MENİNGİTLİ XƏSTƏLƏRDƏ OPTİMAL TERAPİYA TƏDBİRLƏRİNİN İMMUN GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ
02-02-2017
Acarsözlər: irinlimeningit, immunitet, müalicə
Keywords: purulent meningitis, immunity, treatment
Müasir dövrümüzdə kəskin neyroinfeksiyalar insan həyatı üçün ciddi təhlükə yaradan xəstəliklərdən hesab olunur və onlar sinir sisteminin patologiyalarının əsas qrupunu təşkil edir. Son dövrümüzdə neyroinfeksiyaların rast gəlinməsi günü–gündən artmaqdadır. Belə ki, Ə.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının neyroinfeksiya şöbəsinin statistiki göstəricilərinə nəzər salsaq görərik ki, 2007-2011–ci illər ərzində ancaq irinli meningit və meninqokokksemiya diqanozu ilə şöbəyə 431 xəstə müraciət etmişdir. 2012–ci ilin ilk 3 ayında şöbəyə ağır neyroinfeksiya ilə 30 xəstə daxil olmuşdur. Neyroinfeksiyaların kliniki formaları içərisində çox rast gəlinənləri müxtəlif etiologiyalı meningitlər və meninqoensefalitlərdir. Uşaq yoluxucu xəstəlikləri sahəsindəki nailiyyətlərə baxmayaraq, bakterial meningitlər və meninqoensefalitlər zamanı letallıq dərəcəsi yüksək olaraq qalır. Uşaqlara intensiv terapiya və reanimasiya tədbirləri icra edilsə də, bu xəstələrin 1/3 hissəsindən çoxu hidrosefaliya, araxnoidit, epilepsiya, karlıq, görmə sinirinin atrofiyası, nevroloji və psixoloji pozğunluqlar və s. kimi qalıq nevroloji ağırlaşmalardan əziyyət çəkirlər (1, 2, 3, 6). Törədicinin identifikasiyası olmadan kəskin neyroinfeksiyaların öyrənilməsi qeyri –mümkündür. Hal –hazırda irinli bakterial meningitlərin etiologiyasında 5 törədici daha böyük əhəmiyyət kəsb edir: meninqokoklar, pnevmokoklar, listeriyalar, hemofil çöplər və stafilokoklar. Meningit və meninqoensefalitlər sporadik xəstələnmə halları yüksək olaraq qalır, xəstəlik çox vaxt ağır və ağırlaşmış formada gedir. Ciddi rezidual dəyişikliklər sonradan astenovegetativ sindromun və hidrosefaliyanın inkişafı ilə təzahür edir və uşaqlarda əlilliyə gətirib çıxara bilər. Kəskin neyroinfeksiyalar probleminə iqtisadi aspektəlavə əhəmiyyət qazandırır. Belə ki, epidemiya əleyhinə tədbirlərə, xəstəliyin müalicəsi və onun fəsadlarının aradan qaldırılmasına böyük vəsaitlər xərclənir (4,5).
Tədqiqatın məqsədi: Meningitli xəstələrdə ənənəvi və Ronkoleykinlə müalicənin qanın immun göstəricilərinə təsirlərinin müqayisəli qiymətləndirilməsi.
Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən 39 nəfər meningitdən əziyyət çəkən uşaqlar müayinə və müşahidələrə cəlb edilmişlər. Qeyd olunan uşaqlarda tətbiq edilən müalicənin xarakterindən asılı olaraq, 19 nəfərdə ənənəvi müalicə və 20 nəfərdə isə ənənəvi müalicəyə əlavə olaraq, Ronkoleykin preparatı da əlavə edilmiş müalicə tətbiq edilənlər olmaqla 2 qrupa ayrılmışlar. Hər iki qrupda xəstə uşaqlarda müalicədən əvvəl və sonra qanda leykositlərin, limfositlərin, ümumi zülalın, albuminlərin, qlobulinlərin α1, α2, β və γ fraksiyaları, T –limfositlər, T –helperlər, T –supressorlar, T –aktiv hüceyrələr, B –limfositlər, IgA, IgM, spontan –HCT və aktiv –HCT miqdarları öyrəniləcəkdir. Ənənəvi müalicə dedikdə əsas müalicəvi vasitə kimi gündə 3 dəfə olmaqda əzələ daxili Sefadim inyeksiyaları nəzərdə tutulur. Bundan əlavə Sefadim preparatı ilə birlikdə xəstələrə B6 və B12 kimi vitamin preparatları əzələ daxili tətbiq edilmişdir. Lazım gəldikdə xəstələrə digər köməkçi vasitələr də verilmişdir. Sefadim preparatının əsas təsiredici amili, yəni kimyəvi tərkib adı Seftazidim olub, 3 –cü nəsil Sefalosporinlərə aid antibotikdir. Alınmış nəticələr parametrik və qeyri –parametrik üsullardan istifadə etməklə statistiki işlənmişdir. Statistiki üsullar variasion üsullarla tədqiq olunmuşdur (orta riyazi kəmiyyət – М, onların standart xətası – m, Styudentin dürstlük əmsalı – t müəyyən edilməklə). Kliniki tədqiqatın nəticələrinin statistiki işlənməsi standart proqram paketinin köməyilə icra edilmişdir (Windows üçün Microsoft Excel и Statistica 7.0).
Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində yalnızca ənənəvi müalicə tətbiq etdiyimiz 19 nəfərlik qrupda müalicəyə başlamamışdan yəni onlar xəstəxana daxil olanda götürülmüş qan nümunələrində leykositlərin orta sayı 8,52±0,12*109/litr olmasına baxmayaraq, Sefadimlə ənənəvi müalicə tədbirləri başladıldıqdan 1 həftə sonra müvafiq göstərici bir qədər aşağı enərək, 7,37±0,23*109 müəyyən edilmişdir. III sefalosporinlə birlikdə əlavə yardımçı immunoloji müalicə kimi Ronkoleykin tətbiq etdiyimiz 20 uşaqdan ibarət müalicə qrupunda isə xəstəxanaya daxil olduqda onların qanında leykositlərin say göstəricisi 8,61±0,09*109/l olduğu halda, immunoloji preparatdan da istifadə olunmuş, kombinə olunmuş müalicə tətbiq edildikdən sonra onların say göstəricisi 6,16±0,10*109 aşkar edilmişdir.
Limfositlərin ənənəvi və Ronkoleykin əlavə etdiyimiz qruplardan götürdüyümüz qan nümunələrində müqayisəli say göstəricilər üzrə müayinə və tədqiqatlar zamanı ənənəvi müalicə ilə kifayətləndiyimiz qrupda müalicə tədbirlərindən qabaq qeyd olunan immun hüceyrələrin say göstəricisi 2,05±0,057*109 olduğu halda, müalicə tədbirlərindən sonra bu göstərici 2,08±0,051*109 hesablanmışdır. Ronkoleykin də əlavə etdiyimiz müalicə qrupunda isə tədbirlərdən öncə qeyd olunan göstərici 1,83±0,036*109, müalicə tədbrlərindən sonra isə 1,95±0,027*109 müəyyən edilmişdir (Cədvəl 1).
Cədvəl № 1.
Ronkoleykinlə kombinə olunmuş müalicənin meninqoensefalitli pasiyentlərin qanının immun göstəricilərinə müqayisəli təsiri.
Parametrlər |
Ənənəvi müalicə n=19 |
Ronkoleykin əlavə edilmiş müalicə, n=20 |
Р |
||
Müalicədən əvvəl |
Müalicədən sonra |
Müalicədən əvvəl |
Müalicədən sonra |
||
Leykositlər |
8,52±0,12 10|9 л |
7,37±0,23 * |
8,61±0,09 |
6,16±0,10 * |
< 0,001 |
Limfositlər |
2,05±0,057 |
2,08±0,051 * |
1,83±0,036 |
1,95±0,027 * |
< 0,05 |
Ümumi zülal |
60,9±0,57 |
68,8±0,65 * |
62,2±0,44 |
67,6±0,41 * |
> 0,05 |
Albuminlər |
32,2±0,33 |
34,0±0,28 * |
31,7±0,36 |
36,4±0,10 * |
< 0,001 |
Qeyd: * -“müalicədən əvvəl” –ki göstəricilərə nisbətən statistiki əhəmiyyətlilik (p<0,05). Р -ənənəvi müalicədən sonrakı göstəricilərlə müqayisədə statistiki əhəmiyyətlilik.
Hər iki qrupdakı meninqoensefalitli uşaqlardan götürülmüş qan nümunələrində ümumi zülalın orta miqdarı ənənəvi müalicə tətbiq etdiyimiz 19 nəfərlik qrupda müalicədən əvvəl 60,9±0,57 q/l olduğu halda, müalicədən sonra artaraq, 68,8±0,65 q/l aşkar edilmişdir. Ənənəvi müalicə tədbirlərinə Ronkoleykin də əlavə etdiyimiz 20 nəfərlik qrupda isə ümumi zülalın qan nümunələrindəki orta miqdarı xəstələrə xəstəxanaya daxil olarkən 62,2±0,44 q/l hesablanmasına baxmayaraq, immun preparatın da əlavə olunduğu müalicə tədbirlərindən sonra artaraq, 67,6±0,41 q/l müəyyənləşmişdir. Normal qan plazmasında albuminlərin qatılığı 40-50 q/l, qlobulinlərin müvafiq göstəricisi isə 20-30 q/l-dir. Kağız üzərində aparılan elektroforez üsulu ilə serum zülallarını 5 fraksiyaya ayırmaq mümkündür; bunlara albuminlər, α1, α2, β və γ –qlobulinlər aiddir.
Müalicə zamanı yalnızca ənənəvi antibiotikoterapiya ilə kifayətləndiyimiz 19 nəfərdən ibarət meninqoensefalitli pasiyentlər qrupunun qan nümunələrində müalicədən əvvəl albuminin orta miqdarı 32,2±0,33 q/l olduğu halda, müalicə tədbirlərindən sonra bu göstərici bir qədər artaraq, 34,0±0,28 q/l hesablanmışdır. Ronkoleykinlə kombinə olunmuş müalicə tətbiq etdiyimiz qrupda isə kombinə olunmuş müalicədən öncə albuminlərin qanda orta göstəricisi 31,7±0,36 q/l olmasına baxmayaraq, müalicənin icra edilməsindən sonra bu göstərici arataraq, 36,4±0,10 q/l -ə qədər yüksəlmişdir.
Qlobulinlərin müxtəlif fraksiyalarının qandakı miqdarlarına Ronkoleykinlə kombinə olunmuş antibiotikoterapiyanın təsirlərini öyrənmək məqsədilə apardığımız tədqiqat zamanı α 1 –qlobulinin ənənəvi antibiotikoterapiya apardığımız qrupdan əldə olunan qan nümunələrindəki orta qatılığı müalicədən əvvəl 4,20±0,056 q/l aşkarlandığı halda müalicədən sonra bu göstərici artaraq, 4,78±0,035 q/l hesablanmışdır. Ronkoleykin əlavə etdiyimiz qrupda isə xəstələrin qan nümunələrindəki müvafiq qlobulin fraksiyasının qatılığı müalicə tədbirlərinə başlanılmamış götürülən bioloji materiallarda 4,13±0,048 q/l, kombinə olunmuş müalicə tədbirlərindən sonra götürülən qan nümunələrində isə artaraq 4,36±0,035 q/l müəyyən edilmişdir. α2 –qlobulin fraksiyasının qan analizindəki göstəriciləri isə ənənəvi müalicə tətbiq etdiyimiz 19 pasiyentdən ibarət qrupdakı orta qatılığı müalicə tədbirlərindən öncə 6,85±0,054 q/l hesablanmasına baxmayaraq, müalicə tədbirlərindən sonra bu göstərici yüksələrək 8,09±0,039 q/l müəyyən edilmişdir. Ənənəvi müalicəyə əlavə olaraq, immun sisteminə təsir göstərən Ronkoleykin preparatı da verilmiş 20 nəfər meninqoensefalitdən əziyyət çəkən uşaqlar qrupunda müalicədən öncəki qan analizi nümunələrində qrup üzrə α2 –qlobulin fraksiyasının orta qatılığı 6,80±0,040 q/l, müalicə tədbirlərindən sonra isə 7,28±0,032 q/l hesablanmışdır. T –limfositlərin qandakı miqdarlarına Ronkoleykinlə kombinə olunmuş antibiotikoterapiyanın təsirlərini öyrənmək məqsədilə aparılan müayinə -tədqiqatlar zamanı yalnız ənənəvi III nəsil sefalosporinlə aparılmış müalicə ilə kifayətlənmiş qrupda xəstələr xəstəxanaya daxil olduqda onlardan götürülmüş qan nümunələrində T –limfositlərin orta miqdar göstəricisi 1,23±0,034*109/l olduğu halda, müalicə kursundan sonra uyğun göstərici 1,36±0,022*109/l hesablanmışdır (Cədvəl 2).
Cədvəl № 2.
kombinə olunmuş müalicənin qanının immun göstəricilərinə təsiri.
Parametrlər |
Ənənəvi müalicə n=19 |
Ronkoleykin əlavə edilmiş müalicə, n=20 |
Р |
||
Müalicədən əvvəl |
Müalicədən sonra |
Müalicədən əvvəl |
Müalicədən sonra |
||
Т-Limfositlər |
1,23±0,034 |
1,36±0,022 * |
1,19±0,031 |
1,89±0,018 * |
< 0,001 |
Т-helperlər |
0,96±0,040 |
0,85±0,022 * |
0,95±0,025 |
1,52±0,017 * |
< 0,001 |
Т-Supressorlar |
0,31±0,018 |
0,36±0,013 |
0,30±0,015 |
0,41±0,010 |
< 0,01 |
Т-aktiv hüceyrələr |
0,49±0,019 |
0,34±0,011 * |
0,51±0,014 |
0,82±0,012 * |
< 0,001 |
В-limfositlər |
0,25±0,012 |
0,21±0,006 * |
0,27±0,014 |
0,43±0,012 * |
< 0,001 |
IgA |
1,21±0,033 |
0,94±0,016 * |
1,19±0,027 |
1,34±0,018 * |
< 0,001 |
IgM |
1,52±0,026 |
0,86±0,012 * |
1,50±0,032 |
1,94±0,027 * |
< 0,001 |
IgG |
10,8±0,16 |
9,1±0,11 * |
10,7±0,12 |
11,9±0,12 * |
< 0,001 |
Qeyd: * -“müalicədən əvvəl” –ki göstəricilərə nisbətən statistiki əhəmiyyətlilik (p<0,05). Р -ənənəvi müalicədən sonrakı göstəricilərlə müqayisədə statistiki əhəmiyyətlilik.
Müalicə məqsədilə ənənəvi vasitələrə əlavə olaraq, immun preparat olan Ronkoleykin verilmiş xəstələr qrupunda müalicə başlamamışdan yəni xəstələr xəstəxanaya yerləşdirildikdən dərhal sonra götürülmüş qan nümunələrində qeyd olunan immun hüceyrələrin miqdarı 1,19±0,031*109/l, müalicədən sonra isə bu göstərici artaraq, 1,89±0,018*109/l hesablanmışdır. Qeyd olunan antibakterial müalicə ilə birlikdə immun preparat olan Ronkoleykin də verilən meninqoensefalitli xəstələrdə isə kombinə olunmuş müalicəyə başlamamışdan əvvəl T –helperlərin qan nümunələrində orta say göstəricisi 0,95±0,025*109/l hesablandığı halda, müalicənin tətbiqindən sonra artaraq 1,52±0,017*109/l müəyyənləşmişdir.
T–limfositlərin subpopulyasiyası olan T–supressorların qandakı say göstəricinə Ronkoley-kin preparatının təsirlərinin öyrənilməsi üzrə apardığımız müayinələrin nəticələri isə ənənəvi müalicə tətbiq etdiyimiz qrupda müalicədən öncə müvafiq hüceyrələrin say göstərici qrup üzrə qan göstəricilərində ortalama 0,31±0,018*109/l, müalicə kursundan sonra isə bu göstərici 0,36±0,013*109/l hesablanmışdır. Ronkoleykin tətbiq etdiyimiz qrupda isə kombinə olunmuş müalicədən öncə 0,30±0,015*109/l olduğu halda müalicədən sonra bu göstərici 0,41±0,010*109/l -ə qədər artmışdır. T–aktiv hüceyrələrin 3 –cü nəsil sefalosporinlərlə apardığımız ənənəvi müalicə tətbiq olunan 19 nəfərlik meninqoensefalitli xəstələrdən götürülmüş qan nümunələrindəki orta miqdarı müalicədən öncə 0,49±0,019*109/l olduğu halda, müalicə tədbirlərindən sonra bu göstərici 0,34±0,011*109/l -ə qədər aşağı düşmüşdür. Ronkoleykin preparatı əlavə etdiyimiz antibiotiko-terapiya tətbiq etdiyimiz 20 nəfərlik meniqoensefalitli uşaq xəstələr qrupundan əldə olunan bioloji nümunələrdə T–aktiv hüceyrələrin miqdarı müalicə tədbirlərindən qabaq 0,51±0,014*109/l aşkarlanmasına baxmayaraq, kombinə olunmuş müalicə tədbirlərindən sonra bu göstərici immunoloji preparatın təsirilə 0,82±0,012*109/l -ə qədər yüksəlmişdir.
Spesifik hüceyrəvi immunitetin əsasını təşkil edən B –limfositlərin qan nümunələrindəki miqdarlarının müəyyən edilməsi istiqamətində apardığımız tədqiqatlar zamanı isə yalnız ənənəvi antibiotikoterapiya tətbiq etdiyimiz qrupdan əldə olunan qan nümunələrində qeyd olunan immun hüceyrələrin miqdarı müalicədən öncə 0,25±0,012*109/l olmasına baxamayaraq, müalicədən sonra bu göstərici 0,21±0,006*109/l -ə düşmüşdür. İmmunoloji preparat əlavə etdiyimiz qrupda isə bioloji materiallarda bu hüceyrələrin miqdarı müalicədən əvvəl 0,27±0,014*109/l, müalicədən sonra isə 2 dəfəyə qədər artaraq, 0,43±0,012*109/l olmuşdur.
Spesifik immunitetin humoral amilləri olan immunoqlobulin fraksiyalarının qan nümunələrində miqdarlarının öyrənilməsi istiqamətində apardığımız tədqiqatlar zamanı isə IgA –nın yalnızca ənənəvi müalicə tətbiq etdiyimiz qrupda müalicədən öncə qan nümunələrindəki miqdarı 1,21±0,033 q/l, müalicədən sonra isə 0,94±0,016 q/l müəyyən edilmişdir. Ronkoleykin tətbiq etdiyimiz qrupda isə müalicə tədbirlərindən öncə IgG –in qan nümunələrindəki miqdarı 10,7±0,12 q/l olmasına baxmayaraq, müalicə tədbirlərindən sonra bu göstərici artaraq, 11,9±0,12 q/l müəyyən edilmişdir. Alınmış nəticələr, immunoloji preparatın kombinə olunmasından sonra immun göstəricilərin əhəmiyyətli dərəcədə artdığını göstərir. Ümumiyyətlə, antibiotikoterapiya əksər hallarda hər hansı bir immunoloji preparatlarla kombinə olunsa daha effektiv nəticələr verir. Çünki antibiotiklər iltihab törədicilərini birbaşa məhv etsələr də, immun qabiliyyətini aşağı sala bilərlər. Törədicilərə qarşı orqanizmin özünün də müqaviməti və immuniteti formalaşmalıdır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Madhusudan M. Acute bacterial meningitis. In: Radhakrishnan K. eds. Reviews in Indian Neurology 2003.Trivandrum, Kerala, India, Sree Chitra Tirunal Institute For Medical Sciences and Technology 2003; 1-47.
2.Mullener ER. Six Geneva physicians on meningitis. J HistMed 1965; 20: 1-3.
3.Tripathi BK, Gupta B, Agrawal AK. Acute Meningitis. In:Agrawal AK, Singal RK, Jain DG, Upadhyay R, Rewari BB.Eds. Emergency Medicine. Jaypee Brothers 2005; 258-69.
4.Tang RB, Lee BH, Chung RL, Chen SJ Wong TT. Intereukin-1 beta and tumour necrosis factor-alpha in cerebrospinal fluid of children with bacterial meningitis. Childs Nerv Syst 2001; 17: 453-6.
5.Arditi M, Manogue KR. Cerebrospinal fluid cachectin/tumour necrosis factor- alpha and platelet – activating factor concentrations and severity of bacterial meningitis in children. J Infect Dis 1990; 162: 139-47.
6.Mc Master P, Mcintyre P, Gilmour R et al. The emergence of resistant Pnemmococcal Meningitis. Implication for Empiric therapy. Arch Dis Child 2002; 87: 207-11.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı