ABDOMİNAL DOĞUŞLARIN GÖSTƏRİŞLƏRİNDƏN ASILI MÜASİR SƏCİYYƏLƏRİ
29-01-2017
Giriş. Qeysəriyyə kəsiyi əməliyyatı mamalıq təcrübəsəində ən geniş istifadə olunan operativ müdaxilələrdən biridir. Bəzi ölkələrdə bu əməliyyatın köməyi ilə uşaqların 50% -dən çoxu doğulur [1-6]. Azərbaycanda 2013-cü ildə doğuşların 21%-i qeysəriyyə kəsiyi əməliyyatı ilə bitmişdir. Abdominal doğuşlara göstərişlər bütün dünyada eyni olsalar da qeysəriyyə kəsiyi əməliyyatının tətbiqi tezliyi kəskin fərqlənir. Əməliyyatın nəticəsi onun hansı hestasiya yaşında tətbiqindən, qadının fiziki səciyyələrindən və sağlamlıq durumundan asılıdır. Ona görə də abdominal doğuşlarda qadının antropometrik göstəriciləri və hamiləliyin müddətinin qiymətləndirilməsi elmi-praktik baxımından aktualdır.
Tədqiqatın məqsədi:Abdominal doğuşların çoxalması fonunda onlara göstərişlərindən asılı hamilə qadının antropometrik və dölün hestasiya yaşını səciyyələrinin qiymətləndirlməsi.
Tədqiqatın materialların və metodları.Müşahidə vahidi qeysəriyyə kəsiyi əməliyyatı ilə bitən doğuş olmuşdur. Müşahidə qeysəriyyə kəsiyi əməliyyatının qanunvericiliklə tənzimlən-məsindən əvvəlki və sonrakı dövrləri əhatə etmiş, hər iki dövr üçün bərabər sayda (500) abdominal doğuşun sənədləri araşdırılmışdır. Müşahidə vahidinin həcmi bəlli formulla [6] abdominal doğuşların tezliyi nəzərə alınmaqla həddi xətanın 5%-dən az olması şərti ilə müəyyən edilmişdir. Müşahidə vahidləri ucdantutma metodu ilə toplanmışdır. Müşahidə obyekti abdominal doğuşlara göstərişlərə, əməliyyatın aparıldığı anda hestasiya yaşına, qadının boyuna və bədən kütləsinə görə qruplaşdırılmışdır. Abdominal doğuşlara göstərişlərin aşağıdakı növləri ayrıd edilmişdir: anamnezdə qeyseriyyə kəsiyi və ya uşaqlıq üzərində diğər əməliyyatların olması; dölün qeyri-düzgün yerləşməsi; döl-canaq ölçülərinin disproporsiyası; doğuş sancılarına əks göstəriş olan, somatik xəstəliklər (ürək damar xəstəlikləri, miopiya və s.); dölün distressi və ona şübhə; diğər səbəblər. Hestasiya yaşına görə üç (36-37, 38-39, 40 və çox həftə), bədən kütləsinin indeksinə (bədən kütləsinin boyun kvadratına nisbəti kq/m2) görə üç (<25; 25-29,9; 30 və çox), qadının boyununa görə iki (≤ 150 və >150 sm) qrup aid edilmişdir. Alınmış nəticələr keyfiyyət əlamətlərinin statistikası metodları ilə işlənmişdir, əlamətlərin xüsusi cəkiləri, onların orta xətaları, 95%-lik etibarlılıq intervalı (t=2,0) hesablanmışdır. Qruplararası fərqin dürüstlüyü Pirsonun uyğunluq (x2) meyarı ilə qiymətləndirilmiş, onun kritik həddi 0,05 götürülmüşdür [7].
Alınmış nəticələr. Abdominal doğuşların hestasiya müddətinə görə bölgüsü 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi, doğuşların böyük qismi hamiləliyin 40 həftəsində baş vermişdir (46,6±1,6%; 95% etibarlılıq intervalı 43,2-49,8%). 38-39 həftəlilikdən bitən hamiləliyin toplumda xüsusi çəkisi: 35,8±1,5% (95% etibarlılıq intervalı 32,8-38,8%) təşkil etmişdir. Nisbətən erkən (36-37 həftəlik) həyata keçirilən qeysəriyyə əməliyyatların xüsusi çəkisi 17,6±1,2% (95% etibarlılıq intervalı 15,2-20%) olmuşdur.
Abdominal doğuşlara göstərişdən aslı onların hestasiya müddətinə görə bölgüsündə fərqli çəhətlər izlənilir (cədvəl 1). Belə ki, anamnezində qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması səbəbi ilə abdominal doğuşlar nisbətən çox 38-39 (40±3,2%) və 36-37 (33,3±3,0%) hestasiya dövründə baş vermişdir. Oxşar nəticə dölün-düzgün yerləşməsi ilə bağlı aparılan qeysəriyyə kəsiyə əməliyyatlarına da şamil oluna bilər (33,3±3,5% 36-37 həftəlikdə, 31,1±3,5% 38-39 həftəlikdə) .
Doğuş sancılarına əks göstəriş olan xəstəliklərlə bağlı abdominal doğuşların çox böyük qismi (81,7±3,5%) 38-39 həftəlik hestasiya dövründə baş vermişdir. Döl-çanaq ölçülərinin disproporsiyası, dölün distressi və ona şübhə olanda baş verən abdominal doğuşlar əsasən 40-41 həftəlik hestasiya dövrünə düşür (müvafiq olaraq 71,9±3,6 və 74,1±5,8%).
Göründüyü kimi qeysəriyyə kəsiyi əməliyyatı klinik göstərişlərdən asılı olaraq müxtəlif hestasiya, hətta vaxtından əvvəl doğuşlarda tətbiq olunmuşdur. Abdominal doğuşların nəticələri qeysəriyyə kəsiyi əməliyyatının davam müddətindən və əməliyyat zamanı itirilmiş qanın miq-darından asılıdır. Bu səciyyələrə görə abdominal doğuşların bölğüsü 2-ci
Cədvəl № 1.
Abdominal doğuşların hestasiya müddətinə görə bölgüsü
Hestasiy yaşı, həftələr
Abdominal doğuşlara göstəriş |
36-37 |
38-39 |
40-41 |
Cəm |
|
Anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması |
n |
80
|
96 |
64 |
240 |
% |
3,3±3,0 |
40,0±3,2 |
26,7 ±2,9 |
100 |
|
Dölün qeyri düzgün yerləşməsi |
n |
60 |
56 |
64 |
180 |
% |
33,3 ±3,5 |
31,1 ±3,5 |
35,6±3,6 |
100 |
|
Döl - çanaq ölçülərinin disproporsiyası |
n |
- |
45 |
115 |
160 |
% |
|
28,1 ±3,6 |
71,9 ±3,6 |
100 |
|
Doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklər (urək damar xəstəlikləri, miopiya və s.) |
n |
- |
98 |
22 |
120 |
% |
- |
81,7 ±3,5 |
18,3 ±3,5 |
100 |
|
Dölün distressti və ona şübhə |
n |
- |
15 |
43 |
58 |
% |
- |
25,9 ±5,8 |
74,1 ±5,8 |
100 |
|
Digər səbələr |
n |
36 |
48 |
158 |
242 |
% |
14,9 ±2,3 |
19,8 ±2,6 |
65,3 ±3,1 |
100 |
|
Cəm |
n |
176 |
358 |
466 |
1000 |
% |
17,6 ±1,2 |
35,8 ±1,5 |
46,6 ±1,6 |
|
Cədvəl № 2.
Abdominal doğuşların əməliyyatın müddətinə və itirilmiş qanın həcminə görə bölğüsü (%)
Göstərişlər |
Əməliyyatın müddəti, dəqiqə |
Əməliyyat zamanı itirilmiş qanın həcmi, ml |
|||
<40 |
>40 |
<500 |
500-750 |
>750 |
|
Anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatlar N=240 |
108 |
132 |
84 |
64 |
92 |
45,0±3,2 |
55,0±3,2 |
35,0±3,1 |
26,7±2,9 |
38,3±3,1 |
|
Döiün qeyri düzgün yerləşməsi N=180 |
60 |
120 |
44 |
98 |
38 |
33,3±3,5 |
66,7±3,5 |
24,4±3,2 |
54,5±3,7 |
21,1±3,0 |
|
Döl - çanaq ölçülərinin dissproporsiyası N=160 |
44 |
116 |
52 |
62 |
46 |
27,5±3,5 |
72,5±3,5 |
32,5±3,7 |
38,8±3,9 |
28,7±3,6 |
|
Doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklər (urək damar xəstəlikləri, miopiya və s.) N=120 |
25 |
95 |
22 |
30 |
68 |
20,8±3,7 |
79,9±3,7 |
18,3±3,5 |
25,0±4,0 |
56,7±4,5 |
|
Dölün distressti və ona şübhə N=58 |
34 |
24 |
20 |
14 |
24 |
58,6±6,5 |
41,4±6,5 |
34,5±6,2 |
24,1±5,6 |
41,4±6,5 |
|
Digər səbələr N=242 |
130 |
112 |
62 |
102 |
78 |
53,7±3,2 |
46,3±3,2 |
25,6±2,8 |
42,2±3,2 |
32,2±3,0 |
|
Cəm N=1000 |
401 |
599 |
284 |
370 |
346 |
40,1±1,6 |
59,9±1,6 |
28,4±1,4 |
37,0±1,5 |
34,6±1,5 |
cədvəldə əks olunmuşdur. Əməliyyatın davam müddətinə ğörə 2 qrup ayid edilmişdir (40 dəqiqədən az və 40 dəqiqədən çox davam edən əməliyyatlar). Davam müddəti 40 dəqiqədən çox olan əməliyyatların xüsusi çəkisi 59,9±1,6% təşkil etmişdir. Bu ğöstərici abdominal doğuşa göstərişdən asılı 41,4±6,5%-lə 79,2±3,7% arasında dəyişmişdir. Dölün distressi və ona şübhə olan hallarda əməliyyatların böyük qismi (58,6±6,5%; 95% etibarlılıq intervalı 45,6-71,6%) nisbətən qısa müddətdə (40 dəqiqədən az) bitmişdir. Doğuş sancılarlna əks göstəriş olan xəstəliklə bağlı aparılan abdominal doğuşlarda 79,2 ±3,7% hallarda əməliyatın müddəti 40 dəqiqədən çox olmuşdur.
Əməliyat zamanı 28,4±1,4% hallarda nisbətən az (500 ml-dən az), 34,6±1,5% hallarda nisbətən çox (750 ml-dən çox) qan itirilmişdir. Nisbətən çox qan itirilmə halların xüsusi çəkiləri abdominal doğuşa göstərişdən asılı 21,1±3,0%-lə (dölün qeyri-düzgün yerləşməsi ilə bağlı) 56,7±4,5% (doğuş sancılarına əks göstəriş olan xəstəliklərlə bağlı) arasında dəyişmiş və bir-birindən statistik dürüst fərqlənmişdir (p<0,01).
Cədvəl № 3.
Abdominaldoğuş zamanı hamilə qadının bədən kütləsi indeksinə ğörə bölğüsü.
Bədən kütləsi indeksi, kq/m2
Abdominal doğuşlara göstəriş |
<25,0 |
25-29,9 |
30+ |
Cəm |
|
Anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatlar |
n |
60
|
75 |
105 |
240 |
% |
25,0±2,8 |
31,2±3,0 |
43,8 ±3,2 |
100 |
|
Dölün qeyri düzgün yerləşməsi |
n |
34 |
61 |
85 |
180 |
% |
18,9 ±2,9 |
33,9±3,5 |
47,2±3,7 |
100 |
|
Döl - çanaq ölçülərinin disproporsiyası |
n |
36 |
56 |
68 |
160 |
% |
22,5±3,3 |
35,0±3,8 |
42,5±3,9 |
100 |
|
Doğuş sancılarına əks göstəriş olan somatik xəstəliklər (urək damar xəstəlikləri, miopiya və s.) |
n |
27 |
40 |
53 |
120 |
% |
22,5±3,8 |
33,3±4,3 |
44,2±4,5 |
100 |
|
Dölün distressti və ona şübhə |
n |
11 |
23 |
24 |
58 |
% |
19,0±5,2 |
39,6±6,4 |
41,4±6,5 |
100 |
|
Digər səbələr |
n |
34 |
108 |
100 |
242 |
% |
14,0 ±2,2 |
44,7 ±3,2 |
41,3 ±3,2 |
100 |
|
Cəm |
n |
202 |
362 |
435 |
1000 |
% |
20,2±1,3 |
36,3 ±1,5 |
49,5 ±1,6 |
100 |
Abdominal doğuşların nəticələri həm də qadının antropometrik səciyyələrindən asılıdır. Ən mühüm antropometrik səciyyəyə görə (bədən kütləsinin indeksi) abdominal doğuş zamanı hamilə qadınların məlumatları 3-cü cədvəldə verilmişdir. Göründiyi kimi 43,5±1,6% qadının bədən kütləsinin indeksi 30 kq/m2-dan çox olmuşdur. Bu göstəricinin səviyyəsi abdominal doğuşlara göstərişdən asılı ayırd edilmiş qruplarda 41,3±3,2%-lə 47,2±3,7% intervalında dəyişmiş və bir-birindən statistik dürüst fərqlənməmişdir (p>0,05). Qadınların 20,2±1,3%-nin bədən kütləsinin indeksi 25,0 kq/m2 -dən az olmuşdur.
Alınmış nəticələrin müzakirəsi. Qeysəriyyə kəsiyi əməliyatının hestasiya dövrünün hansı etapında tətbiqi dölün fiziki inkişafı ilə bağlı onun sağqalma ehtimalına təsir edir. [5] irimiqyaslı tədqiqat nəticəsində müəyyən etmişdir ki, təkrari abdominal doğuşların müvafiq olaraq 7,6; 34,6; 43,1; 10,6 və 4,1%-i 37, 38, 39, 40, 41 həftəlik hestasiya döründə başa çatır. Bizim müşahidəmizdə abdominal doğuşların müvafiq olaraq 17,6±1,2; 35,8±1,5 və 46,6±1,6%-i 36-37, 38-39, 40-41 hestasiya dövründə bitmişdir. Təkrari abdominal doğişlarda bu göstəricilər fərqlidir (müvafiq olaraq 33,3±3,0; 40,0±3,2 və 26,7±2,9%), 38-39 həftəlik hestasiya dövründə bitən abdominal doğuşların xüsusi çəkisi Azərbaycanda (35,8±1,5% bütün toplumda, 40,0±3,2% təkrari abdominal doğuşlarda) nisbətən az, amma erkən həyata keçirilən (36-37-ci həftə) abdominal doğuşların xüsusi çəkiəri (müvafiq olaraq ≤33,3±3,0% və 7,6%) 2 dəfədən çox böyükdür. Abdominal doğuşların dölün yetkinləşməməsi (hestasiya ≤37 həftə) etapında nisbətən çoxluğu perinatal itki üçün real riskdir.
[4] göstərirlər ki, doğuşa gələn qadınların 36,5-44,1%-nin bədən kütləsinin indeksi 25 kq/m2-dən çoxdur. Bizim müşahidəmizə görə bu ğöstəricinin səviyyəsi (79,8% cəmi, 75-86% abdominal doğuşa göstərişdən asılı) xeyli yüksəkdir. Hamilə qadının izafi bədən kütləsi də doğuşun nəticəsinə təsir edən amildir.
[6]-nın məlumatına ğörə abdominal doğuşlarda qanitirmə orta hesabla 800± 100ml təşkil edir. Bizim müşadəmizdə əməliyyat olunanların böyük əksəriyyəti (65,4%) 750 ml-dən az qan otürmüşdür. Amma 750 ml-dən çox qan itirənlərin xüsusi çəkisi doğuş sancılarına əks göstərişlə bağlı somatik xəstəliklər fonunda keçən abdominal doğuşlarda xeyli yüksəkdir (56,7 ±4,5%).
Beləliklə, abdominal doğuşların aldığımız nəticələrə görə səciyyələri ananın və dölün həyatı üçün risk amillərinin olmasını sübut edir. Bu amillərin abdominal doğuşların planlaşdırıl-masında nəzərə alınması zəruridir.
Nəticələr
1.Abdominal doğuşların mövcud səciyyələri (hestasiya dövrünə, bədən kütləsinə və itirilmiş qanın həcminə görə bölgüsü) ananın və dölün həyatı üçün təhlükəli amilləri aşkarlamağa imkan verir.
2.Erkən həyata keçirilən abdomiral doğuşların (38 həftəlik hestasiya dövrünə qədər) xüsusi çəkisi (17,6±1,2%) nisbətən yüksəkdir və qeysəriyyə kəsiyi əməliyyatına göstərişdən asılı çoxalır.
3.Qeysəriyyə kəsiyi əməliyyatına məruz qalan hamilə qadınlar arasında izafi bədən kütləsinə malik (bədən kütləsinin indeksi ≥25 kq/m2) olanların xüsusi çəkisi nisbətən çoxdur (79,8%).
4.Qeysəriyyə kəsiyi əməliyyatı zamanı qanitirmə ehtimalı abdomiral doğuşa göstərişin növündən asılı dəyişir, somatik xəstəliklərlə bağlı statistik dürüst çoxalır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.George A. M., Jen Jen C., David M. S. et. al., Perdition of cesarean delivery using the fetal-pelvic index // American Journal of obstetrics and gynecology. 2013,209,431 1-8
2.Raisanen S., Gissler M., Kramer M. et al. Influence of delivery characteristics and socioeconomic status on giving birth by caesarean section-a cross sectional study during 2000-2010 in during // BMC Pregnancy and childbirth, 2014, 14; 120
3.Felisbino-Mendes M. S., Matozinhos F.P., Miranda S.J. et.al. Maternal obesity and fatal deaths: result from the Brazilian cross-sectional demographic health survey, 2006 // BMC Pregnancy and childbirth, 2014,14:15
4.Yoshioka-Maeda K., Ota E., Ganehimeg T. et al. Caesarean section by maternal age group among Singleton deliveries and primiparous Japanese women: a secondary analysis of the WHO Global Survey on Maternal and Perinatal Health // BMC Pregnancy and childbirth, 2016,16:39.
5.Schemann K., Patferson J., Nippita T. et al. Variation in hospital caesarean section rates for women with at least one previous caesarean section: a population based cohort shady // Pregnancy and childbirth, 2015,15:179
6.Кулаков В.И., Серов В.Н., Абубакирова А.М., Пути снижения материнской: смертности, обусловленной акушерской кровотечениями и «Акушер-ство и гинекология, 2001, 1.с.3-4
7.Стентон Г. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı