ENDOTOKSEMİYALI XƏSTƏLƏRİN PUNKSİON BÖYRƏK BİOPSİYALARINDA KANALCIQLARIN ELEKTRON MİKROSKOPİYA GÖSTƏRİCİLƏRİ

27-02-2017

Ключевые слова:Электронная микроскопия, некроз, E. Coli, сепсис.

Açar sözlər: Nekroz, E. coli, sepsis, elektron mikroskopiya.

Giriş. Endotoksin bakteriaların xarici səthində yerləşən lipopolisaxarid tərkibli maddədir. Bu maddələr bakteriyaların parçalanması zamanı ayrılır. Bu xüsusiyyət endotoksini eqzotoksindən fərqləndirir. Endotoksin təsirindən yaranan patomorfoloji dəyişikliklər isə klinikada sepsis ilə özünü göstərir. Ən çox stafilokok, meninqokok, göbələk, və E.Coli mənşəli sepsislərə rast gəlinir. Sepsis faktorları, xəstənin yaşı, infeksiyanın cəmiyyətdə və ya xəstəxanada qazanılmış olması, xəstənin immun sistemindən asılı vəziyyəti və altda yatan digər səbəblərə görə dəyişiklik göstərir [1, 2].

Hər yaş dövrünündə böyrəklərin zədələnməsini sepsis tərəfindən törədən amillərdən asılı olaraq, özünə məxsus mikroskopik təsviri vardır. Yenidoğulan körpələrdə qram mənfi Basillər (Escherichia coli, Klebsiella pneumoniae), B qrupu streptokok və Listeria monocytogenes böyrəklərdə ən sıx görünən əlamətləri yaradır. Yenidoğulan körpələr bu dövrdə Haemophilus influenza, enterokoklar, hemolitik streptokoklar daha nadir görünən törədicilərin yaratdıqığı kəskin böyrək zədələnməsi sırasındadır [3, 4, 5]. Bir-üç ay arası körpələrdə ən sıx sepsisə səbəb olan patogen amillərdən biri H influenzae, Streptococcus pneumoniae, E.coli və B qrupu streptokoklardır. Yaşı 3-24 aylıq körpələrdə, S pneumoniae, N meningitis və H influenzaedır. Sıx görünən sepsis faktorlarının, S aureus, Salmonella spp və Shigella'dır. Yaşı 2-5 il arası uşaqlarda, sepsisə daha çox yol açan faktorlar S pneumoniae, N meningitis və H influenzaedır [5, 6]. Orta və yetgin yaş qrupunda tez-tez rast gələn böyrək zədələnməsinin etiologiyasında urosepsisi yaradan isə E.Coli endotoksinidir.

LPS bir çox orqanları zədələdiyi kimi böyrəklərdə dəyişilməz izlər buraxır. Belə ki, sepsis nəticəsində böyrəklərin yumaqcıq aparatında eləcədə kanalcıqlarda geridönməyən dəyişikliklər izlənilir. LPS təsirindən yumaqcıqlarda kapilyar endotel hüceyrələrində, kanalcıq epitel hüceyrələrində nekroz və nekrobioz, bəzi orqanel-lərdə say və qurluşda baş verən dəyişikliklələ özünü göstərir. Bundan başqa proksimal və eləcə də distal kanalcıq epitellərində iltihabda iştirak edən hüceyrələrin miqrasiyası və onların kanalcıq və ara sahədə yerləsməsi böyuk kliniki əhəmiyyət kəsb edir [7,8]. LPS təsirindən yaranan kəskin böyrək çatışmazlığı, kəskin böyrək zədələnməsi sonradan xroniki qlomerulonefritin və xroniki intersistial nefritin yaranması ilə nəticələnir. Sepsis zamanı xüsüsi ilə endotoksinin təsirindən kanalcıq epitel hüceyrələrində və orqanellərdə baş vermiş dəyişikliklərin təzahürü böyük maraq kəsb edir [9, 10].

Material: Xəstəlik tarixində qan və sidik analizinin bakterioloji müayinəsi aparılmış, nefrotik sindrom diaqnozlu 6 xəstədə punkision böyrək biopsiyasının elektron mikroskopiya laboratoriyasina göndərilmiş materialları tədqiqatda istifadə olunmuşdur. Klinik-biokimyəvi göstəriciləri sidikdə sutkalıq zulal 3.5‰ dən artıq, qanda ümumi zülalın səviyyəsi 25-28 q/l dən aşağı, xolesterin və kreatinin səviyyəsi yüksək olan 6 xəstənin böyrək biopsiya materiallarının elektronoqrammaları çəkilmişdir.

Metod: Laboratoriyaya təqdim olunmuş bioptatlardan blok (araldit-epon) hazırlanmışdır. Həmin bloklardan Leica EM UC7 ultramikrotomu vasitəsilə 1 mkm qalınlığında yarımnazik və 50-60 nm qalınlığında ultranazik kəsiklər hazırlanmışdır. JEM-1400 Transmission Elektron Mikroskopunun köməkliyi ilə 80 KV gərginlikdə təqdim olunmuş nümunələrnin şəkilləri çəkilmişdir

Nəticə: Tədqiatda istifadə olunmuş böyrək biopsiya materiallarının elektronoqrammasında aşağıdakı dəyişikliklər qeyd olmuşdur. 1 xəstədə  kapillyar ilgəklərdə podositlərin ikincili ayaqcıqlarının destruksiyası, 2 xəstədə proksimal və distal kanalcıq epiteli hüceyrələrində deskvamasiya və degenerativ dəyişikliklər, 2 xəstədə proksimal kanalcıq epitel hüceyrələrində mitoxondrilərin sayının kəskin azalması, mitoxondrial darağların hamarlanması, endoplazmatik şəbəkənin şişkinləşməsi, 1 xəstədə isə ultrastuktur qurluşa malik mikroxovların destruksi-yası görünmüşdür (şəkil 1).

Distal kanalcıq hüceyrələrində bazal membranlarda qalınlaşma, mitoxondrilərdə daraqların hamarlaşması, ödem və karioreksis izləndi. İki xəstədə hüceyrəarsı sahələrdə xroniki prosessin gösəricisi olan proliferasiya edən fibroblastlar və kollogen izləmək mümkün olmuşdur. (şəkil 2).

 Şəkil 1. Proksimal kanalcıq epitel hüceyrələrin elektron mikroskopiya görüntüsü. Miqyas: 2µm.

Peritubulyar kapillyarlarda bəzi endotel hüceyrələrində mitoxondrilərin azalması, bazal membran və endotel hüceyrələri arasında desmosomların qırılması izlənir (Şəkil 3).

Endotoksemiyadan sonra böyrək yumaqcıqlarında eləcədə proksimal, distal, henli ilgəyinin qalxan və enən hissəsində baş vermiş morfoloji dəyişikliklər eyni zamanda hüceyrəarası sahədə xronoki iltihabın başlanmasına, bu da öz növbəsində xroniki qlomerulonefritin, xroniki intersistial nefritin inkişafı və xroniki böyrək çatışmazlığının finalı ilə nəticələnir (Şəkil 4).

 Şəkil 2. Hüceyrəarası sahədə kollogen və fibroblastın elektron mikroskopiya görüntüsü. Miqyas: 2µm.

 Şəkil 3. Peritubulyar kapilyarlarda endotel hüceyrələrinin elektron mikroskopiya görüntüsü. Miqyas: 5µm

 Şəkil 4. 1 mkm qalınlığında yarımnazik kəsiklər. Boyaq: metilen abısı+Azur ІІ. Miqyas: 40. Kanalcıqlararası sahədə fibroz.

Yekun: Tədqiq etdiyimiz nümunələr, anamnezində endotoksin təsirindən böyrəyin kiliniki göstəricilərinin yüksək olması ilə təzahür edən, xəstələrin elektron mikroskopiya gostəricilərinin interpritasiyası zamanı bir çox müəlliflərdə fikir ayrılıqları olmuşdur. Belə ki, C Langenberg və əməkdaşları  proksimal və distal epitel hüceyrələrində mitoxondrilərin say və keyfiyyət göstəricilərinində dəyişikliklərin olduğunu göstərmişlər [8]. MM Tiwari və əməkdaşları yumaqcıq-larda kapillyar ilgəklərin endotel hüceyrələrində təzahür edən əlamətlərdə LPS təsirindən dəyişikliklərin olduğunu göstərmişlər [9]. C. Langenberg, SM. Bagshaw və əmakdaşları isə endotoksemiyadan sonra intersistial sahədə kəskin kanalcıq zədələnməsinin davamı olaraq, yaranmış xroniki böyrək çatışmazlığının başlanmasını histopatoloji olaraq göstərmişlər [10]. Bizim tədqiqatımızda endotoksemiya zamanı ultrastruktur dəyişikliklər bir çox hallarda diğər toksiki və iltihabi faktorların təsiri nəticəsində böyrəklərdə olan dəyiyikliklərdən fərqlidir [10, 11].

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Həsənov Ə.B. Patoloji anatomiya 2003. səh -643.

2. Яковлев М.Ю. "Эндотоксиновая агрессия" как предболезнь или универсальный фактор патогенеза заболеваний и животных // Успехи современной биологии. — 2003. — Т. 123,№ 1. — С. 31-40.

3. Bone RC, Balk RA, Cerra FB, et al. Definitions for sepsis and organ failure and guidelines for the use of  innovative therapies in sepsis. Chest 1992, 101: 1644-55.

4. Kaplan S. Bacteremia and septic shock. In: Long SL, Pickering LK, Prober GC (eds). Principles and Practice of Pediatric Infectious Disease, 2nd edition. New York, Churchill Livingstone;2003.p.810-25.

5. Sparrow A, Willis F. Management of septic shock in childhood. Emerg Med Austr 2004; 16: 125-34.

6. Stormorken A, Powell KR. Sepsis and septic shock. In: Behrman RE, Kliegman RM, Jenson HB (eds). Nelson Text Book of Pediatrics 17th edition. Philadelphia, Saunders; 2004. p.846-50.

7. Langenberg C, Bellomo R, May CN, et. al., Morgera S:Renal vascular resistance in sepsis. Nephron Physiol 2006, 104:p1-p11.

8. Langenberg C, Bellomo R, May C, Wan L, Egi M, Morgera S:Renal blood flow in sepsis. Crit Care 2005, 9:R363-R374.

9. Tiwari MM, Brock RW, Megyesi JK, et. al.,: Disruption of renal peritubular blood flow in lipopolysaccharide-induced renal failure: role of nitric oxide and caspases. Am J Physiol Renal Physiol. 2005, 289: F1324-F1332

10. Langenberg C, Bagshaw SM, May CN, Bellomo R. The histopathology of septic acute kidney injury: asystematic review. Crit Care. 2008;12(2):R38.

11. Diaz de Leon M, Moreno SA, Gonzalez Diaz DJ, Briones GJ: Severe sepsis as a cause of acute renal failure. Nefrologia. 2006, 26: 439-444. PubMed Google Scholar.


Müəlliflər:
A.V. İbişova
Ə.B. Həsənov

Digər jurnal və qəzetlər