XƏSTƏXANADAXİLİ İNFEKSİYALAR ZAMANI ƏLDƏ EDİLMİŞ ACINETOBACTER CİNSLİ BAKTERİYALARIN ANTİBİOTİKLƏRƏ HƏSSASLIĞI

10-01-2017

Acinetobacter cinsli bakteriyalar qram mənfi kokşəkilli, yaxud kokobakteriyadır. Yaxmalarda diplokok kimi yerləşərək Neisseria cinsli bakteriyaları xatırladır. Cinsin tipik növü Acinetobacter baumanniidir. Ətraf mühitdə – suda və torpaqda geniş yayılmış şərti-patogen bakteriyadır, insan orqanizminin normal mikroflorasında – dəri səthində, brunudlağın selikli qişasında kommensal kimi aşkar edilir. Əsasən immunçatışmazlığı olan xəstələrdə sepsis, endokardit, sidik yolları infeksiyaları, yara və yanıq infeksiyaları törədir. A.baumannii xəstəxana-daxili infeksiyaların (XDİ), xüsusən bakteriemiya və sünu tənəffüslə əlaqəli pnevmoniyaların əsas törədicilərindəndir [1,5]. Xəstəxanalarda müxtəlif tibb alətlərindən, döşəkağı, tibb personalı və kateterlərdən əldə edilə bilir. Antibiotiklərə xüsusilə davamlı olması ilə fərqləndiyindən Acinetobacter cinsli bakteriyaların törətdiyi infeksiyalar zamanı müvafiq  nümunələrin mikrobioloji müayinəsi və əldə edilmiş törədicinin  antimikrob preparatlara həssaslığının təyini zəruridir.

Tədqiqatın məqsədi  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında rast gəlinən xəstəxanadaxili infeksiyaların etioloji agenti olan Acinetobacter cinsli bakteriyaların anti-mikrob preparatlara həssaslıq və rezistentliyinin araşdırılması olmuşdur.

Material və metodlar. Pnevmoniya və sepsis əlamətlərinə malik xəstələrdən alınmış müvafiq nümunələr müayinə edilmişdir. Pnevmoniyalı xəstələrin bəlğəmi mikrobioloji müayinə edilmişdir. Müayinə üçün səhər bəlğəmindən istifadə edilmişdir. Nümunələr müxtəlif qidalı mühitlərdə Müller Hinton aqarı, qanlı aqar, EMB, Saburo mühitlərinə inokulyasiyadan sonra bir-iki gün inkubasiya edilmiş, alınmış kulturalar ümumi qəbul edilmiş üsullarla (morfoloji, kultural, biokimyəvi və s. əlamətləri nəzərə almaqla) identifikasiya edilmişdir. Sepsis əlamətlərinə maik xəstələrdən alınmış qan dərhal öz həcmindən 10 dəfə artıq maye qidalı mühitə əlavə edilmiş, 370C temperaturda maksimum 10 gün müddətində inkubasiya edilmişdir. Əldə edilmiş kulturalar ümumi qəbul edilmiş üsullarla (morfoloji, kultural, biokimyəvi və s. əlamətləri nəzərə almaqla) identifika-siya edilmişdir. Antibiotiklərə həssaslıq disk-diffuziya üsulu ilə EUCAST (antimikrob preparatlara həssaslıq testi üzrə Avropa komitəsinin) təklifləri (European Committee on Antimicrobial Susceptibility Testing. Breakpoint tables for interpretation of MICs and zone diameters. Version 4.0, valid from 2014-01-01) nəzərə alınmaqla aparılmışdır.

Tədqiqatın nəticələri. Acinetobacter cinsli bakteriyalar pnevmoniyalı 41 xəstənin 6-da (14,6%), sepsisli 46 xəstənin 6-da (13%), cərrahi müdaxilə nahiyyəsi infeksiyası olan 40 xəstənin 2-də (5%) rast gəlinmişdir (şəkil 1).

 

Şəkil 1. Xəstəxanadaxili infeksiyalar zamanı Acinetobacter cinsli bakteri-yaların rastgəlmə tezliyi (ordinat oxu üzrə ştammların sayı faizlə göstəri-lmişdir).

Bəlğəmdən əldə edilmiş Aci-netobacter cinsli bakteriya ştammları əksər antibiotiklərə davamlı olması ilə fərqlənmişdir. Bu bakteriya ştammla-rının hamısı sulfometaksozol-trimeto-primə, gentamisinə, imipenemə və meropenemə davamlı olmuşlar. Ştammların əksəriyyəti (6 ştammada 5-i) siprofloksasinə, levofloksasinə, amikasinə və tigesiklinə davamlılıq göstərmişlər. Bu bakteriya ştammla-rının əksəriyyəti (6 ştammada 5-i) ancaq kolistinə həssas olmuşdur (cədvəl 1).

Таблица  №1

 

Xəstəxanadaxili infeksiya törədicisi olan Acinetobacter cinsli bakteriya ştammlarının anti-biotiklərinə həssaslığı

 

  

 

Antibiotik

 

Pnevmoniya törədən ştammlar

(6 ştamm)

Septik infeksiya törədən ştamm-lar

(6 ştamm)

 

H

 

D

 

H

 

D

Seftazidim

0

6

1

5

Sefepim

1

5

1

5

Piperasillin

0

6

1

5

Piperasillin+Tazob.

0

6

1

5

İmipenem

0

6

1

5

Meropenem

0

6

1

5

Aztreonam

0

6

1

5

Gentamicin

0

6

0

6

Amikacin

1

5

0

6

Tigesiklin

1

5

3

3

Siprofloksasin

1

5

2

4

Levofloksasin

1

5

2

4

Trimetoprim- Sulfametoksazol

0

6

1

5

Kolistin

5

1

3

3

Qeyd: H - həssas ştammların sayı;

D - davamlı ştammların sayı

 

Qandan əldə edilmiş Acinetobacter cinsli bakteriya ştammları da əksər antibio-tiklərə davamlı olması ilə fərqlənmişdir. Belə ki, ştammların hamısı amikasinə və genta-misinə, əksəriyyəti (6 ştammdan 5-i) seftazi-dimə, sefepimə, imipenemə, meropenemə, piperasillinə, piperasillin/tazobaktama, aztreo-nama, sulfometaksozol-trimetoprimə davamlı olmuşdur. Acinetobacter ştammlarının ancaq yarısı tigesiklinə və kolistinə həssas olmuşdur.

Müzakirə. Acinetobacter cinsli bakte-riyalar pnevmoniyalı xəstələrin 14,6%-də, sepsisli xəstələrin isə 13%-də aşkar edilməklə pnevmoniyaların və sepsisin dominant törədiciləri kimi əldə edilmişdir. Bu göstəri-cilər ədəbiyyat məlumatlarına müvafiqdir. Belə ki, xəstəxanadaxili bakterial pnevmoniya və süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların 80% hallarda əsasən 6 mikroorqanizm - Staphylococcus aureus (28,0%), Pseudomonas aeruginosa (21,8%), Klebsiella species (9,8%), Escherichia coli (6,9%), Acinetobacter species (6,8%) və Enterobacter spp. (6,3%) tərəfindən törədilməsi göstərilir [2]. Damardaxili kateterlə əlaqəli XDİ zamanı Acinetobacter baumannii qram mənfi bakteriyalar arasında daha çox rast gəlinmiş [4],  intensiv terapiya şöbəsində isə XDİ törədicisi kimi bu bakteriya 22.4% [6] aşkar edilmişdir.

Xəstəxanadaxili infeksiya törədicisi olan Acinetobacter cinsli bakteriya ştammları antibiotiklərə davamlı olması ilə fərqlənmişdir. Tədqiqatda Acinetobacter ştammlarının antibio-tiklərə həssaslığı bu sahədəki digər tədqiqatlarla müqayisə ediləndir. Yara möhtəviyyatından və cərrahi palatalarda müalicə alan yanıq xəstələrinin endotraxeal sekretlərindən əldə edilən 145 karbapenem-rezistent Pseudomonas aeruginosa və Acinetobacter ştammlarında metallo-β-laktamaza (MBL) yayılması 26,9% olmuş, bütün MBL-pozitiv ştammlar multirezistentliyə malik olmuşlar. Acinetobacter ştammlarının yalnız 16,67%-i piperasillin-tazobaktama və netilmisinə həssas olmuşlar [3]. Bakteriemiya və sünu tənəffüslə əlaqəli pnevmoniyalar zamanı əldə edilmiş bütün ştammlar ampisillin, amoksisillin, sefuroksim, sefoksitin, sefotaksim və nitrofurantoinə davamlı olmuşlar. Ştammların 7%-i amikasinə, 70%-ə qədəri seftazidimə, sefepimə, imipenemə, meropenemə, gentamisinə, siprofloksasinə və trimetoprim/sulfametoksazola davamlı olmuşdur. Bütün ştammlar kolistinə həssas olmuşdur. PCR müayinəsi ştammların 99%-də oksasillinə davamlılıq genləri - OXA-51 geni, 77%-də OXA-23 aşkar etmişdir. Ştammların heç biri GES, GIM, IMP, KPC, NDM, OXA-24, OXA-58, PER, SIM, SPM, VEB və VIM genlərinə malik olmamışdır [5].

Beləliklə, istər bizim tədqiqatda, istərsə də digər tədqiqatlarda Acinetobacter ştammlarının antibiotiklərə kifayət qədər davamlı olması sübut olunur. Eləcə də, həm bizim araşdırmada, həm də digər tədqiqatlarda [1, 5] bu bakteriya ştammları əsasən kolistinə həssasıq nümayiş etdirir. Bizim tədqiqatda pnevmoniya törədən 6 ştammdan 5-i və bakteriemiya törədən 6 ştammdan 3-ü bu antibiotikə həssas olmuşdur. Ona görə də klinik praktikada Acinetobacter ilə törədilmiş infeksiyaların müalicəsində kolistinə üstünlük verilməlidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES: 

1.Hartzell JD, Kim AS, Kortepeter MG, Moran KA. Acinetobacter pneumonia: a review // MedGenMed. 2007, 9(3), p.4.
2.Jones RN. Microbial etiologies of hospital-acquired bacterial pneumonia and ventilator-associated bacterial pneumonia // Clin Infect Dis. 2010, 51(9), p.1114.
3.Kumar S.H., De A.S., Baveja S.M., Gore M.A. Prevalence and risk factors of metallo-β-lactamase producing Pseudomonas aeruginosa and Acinetobacter species in burns and surgical wards in a tertiary care hospital // J Lab Physicians. 2012, 4(1), p39-42.
4.Li J, Yu L, Yang J, et al. Species distribution of pathogens and prognostic factors for catheter-related bloodstream infections in intensive care unit  // Zhonghua Yi Xue Za Zhi. 2015, 95(9), p.659-662.
5.Lowings M, Ehlers MM, Dreyer AW, Kock MM. High prevalence of oxacillinases in clinical multidrug-resistant Acinetobacter baumannii isolates from the Tshwane region, South Africa - an update // BMC Infect Dis. 2015,15, p.521.
6.Mohammadtaheri Z, Pourpaki M, Mohammadi F, et al. Surveillance of antimicrobial susceptibility among bacterial isolates from intensive care unit patients of a tertiary-care university hospital in Iran: 2006-2009 // Chemotherapy. 2010, 56(6), p.478-484.

 

 


Müəlliflər:
S.A. Atakişizadə

Digər jurnal və qəzetlər