RUHİ XƏSTƏLƏRİN SOSİAL FƏALİYYƏTİ VƏ YAŞAM KEYFİYYƏTİ – PSİXİ SAĞLAMLIQ SƏMƏRƏLİLIYİNİN ƏHƏMİYYƏTLİ BİR GÖSTƏRİCISIDİR

14-02-2017

 

        Psixi pozğunluqlardan  əziyyət çəkən şəxslərin nisbi sabit artımı dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində aktual sosial və psixoloji problem olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünyanın təxminən 450 milyon əhalisinin hər hansı psixi problemləri var. Bu problem bu və ya digər dövrdə hər dörd ailədən birinə toxunur. Avropa regionunun bir çox ölkələrində bir onillik ərzində gözlənilən ömür davamlığı 10 yaş azalıb ki, bu da bir çox hallarda sarsıntılarla və psixi xarakterli patoloji vəziyyətləri ilə bağlıdır. Ümumi təcrübə ilə məşqul olan həkimlərə müraciətlərin 30%-i qədər psixi sağlamlıq problemləri ilə bağlıdır; şizofreniya xəstəliyinə həyat ərzində 3 milyondan çox yetkin yaşlı (1000 nəfərdən 7-si) insanlar tutulur və bu zaman 33% hallarda xəstəliyin başlanğıcı yeniyetmə yaşı üzərinə düşür. Avropa ölkələrində hər il təxminən 33,4 milyon insan ağır depressiyadan əziyyət çəkir. Proqnozlara görə, 2020-ci ilə qədər psixi pozuntuları ilə xəstələnmə göstəricisi 12%-dən 15%-ə qədər artacaq [4]. ÜST tərəfindən dərc olunmuş faktlar və rəqəmlər vəziyyətin ciddiliyini göstərir.

        Bu problemin əhəmiyyəti bir də onunla müəyyən olunur ki, xroniki psixi pozğunluqlarda xəstəliyi davamlı olduğuna görə əlillik göstəriciləri kifayət qədər yüksəldir və bir çox  belə xəstələrlə aparılan reabilitasiya tədbirləri onların sosial-əmək aktivliyinin bərpasını kifayət qədər təmin etmir. Bir qayda olaraq, bu cür xəstələr çox məhdud sosial aktivliyinə malikdir və onlarda sosial dəstək qıtlığı müəyyən edilir. Bununla yanaşı, davamsız nikah münasibətlərin yüksək səviyyə-sinin olması, xəstəliyin təkrarlanmasının və stasionar müalicəsi sayının artması müəyyən olunur. Bu da bir sıra problem ilə əlaqədardır: tövsiyyə olunmuş müalicənin yerinə yetirilməməsi; ev təsərrüfatının aparılmasında, büdcənin planlaşdırma və bölüşdürülməsində myəyyən çətinliklərlə üzləşməsi; və bunun nəticəsi kimi kanar qulluğuna  ehtiyacın olmasıdır. Bununla yanaşı, xroniki psixi xəstəliklərdən əziyyət çəkən xəstələrə göstəriən yardım probleminə kifayət qədər diqqət yetirilmir, bu kontingent  xəstələr az öyrənilir, onların kompleks psixososial reabilitasiyası tam şəkildə təhlil edilməyib. Belə xəstələrin bir çox hissəsini cəmiyyətə uyğunlaşdırmaq məqsədi ilə psixofarmakiloji müalicəsi ilə yanaşı, kompleks psixososial tədbirlər sistemini hazırlamaq lazımdır. Yuxarıda göstərilənlər uzun müddətə stasionar müalicədə olan xəstələrin reabilitasiya imkanların araşdırılmasının davam etdiriməsinin aktuallığını göstərir.

        Hazırkı dövrdə xroniki psixi xəstələrə daha dəgig yanaşması çoxaspekli baxılmasını əks etdirən kliniki-psixopatoloji göstəricilərlə birgə sosial-mühit və şəxsi göstəricilərinin cəlb etməklə müəyyən olunur. Xəstələrlə reabilitasiya tədbirlərinin aparılmasında həkim-psixiatrla yanaşı, psixoloq, sosial işçilər və digər mütəxəssislərin iştirakı ilə poliprofessional yanaşma tendensiyası müşahidə olunur. Psixi xəstəliklərin təsnifatında kliniki göstəriciləri ilə yanaşı, sosial fəaliyyət göstəriciləri də aktiv cəlb edilir. Müəyyən hallarda onlar psixi xəstəliklərin rəsmi təsnifatına əlavə olunur. Belə ki, Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) psixi xəstəliklərin diaqnostik kateqoriya təsvirdə xəstə-lərin sosial fəaliyyətin mümkün olan pozulması da göstərilir. Qeyd etmək lazımdır ki, bu cür kompleks yanaşma son illərin nailiyyəti deyil və kifayət qədər çoxdan istifadə olunur. Belə ki, ötən əsrin 70-ci illərinin əvvəlində Rusiya alimi D.E.Melexov  şizofreniyaya düçar olunmuş xəstələrin əmək qabiliyyətinin proqnozuna həsr olunmuş dissertasiya işində “funksional diaqnoz” ideyasını təklif etmişdir. Müəllifin fikrincə həmin diaqnoz xəstənin psixi vəziyyəti ilə yanaşı, şəxsi xüsusiyyətlərini, xəstəliyinə qarşı münasibətini, sosial mövqeyini, emosional-iradi xarakteristikasını və əmək bacarıqlarını nəzərə almaqla onların  funksional imkanlarının qiymətləndirilməsinə imkan yaradır. Müəllif hesab edir ki, bu cür çoxaspektli yanaşma reabilitasiya və proqnozu münasibətlərdə ən məhsuldardır [3,4].  Ümumiyyətlə, ruhi xəstələrin sosial fəaliyyəti  bir sıra kliniki-sosial və psixoloji amillərin kompleksindən asılıdır. Müxtəlif psixi patologiyası olan xəstələrin uyğunlaşması üçün onların subyektiv yanaşmasına, yaranmış real vəziyyətə, yəni yaşam keyfiyyətinə uyğunluğu (yaşam keyfiyyəti altında insanın onun qarşısında qoyulmuş məqsədlərə, məsələlərə nail olması, onun həyat tərzinin real mövcud vəziyyətə uyğun olması başa düşülür) əhəmiyyətli üstəlik verilir [5]. 

Psixi xəstələrin yaşam keyfiyyəti probleminə göstərilən maraq klinisist-lərin yalnız psixi patologiyada diggətin cəmləşdirməsindən geri çəkilməsini və psiyentlərin həyatın psixoloji və sosial aspektlətini nəzərə alan və psixiatrik yardımının göstərilməsində poliprofessional yanaşmanı əks etdirən psixi saqlamlı-ğın daha geniş konsepsiyasına qarşı marağın artmasını dəlalət edir [11]. Bu cür yanaşma daha çox şəxsi yönəldilmiş, hər bir konkret xəstənin fərdi tələbatlarına ünvanlanmış (onun şəxsi xarakteristikasını və sosial xüsusiyyət-lərini, bütün uğurlarını və uğursuzluqlarını, mülahizələrini, qiymətləndirmələrini o cümlədən, xəstəliyi və onun fəsadlarına ilə bağlı münasibətlərini nəzərə alınmaqla) istiqamət-dir. Bu zaman pasiyentlərin sosial fəaliyyətin və həyat keyfiyyətinin xüsusiyyətlərin çoxaspektli araşdırılması əhəmiyyətli hesab olunur: ola bilər ki, bir istiqamətdə müvəffəqiyyətlilik, digər istiqamətdə isə müvəffəqiyyətsizlik mümkün-dür [17]. Xəstələrin müxtəlif fəaliyyət tərəflərini və subyektiv qiymətləndirilməni əks etdirən bütün spektr göstəricilərinin qeyd olunması mühüm hesab edilir. Bu spektrə aşağıdakı komponentlər daxildir: somatik, koqnitiv, affektiv, sosial, iqtisadi, həmçinin "Mən - fəaliyyəti" aspektləri [12,16]. Etiraf edilir ki, bu cür kompleks təhlil xəstələrin həyat keyfiyyəti barədə daha dolğun təsəvvür yaratmasına imkan verir. Ruhi xəstələrin sosial fəaliyyəti və həyat keyfiyyəti probleminə həsr olunmuş ətrafl tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, yuxarıda göstərilən göstəricilər arasında disosiasiyası, yəni xəstələrin obyektiv sosial vəziyyəti və onun subyektiv qiymətləndirilməsi arasında ziddiyyət mümkündür. Bu cür uyğunsuzluq xəstələrin əlavə sosial dezadaptasiyasına gətirib çıxara bilər və onun qeyd olunması, səmərəli psixiatriya yardımın göstərilməsi və psixososial reabilitasiyanın məsələlərin həll olunması üçün  mühüm rol oyanyır.

Beləliklə, söhbət psixi vəziyyətin və göstərilən yardımının daha bir səviyyədə qiymətləndirilməsi barədə gedir ki, bu da tərəfdaşlıq prinsipi (əvvəllər üstünlük təşkil edən patterializmə əks olaraq), xəstənin  öz rəyinin cəlb olunması, öz sosial davranışına görə məsuliyyətin xəstənin özündə formalaşması əsasında qurul-malıdır. Hesab edilir ki, psixi xəstələrə göstərilən yardımının bu cür transforma-siyası nəticəsində daha yaxşı nəticələr əldə etmək mümkün olur və pasiyentin özü və onun qohumları həmin dəyişikliklərə böyük məmnunluq münasibətini göstərir. Bundan başqa, sosial fəaliyyətin və həyat keyfiyyətinin göstəriciləri xəstəliyin ağırlığın, psixopatoloji xüsusiyyətlərin, onun dinamikasının qiymətləndirilməsində  istifadə edilə bilər [11, 17]. Eyni zamanda, həyat keyfiyyətinin konsepsiyası, göstərilən yardımın effektivliyinin, səhiyyə o cümlədən, psixi sağlamlığın qorun-ması xidmətlərin planlaşdırmasının və resursların paylaçdırılmasının qiymətlən-dirilməsi üçün faydalı ola bilər [11, 19].

 Müəyyən tədqiqatlarda xəstələrin müalicəsi zamanı onların həyat keyfiyyətin öyrənilməsinin vacibliyi vurğulanır [15]. Bu zaman pasiyentlərin onlara aparılan terapiyasının və ona qarşı dözümlüyünün subyektiv qiymətlən-dirilməsinə mühüm əhəmiyyət verilir [9, 10]. Tədqiqatçıların əksəriyyəti bələ nəticəyə gəlirlər ki, aparılan terapiyanın arzuolunmaz kənar effektləri xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir [9, 10, 19]. Bununla əlaqədar, müasir dövrdə pasiyentlərin həyat keyfiyyətin göstəricilərin dinamikasının öyrənilməsi tədqiqi protokolun, xüsusilə yeni nəsil olan psixotrop maddələrinin kliniki sınaqlarında ayrılmaz hissəsi olub. Belə ki, risperidon [18, 21] və klozapin ilə müalicəsi zamanı xəstələrin həyat keyfiyyətinin yaxşılaşması müəyyən olunması göstərilmişdir. Bir sıra müəlliflər göstərmişdir ki, şizofreniya xəstələrinin paliperidone ERha ilə müalicəsi onların əmək statusu və sosial fəaliyyətinə müsbət təsir göstərir [14, 18]. Moskva Elmi Tədqiqat psixiatriya Institutunun xəstəxanadan kanar psixiatriya və psixiatriya yardımı təşkili şöbəsində aparılmış seriya tədqiqatlar nəticəsində [1, 2] müəyyən olunmuşdur ki, atipik antipsixotiklər xəstələrin sosial davranışın bərpasına səbəb olmuşdur. Bu nəticələr [13] digər tədqiqatların nəticələrinə uyğun olmuşdur.

Ümumilikdə etiraf edilir ki, adekvat psikofarmakoterapiya ilə birlikdə aparılan reabilitasiya tədbirləri xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına imkan yarada bilər. Bununla yanaşı, [17] ayrı-ayrı göstəricilərin bərpasının qeyri-müntəzəmliyini nəzərə almaq lazımdır çünki, bəzi göstəricilərin qabaqlayıcı dinamikası, bəzilərin isə ləngiməsi xəstələrin davranışın həkim tərəfindən verilən tövsiyyələrinə qarşı  uyğunluğuna təsir edə bilər və bu halda xüsusi psixososial tədbirlərin aparılmasına səbəb ola bilər [5].

 Psixi pozuntudan əziyyət çəkən şəxslərin sosial reabilitasiya vasitələrinin axtarışı,  müasir sosial işin mühüm vəzifələrdən biridir. Bu məsələ bir neçə əsas amillərlə şərtləşir: psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin sayının artması; əlverişsiz sosial-psixoloji amillərin əhəmiyyətli təsiri; psixi pozğunluqların kliniki xüsusiyyətləri ilə. Bir çox hallarda bu vəzifə əhalinin qlobal qocalması (psixi pozğunluqlar 60-70% ahıl yaşlı əhalidə müşahidə edilir) ilə şərtləşir. Bunula əlaqədar, hal-hazırda psixi pozğunluqlardan əziyyət çəkən xəstələrə aparılan tibbi  tədbirləri ilə kompleksdə sosial reabilitasiyası üçün müvafiq şərait yaradılmalıdır.Uzun müddət hesab olunurdu ki, əhalinin xəstələnmənin əsas amilləri ölüm halların yüksək riski olan ürək-damar sisteminin və bədxassəli xəstəlikləri təşkil edir. Lakin, Dünya Bankı və ÜST tərəfindən yaşam keyfiyyəti üçün vacib olan itirilmiş illəri haqqında məlumatlarının aparılmış hərtərəfli təhlili nəticəsində müəyyən olmuşdur ki, əvvələr əhalinin sağlamlığının itirilməsinin ən mühüm səbəbi kimi sayılmayan depressiya və demensiya şəklində keçən psixi xəstəliklər, ürəyin işemik xəstəliyi və insultlardan sonra üçüncü və dördüncü yerdədir. Hətta, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrində əlillik nəticəsində keyfiyyətli həyatın itirilməsinə görə psixi xəstəliklər birinci yeri tutur (11,8%-i təşkil edir), onların arxasınca demensiyadan (8,9%) əziyyət çəkən xəstələrdi. Bununla bərabər çox vacibdir ki, demensiyaların yayılma dərəcəsi və onların əhəmiyyəti əhalinin qocalma hüdudu ilə bərabər artır.

 XX əsrin sonunda 15 iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrdə aparılmış kompleks tədqiqatların nəticəsində artıq dərəcədə müəyyən olunmuşdur ki, sosial şəraitlə müəyyən edilmiş psixi və davranış pozğunluqların fəlakətli artımı müşahidə olunur. Belə ki, 93 il ərzində (1900-1993-ci illər) sərhədi psixi pozğun-luqlarının sayı 21,4 dəfə, onlardan nevrotik və stress ilə əlaqədar olan pozğunluqların 61,7 dəfə; alkoqolizmdən əziyyət çəkən şəxslərin 8,2 dəfə,  kamağılı-ğın sayı isə 30 dəfə artmışdır [9].

Müasir dövrdə psixi pozuntulardan əziyyət çəkən şəxslərə qarşı cəmiyyət tərəfindən münasibətinin dəyişməsi son zaman tibbdə bütövlükdə baş verən humanizmləşmə prosesi ilə sıx əlaqədardır. Bu proses psixiatriyada, ilk növbədə, ÜST tərəfindən çoxdan öyrənilməsinin vacibliyinə diqqət etirilən sosial psixiatriya probleminə marağın canlanması ilə müşayiət olunur. Hər bir şəxs istənilən həyat dövründə əlil ola bilər. Lakin, əlil olma  faktından asılı olmayaraq, insanlar öz sosial əlaqələrin və münasibətlərin saxlanmasına, özünü və öz biliklərini inkişaf etdirməyə çan atırlar. Bəşəriyyətin inkişafının tarixi sübut edir ki, cəmiyyətin müxtəlif vaxtlarında əlillər fərqli mövqe tutub ona təsir göstərə biliblər. Psixi pozuntudan əziyyət çəkən şəxslər 2000 il ərzində stiqmatizasiyaya məruz qalırdı. Terminin mənşəyi "stiqma" sözü ilə bağlıdır ki, bu sözlə Qədim Yunanıstanda qul və ya cinayətkarın bədəninə vurulan damğanı adlandırırdılar. XIX əsrin ikinci yarısından bu söz məcazi mənada "biabırçı damğa", "nişanə", tibbdə isə "xəstəliyin əlaməti" kimi istifadə olunub.

Stiqmatizasiya probleminə həsr olunmuş ilk kompleks tədqiqatı, 1963-cu ildə amerika sosioloqu İ.Qoffmanın "Stiqma. Şikəst edilmiş şəxsiyyətin xüsusiy-yətləri barədə" mövzusunda əsəri olmuşdur. Bu əsərdə müəllif stiqmatizasiyanın ictimai sanksiyaların tətbiqi məqsədilə fərdlərin qəbul olunmuş normalardan kənarlaşmalar əsasında seçilməsi prosesi kimi  tərifini verir. Rusdilli müəllifləri (M Kabanov, A. Lomaçenkov, A.Yuryev, A.Kosübinski, Q. Burkovski) tərəfindən stiq-matizasiyanın daha müasir tərifində  qeyd olunur ki: "Stiqmatizasiya - cəmiyyət tərəfindən fərdin (və ya sosial qrupun) hər hansı bir əlamətə görə neqativ  ayrılması və buna görə həmin fərdə (və ya sosial qrupa) qarşı stereotip sosial reaksiyaların tədbiq olunmasıdır”.

Psixi pozğunluqlardan əziyyət çəkən xəstələrə qarşı stiqmanın yaranma tarixinə A.Qurbanovun “Psixi saqlqmlıq sahəsində mülki-hüquqi münasibətlər: tarixi aspekt” mövzusunda əsəri həsr olunmuşdur. Müəllif yazır ki,: ”psixi pozğunluqlardan əziyyət çəkən şəxslərə qarşı tarixən iki cür əsas münasibəti məlumdur – rədd etmə və ehtiram. Birincinə əsasən, bu cür xəstələrin hər bir əməlləri Allah tərəfindən cəzalandırılan cinayət kimi qəbul olunurdu. Roma hüququndan başlayaraq psixi pozuntusu olan xəstələri "dəlisov", "çılğın", "dəli", "ruhi xəstələr və kəmağıl", "cinli", "qəzəblənən", "kəmağıl", və hətta "xəstəliyin tutmasında unutqanlıq və ya dəlilik ilə nəticələnən hərəkət edənlər", "beynindən məhrum", və "lunatiklər (yuxuda gəzən)" adlandırırlar. İkinci münasibətdə isə bu cür xəstələrdə olan psixi pozğunluqları “İlahi hədiyyəsi”, “müqəddəslik”, “dahililik” kimi qəbul edirlər”.

 Dövlətçilik inkişafının bütün mərhələlərində psixi pozuntulardan əziyyət çəkən şəxslərə ictimai himayə etmə institutu yardım edirdi. Bu yardımının qanunvericiliklə tənzimlənmə xarakteri, psixi pozğunluqlardan əziyyət çəkən şəxslərə qarşı dövlətin, cəmiyyətin münasibəti, psixi pozuntuların yaranma səbəblərin və təzahür formalarının anlaşma dərəcəsi ilə şərtlənir. İctimai himayə etmə institutunun təşkili dövlətin inkişaf səviyyəsi, maddi imkanları, ictimai münasibətləri, təbəqə fərqləri və toplanmaları, elmi biliklər ilə müəyyən olunur. Bu təşkilinin əsasında bələ müddəa durur ki, “öz əqli imkanarına görə ictimayi qaydalara riayət edə bilməyən şəxslərə, himayəçilik, lazım gələndə isə onların yaşamasına kömək etmək dövlətin əsas vəzifələrdən biridir”. Bu halda dövlət rəsmilərinin psixi pozuntusu olan şəxslərin ictimai himayəsini digər kateqoriyalı vətəddaşların himayəsindən, məsələn, azyaşlı və ya fiziki qüsurları olan şəxslərdən fərqli təşkil edir. Bu da həm xəstənin özünün, həm də cəmiyyəti xəstəliyin təhlükəli təzahürlərindən qorunması məqsədi ilə xüsusi tibbi nəzarətini müalicə prosesi ilə uyğunlaşdırmasının zərurəti ilə əlaqədardır.

Cəmiyyətin bütün üzvlərinin ləyaqət tanıdığını təmin edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (10 dekabr 1948-ci il tarixli) fundamental müddəalarının (hər kəsin sosial təminat almağına, yəni "əlilin sağlamlığının və onun ailə üzvlərinin rifahının optimal səviyyədə  saxlanması üçün zəruru  tibbi qulluq və sosial xidmət, qida, geyim almaq, yaşayış yeri ilə təmin olunmaq” hüququ) tədricən həyata keçirilməsi sayəsi nəticəsində əlillərə qarşı münasibət köklü şəkildə dəyişməyə başlamışdır.

Müasir dövrdə psixiatriya xidmətinin inkişafının ən mühüm vəzifələrdən biri sırf tibbi yardım modelindən bioloji, psixoloji və sosial yardım modelinə keçməsindədir. Biopsixososial modelinin praktiki tədbiqi sosialyönümlü klinik təcrübəsinin tətbiqi olub. Həmin təcrübə mütəxəssis və pasiyent arasında mütləq etimadın yranmasına əsaslanır. Etimad – mütəxəssisin professional fəaliyyətini rühlandıran sosialyönümlü klinik təcrübəsinin fundamental prinsipidir. Çox nadir istisnalar olmaqla, əksər tibb nəşrlərdə olan münasibət modellərinin təsvirində əsas diqqət mütəxəssis ilə pasiyent arasında yaranmış münasibət-lərinin emosional mühitinə deyil, yalnız mütəxəssisin peşə səlahiyyətinə diqqət yetirirlir. Buna əks olaraq, biopsixososial modelində  mütəxəssis ilə xəstə arasında qayğı, etimad və açıqlıq şəraitini yaradan emosional mühitinə xüsusi əhəmiyyət vermək lazımdır. Bununla əlaqədar, hazırda kliniki amillərldən savayı psixoloji və sosial amillərə, fərdin şəxsi və sosial xüsusiyyətlərinə daha çox diqqət yetirmək lazımdır ki, bu da daha geniş və səmərəli yardım göstərməyə imkan yaradacaq. Sosial psixiatriya – psixatriyanın mühüm yeni sahəsidir və bu sahə psixi xəstəliklərin yaranmasında sosial amillərin rolunu aydınlaşdırmağa cəhd göstərir, psixi pozuntulardan əziyyət çəkən insanlara qarşı cəmiyyətin və həkimlərinin münasi-bətini, psixi xəstəlikrərinin sosial nəticələrini, müalicə müəssisələrinin sosial təşkilini öyrənir. Biopsixososial yanaşmasının tibb elmi yanaşmasına nisbətən üstünlüyü ondan ibarətdit ki, biopsixososial yanaşmada psixi xəstəliklərinin və sosial hadisələrin arasında qarşılıqlı əlaqələr axtarılır, sosiumun psixi xəstəliklərinin qediş xüsusiyyətlərinə inkişaf proqnozuna təsiri araşdırılır. Psixiatriya müəssisələrində aparılan peşəkar sosial işi bütövlükdə sosial psixiat-riyasının tərkib hissələrindən biridir.

Beləliklə, psixiatrik müalicənin və sosial fəaliyyətinin əsas məqsədi psixi pozuntulardan əziyyət çəkən şəxsləri sosial gerçəkliyə inteqrasiya olmasından ibarətdir. Psixi xəstələrə aparılan müalicə üçün daha humanist, ətraf ictimayətə istiqamət-ləndirilmiş olub. Sosial işinin əsas məqsədi - psixi pozuntusundan əziyyət çəkən şəxslərin uyğunlaşdırmaq və inteqrasiya etməkdən, onlara kömək etmək və qorumaqdan ibarətdir ki, ona görə də sosial işini psixiatriya sahəsində tətbiqi aktual vəzifəlardən biridir [14].

Yekündə qeyd etmək lazımdır ki, ruhi xəstələrin  sosial fəaliyyətin və həyat keyfiyyətinin problemi psixiatriya yardımının təşkilinin müasir dövründə ən aktual məsələlərindən biridir. Psixi patologiyanın diaqnostikası və müalicəsində kompleks yanaşmasına daha çox diqqətinin cəlb olunması tələb olunur. Bu cür yanaşma kliniki-psixopatoloji faktorlarının müəyyən olunması ilə yanaşı, sosial-mühit, psixoloji və hətta ekzistensial göstəricilərinin  cəlb olunmasını nəzərdə tutur. Psixiatriya yardımının göstərilməsi zamanı getdikcə pasient ilə tərəfdaşlıq istiqamətinə daha çox diqqət yetirilir; xəstə terapevtik prosesinin tamhüquqlu iştirakçısı olur ki, bu da getdikcə həm ona tədbiq edilən müalicə-diaqnostik və reabilitasiya tədbirlərinin, həm də onların nəticəsində xəstənin həyatında baş verən dəyişikliklərin qiymətləndirilməsinə artan diqqətini tələb edir. Ehtimal olunur ki, bu cür yanaşmalar psixiatriya yardımının göstərilməsinin keyfiyyətinin artmasına, onu daha da təkmilləşdirilmiş modelinin yaranmasına imkan yaradır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Гурович И.Я. Первый психотический эпизод: особенности терапии оланзапином.//Социальная и клиническая психиатрия. 2004. Т. 14, № 2. С. 62-67.
2.Гурович И.Я. Помощь больным шизофренией с первыми психотическими эпизодами: применение квентиапина.// Социальная и клиническая психиатрия. 2004. Т. 14, № 3. С. 69-72.
3.Мелехов Д.Е. Прогноз и восстановление работоспособности при шизофрении: Автореф. Дисс……докт.мед.наук. М.,1960.
4.Мелехов Д.Е. Клинические основы прогноза работоспособности при шизофрении. М., 1963, 198 с.
5.Шмуклер А.Б. Социальное функционирование и качество жизни психически больных: Дисс……докт.мед.наук. М., 1999, 423 с.
6.Клиническая психология в социальной работе. / Под ред. Б.А. Маршинина. – М., Академия, 2002г., с. 68.
7. Кабанов М., Ломаченков А., Коцюбинский А., и др.,.Уменьшение стигматизации и дискриминации в отношении психически больных // http://www20.brinkster.com/autism/read.asp?id=6&vol=0.
8. Психическое здоровье населения Европейского региона ВОЗ // Факты и цифры ЕРБ ВОЗ/03/03. Копенгаген, Вена, 8 сентября 2003 г. (по состоянию на 21.01.2004).
9. Award A.G., Hogan T.P. Subjective response to neuroleptics and the quality of life: implications for treatment outcome// Acta. Psychiatr. Scand. 1994. Vol. 380. P. 27-32.
10.Award A.G., Hogan T.P., Voruganti L.N., Heslsgrave R.J. Patients subjective experience on antipsychotic medication: implication for outcome and quality of life//Int. Clin.Psychopharmacol. 1995. Vol.10. Suppl.3. P. 123-132.
11.Baker F., Intagliata J. Quality of life in the evaluation of community support system//Evaluation and Proqram Planing. 1982. Vol.5. P.69-79.
12.Bech P. Rating scales to evaluate quality of life in depressed patients.//WPA teaching bulletin on depression. 1996. Vol. 3, № 9, Р. 1-3.
13.Burns T., Patrick D. Social functioning as outcome measure in schizophrenia sdudies//Acta. Psychiatr. Scand. 2007, vol. 116. P.403-418.
14.Diran R., Kozma C. Relationship between function and employment status in patients with schizophrenia.//Poster presentation at the American Psychiatric Assosiation 16 Annual Meeting. Washington. DC. May 3-6, 2008.
15.Glazer W.M., Ereshefsky L.A. A pharmacoeconomic model of outpatient antipsychotic therapy in ”revolving room” schizophrenic patients.//J. Clin. Psychiatry. 1996. Vol. 57. N 8. P. 337-345.
16.Joyce C.R.B. Quality of life the state of art in clinical assessment// Quality of life: assessment and application. Lancaster, 1987. P.169-179.
17.Katsching H. How useful is the concept of quality of life in psychiatry?//Current Opinion in Psychiatry. 1997. Vol. 10. P.337-345.
18.Naber D. A self-rating to measure subcective effects of neuroleptic drugs, relationships to objective psychopatoloji, quality of life, compliance and other clinical variables.//Int. Clin. Psychopharmacol. 1995. Vol. 10. Suppl. 3. P. 133-138.
19.Oliver J. Quality of life and mental health services. London-New-York. 1996. 310 p.
20.Sullivan G., Wells K., Leake B. Clinical factors associated with better quality of life in a seriously mentally ill population.//Hosp. Commun. Psychiatry. 1992. Vol. 43. N.8. P. 794-798.
21.Wagstaff A.J., Bryson H.M. Clozapine: A rewiew of its pharmacological properties and therapeutic use in patuents with schizophrenia who are unresponsive to or intolerant to classical antipsychotic agents.//CNS Drugs. 1996. Vol. 4.N 5. P. 370-400. 


Müəlliflər:
B.M. Əsədov
R.V. Qafarova

Digər jurnal və qəzetlər