%-i alkoqol sərxoşluğu vəziyyətində daxil olur [4, 5].

Hazırki işin məqsədi alkoqol intoksikasiyası fonunda tənəffüs yollarının termokimyəvi zədələnməsi ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələrin gedişinin xüsusiyyətlərini öyrənmək olmuşdur.

Tədqiqatın materialı və metodlarıTədqiqatın materialları dəm qazından kəskin ağır zəhərlənən, TY TKZ ilə ağırlaşan və kompleks müayinələr aparılan 18 yaşından 66 yaşadək olan zərərçəkən  (29 kişi, 17 qadın) üzərində müşahidələrdən ibarət olmuşdur.

Dəm qazından kəskin zəhərlənən və TY TKZ ilə ağırlaşan zərərçəkənlərin içərisində 18 nəfər (39%) alkoqol sərxoşluğu olmayanlar (I qrup-müqayisə qrupu), 28 nəfərdə isə (61%) dəm qazından zəhərlənmə alkoqol intoksikasiyası ilə müşaiyət olmuşdur (II qrup-əsas qrup).

İşin yerinə yetirilməsi zamanı xəstəliyin anamnezi, xəstəxanaya qədər olan tibbi sənədlər, müalicə müəssisəsinə daxil olduğu zaman aparılan  obyektiv tədqiqatların göstəriciləri, 1, 3, 5 və 10 sutka ərzində aparılan müalicə, ümumi klinik müayinələr (döş qəfəsi orqanlarının rentqenoqrafiyası, elektrokardioqrafiya), mütəxəssis həkimlərin (terapevt, nevropatoloq, psixiatr və s.) rəyləri təhlil olunmuşdur. Daxil olarkən və stasionar müalicənin 1-ci sutkası ərzində “Karboksihemoqlobinin və karboksimioqlobinin miqdarının təyini haqda metodik göstərişlərə” (1974) müvafiq olaraq spektrofotometrik üsulla venoz qanda karboksihemoqlobinin miqdarının təyini aparılmışdır. Qan və sidikdə olan etanol və onun surroqatlarının miqdarı qazmayeli xromatoqrafiya üsulu ilə  LХМ-80 universal laboratoriya xromatoqrafında təyin edilmişdir. Alınmış nəticələrin statistik analizi, aparılan tədqiqatın tələblərinə müvafiq olaraq Microsoft Excel elektron cədvəllər proqramının köməkliyi ilə həyata keçirilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi.Məişət şəraitində dəm qazından zəhərlənmələr tez-tez alkoqol sərxoşluğu fonunda baş verir. Hazırki işdə 61% hallarda dəm qazından ağırlaşmış zəhərlənmələr alkoqol intoksikasiyası fonunda keçmiş, halbuki, dəm qazı ilə ayrıca zəhərlənmələr zamanı eyni vaxtda baş verən alkoqol intoksikasiyası 1,6 dəfə az müşaiyət olunmuşdur (39% hallarda). Tənəffüs yollarının termokimyəvi zədələnməsi ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələrin gedişinin ağırlığının təsnifatı yalnız karboksihemoqlo-binemiyanın nəzərə alınması ilə deyil, həm də fibrobronxoskopiyanın göstərici-lərinin nəzərə alınması ilə tərtib edilmişdir (cədvəl 1).

Cədvəl  1.

Tənəffüs yollarının termokimyəvi zədələnməsi ilə ağırlaşan dəm qazından

kəskin zəhərlənmələrin gedişinin təsnifatı.

Ağırlıq dərəcəsi

Fibrobronxoskopiya

   Hb CO (%) qatılığı

Yüngül

I dərəcə (yüngül) TY TKZ

10-15 -ə qədər

Orta ağır

II dərəcə (ağır) TY TKZ

20-25 -ə qədər

Ağır

III dərəcə (olduqca ağır) TY TKZ

26 və daha yüksək

 

Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, dəm qazından zəhərlənən və I qrupda müayinə edilənlərin venoz qanında karboksihemoqlobinin qatılığı ilk sutkalar ərzində 65,3% azalmışdır ki, bu da ədəbiyyatda göstərilən nəticələrlə demək olar ki, eynidir (cədvəl 2).

Eyni zamanda alkoqol intoksikasiyası olduqda karboksihemoqlobinin dissosiasiya sürəti təxminən 10 dəfə az olmuş- dəm qazından zəhərlənmədən sonra ilk sutkalar ərzində karboksihemoqlobinin səviyyəsi 6,6% azalmışdır. Birinci sutkanın sonuna 2-ci qrupda olan zərərçəkmişlərin qanında karboksihemoqlobin, I qrup zərərçəkmişlərin göstəricilərini həqiqi olaraq 3,3 dəfə ötüb keçmişdir.

Görünür, inqalyasiya travması, tənəffüs yollarının morfoloji dəyişiklikləri (his, intersitial və selikli qişanın ödemi, epitelin soyulması) və zərərçəkmişlərin orqanizminə oksigenin gec çatdırılması nəticəsində I qrup zərərçəkmişlərdə xarici tənəffüs funksiyasının pozulması ilə müşaiyət olunur ki, bu da travmanın ilk günlərində karboksihemoqlobinin daha zəif dissosiasiyası ilə nəticələnir.

Cədvəl  № 2.

Dəm qazından zəhərlənən zərəəkmişlərin venoz qanında karboksihemoqlobinin  (%) miqdarının dinamikası

Tədqiqat müddəti

I qrup (n=18)

II qrup (n=28)

Daxil olma

19,9±0,9

24,1±1,9

12 saat

12,4±1,3

22,7±2,1*

24 saat

6,9±1,6

22,5±2,3*

Qeyd: * - fərq dürüstdür (р<0,05).

Cədvəl  № 3.

Stasionara daxil olarkən dəm qazından kəskin zəhərlənən və TY TKZ ilə ağırlaşan zərəəkmişlərin qan və sidiklərində aşkar olunan etanolun (q/l) miqdarı:

     

TY TKZ ağırlığı

  Alkoqol sərxoşluğu olan 

     zərərçəkmişlərin sayı

Etanolun (q/l) biomühitlərdə miqdarı

Abs

%

Qan

Sidik

I dərəcəli TY TKZ (n=9)

II dərəcəli TY TKZ (n=16)

III dərəcəli TY TKZ (n=21)

3

9

16

33,3

56,0

76,0

2,3±0,1

2,4±0,4

3,0±0,6*

2,4±0,1

2,5±0,2

3,1±0,4*

Cəmi xəstələr (n=46)

28

61,0

2,6±0,5

2,8±0,4

Qeyd:* - III dərəcəli TY TKZ zərəəkmişlərin I-II dərəcəli TY TKZ zərəəkmişlərdən fərqlənməsi dürüstdür (р<0,05).

Alınan nəticələr göstərir ki, alkoqol intoksikasiyası, tənəffüs yollarının termokimyəvi zədələnməsi ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələrin gedişini ağırlaşdırır. Ancaq xüsusilik ondadır ki, ağırlaşma alkoqolun qanda 2,5‰ və daha yüksək olması zamanı baş verir. Bu miqdara qədər alkoqol intoksikasiyası elə də ciddi təsir göstərmir, hətta bəzən, dəm qazından kəskin zəhərlənmələrin gedişini yüngülləşdirir. Tədqiqatların gedişində zərərçəkənlərin qan və sidiklərində etanolun miqdarı ilə inqalyasiya travmasının ağırlığı arasında bilavasitə bağlılıq müəyyən edilmişdir (cədvəl 3).

Təqdim edilən göstəricilərə əsasən, tənəffüs yollarının daha ağır zədələn-məsi, zərərçəkmişlərin qan və sidiyində etanolun daha yüksək konsentrasiyası aşkar olunanda qeyd edilmişdir. Alkoqol intoksikasiyası fonunda əksər hallarda (76%) ən ağır (III dərəcə) TY TKZ qeydə alınmışdır.

Tənəffüs yollarının dərin hissələrinin zədələnməsi, daha ağır hipoksiyanın inkişaf etməsi, nəticədə karboksihemoqlobinin daha zəif dissosiasiyasına səbəb olur. Belə ki, zəhərlənmə anından sonra ilk günlər alkoqol sərxoşluğu olan zərərçəkmişlərin (qanda etanolun miqdarı 2,5‰-dən artıq) qanında karboksihe-moqlobinin miqdarı alkoqol intoksikasiyası olmayan zərərçəkmişlərdən 42,2% artıq olmuşdur. Tədqiqatın gedişində alınan göstəricilərə görə alkoqol sərxoşluğu olan zərərçəkmişlərdə (qanda etanolun miqdarı 2,5‰-dən çox) tənəffüs sisteminin zədələnməsi daha ağır olmuş və tez-tez baş vermişdir. Belə ki, alkoqol intoksikasiyası olduqda respirator traktın zədələnməsinə, müqayisə qrupuna nisbətən 1,6-2,0 dəfə daha tez-tez təsadüf edilmişdir. Tənəffüs orqanlarının zədələnməsi sırasında əsas yeri kəskin bronxit və pnevmoniya tutur. Alkoqol intoksikasiyası olduqda ağ ciyərlərin süni ventilyasiyası nəzarət qrupuna nisbətən təxminən 3 dəfə daha tez-tez tətbiq edilir. Alkoqol sərxoşluğu ilə müşaiyət edilən və dəm qazı ilə zəhərlənən zərərçəkmişlərin ağ ciyərlərin süni ventilyasiyasına keçirilməsi müddəti 68,7±7,8 s təşkil etmişdir ki, bu da müqayisə qrupundan (48,5+4,7 s) 1,4 dəfə tez-tez baş verir. Eyni zamanda, alınan göstəricilər ancaq qanda etanolun miqdarı 2,5‰-dən daha yüksək olduqda dürüstdür.

Alkoqol intoksikasiyası olan zərərçəkmişlərdə müqayisə qrupuna nisbətən komatoz vəziyyət (3 dəfə), görmə və eşitmə hallyusinasiyası ilə müşaiyət olunan psixomotor həyəcanlanmalar (2,4 dəfə) daha çox baş verir. Alkoqol sərxoşluğu olan zərərçəkmişlərin komatoz vəziyyətinin davamlılığı dövrü müqayisə qrupuna nisbətən 20 saat daha uzun müddətli olur. Miokardda aydın müşahidə olunan metabolik xarakterli dəyişikliklərin inkişafı, kardial işemiya və ürək keçiriciliyinin pozulması kimi ürək-damar fəaliyyətinin pozulması simptomları alkoqol intoksikasiyası olmayan zərərçəkmişlərə nisbətən alkoqol intoksikasiyası olanlarda 1,3-2,0 dəfə daha tez-tez təsadüf edilir.

Alkoqol intoksikasiyasının toksik prosesin gedişinin inteqral göstəricilərinə təsiri analizi göstərir ki, alkoqol sərxoşluğu ilə müşaiyət olunan dəm qazından ağırlaşmış zəhərlənmələrdə ağ ciyərlərin süni ventilyasiyasına (ACSV) keçirilməsi müddətinin davamlılığı 68,7±7,8 s təşkil etmişdir ki, bu da nəzarət qrupu ilə (48,5+4,7 s) müqayisədə 1,4 dəfə daha tezdir. Eyni zamanda alınan göstəricilər yalnız qanda etanolun miqdarı 2,5‰-dən daha çox olanda dürüstdür.


Cədvəl  4.

TY TKZ ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələr zamanı alkoqol

intoksikasiyasının toksik prosesi gedişinin inteqral göstəricilərinə təsiri.

İnteqral

göstəriciləri

Müqayisə qrupu

(n=18)

Alkoqol

2,5 ‰-ə qədər (n=12)

2,5 ‰-dən yüksək (n=16)

ACSV tətbiqinin müddəti

48,5±4,7

49,4±5,7

68,7±7,8*

Reanimasiyada qalmanın müddəti (sut.)

7,8±0,4

7,2±0,3

9,2±0,8

Stasionarda qalmanın müddəti (sut.)

11,7±1,4

9,8±1,9

12,6±2,0

Ölümlə nəticələnmə (%)

12,5

15,3

27,1*

Qeyd: *  nəzarətlə fərqlənmə dürüstdür (р<0,05).

Alkoqol sərxoşluğunun TY TKZ ilə ağırlaşan kəskin zəhərlənmələrin nəticəsinin strukturuna təsiri analizi göstərir ki, zəhərlənmə ağır alkoqol   intoksikasiyası ilə müşaiyət edilərsə (qanda etanolun miqdarı 2,5‰-dən artıq) ölüm halı, qanında 2,5‰-dən az etanol olan zərərçəkmişlərə və müqayisə qrupuna nisbətən 2,0 dəfə daha tez baş verir.

Beləliklə, bizim tədqiqatlarla müəyyən edilmişdir ki, etanolla ağır intoksikasiya (qanda etanolun miqdarı 2,5‰-dən artıq), tənəffüs yollarının termokimyəvi zədələnməsi ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələrin bəzi klinik sindromlarının tezlik və müddətinə əhəmiyyətli dərəcədə təsir edir. Alkoqol intoksikasiyası fonunda tez-tez tənəffüs sisteminin bronxit və pnevmoniya kimi iltihabi zədələnmələrinə təsadüf edilir; daha tez-tez komatoz hallar baş verir, xəstələr tez-tez və daha uzun müddətə ağ ciyərlərin süni ventilyasiyasına keçirilir, tez-tez EKQ repolyarizasiya fazasında ürək-damar sistemində qeyri-spesifik dəyişikliklər və keçiriciliyin pozulması baş verir. Son nəticədə, alkoqol intoksikasiyası zamanı (qanda etanolun miqdarı 2,5‰-dən artıq) ölüm halları alkoqol sərxoşluğu olmayan zərərçəkmişlər qrupuna nisbətən 2 dəfə daha tez baş verir. Eyni zamanda yüngül və orta ağır dərəcəli (qanda etanolun miqdarı 2,5‰-dən az) alkoqol intoksikasiyası zamanı dəm qazından kəskin zəhərlənmələr daha yüngül keçir. Orta dərəcədən başlayaraq alkoqol intoksikasiyası TY TKZ ilə ağırlaşan dəm qazından kəskin zəhərlənmələrin gedişinin ağırlığını artırır.

 ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

1.Белова М.В., Лужников Е.А. Окислительный стресс в неотложной токсикологии. Общая реаниматология,  2009,  Том V,  №6, с.43-45
2.Епифанова Н.М. Саногенетические механизмы гипербарической оксигенации при острых экзогенных интоксикациях. Гипербарич. физиол. и мед., 2007,  № 4, с. 31-32
3.Ильяшенко К.К. Токсическое поражение дыхательной системы при острых отравлениях и его лечение. Неотложная клиническая токсикология (руководство для врачей). Под редакцией академика РАМН Е.А. Лужникова -М.: «Медпрактика-М», 2007, с.66-76
4.Лужников Е.А., Суходолова Г.Н. Неотложные состояния при острых отравлениях. М., Медицина, 2004, 108 с.
5.Норма в медицинской практике. Справочное пособие под редакцией проф. Милягина В.А. М.: МЕДпресс-информ, 2009, 144 с.
6.Юсифли Р.М., Мамедов З.М., Алиев Р.А. Meyitlərin məhkəmə-tibbi ekspertizası zamanı diaqnozların tərtib edilməsi və nəticələrin əsaslandırılmasına dair. Dərs vəsaiti,  Bakı, 1999, 240s.
7.Stockmann H.А., Hiemstra, R.L.  Extracorporeal perfusion for the treatment of acute live failure. Ann. Surg. 2008, Vol. 231, р. 460-470
8.Wilgis J. Strategies for providing mechanical ventilation in a mass casualty incident: distribution versus stockpiling. Respir. Care. 2008, Vol. 53, р. 96- 100


Müəlliflər:
Ü.S. Mikayılov
Z.M. Məmmədov

Digər jurnal və qəzetlər