ABŞERON RAYONUNDA UŞAQLAR ARASINDA QURD İNVAZİYALARININ AŞKAR EDİLMƏSİNİN SOSİAL-GİGİYENİK ASPEKTLƏRİ

18-11-2016

İnsan populyasiyasında geniş yayılmış patologiyalardan biri xəstəliklərin strukturunda dördüncü yeri tutan parazitar xəstəliklərdir [1, 2, 3]. Parazitar xəstəliklərin çoxsaylı qrupu arasında helmintozların sosial-iqtisadi və tibbi əhəmiyyəti daha böyükdür, onlar ekoloji fəlakətlər zonasında əhalinin sağlamlığına illərlə davam edən müxtəlif təsir xüsusiyyətlərinə görə ətraf mühitin əlverişsiz təsirləri ilə müqayisə edilə bilərlər [4,5].

Hemintozlar insanların sağlamlıq vəziyyətinə, ilk növbədə uşaq orqanizminə müxtəlif patoloji təsir göstərir [6]. Helmintozların əksəriyyəti  kəskin zərər yetirmir, lakin xronik şəkildə sürərək uşaqların psixi və fiziki inkişafının ləngiməsinin, yaşlı əhalinin əmək qabiliyyətinin azalmasının səbəbi olub orqanizmin kəskin allergiyasını, immunitetin zəifləməsini törədir, ikincili yanaşı gedən infeksion və qeyri-infeksion xəstəliklərin inkişafına şərait yaradır, onların gedişini uzadır və ağırlaşdırır [1, 2].

Tədqiqat işinin məqsədi. Abşeron rayonunda uşaqlar arasında qurd invaziyalarının aşkar edilməsinin sosial-gigiyenik aspektlərini öyrənməkdir.

Tədqiqat işinin material və metodları.Tədqiqat işi  Abşeron rayonunda məktəbəqədər uşaq müəssisələrində və məktəblərdə parazitoloji müayinə zamanı aşkar edilən, 4-15 yaşlarda qurd invaziyaları olan 185 uşaq arasında aparılmışdır.  Dəfələrlə aparılan müşahidələrin və müayinələrin, uşaqların və onların valideynlərinin ətraflı sorğusu sayəsində helmintozların müxtəlif formala-rının klinik simptomları qeydə alınmışdır.

Helmintozların diaqnostikası bu üsullarla həyata keçirilmişdir: 1) nəcis yaxmalarında helmintlərin yumurtalarının aşkar edilməsi; 2) perianal büküşlərdən götürülən qaşıntılarda bizquyruq yumurtalarının aşkar edilməsi; 3)  nəcisdə, qusuntu kütlələrində, qarın boşluğunda və ya düz bağırsaq nahiyəsində operativ  və ya endoskopik müdaxilələr zamanı  helmintlərin yumurtalarının və ya bizquyruqların vizual aşkar edilməsi. Nəcisin müayinəsi zamanı yaxma metodun-dan, enterobiozun diaqnostikasında isə qaşıntı metodundan istifadə edilmişdir [3,5]. Himenolepidozun diaqnostikası koproovoskopiya metodu ilə həyata keçirilmişdir. İfrazatların götürülməsi himenolipedozun törədicisinin – cırtdan qurdun inkişaf tsiklinin xüsusiyyətləri üzündən aralarında 2-3 həftə fasilə verilməklə 3 dəfə aparılmışdır.  Bu zaman təzə material (nəcis səhər götürülməli)  müayinə edilməlidir. Əldə olunmuş məlumatların statistik təhlili aparılan müayi-nənin tələblərinə uyğun şəkildə tərtib edilmiş microsoft excel elektron cədvəllər proqramının köməyi ilə həyata keçirilmişdir.

Nəticələr və onların müzakirəsi. İşin aparıldığı dövrdə Abşeron rayonunda məktəbəqədər uşaq müəssisələrində və məktəblərdə parazitoloji müayinə zamanı aşkar edilən, 4-15 yaşlarda qurd invaziyaları olan 185 uşaq müayinə edilmişdir.  Qrupların tərkibi valideynlərin cins, yaş, sosial statusuna görə eyni deyildir.  Uşaqların bu parametrlər üzrə  paylanması cədvəl 1-2-də göstərilmişdir.

Cədvəl 1-dən göründüyü kimi, öyrənilən parametrlər üzrə uşaqlar aşağıdakı kimi paylanmışdır:

cinslər üzrə: oğlanlar 52,9% (98 nəfər);  qızlar -47,1% (87 nəfər);

yaşlar üzrə: 4-7 yaş: 105 uşaq (56,6%), qızlar -51 (58,7%), oğlanlar -54 (55,1%); 8 - 11 yaş: 44 uşaq (23,9%), qızlar - 44 (23,9%), oğlanlar - 24 (24,5%); 12-15 yaş - 36 uşaq (19,5%), qızlar - 16 (18,4%), oğlanlar - 20 (20,4%). Cəmi 185 uşaq.

Cədvəl  1.

Uşaqların  cinslər və yaşlar üzrə  paylanması

Yaş

Oğlanlar

Qızlar

Cəmi

Müt.rəq.

%

Müt.rəq.

%

Müt.rəq.

%

4-7

54

55,1

51

58,7

105

56,6

8-11

24

24,5

20

22,9

44

23,9

12-15

20

20,4

16

18,4

36

19,5

Cəmi

98

52,9

87

47,1

185

100

 

Cədvəl  2.

Uşaqların ailə statusu və yaşayış-məət şəraiti

Ailə

Müt.rəq.

%

 

 

tam

153

82,7

natamam

32

17,3

cəmi

185

100

Məişət şəraiti

 

 

Ayrı mənzil

146

78,9

Kommunal mənzil

34

18,4

Yataqxana

5

2,7

Cəmi

185

100

 

Cədvəl 2-dən göründüyü kimi, ailə statusuna görə uşaqlar aşağıdakı qaydada paylanmışdır: tam ailələlər 153 (82,7%), natamam ailələlər - 32 (17,3%), cəmi -185.  Yaşayış şəraitinə görə uşaqlar belə paylan-mışdır: ayrı mənzil - 146 (78,9%), kommunal mənzillər - 34 (18,4%), yataqxana - 5 (2,7%).

Müayinə olunan uşaqların bəzi sosioloji xüsusiyyətlərinin təhlili müayinə edilənlərin ailə statusunun nisbətən qənatbəxş və  yaşayış-məişət şəraitinin yaxşı olmasını deməyə əsas verir ki, bu da Bakı şəhərində orta statistik göstəricilərə uyğun gəlir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki,  17,3% uşaq dağılmış ailələrdə yaşamış və bir qayda olaraq, «atalıq qayğısını» hiss etmişlər. Mənzil şəraiti 21,1% uşaqda  qənaətbəxş sayıla bilməz. Qeyri-qənaətbəxş ailə statusu və əlverişsiz mənzil şəraiti  helmintozların yayılmasına təkan verə bilər. Tibb kartlarının öyrənilməsi və uşaqların müayinəsinin aparılması onların somatik statusunda aşağıdakı xüsusiyyətləri aşkar etməyə imkan vermişdir. Həm birincili, həm də təkrar müayinə zamanı  cəmi 185 uşaq müayinə edilmişdir. Göründüyü kimi, uşaqların 44,9%-i (83 uşaq), 3 ildən sonra təkrar müayinə zamanı: uşaqların 40,5%-i (75 uşaq) praktik sağlam olmuşdur. Analoji göstəricilər digər somatik sferalarda aşkar edilmişdir. Somatik patologiyanın xüsusi çəkisi ona görə 100%-dən yüksəkdir ki, 1 uşaqda 2 və daha çox sistemin patologiyası rast gəlmişdir.

Əldə edilən məlumatlara əsasən müayinə olunanların yarısından az  hissəsi (44,9%) somatik cəhətdən praktik sağlam olmuşlar, uşaqların yarıdan çox hissəsi isə (55,1%) öz üzərlərində müxtəlif xəstəliklərin mənfi təsiri «sınamışlar». Nəzərə almaq lazımdır ki, 1 uşaqda bu və ya digər  sferada müştərək somatik patologiya 2 və daha çox sistemlərdə rast gəlmişdir. Bizim nəticələr ədəbiyyat məlumatları ilə təsdiq edilir. Belə  ki,  son illər  uşaqlarda somatik patologiyanın artması baş verir və orta məktəb məzunlarının yalnız 14%-i sağlam hesab edilə bilər [2, 4].  Əldə olunan məlumatlardan göründüyü kimi, 44,9% (83) uşaq  birinci sağlamlıq qrupunu (D1); 31,4% (58) uşaq - ikinci sağlamlıq qrupunu (D2) və 23,7% (17) nəfər - üçüncü sağlamlıq qrupunu (D3) təşkil etmişlər.

Beləliklə, uşaqların müayinəsi zamanı əldə olunan məlumatlar məktəbəqədər təhsil sistemində vaxtında aşkar edilməyən sosial bərabərsizliyin geniş spektrə malik olmasını söyləməyə əsas verir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Агаев  И.А., Халафли Х.Н. Состояние заболеваемости дисбактериазом кишечника инвазированных гельминтозами  в г.Баку // Научно-практический журнал «Здравоохранение Кыргызыстана”, 2008, №4, с.121-125
2.Азимова Н.М. Клинико-иммунологические показатели гименолепидоза и лямблиоза  у детей с интоксикацией ЦНС // Сборник тезисов 4-го съезда неврологов Узбекистана. – Ташкент, 2008. – С. 167.
3.Садыкова Г.К., Ахмедова Х.Ю. Клинико-неврологическая и иммунологическая характеристика больных с судорожным синдромом при гименолипедозе и лямблиозе // Врач аспирант. – Воронеж, 2010. - № 1.(38). – С. 4-8.
4.Халафли Х.Н. Этиология кишечных паразитозов у детей в Азербайджане // Российский вестник перинатологии и педиатрии, Москва, 2013, №6, стр.80-86
5.Abdel Hamid M.M., Eljack I.A., Osman M.K., et al.. The prevalence of Hymenolepis nana among preschool children of displacement communities in Khartoum state, Sudan: A cross-sectional study // Travel Med Infect Dis.,  2015 Mar-Apr;13(2):172-177
6.Kilincel O., Ozturk C.E., Gun E., Uzun H. A rare case of  Hymeno-lepis diminuta infection in a small child // Mikrobiyol Bul. 2015 Jan;49(1):135-8.
7.Kumar H., Jain K., Jain R. A study of prevalence of intestinal worm infestation and efficacy of anthelminthic drugs // Med J Armed Forces India. 2014 Apr;70(2):144-8 


Müəlliflər:
H.C. Rüstəmova

Digər jurnal və qəzetlər