KOLOREKTAL POLİPLƏR VƏ ONLARIN DİAQNOSTİKASI

20-02-2017

Kolorektal poliplər yogun və düz bağırsağın selikli qişasından onun mənfəzinə dogru inkişaf edən anormal törəmə olaraq  yoğun bağırsağın ən çox rast gəlinən patologiyasi olub, daha çox 50 yaş üzərində görülür, qadın və kişilər arasında bərabər saydadır (3,4). Poliplər daha çox sənayesi  inkişaf etmiş ölkələrin əhalisində  rast gəlinir. Poliplərin əmələ gəlməsi mexanizmi tam məlum olmasa da  qidalanma faktorunun olması qeyd olunur. Bəzi poliplər isə  irsidir, bunlara adenamatoz poliplər və Peyts-Jegers polipləri kimi poliplər daxildir.  Bu poliplər gənc yaşlarda görülür və kanserə keçmə ehtimalı çox yüksəkdir (2,3,6,10,12).

Kolorektal poliplərin daha çox aşağıdakı xəstələr qrupunda rast birləşir.
1.Qida rasionunda yaglı qidaların zəngin olanlar
2.Qırmızı ətdən daha çox istifadə edənlər
3.Tərəvəz və liflərlə zəngin qidalardan istifadə etməyənlər
4.Siqaret çəkənlər
5.Öbez xəstələr

Kolonun mukozası normalda hər 4-8 gündə dəyişir, əgər mukozada displaziya əmələ gəlirsə  bu zaman epitel səviyyəsi  226 dəfə daha artıq olur, hüceyrələrin sayı isə 370 dəfə artıq olur. Bu artış mitotik aktivliyı deyil, amitotik nuklear parçalanmaya da baglı ola bilər (11).  Kolon polipləri prekanseroz hal hesab olunur. Harda polip cox görülürsə orda kanser olma ehtimalı daha yüksək olur. Bütün adenomatoz poliplərin 5%-də  kanser inkişaf edir. Kolon kanserlərinin 30-50% isə adenom mövcuddur (1,5,6). Histoloji olaraq polipoid adenomalar muskular mukozaya dogru horizontal şəkildə uzanan epitelial tubullar şəkildə olur . Epitelial tubullar duzənli və duzənsiz ola bilər. Epitel hüceyrələr oz formasını dəyişməsi, mukus azalması baş verir. Mitozlar görünür, bəzən bunu karsinoma in situ kimi də dəyərləndirirlər. Villoz adenomalar isə bağırsaq mənfəzinə dogru vertikal olaraq uzanır (2,3).

Poliplərin həm görünümünə, həm histolji quruluşuna görə bir neçə təsnifati mövcuddur. Xoşxassəli və bədxassəli neoplastik və qeyri neoplastik olmaqla bir neçə yarımqrupda birləşir (1,5,6).

Xoşxassəli neoplastik poliplər: epitelial, mezenximal və neyrogenik

Epitelial poliplərdə öz növbəsində aşagıdakı yarımqrupa bölünür: adenom, serrated adenom, hiperplastik polip, miks adenom-karsinoid, adenom hiperplastik polip.

Mezeximal poliplər: leomiom, hemangiom,lenfangiom və fibroplastik polip.

Neyrogenik poliplər: Granuler hüceyrəli , shwanom, neyrifibrom

Bədxassəli neoplastik poliplər : epitelial və mezenximal

Epitelial poliplər: adenom üzərində invaziv kanseri olan adenokarsinoma

Karsinoid törəmə , mealnom metastazı

Mezenximal poliplər: bədxassəli GİST,leomiosrakoma, ekstranodal limfoma, kaposi sarkoması

 Qeyri neoplastik polipləri dedikdə aşagidakılar düşünülür:

Iltihabi poliplər, Yuvenil poliplər, Divertikulun tərsinə çevrilməsindən polip görünümünü verənlər, Fibroepitelial poliplər, Hamartom poliplər, Limfoid toxumalı hiperplaziya, Pnevmatozis coli, Endometriozis coli.

Hamartom poliplər daha çox uşaqlarda rast gəlinməklə normal toxumanın anormal düzülüşü nəticəsində yaranır.Daha çox rektumda rast gəlir.70%-i tək, 30% isə multiple ola bilir.Xoralanmaya və qanamaya meyillidir (3,9,11).

Şək 1. Hamartom polip

Poliplər ölçülərinə görə də təsnifat olunurlar.

Dimunitif polip  < 5 mm

Orta ölçülü polip 6-10 mm arasindakı poliplər

Böyük poliplər >10 mm böyük poliplər

Poliplər görünümünə  görə də bu cür təsnif olunur: saplı və sessil poliplər.   Poliplərin ən önəmli təsnifatlarından biri də histopatolji quruluşuna görədir (9).

Tubular- ən çox rast gəlinən(75%) və əsasən    saplı poliplərdir,  

Tubulovilloz- saplı və sessil olur,  əsasən 15% görülür

Villoz-10hallarda görülür,sessildir

Şək.2.Tubulyar görünümlü polip(9)

 Şək 3. Tubulovilloz görünüm(9)

 Şək 4. Villoz görünüm(9)

Serrated poliplər-əsasən geniş ayaqlı və daha çox sag kolonda yerləşən poliplərdı

 Şək 5. Adenamatoz poliplərin histolji  quruluşu (9)

Kolorektal kanserlərin 90% kolorektal poliplərdən əmələ gəldiyi üçün onların vaxtında aşkarlanması və götürülməsi gələcəkdə kanser riskini azaldır (9, 11).

Kolorektal poliplərin əmələ gəlməsində genetik faktorların varlığı ailə anamnezində kolon və rektum kanseri olanların daha erkən yaşlarda tarama məqsədilə kolonoskopiya etməsi tövsiyə olunur (2, 3, 12). Kolorektal poliplərin daha erkən zamanda aşkarlanması və histoloji müayinəsi gələcəkdə kolon və rektumun bəd xassəli törəmələrinin əmələ gəlməsinin qarşısını alır (2, 3).

Poliplərin diaqnostikası və müalicəsində kolonoskopiya alternativi olmayan müayinə metodu hesab olunur (9,12).

Kolonoskopiya müayinəsinin dogru və diqqətli şəkildə aparılması kolorektal poliplərin aşkara çıxarılmasına və sonrakı  dönəmdə təqibin aparılamasına yardımçı olan metoddur (7, 8).

Kolonoskopiya yogun və düz bağırsağın mukozasını dəyərləndirmək üçün aparılan müayinə metodur.Kolonskopiya müayinəsi xüsusi hazılıq təlb edir, müayinə də bağırsağın tam dəyərləndrilməsi üçün təmiz olması önəmlidir. Müayinə adətən yüngül sedasiya altında aparılır (12).

Total kolonoskpiya dedikdə yogun bağırsağın çekum döşəməsimə qədər gedərək yogun və düz bağırsağın mukozasının tamamən dəyərlndirlməsidir (9). İlk total kolonoskopiya 1966-cı ildə Bergein Overholt tərəfindən aparılmışdır. 1969-cu ildə isə ilk dəfə olaraq Hiromi-Shinya-Willam kolonoskopik polipektomiya aparmışdır (6,5,7).

Kolonoskopik müayinə yaşı 40 üstündə olan və bağırsaq şikayəti olan xəstələrə aparılır. Müayinədən öncə xəstələrin tam anamnezi önəmlidir, qandurulaşdırıcı alan xəstələrə, xroniki yanaşı gedən xəstəlyi olanlara diqqətli şəkildə kolonoskopiya edilməlidir (6, 5, 8, 10, 12).

Xəstələrin müayinəsi acqarına aparılır, xəstə müayinə masasına alınır, damar yolu açılır, xəstə sol lateral vəziyyətdə uzadılır və müayinə aparılır (9, 11).

İlkin olaraq digital müayinə edilməli və rektumda olan hər hansı bir patoligya varsa qeydə alınmalıdır. Alət anal kanala yeridilərək hava verimiilə  önə dogru irəliləyir. Müayinə sırasında mənfəzin görülməsi, alətin cox burulmaması və ilgək əmələ gətirməməsi önəmli notlar hesab olunur.

Kolonoskopik müayinə Mərkəzi Gömrük Hospitalında 2011-cü ildən bizim tərəfimizdən aparılır. Kolonoskopik müayinə  2011-2016-cı illərdə ağrı, qanaxma, qarında şiş və köpmə şikayətləri ilə müraciət edən 1375 xəstəyə aparılmışdır. Yaş qrupu 20-65arasıdır. Bunların 81 də polipektomiya edilmiş və patoloji incələnməyə göndərilmişdir. Alınan patohistolji nəticələrə əsasən xəstələr təqib cədvəlinə uygun kontrola alınmışdır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, kolonoskopiya kolorektal poliplərin diaqnostikası və endoskopik müalicəsində əvəzsiz metod hesab olunur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1. Johnson CD, HarmsenWS,Wilson LA et al. Prospective blinded evaluation of computed tomographic colonography screen detection of colorectal polyps. Gastroenterology 2003;125:311–9.
2. Lopez-Morra HA, Linn S, Tejada J, Ofori EA, Guzman LG, Sanivarapu S, et al. Sa1444 Does Insulin Influence the Risk of Colon Adenomas and Colorectal cancer. A Multicenter Look at a minority population. Gastrointestinal Endoscopy.2014;79:AB214
3. Anfrew R Marley and Hongmei Nan. Epidemiology of colorectal cancer.Int J Mol Epidemiol Genet.2016:7(3):105-114.Published online 2016 sep 30
4. Rembacken BJ, Fujii T, Cairns A et al. Flat and depressed colonic neoplasms: a prospective study of 1000 colonoscopies in the UK. Lancet 2000;355:1211–4.
5. Schmiegel W, Adler G, Frühmorgen P et al. Kolorektales Karzinom: Prävention und Früherkennung in der asymptomatischen Bevölkerung – Vorsorge bei Risikogruppen – Endoskopische Diagnostik und Therapie von Polypen und Karzinomen. Z Gastroenterol 2000;38:49–75.
6.Tae Oh Kim. Optimal Colonoscopy Surveillance Interval after Polypectomy. Clin Endoscopy 2016 Jul ; 49(4):359-363
7.Farrar WD, Sawhney MS, Nelson DB et al. Colorectal cancers found after a complete colonoscopy. Clin. Gastroenterol.Hepatol. 2006 Oct:4(10).
8.Atlas of Colonoscopy . Techniques · Diagnosis · Interventional Procedures Helmut Messmann, M.D. Professor and Medical Director  III Medical ClinicAugsburg ClinicAugsburg, Germany
9.Torre LA, Bray F, Siegel RL, Ferlay J, Lortet-Tieulent J, Jemal A Global cancer statistics, 2012. CA Cancer L Clin. 2015; 65:87-108
10.Yashiro M.Ulcerative colitis-associated colorectal cancer. World J Gastroenterol. 2014;20:16389-97
11. Bond JH. Polyp guideline: diagnosis, treatment, and surveillance for patients with colorectal polyps. Practice Parameters Committee of the American College of Gastroenterology. Am J Gastroenterol 2000; 95:3053.


Müəlliflər:
A. Səfiyeva

Digər jurnal və qəzetlər