DÖLDƏ BƏTNDAXİLİ YOLUXMA ZAMANI PRENATAL ƏHƏMİYYƏT DAŞIYAN İNFEKSİYALARIN ƏSAS TÖRƏDİCİLƏRİNİN ROLU

14-12-2016

Açarsözlər: ciftçatışmazlığı, bətndaxiliinfeksiya, ultrasəsmüayinəsi

Keywords: placental insufficiency, intrauterine infection, ultrasound

Bətnaxili infeksiya hamiləliyin ağır fəsadlarına aiddir və çox vaxt cift çatışmazlığı ilə birlikdə aşkar edilir və perinatal nəticəyə əhəmiyyətli təsir göstərir. Ciftin və dölün infeksiyalaşması hamiləliyin müxtəlif vaxtlarında baş verir [1, 2]. Bətndaxili infeksiyanın lokal və yayılmış formaları qeyd edilən yenidoğulmuşların sayı ildən-ilə artır [3, 4]. Bətndaxili infeksiyalar müəyyən dərəcədə ölü doğuşların və erkən neonatal ölümün səviyyəsini təyin edir. Perinatal ölümün strukturunda bətndaxili infeksiyaların xüsusi çəkisi 65,6% -ə çatır [5].

Dölün və yenidoğulmuş uşağın orqanizminin özünəməxsus reaksiyası qeyri-spesifik dəyişikliklərin spesifik dəyişikliklər üzərində üstünlük təşkil etməsi, həmçinin zədələnmələrin yayılmış xarakter daşıması ilə özünü biruzə verir. Virus-virus, virus-bakterial və virus-bakterial-göbələk amillərinin assosiasiyalarının yüksək dərəcəsi yenidoğulmuşlarda bətndaxili infeksiyanın diaqnostikasını xeyli çətinləşdirir [6, 7, 8, 9]. 

Dölün antenatal inkişaf dövrü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsin-də hamiləliyin erkən vaxtlarında meydana çıxan dölün infeksiyalarının başlıca klinik əlaməti inkişaf qüsurları sayılır.

Tədqiqatişininməqsədi bətndaxili infeksiyalaşma əlamətləri olan döldə prenatal əhəmiyyət daşıyan infeksiyaların əsas törədicilərinin rolunun müəyyən edilməsi olmuşdur.

Tədqiqatişininmaterialmetodları. Hamilə qadınlardabətndaxili infeksiyalaşmanın dürüst mənzərəsini əldə etmək üçün  biz reproduktiv yaşlı 169 qadın arasında müayinələr aparmışıq ki, onlar 2 qrupa bölünmüşlər. Birinci qrupu ginekoloji yardım üçün müraciət edən, yəni işin aparıldığı dövrdə bu və ya digər ginekoloji xəstəliyi olan 123 qadın təşkil etmişdir. İkinci qrupu həmin dövrdə ginekoloji xəstəliyi olmayan 46 qadın təşkil etmişdir.  Qadınların yaşı 18 ilə 39 yaş arasında dəyişmişdir.

Hamilə qadınların əsas qrupa daxil edilməsinin meyarları BDİ-nin aşığıdakı exoqrafik əlamətləri olmuşdur: dölyanı suların miqdarının dəyişilməsi, hiperexogen bağırsaq, dölün inkişa-fının ləngiməsi sindromu, döldə qan cərəyanının dəyişiklikləri, infeksion kardiopatiya, hepato-splenomeqaliya, amnion bağları, kalsifikatlar və ya parenximatoz orqanlarda hiperexogen əlavələr. Bu markerlərin olması, həm tək, həm də müxtəlif birləşmələrdə növbəti dinamik dopplero-metriyanın aparılmasına göstəriş olmuşdur.

Tədqiqatdan çıxarılmanın meyarları: onkoloji xəstəliklərin olması, anamnezdə infeksion mənşəli EGX və kiçik çanaq orqanlarının xronik iltihabi xəstəlikləri; dekompensasiya olunmuş ürək-damar, tənəffüs, qaraciyər yaxud böyrək çatışmazlığının olması; 1-ci və ya 2-ci tip şəkərli diabetin olması; çoxdöllü hamiləlik, rezus-sensibilizasiya, İİV-infeksiya ilə birgə hamiləlik; IgM əkscisimlərin,  IgG aşağı avidli əkscisimlərin olması, serokonversiya.

          Qadınların xüsusi laborator müayinələri: 1. DNT-diaqnostika, o cümlədən servikal kanalın ifrazatının Ch. Trachomatis; Herpes simplex; Candida albicans genomunun fraqmentlərinin aşkar edilməsinə görə müayinəsi. «İnterLabServis» OOO (Rusiya) dəstləri, çoxkanallı «Terçik» amplifikatoru (Rusiya). 2. İmmunoloji müayinələr (İFA-metod): A, M, G sinif immunqlobulinləri-nin və TORCH-infeksiyalara: Herpes simplex, Chlamydia trachomatis, SMV, Rubella, Toxoplasma gondii-yə qarşı avidlik əmsalının təyin edilməsi. «Vektor-Best» dəstləri (Rusiya).

Fetoplasentar kompleksin (FPK) vəziyyəti instrumental müayinə metodları vasitəsilə öyrənilmişdir ki, buraya kompleks ultrasəs müayinə: (plasentoqrafiya, fetometriya, dölün daxili orqanlarının inkişaf etməsi və dölyanı suların miqdarının qiymətləndirilməsi),  göbək ciyəsi (GCA), uşaqlıq arteriyalarında (UA), dölün venoz axacağında (VA) və orta beyin arteriyasında (OBA)  qan cərəyanının dopplerometrik müayinəsi aiddir

Cift çatışmazlığı diaqnozu aşağıda göstərilən 2 və ya 3 əlamət aşkar edildikdə qoyulmuşdur:

-exoqrafiya məlumatlarına görə dölün bətndaxili böyüməsinin ləngiməsi sindromunun aşkar edilməsi;

-KTQ məlumatlarına görə dölün xronik bətndaxili hipoksiyasının aşkar edilməsi;

-hamiləliyin istənilən müddətində dölün bətndaxili ölümünün aşkar edilməsi;

-doppleroqrafiyanın məlumatlarına görə döl-cift qan dövranının pozğunluqlarının aşkar edilməsi;

-exoqrafiyanın məlumatlarına görə azsululuğun aşkar edilməsi;

-USM-nin məlumatlarına görə ciftin strukturunda baş verən səciyyəvi dəyişikliklərin: trombozların, infarktların və bazal membranın exogenliyində olan dəyişikliklərin aşkar edilməsi.

Tədqiqat işinin gedişində USM-nin müxtəlif funksiyalarından istifadə edilmişdir: ciftin, dölün, göbək ciyəsinin 2D-skanlaması, 3D/4D skanlaması; FPK-də qan cərəyanının qiymətləndirilməsi məqsədilə spektral dopplerometriyadan istifadə edilmişdir. Məlumatların statistik işlənməsi Microsoft Excel 2007 elektron paket proqramının köməyi ilə həyata keçirilmişdir ki, onlar hazırkı tədqiqat işinin tələblərinə uyğun tərtib edilmişdir.

Nəticələronlarınmüzakirəsi.

Aparılan müayinələr nəticəsində müəyyən edilmişdir ki, dölə infeksiyanın təsiri spesifik (dölün struktur patologiyasının kiçik və böyük formaları, infeksin amilin dölə birbaşa təsiri) və qeyri-spesifik əlamətlərlə (müxtəlif ağırlıq dərəcəsinə malik hipotrofiya və dölün hipoksiyası) təzahür edir. Məlum olduğu kimi, dölün bətndaxili infeksiyalaşması zamanı infeksion fetopatiyalar formalaşır ki, bu da dölün bətndaxili inkişafının ləngiməsi, ikincili cift çatışmazlığının formalaşması, dizembriogenetik stiqmaların əmələ gəlməsi, dölün özünün infeksion zədələnmələri ilə müşayiət olunur. İnfeksiya, bir qayda olaraq, döl-cift qan dövranının pozulması, distrofik, nekrobiotik reaksiyalar, birləşdirici toxumanın həddən artıq böyüməsi ilə birlikdə formaəmələgətirmə proseslərinin pozulması (beynin qliozu, endokardial fibroelastoz) ilə özünü biruzə verir. Prolifera-siya xarakterli iltihabi dəyişikliklər normada mövcud olan kanal və dəliklərin daralmasını və ya obturasiyasını törədir. Bu, artıq formalaşmış orqanın anomal inkişafına - psevdoeybəcərliklərin: hidrosefaliyalara, hidronefroza, kardio -  və ya hepatomeqaliyalara gətirib çıxarır.

Dölün bətndaxili infeksiyalaşmasının daha informativ EXO-qrafik «markerləri»ni, hansı ki, bizim müayinələrdə aşkar edilmişdir, 3 qrupa ayırmaq olar:

1.78 qadında (63,4±4,3%) ciftin patologiyasının (plasentit) EXO-qrafik əlamətləri – parenximada və ya retroxorial yerləşmiş kistlərin böyük sayda olması, ciftin diffuz qeyri-həmcinsliyi, ciftin vaxtındanəvvəl yetişməsi (ciftin yetkinlik dərəcəsinin hestasiya vaxtına uyğun olmaması) aşkar edilmişdir;
2.28 qadında (22,8±3,8%) amnion boşluğunun patologiyasının (amninit) EXO-qrafik əlamətləri aşkar edilmişdir ki, bu da çoxsululuq, amniotik «bağların» olması, hamiləliyin 36-cı həftəsinə qədər hiperexogen əlavələrin əmələ gəlməsi və ya hamiləliyin son vaxtlarında onların kəskin dərəcədə  ifadə olunması ilə təzahür etmişdir;
3.17 qadında (13,8±3,1%) dölün infeksion zədələnmələrinin  EXO-qrafik əlamətləri aşkar edilmişdir ki, bu da dölün baş beyninin yan mədəciklərinin genişlənməsi (ventrikulomeqaliya), damar kələfi nahiyəsində kistlərin olması, hepato- və ya kardiomeqaliya, dölün biofiziki fəallığının və plasentar perfuziyanın azalması ilə özünü göstərir.

Beləliklə, bətndaxili infeksiyalaşmanın antenatal diaqnostikasında infeksiyalaşmış uşağın doğulmasının proqnozlaşdırılması üçün ən əhəmiyyətli  dölün bilavasitə infeksion zədələnməsinin EXO-qrafik «markerləri» sayılır, plansentitin EXO-qrafik əlamətlərinin və amnionitin olması heç də həmişə yenidoğulmuşun infeksiyalaşması ilə müşayiət olunmur.

Növbəti mərhələdə biz 123 hamilə qadında immunoloji (İFA) və molekulyar-genetik (ZPR) metodlardan istifadə etməklə perinatal əhəmiyyət daşıyan əsas infeksiyaların törədicilərinin gəzdirənliyinin aşkar edilməsi tezliyini öyrənmişik (cədvəl 1).

İFA metodu ilə müayinə olunan 123  hamilə qadından 116-da (94,3±2,1%) Herpes simplex-1,2-ə qarşı IgG əkscisimlər vardır. Bu 116 qadın ZPR metodu ilə də müayinə olunmuşlar. 100%-i  ZPR- pozitivdir. 61 qadında (52,7±6,3%) bətndaxili infeksiyalaşmanın əlamətləri aşkar edilmişdir. Bətndaxili infeksiyalaşmanın əlamətlərinin olmaması 55 qadında (47,4±6,3%) nəzərə çarpır.

29 (23,6±3,8%) hamilə qadında Chlamydia trachomatis-ə qarşı IgG əkscisimlər aşkar edilmişdir. 86,2±6,4%-i ZPR-pozitivdir. USM zamanı 11 (37,9±9,0%) hamilə qadında bətndaxili infeksiyalaşmanın əlamətləri vardır. 18 (62,1±9,0%) hamilə qadında bətndaxili infeksiyalaşma əlamətləri olmamışdır. Staphylococcus aureus gəzdirənliyi 26 (21,1±3,7%) hamilə qadında aşkar edilmişdir, onlardan 6 (23,0±8,2%) qadında bətndaxili infeksiyalaşma əlamətləri müəyyən edilmişdir. Bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması həmin qrupda 20 (77,0±8,2%) hamilə qadında qeydə alınmışdır. Candida albicans gəzdirənliyi  31 (25,2±3,9%) hamilə qadında aşkar edilmişdir. 96,8±8,6%-i ZPR-pozitivdir. 9 qadında (29,0±8,1%) bətndaxili infeksiyalaşma əlamətləri aşkar edilmişdir. Bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması 22 (71,0±8,1%) hamilə qadında qeydə alınmışdır.

Cədvəl  1.

Hamiləqadındaperinataləhəmiyyətdaşıyanəsasinfeksiyalarıntörədiciləriningəzdirənliyininaşkaredilməsitezliyi (n=123)

 Əkscisimlərin olması

İFA zamanı aşkar edilmişdir

ZPR pozitivdir

Müt

%

Müt.

%

Herpes simplex-1,2 qarşı IgG əkscisimlər

116

94,3±2,1

116

100

Chlamydia trachomatis-ə qarşı IgG əkscisimlər

29

23,6±3,8

25

86,2±6,4

Staphylococcus aureus gəzdirənliyi

26

21,1±3,7

24

92,3±5,3

Candida albicans gəzdirənliyi

31

25,2±3,9

30

96,8±3,1

Rubella-ya qarşı IgG əkscisimlər

11

8,9±2,5

10

90,9±8,6

Ureaplasma urealiticum-a qarşı IgG əkscisimlər

88

71,5±4,1

81

92,0±2,8

Toxoplasma gondii-yə qarşı IgG əkscisimlər

38

30,8±4,2

35

92,1±4,4

Cytomegalovirus-a qarşı IgG əkscisimlər

92

74,8±3,9

87

94,6±2,3

 

Rubella-ya qarşı IgG əkscisimlərin olması 11 (8,9±2,5%), bətndaxili infeksiyalaşma əlamətlərinin olması 2 (18,1±11,5%) hamilə qadında aşkar edilmişdir. Bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması 9 (81,9±4,0%) hamilə qadında nəzərə çarpmışdır. Ureaplasma urealiticum-ə qarşı IgG əkscisimlərin olması 88 (71,5±4,1%) hamilə qadında aşkar edilmişdir. 92,1±4,4%-i ZPR pozitivdir. Bətndaxili infeksiyalaşma əlamətləri 15 (17,0±4,0%), bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması 73 (83,0±4,0%) hamilə qadında  qeydə alınmışdır.

Toxoplasma gondii-yə qarşı IgG əkscisimlərin olması 38 (30,8±4,2%) hamilə qadında, bətndaxili infeksiyalaşma əlamətləri 2 (5,3±1,5%) hamilə qadında, bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması - 36 (94,6±2,2%) hamilə qadında aşkar edilmişdir. Cytomegalovirus-ə qarşı IgG əkscisimlərin olması 92 (74,8±9,5%) hamilə qadında aşkar edilmişdir. 94,6±2,3% qadın ZPR-pozitivdir. Bətndaxili infeksiyalaşma əlamətləri - 5 (5,4±2,2%), bətndaxili infeksiyalaşma əlamətlərinin olmaması - 87 (94,6±2,2%) hamilə qadında qeydə alınmışdır (cədvəl 2).

Cədvəl  2.

Müayinəolunan  hamiləqadındabətndaxiliinfeksiyalaşmaəlamətlərininolması (n=123)

Əkscisimlərin olması

Əlamətlərin aşkar edilməsi

Əlamətlərin olmaması

Müt.

%

Müt.

%

Herpes simplex-1,2-ə qarşı IgG əkscisimlər    (n=116)

61

52,6±6,3

55

47,4±6,3

Chlamydia trachomatis-ə qarşı IgG əkscisimlər    (n=29)

11

37,9±9,0

18

62,1±9,0

Staphylococcus aureus  gəzdirənliyi (n=26)

6

23,0±8,2

20

77,0±8,2

Candida albicans gəzdirənliyi (n=31)

9

29,0±8,1

22

71,0±8,1

Rubella-ya qarşı IgG əkscisimlər    (n=11)

2

18,1±11,5

9

81,9±11,5

Ureaplasma urealiticum-a qarşı IgG əkscisimlər    (n=88)

15

17,0±4,0

73

83,0±4,0

Toxoplasma gondii-yə qarşı IgG əkscisimlər    (n=38)

2

5,3±1,5

36

94,7±8,0

Cytomegalovirus–a qarşı IgG əkscisimlər    (n=92)

5

5,4±2,2

87

94,6±2,2

Perinatal əhəmiyyət daşıyan infeksiyaların törədicilərin gəzdirənliyinə görə, TORCH-kompleksin aşkar edilməsinə görə hamilə qadınların skrininq müayinəsi, dölün vəziyyətinin ultrasəs skrininqi zamanı aşkar edilmişdir ki,  hamilə qadınların ən böyük hissəsi Herpes simplex-1,2-ə qarşı IgG əkscisimləri (94,3±2,1%) və Cytomegalovirus-ə qarşı IgG əkscisimləri (74,8±3,9%) olan qadınlardır, bu zaman hamiləlik vaxtı bətndaxili infeksiyalaşma əlamətləri daha çox Herpes simplex-1,2-ə qarşı IgG əkscisimlər olduqda inkişaf edir (hamilə qadınların yarısından çoxu) və 52,7±6,3% təşkil edir. Cytomegalovirus-ə qarşı IgG əkscisimlər olduqda onun xüsusi çəkisi 5,4±2,2% səviyyəsində olmuşdur. Chlamydia trachomatis-ə qarşı IgG əkscisimlərə malik hamilə qadınların sayının az olmasına (23,6±3,8%) baxmayaraq, bətndaxili infeksiyalaşma əlamətləri 37,9±9,0% halda aşkar edilmişdir. Candida albicans və Staphylococcus aureus gəzdirənliyi də həmçinin bətndaxili infeksiyalaşma ilə  şərtlənmişdir və birinci halda 29,0±8,1%, ikinci halda - 23,0±8,2%-ə çatır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES: 

1.Воронцова Н.А., Гажонова В.Е., Чернышенко Т.А. Клиническая значимость соноэластографии в ранней диагностике внематочной беременности // Кремлевская медицина. Клинический вестник, 2013, М., № 1, с. 106-111
2.Косенкова, Е.Г. И.М. Лысенко, Журавлева Л.Н. Инфекции специфичные для перинатального периода (внутриутробные инфекции): распространенность, этиопатогенез и диагностика // Охрана материнства и детства, 2011, № 2(18), с. 18-25
3.Луценко, М.Т. Цитомегаловирусная инфекция // Бюллетень физиологии и патологии дыхания, 2012, № 44, с.131-136.
4.Максимова С.М., И.Г. Самойленко, Влияние TORCH-инфекций (ВПГ-1, -2, ЦМВ) на формирование врожденных пороков развития у детей // Здоровье ребенка, 2011, № 5(32), с. 132-134
5.Серов В.Н., Дубницкая Л.В., Тютюнник В.Л. Воспалительные заболевания органов малого таза: диагностические критерии и принципы лечения // РМЖ, 2011,  Том 19, № 1, с. 46-50
6.Макухина Т. Б. Отдаленные исходы осложненных форм воспалительных заболеваний органов малого таза у женщин, пролеченных малоинвазивными технологиями под ультразвуковым контролем // Проблемы репродукции,  2008,  Спец. вып., с.296-297
7.Мартынова Н.В., Нуднов Н.В., Головина И.А. Определение диагностической эффективности современных методов визуализации // Медицинская визуализация, 2005,  №1, с.140-144
8.Eckert, L. O. Infections of the Lower and Upper Genital Tracts (Vulva, Vagina,Cervix, Toxic Shock Syndrome, Endometritis, and Salpingitis) // Comprehensive Gynecology, 6th ed. Elsevier Inc., 2013, P. 519-553
9.Taylor B.D.,  Darville T., Haggerty C.L. Does bacterial vaginosis cause pelvic inflammatory disease? // Sex. Transm. Dis., 2013, Vol. 40, N 2, P. 117-122.


Müəlliflər:
F.A. Şükürova

Digər jurnal və qəzetlər