BAKI VƏ GƏNCƏ ŞƏHƏRƏLƏRİNDƏ KƏSKİN KİMYƏVİ MƏNŞƏLİ EKZOGEN ZƏHƏRLƏNMƏLƏRİN STRUKTURU

05-01-2017

Kəskin kimyəvi zəhərlənmələr səhiyyənin aktual problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yalnız 2012-ci ildə 193 min nəfər təsadüfi zəhərlənmələrdən vəfat etmişdir, bu da dünya miqyasında insanların 10,7 million sağlam həyat illərinin itirilməsi deməkdir. [1].

Müşahidələr göstərir ki, hər ölkədə unikal toksiko-epidemioloji vəziyyət yaranır və hətta bir ölkənin müxtəlif regionlarında kəskin zəhərlənmələrin strukturu nəzərəçarpan dərəcədə dəyişilə bilər [2-5].

Azərbaycanın iki ən böyük yaşayış məntəqələri olan Bakı və Gəncə şəhərlərində mövcud kəskin kimyəvi mənşəli intoksikasiyaların müasir vəziyyətinin öyrənilməsi məqsədi ilə biz bu tədqiqatı yerinə yetirmişik.

Material və metodlar.2015-ci ildə Bakıdakı 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə və Gəncə şəhərindəki Təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə stasionar müalicəyə kəskin kimyəvi mənşəli ekzogen zəhərlənmələr ilə daxil olmuş xəstələrin nozoloji strukturu müqayisəli öyrənil-mişdir.

Bu dövr ərzində bizim prospektiv tədqiqat üçün seçdiyimiz kriteriyalara uyğun xəstələrin sayı Bakı şəhərində - 2204 nəfər, Gəncə şəhərində isə - 470 nəfər xəstə təşkil etmişdir. Bütün xəstələrin diaqnozları  XBT-10 üzrə kodlara uyğunlaşdırılırdı. Alınan nəticələr standart kompüter formalara daxil edilib və statistik üsul ilə müqayisə olunmuşdur.

Alınan nəticələr və onların müzakirəsi.Hər iki şəhərdə kəskin kimyəvi mənşəli zəhərlənmələrin strukturu aşağıdakı cədvəldə verilmişdir (cədvəl № 1). Cədvəldən göründüyü kimi, hər iki şəhərdə ən böyük pay müxtəlif dərman preparatları ilə intoksikasiyalara məxsusdur. Bakı şəhərində bu rəqəm 823 nəfər və ya 37,3%, Gəncə şəhərində isə 132 nəfər və ya 28,1% təşkil edirdi. Dərman zəhərlənmələrinin arasında müxtəlif sedativ, antikonvulsant, antidepressant, psixotrop və XBT-10 T42/T43 rubrikalarında qeyd olunan digər neyrotrop preparatlarla intoksikasiyalar aparıcı rol oynamışdır. 

        Zəhərlənmələrin arasında II yerdə Gəncə şəhərində etanolla kəskin intoksikasiyalar olmuşdur (111 xəstə və ya 23,6%), Bakıda isə bu xəstələrin payı 5,6% təşkil edirdi, p<0,001).

        Bakı şəhərində karbon monooksid (dəm qazı) və digər zəhərli qazlarla kəskin inhalyasion zəhərlənmələr II yer tutmuşdur – 502 xəstə və ya 22,8%. Gəncədə bu xəstələrin sayı 59 olmuşdur (12,6%) p<0,001.

III yerdə Gəncə şəhərində müxtəlif heyvanların zəhəri ilə intoksikasiyalar olmuşdur – 62 xəstə (13,2%). Bu qrupa daxil olan xəstələr – ilan, əqrəb, qaraqurd və buğumayaqlıların zəhəri ilə intoksikasiyalar ilə əlaqəli olmuşdur. Bakı şəhərində XBT-10 T63 rubrikasına aid olan xəstələrin payına cəmi 4,5% düşürdü (p<0,001).

Bakı şəhərində kəskin kimyəvi mənşəli zəhərlənmələrin arasında III yer müxtəlif yandırıcı (korroziv) təsirə malik olan maddələr ilə inoksikasiyaların payına düşürdü – 350 xəstə və ya 15,9%-i. Gəncə şəhərində bu xəstələrin sayı 52 və ya 11,3% təşkil edirdi. Bu nozoloji qrupa daxil olan zəhərlənmələrin əksəriyyəti sirkə turşusu ilə intoksikasiyalara məxsus idi (Bakıda – 79,4%-i, Gəncədə isə - 100% xəstələr).

Cədvəl № 1.

Daxil olan toksikoloji xəstələrin nozoloji bölünməsi

NOZOLOGİYA (XBT-10)

BAKI

GƏNCƏ

N

%

N

%

1

Dərman zəhərlənməsi (Т36 – Т50)

823

37,3

132

28,1

2

Narkotik maddələrlə zəhərlənmə (Т40)

72

3,3

16

3,4

3

Spirtlərlə zəhərlənmə (Т51)

123

5,6

111***

23,6

 

ocümlədənalkoholsurroqatları iləzəhərlənmə (Т51.1)

2

 

0

 

4

Üzvi həlledicilərlə zəhərlənmələr (Т52)

95

4,3

1***

0,2

 

ocümlədənneftməhsulları iləzəhərlənmə (Т52.0)

19

 

1

 

 

o cümlədən ketonlar (Т52.4) digərhəlledicilərləzəhərlənmələr (Т52.8; Т52.9)

76

 

0

 

5

Halogen törəmələrin, alifatik və aromatik karbohidratların toksiki təsiri (Т53)

1

0,05

0

0,0

6

Yandırıcı məhlullardan zəhərlənmə (Т54, T57.2)

350

15,9

53

11,3

 

o cümlədən  sirkə turşusu ilə zəhərlənmə (Т54.2)

278

 

53

 

7

Məişət kimyasına aid maddələr ilə zəhərlənmə (Т55)

2

0,1

8**

1,7

8

Metalların toksiki təsiri (Т56)

1

0,05

8**

1,7

9

Qeyri-üzvi maddələrlə zəhərlənmələr (T57)

1

0,05

7**

1,5

10

Dəm və başqa  qazların toksiki təsiri (Т58/T59)

502

22,8

59*

12,6

 

o cümlədən  digər qaz, tüstü və buxarların toksiki təsiri (Т59)

5

 

2

 

11

Pestisidlər ilə zəhərlənmə (Т60)

116

5,3

13

2,8

 

O cümlədən fosfor üzvi birləşmələr (Т60.0); XÜB, insektisidlər və digər pestisidlər (T60.1,Т60.2,Т60.9)

66

 

8

 

 

O cümlədən rodentisidlər (Т60.4)

50

 

5

 

12

Zəhərli göbələklərlə zəhərlənmə (Т62.0)

18

0,8

0***

0,0

13

Zəhərli heyvanların zəhəri ilə intoksikasiya  (Т63)

99

4,5

62***

13,2

 

O cümlədən ilan zəhəri ilə zəhərlənmələr (Т63.0)

78

 

16

 

 

O cümlədən əqrəb sancması (T63.2)

4

 

27***

 

 

O cümlədən qaraqurd zəhəri ilə zəhərlənmələr  (Т 63.3)

5

 

0*

 

 

O cümlədən digər  buğumayaqlıların  və dəqiqləşdirilməmiş zəhərli heyvanların zəhəri ilə intoksikasiyalar (T63.4, T63.8, T63.9)

12

 

29***

 

14

Digər zəhərli bitkilərlə zəhərlənmə (Т62.2)

1

0,05

0

0,0

CƏMİ:

2204

 

470

 

 (*** - p<0,001; ** - p<0,01; *- p<0,5)

 

Cədvəl № 2.

Letal hadisələrin nozoloji bölünməsi

NOZOLOGİYA

BAKI

GƏNCƏ

N

%

N

%

Dərman zəhərlənməsi

7

10,6

1

14,3

Narkotik maddələrlə zəhərlənmə

3

4,5

1

14,3

Spirtlərlə  və surroqatlarla zəhərlənmə

1

1,5

0

0,0

Üzvi həlledicilərlə zəhərlənmələr

1

1,5

0

0,0

Yandırıcı məhlullardan zəhərlənmə

43

65,2

4

57,1

Dəm və başqa  qazların toksiki təsiri

5

7,6

0

0,0

Pestisidlər ilə zəhərlənmə

4

6,1

1

14,3

İlan zəhəri ilə zəhərlənmələr

2

3,0

0

0,0

CƏMİ:

66

 

7

 

 

Eyni zamanda üzvi həlledicilər ilə zəhərlənən xəstələrin sayı (XBT-10 - Т52 rubrikası) Bakı şəhərində nəzərəçarpan dərəcədə çox idi (p<0,001).

Suiqəsd xarakterli zəhərlənmələr Gəncədə – 187 nəfər (39,8 %), Bakıda isə - 1030 nəfər  (46,7%) olmuşdur.

Stasionarda kəskin kimyəvi  mənşəli zəhərlənmələrdən vəfat etmiş xəstələrin sayı Bakı şəhərində - 66 nəfər, Gəncə şəhərində isə - 7 nəfər olmuşdur. Müvafiq olaraq kəskin kimyəvi zəhərlənmələrin letallığı – 2,9% və 1,5% təşkil etmişdir. Bakı şəhərində letallığın nisbətən daha çox olması orada fəaliyyət göstərən toksikoloji şöbənin Respublika mərkəzinin statusunu daşınması və həmin tibbi müəssəyə sanaviasiya yolu ilə ölkəmizin müxtəlif regionlarından hədsiz ağır zəhərlənmiş xəstələrin yerləşdirilməsidir. Bakıda vəfat edən xəstələrdən 32 nəfəri (48,5%) respublikanın digər regionlarının sakinləri olmuşdur.

Aşağıda təqdim edilən cədvəldə (cədvəl № 2) Bakı və Gəncə şəhərlərində kimyəvi mənşəli zəhərlənmələrdən stasionarda vəfat edən xəstələrin nozoloji strukturu verilmişdir. Göründüyü kimi, hər iki şəhərdə kimyəvi intoksikasiya-lardan letallığın əsas səbəbi yandırıcı məhlullarla və xüsusən qatı 70%-lı sirkə turşusu (essensiya) ilə zəhərlənmə olmuşdur (ümumi letallığın müvafiq olaraq 65,2% və 57,2%-i).

Nəticə.

        Bakı və Gəncədə bir il ərzində aparılan kəskin kimyəvi zəhərlənmələrin strukturunun prospektiv müqayisəli tədqiqatı göstərmişdir ki, hər iki şəhərdə stasionara intoksikasiyalarla daxil olan xəstələrin çoxluğu müxtəlif dərman preparatları ilə zəhərlənmələr ilə əlaqəli idi. Eyni zamanda hər iki şəhərdə kəskin kimyəvi mənşəli intoksikasiyalardan stasionar letallığın əsas səbəbi – sirkə turşusu (essensiya) ilə zəhərlənmələr olmuşdur.

        Profilaktik tədbirlər (məsələn, risk qrupların arasında suiqəsd cəhdlərinə qarşı maarifləşdirici proqramlar) və təhlükəli kimyəvi maddələrin (məsələn, qatı sirkə turşusunun) sərbəst satışının qadağan edilməsi Azərbaycan Respublikasının əhalisi arasında kəskin kimyəvi mənşəli zəhərlənmə hadisələrinin sayının və onlardan ölümün azalmasına gətirə bilər.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.http://www.who.int/ipcs/poisons/en/
2.Sorodoc V., Jaba I.M., Lionte C. et al. Epidemiology of acute drug poisoning in a tertiary center from Iasi County, Romania //Hum. Exp. Toxicol. 2011 V.30, N.12, P. 1896-1903
3.Ostapenko Y.N., Matveev S.B., Gassimova Z.M. et al.  Epidemiology and medical aid at acute poisoning in Russia // Przegl Lek. 2001, V.58, N. 4, P.293-296
4.Krakowiak A., Kotwica M., Sliwkiewicz K., Piekarska-Wijatkowska A. et al.  Epidemiology of acute poisonings during 2003-2007 in Toxicology Unit, Department of Occupational Medicine and Toxicology, Nofer Institute of Occupational Medicine, Łódź, Poland. Int J. Occup. Med. Environ. Health // 2011, V. 24, N.2, p.199-207.
5.Брусин К. М., Эфендиев И. Н. Сравнительный профиль острых химических отравлений в городах Екатеринбург и Баку // Sağlamlıq. 2010, N. 8, s. 118-124


Müəlliflər:
İ. Əfəndiyev
K. Ələkbərov

Digər jurnal və qəzetlər