MƏRKƏZİ SİNİR SİSTEMİNİN HİPOKSİK-İŞEMİK ZƏDƏLƏNMƏLƏRİ OLAN YENİDOĞULMUŞLARDA SİTOKİN ŞƏBƏKƏSİNİN VƏZİYYƏTİ

18-12-2017

Açar sözlər: yenidoğulmuşlar, MSS, hipoksiya, sitokinlər, neonatal dövr

Ключевые слова: новорожденные, ЦНС, гипоксия, цитокины, неонатальный период

Keywords: newborn, CNS hypoxia, cytokines, neonatal period.

Hazırda perinatal təbabətdə diaqnostik və müalicə metodlarının intensiv inkişafı və təkmilləşdirilməsi, yenidoğulmuş uşaqlara qulluğu prosesinə yeni və yüksək effektivliyə malik texnologiyaların praktikaya tətbiqi ilə xarakterizə olunur. Perinatal dövrdə  sinir sistemi patologiya-larının yüksək  yayılma dərəcəsi qeydə alınmışdır. Serebral hipoksiya ilə əlaqədar olaraq baş beyin zədələnməsi 48% yenidoğulmuşlarda qeydə alınmışdır. Dölün və yenidoğulmuşun asfiksiyası zamanı beyin zədələnməsi tezliyi 20-40% təşkil edir, kiçik bədən çəkisi ilə doğulan uşaqlarda isə 60-70%-ə çatır [11, 15]. Dölün və yenidoğulmuşun inkişaf qanunauyğunluğunun müayinəsi, xüsusilə immun sistemin bərqərar olmasının müayinəsi zəruri məsələdir, çünki onlar sağlam insanın formalaşdırılmasının əsasını təşkil edir. Eyni zamanda perinatal immunologiya embriologiya, fiziologiya, mamalıq, insanın ümumi və infeksion patologiyası ilə inteqrasiya edərək,  bir çox elmi fundamental istiqamətləri formalaşdırır. Bunlara aiddir: immunsupressiya mexanizmlərinin, tolerantlıq, immunoloji yaddaşı, hipoksiya və baş beyin travmalarının immun sisteminə təsirinin  və s. öyrənilməsi [1, 4, 14].

Sitokinlərin  bioloji təsirinin geniş spektri onların mütəlif xəstəliklərin, eləcə də MSS-in hipoksik-işemik zədələnmələrinin patogenezində iştirakı ilə əlaqədadır [2, 3, 5, 12].

Postnatal dövrdə sinir toxumaların hüceyrələrində baş verən dəyişikliklərin dölün sağ olduğu vaxtda qiymətləndirilməsi az öyrənilmiş problemdir. Hazırda baş beynin zədələnmələrinin erkən  markerlərinin axtarışı aparılır, zədələyici agentlərdən müdafiə yolları, eləcə də reparativ proseslərin aktivləşməsi qabiliyyəti tədqiq edilir [6-10]. Bu istiqamət təkcə elmi-praktik əhəmiyyət kəsb etmir, həm də sosial əhəmiyyət malikdir.

Mamalıq yardımının yaxşılaşmasına və doğuş evində aparılan tədbirlər kompleksinin təkmilləşdirilməsinə baxmayaraq yenidoğulmuşun  hipoksiyası neonotologiyanın ən zəruri  problemlərindən  biri olaraq qalmaqdadır [Баранов А.А.,2005].

Tədqiqatın məqsədi MSS-in müxtəlif xarakterli hipoksik-işemik zədələnmələri olan yenidoğulmuşların qanında  IL-1β, IL-4, IL-6 və IL-8  sitokinlərin səviyyəsinin öyrənilməsindən ibarətdir.

Tədqiqatın material və metodları. MSS-in hipoksik-işemik zədələnməsi olan 100 yenidoğulmuş müayinə edilmişdir. Doğuş zamanı uşaqların  bədən kütləsi 1800-4000 q, bədən uzunluğu 42-54 sm arasında olmuşdur. 48 nəfər oğlan, 52 nəfər qız olmuşdur. 31,0% halda tükənmə sindromu və iflic sindromu, 28,0% halda- hiporefleksiya, 24,0%-hiperrefleksiya, 22,0% halda hərəkət aktivliyinin aşağı düşməsi qeydə alınmışdır. MSS-in yüngül dərəcəli zədələnməsi  39,0% halda  baş vermişdir, uşaqlarda orta və ağır dərəcəli zədələnmə uyğun olaraq 42,0% və 19,0% təşkil etmişdir. Apqar şkalası üzrə MSS-in  yüngül dərəcəli zədələnməsi olan uşaqlar qrupu 1-ci  dəqiqədə 7-8 ball, 5-ci dəqiqədə 8-9 ball, MSS-in orta və ağır dərəcəli zədələnməsi olan uşaqlar qrupu 1-ci dəqiqədə uyğun  olaraq 5-6 və 2-6 ball, 5-ci dəqiqədə 7-8 və 3-7 ball təşkil etmişdir. Keçirilmiş hipoksiyanın xarakterinə  görə  bütün yenidoğumuşlar 3 qrupa ayrılmışlar: I qrupu kəskin hipoksik təsirə məruz qalan 26 (26,0%); II qrupu xronik hipoksiyalı 51 (51,0%); III qrupu qarışıq patologiyalı  23 (23,0%)  yenidoğulmuş təşkil etmişdir.

          Müayinə edilən yenidoğulmuşlarda MSS-in zədələnməsinin ağırlıq dərəcəsindən asılı olaraq 3 dərəcəli zədələnmə qeydə alınmışdır [13]: 39,0%-yüngül dərəcə; 42,0%-orta dərəcəli MSS zədələnməsi və 19,0% halda ağır dərəcəli zədələnmə. Uşaqların əksəriyyəti (73,0%) müxtəlif ağırlıq dərəcəli asfiksiya vəziyyətində doğulmuşlar.

Nəzarət qrupunu hipoksiyasız 27 sağlam uşaq təşkil etmişdir. Onlar erkən neonatal dövrdə müayinə edilmişlər: doğuş zamanı 9 nəfər, 3-cü sutkada-10, 5-6-cı  sutkalarda-8 uşaq.

IL-1β, IL-4, IL-6 və IL-8 sitokinləri qan zərdabında 3-5 qan zərdablarında körpələrin doğulduğu 3-5 və 20-26-cı sutkalarda “Sitokin” ASC-in (Rusiya, Samkt-Peterburq) immunferment analiz metodu (İFA) üçün test-sisteminin köməkliyi ilə təyin edilmişdir.

Alınan  nəticələrin statistik təhlili SPSS (Statistical Package for the Social Sciences Inc., USA) statistic proqram paketinin köməkliyi ilə variasiya metodu üzrə aparılmışdır.

Nəticələr və onların müzakirəsi. MSS-in hipoksik-işemik zədələnməsi olan yenidoğul-muşların sitokin statusunun təhlili zamanı bütün sitokinlərin səviyyəsinin artdığı məlum olmuşdur (Şək.1).пг/мл

Şəkıl. 1. MSS-in hipoksik-işemik  zədələnməsi olan yenidoğulmuşlarda və sağlam yenidoğulmuşların qanında sitokinlərin konsentrasiyası (pq/ml)

Yenidoğulmuşların qanında IL-1β səviyyəsi nəzarət göstəricilərindən 13,4 (р<0,001), IL-6- 8,3 (р<0,001), IL-4- 6,2 (p<0,001) və IL-8- 4,2 dəfə (p<0,01) yüksək olmuşdur.

Müxtəlif  müayinə qruplarına daxil  olan yenidoğulmuşlarda sitokin profili təyin edildikdə məlum olmuşdur  ki, IL-1β səviyyəsi  qarışıq hipoksik-işemik zədələnməsi olan  uşaqlar qrupunda maksimal həddə olmuşdur (Cədvəl 1).

Cədvəl  1.

Yenidoğulmuşlar müayinə qruplarının qan  zərdabında sitokinlərin tərkibi

Sitokinlər,

pq/ml

Müayinə  qrupları

Nəzarət

(n=27)

I qrup

(n=26)

II qrup

(n=51)

III qrup

(n=23)

IL-1β

5,7 (5,0-6,7)

62,3* (34,2-90,5)

76,2*(40,3-112,1)

77,0* (40,7-113,4)

IL-4

9,0(1,0-17,0)

49,4* (20-78,8)

52,3* (22,7-82,0)

57,3* (23,0-91,6)

IL-6

4,7 (1,2-8,2)

36,2* (13,6-58,9)

39,3* (14,9-63,7)

39,8* (14,8-64,8)

IL-8

8,7 (0-17,5)

26,6* (2,0-51,3)

28,0* (10,2-55,8)

41,3* (11,5-71,2)

 

Qeyd: * -nəzarət qrupu ilı müqayisədə göstəricilərar asında fərqlərin  dürüstlüyü (р<0,001)

 III qrup yenidoğulmuşlarda IL-1β həddi kəskin hipoksik-işemik zədələnmə olan yenidoğulmuşlar qrupundakı həmin göstəricidən 23,6% yüksək olmuşdur və praktik olaraq II  qrup yenidoğulmuşlarının  göstəricilərindən  fərqlənməmişdir. Yanaşı zədələnməli yenidoğulmuşlarda digər iltihabönü sitokinlərin tərkibi də  yüksək olmuşdur. Belə  ki,  həmin qrup  uşaqlarda I və II qrup yenidoğulmuşlara nisbətən, uyğun olaraq IL-8-in səviyyəsi 55,3% və 47,5% yüksək olmuşdur. Qarışıq zədəli və xronik hipoksik-işemik ensefalopatiyalı yenidoğulmuşlarda IL-6-ın tərkibi nəzərəçarpan dərəcədə fərqlənməmişdir. III və I qruplarda bu sitokinlərin orta göstəricisi arasında fərq 8,6%, II və I qruplar arasında 9,9% olmuşdur.

Sitokin statusunun vəziyyəti öyrənildikdə sitkonlərin səviyyəsinin hamiləliyin gedişatından asılılığı müəyyən edilmişdir. Əlverişsiz  gedişatlı hamiləlik zamanı (hamiləliyin II yarısında hestozlar) sitokinlərin səviyyəsi əlverişli hamiləlik gedişatı olan qadınlara nisbətən dürüst yüksək olmuşdur (р<0,001). Fetoplasentar çatışmazlığı (FPÇ) olan  analardan  doğulan yenidoğulmuşlarda praktik olaraq dütün sitkonlərin səviyyəsi yüksək olmuşdur, xronik infeksiya ocaqları olan analardan doğulan yenidoğulmuşlarda əsas etibarilə, iltihabönü, xüsusilə IL-1β və IL-6-ın nəzərəçarpan dərəcədə artdığı müşahidə edilmişdir. Anamnezdə hamiləlik düşüyü olan qadınlardan doğulan 21 uşaqda qanda İL-6-ın konsentrasiyası 46,4 pq/ml olmuşdur.  Həmçinin  anamnezində anemiya olan anadan doğulan 14 uşaqda IL-6 və IL-1β-in maksimal yüksək səviyyəsi, uyğun olaraq  90,2 pq/ml və 64,6 pq/ml olmuşdur. Cinsi yolla ötrürülən infeksiya keçrimiş analardan doğulan 9 yenidoğulmuşda  İL-4-ün səviyyəsi nəzərəçarpan dərəcədə yüksək qeydə alınmış, 88,9 pq/ml təşkil etmişdir. Hamiləlik zamanı  kəskin  infeksiya  keçirmiş analardan doğulmuş  34 uşaqda IL-8-in səviyyəsi yüksək olmuş, 70,1 pq/ml təşkil etmişdir.

Müvafiq olaraq, sitokinlərin səviyyəsi ağırlaşmış mamalıq anamnezi ilə müsbət korrelyasiya etmişdir. Anamnez göstəriciləri ilə birbaşa əlaqə özünü onda göstərmişdir ki, yanaşı zədələnməsi olan yenidoğulmuşların analarında çox zaman ağırlaşmış mamalıq anamnezi qeydə alınır, həmçinin elə bu uşaqlarda iltihabönü sitokinlərinin və İL-4-ün maksimal yüksək konsentrasiyası aşkar edilmişdir. 

Qanda sitokinlərin səviyyəsinin dəyişməsinin xəstəliyin ağırlıq dərəcəsindən asılı olduğu aşkar edilmişdir (cədvəl 2).

Yüngül  dərəcəli zədələnmə zamanı xronik  hipoksik-işemik  zədələnməsi olan yenidoğul-muşlarda IL-1β-ın konsentrasiyası kəskin hipoksiyalı uşaqlara nisbətən 8,4% yüksək olmuşdur. II qrupdan xəstəliyin orta ağırlıq dərəcəsi  olan uşaqlarda sitokinlərin orta səviyyəsi I qrup uşaqlarına nisbətən 27,6%, III qrup göstəricilərinə nisbətən 22,4% yüksək olmuşdur. IL-1β-in maksimal  göstəricisi xəstəliyin ağır forması olan III qrup uşaqlarda qeydə alınmış, orta hesabla  92,7 pq/ml təşkil etmişdir.

IL-1β-ın  qrupdaxili təhlilindən məlum olmuşdur ki, kəskin hipoksiyalı uşaqlarda yüngül və orta dərəcə arasındakı fərq 15,6%, xronik  hipoksiyada isə 36,1% təşkil etmişdir, yanaşı zədələr olan  uşaqlarda isə IL-1β-ın qan  zərdabında səviyyəsi ağır dərəcəli zədələrdə orta dərəcəyə nisbətən 32,0% yüksək  olmuşdur.

Cədvəl  2.

Müayinə qruplarında qanda sitokinlərin  tərkibinin xəstəliyin ağırlıq dərəcəsindən asılılığı

Qruplar 

Zədələnmə dərəcələri

IL-1β,

pq/ml

IL-4,

pq/ml

IL-6,

pq/ml

IL-8, pq/ml

I (n=26)

yüngül

(n=26)

58,2

45,0

32,7**

25,7*,**

orta

(n=2)

67,3

49,5

51,3

45,1

II (n=51)

yüngül

(n=15)

63,1

51,4

33,2

31,2

orta

(n=36)

85,9*,**

64,6*

43,0

42,6

III (n=23)

orta

(n=4)

70,2*

48,1

32,3*

33,2*

ağır (n=19)

92,7*,**

80,5**

48,3**

68,7**

Qeyd: göstəricilər arasında fərqlərin dürüstlüyü: * - qruplar arasında (р<0,05);

** - qrup daxilində (р<0,001)

Qanda həmçinin başqa sitokinlərin miqdarının dəyişməsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olmuşdur. II qrupda yüngül dərəcəli uşaqlarda I qrup uşaqlar ilə müqayisədə IL-4-ün miqdarında 14,2% artım qeydə alınmışdır. Orta dərəcə olduqda IL-4-ün ən yüksək səviyyəsi xronik hipoksiyalı xəstələrdə qeydə alınmış və kəskin hipoksiyalı uşaqlara nisbətən 30,3%, yanaşı zədələnmə qeydə alınan uşaqlara nisbətən 34,3% yüksək olmuşdur. Alınan nəticələrin müqayisəli təhlilindən məlum olmuşdur ki, I qrupdan olan uşaqlarda orta və yüngül dərəcəli uşaqlar ilə fərq 10,0%, II qrup uşaqlarda isə 25,7% təşkil etmişdir. III qrupda ağır dərəcəli hipoksiya olan yenidoğulmuşlarda İL-4-ün konsentrasiyası orta dərəcəyə  misbətən  67,3% yüksək olmuşdur.

I və II qrupda orta və yüngül dərəcəli hipoksiya olan yenidoğulmuşlarda IL-6-ın tərkibində tam başqa vəziyyət olmuşdur. I qrup yenidoğulmuşlarda IL-6-ın miqdarı xronik hipoksiyalı yenidoğulmuşlara nisbətən, uyğun olaraq 32.7 və 33,2 pq/ml təşkil etmişdir. Kəskin hipoksiya keçirmiş orta dərəcəli zədələnmə olan yenidoğulmuşlarda eyni dərəcəli hipoksiya olsa da, xronik və yanaşı  hipoksik-işemik zədələnməli  uşaqlara nisbətən, uyğun olaraq 19,3% və 58,8% yüksək olmuşdur. I qrup xəstələrdə IL-6-ın daha yüksək səviyyəsi orta ağırlıq dərəcəsi olan uşaqlarda qeydə alınmış, 51,3 pq/ml təşkil etmişdir, lakin yüngül dərəcəli kəskin hipoksiyalı uşaqlarda isə 32,7%-ə bərabər olmuşdur (р<0,05). Xronik hipoksiyalı uşaqlar qrupunda IL-6-ın səviyyəsi yüngül dərəcəli uşaqlara nisbətən 29,5%  yüksək olmuşdur. III qrupda IL-6-ın miqdarı ağır dərəcəli hipoksiyalı uşaqlarda 48,3  pq/ml olmuşdur ki, bu da orta dərəcəli uşaqların qanında IL-6-ın səviyyəsinə nisbətən 49,5% yüksək  olmuşdur.

IL-8-in səviyyəsi yüngül dərəcəli kəskin və xronik hipoksiyalı yenidoğulmuşların qanında, demək  olar  ki, eyni olmuş, uyğun olaraq 45,1 və 42,6 pq/ml təşkil etmişdir. Bu da III qrupdan eyni dərəcəli uşaqlara nisbətən 28,3% yüksək olmuşdur. Xronik hipoksiyalı uşaqlarda yüngül dərəcədə IL-8-in səviyyəsi (21.4%) I qrupdan olan eyni dərəcəli uşaqlarda sitokinin səviyyəsinə nisbətən yüksək olmuşdur. Yanaşı hipoksik-işemik zədələnmə olan uşaqlar arasında IL-8-in yüksək səviyyəsi ağır dərəcəli yenidoğulmuşlarda qeydə alınmış, orta dərəcəyə nisbətən 2,1 dəfə çox olmuşdur.

Beləliklə, bütün sitokinlərin maksimal yüksək səviyyəsi ağır dərəcəli hipoksik-işemik zədələnmə olan uşaqların qanında  müəyyən edilmişdir.

Tərəfimizdən doğulduqdan sonra ilk günlər və 20-26-cı günlərdə yenidoğulmuşların qanında bütün sitokinlərin səviyyəsi təyin edilmişdir (cədvəl 1).

Cədvəl  3.

Neonatal dövr dinamikasında müayinə edilən yenidoğulmuşların qanında sitokin statusun parametrləri

Qruplar

Zədələnmə dərəcələri

Günlər

İL-1β,

pq/ml

İL-4,

pq/ml

İL-6,

pq/ml

İL-8, pq/ml

I (n=26)

yüngül

(n=26)

3-5

50,4

44,2

32,2

20,5

20-26

63,7*

49,1

32,9

29,7

orta

(n=2)

3-5

59,5

40,9

52,3

40,1

20-26

69,7

55,0

49,5

30,7

II (n=51)

yüngül

(n=15)

3-5

54,1

47,4

33,3

21,3

20-26

70,0*

57,0

32,4

32,3*

orta

(n=36)

3-5

74,3

63,7

41,5

38,9

20-26

92,4*

65,7

43,2

43,7

III (n=23)

orta

(n=4)

3-5

60,5

47,2

31,9

25,6

20-26

78,1*

57,0

32,4

33,3

ağır

 (n=19)

3-5

86,4

78,8

47,3

68,2

20-26

105,2*

81,3

49,3

69,9

Nəzarət (n=27)

3-5

5,3

5,8

4,7

8,7

20-26

6,2

10,1

5,1

7,9

Qeyd: Müayinənin aparıldığı dövrlər  arasında fərqlərin  dürüstlüyü (р<0,05)

 

Göstərilən göstəricilərdən məlum olur ki, sağlam yenidoğulmuşlarda 3-5-ci günlərdə IL-1β-ın səviyyəsi III həftə ilə müqayisədə yüksək olmuşdur. Eyni zamanda müəyyən edilən sitokinlərin səviyyəsində artım birinci həftədə qeydə alınmamışdır, yəni postnatal adaptasiyanın erkən dövründə fizioloji gedişatda sağlam vaxtında doğulmuş uşaqlarda IL-4, IL-6 və IL-8-in konsentrasiyasında artım olmamışdır. Zərdab IL-1β-ın konsentrasiyası ilə statistik dürüst olmamışdır.  Həyatının 3-5-ci sutkalarında IL-8-in zərdab konsentrasiyası (14,2-17,8 pq/ml) 27 müayinə edilən uşaqdan 5 nəfərin periferik qanında müəyyən edilmişdir. IL-8-in zərdab konsentrasiyası nə hestasiya müddəti ilə, nə də postnatal dövr ilə korrelyasiya etməmişdir. Eyni zamanda başqa 3 sitokin IL-1β, IL-4 və IL-6-ın postnatal dövr ilə (doğulduğu gündən sutkalar ilə) korrelyasiya etmişdir. Belə ki, IL-1β üçün korrelyasiya əmsalı г=+0,226, Il-4 üçün r=+0,316, IL-6 üçün г=+0,178-ə bərabər olmuşdur.

Sağlam yenidoğulmuşlarda IL-1β-ın tərkibinın artımının zirvə nöqtəsi 20-26-cı sutkalara təsadüf etmişdir (uyğun  olaraq 6,7 pq/ml və 17,0 pq/ml). Kəskin hipoksik-işemik zədələnməli əksər yenidoğulmuşlarda IL-1β və IL-4-ün artımının ən zirvə nöqtəsi 20-21-ci sutkalar təsadüf etmişdir (uyğun olaraq 81,6 pq/ml və 70,1 pq/ml). IL-8-in artımının zirvə nöqtəsi 20-ci sutkada olmuşdur (49,4 pq/ml), IL-6-ın artımı isə bu  dərəcədə qabarıq olmamışdır. MSS-in orta dərəcəli eyni formalı zədələnməsi olan iki yenidoğulmuşda IL-1β və IL-4 səviyyəsinin artımının zirvə nöqtəsi postnatal dövrün üçüncü həftəsində olmuşdur (uyğun olaraq 90,5 pq/ml və 78,5 pq/ml). Bununla yanaşı olaraq 3-5-ci sutkalarda IL-6 və IL-8-in tərkibi qan zərdabında artmışdır.

Yüngül dərəcəli xronik hipoksiyalı 15 yenidoğulmuşda IL-1β və IL_4-ün konsentrasi-yasının zirvə nöqtəsi kəskin hipoksiyalı uşaqlarda 20-26-cı sutkalarda olduğu kimi olmuşdur (uyğun olaraq 85,9 pq/ml və 80,1 pq/ml), lakin I qrup uşaqlarda fərqli olaraq II qrup uşaqlarda 20-26-cı sutkalarda IL-8-in səviyyəsinin yüksəlməsi qeydə alınmışdır. Belə ki, 3 (20,0%)  uşaqda IL-8-in maksimal zərdab səviyyəsi 50,9 pq/ml olmuşdur. Həmin qrupdan orta dərəcəli 36 uşaqda doğulduqdan sonra 3-cü həftədə bütün təyin edilən sitokinlərin konsentrasiyasının artması tendensiyası qeydə alınmışdır.  IL-1β-ın  tərkibinin artımının  zirvə nöqtəsi 112,6 pq/ml, IL-4 üçün- 82,0 pq/ml, IL-6 üçün 63,7 pq/ml və IL-8 - 55,8 pq/ml qeydə alınmışdır. Yüngül  dərəcəli yanaşı hipoksik-işemik zədələnməsi olan uşaqlarda və birinci iki qrupdan olan uşaqlarda IL-1β və IL-4-ün konsentrasiyası 20-26-cı sutkalarda artmışdır (uyğun olaraq 99,7 pq/ml və 73,3 pq/ml). Postnatal dövrün həmin müddətində IL-6 (50,0 pq/ml) və IL-8-in (55,0 pq/ml). Yüksək zərdab səviyyəsi təsadüf etmişdir. Ağır dərəcəli 19 yenidoğulmuş arasında bütün sitokunlərin maksimal tərkibi postnatal dövrün üçüncü həftəsinə təsadüf etmişdir. IL-1β-ın konsentrasiyası 113,4 pq/ml, IL-4 91,6 pq/ml, IL-6 64,8 pq/ml və IL-8-in səviyyəsi  71,2 pq/ml olmuşdur. Bununla  yanaşı olaraq IL-1β-ın yüksək göstəricisi 2 uşaqda (10,5%), IL-4 uşaqda 3 (15,8%) və 1 (5,3%) IL-6 və IL-8-in zirvə konsentrasiyası  müəyyən edilmişdir.

Beləliklə, postnatal dövrdə üç həftədən çox bir dövrdə vaxtında doğulmuş uşaqlarda hipoksik-işemik zədələnməli uşaqlarda sitokinlərin konsentrasiyasının artması ilə xarakterizə olunmuşdur. Alınan nəticələrdən məlum olmuşdur ki,  sağlam uşaqlarda birinci həftə ərzində IL-1β-ın zərdab qanında konsentrasiyası artmamışdır, lakin IL-8-in səviyyəsi yüksək olmamışdır. Alınan nəticələrə əsasən aşkar edilmişdir ki, hipoksiya, xüsusilə, xronik və yanaşı zədələnmələr zamanı əksər hallarda erkən infeksion xəstəlik qeydə alınmışdır. Bu da qan sirkulyasiyasında iltihabönü və ilithabəleyhinə sitokinlərin səviyyəsinə təsir göstərmişdir. Alınan göstəricilərdən məlum olur ki, əsasən üçücnü həftədə perinatal hipoksiyanın ağırlıq dərəcəsi sitokin statusunun vəziyyətini təyin edir. Bu da müxtəlif xəstəlik və ağırlaşmaların baş verməsi səbəblərindən biri ola bilər. Bunu onunla izah etmək olar ki, yenidoğulmuşların ömrünün üçüncü həftəsində iltihabönü sitokinlərin  produsentləri arasında onların erkən sümük iliyi mərhələsində aşağı sekretor potensialı olan hüceyrələrin miqdarı artmış olur.

Müayinə edilən sitokinlərin konsentrasiyası ilə MSS zədələnməsinin ağırlıq dərəcəsi arasında əlaqədən məlum olmuşdur ki, zədələnmənin dərəcəsi artdıqca eyni zamanda qanda sitokinlərin səviyyəsi artır.

Beləliklə, hipoksiya şiddətləndikcə qan zərdabında müxtəlif bioloji effektli iltihabönü (IL-1β) və iltihabəleyhinə (IL-4) sitokinlərin paralel artması baş vermişdir. Güman ki, sitokinlərin klirensi və onların bətndaxili infeksiyaya qarşı ilithabi stimullarının artmasına cavab olaraq hiperproduksiyası ilə izah edilir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:



1.Моллаева Н.О., Насруллаева Г.М., Гулиев Н.Д. Изучение цитокинового статуса у новорожденных и детей грудного возраста с внутриутробными инфекциями //Журнал «Медицинские новости», 2015, №9/ www.med-novosti.by!
2.Александрова Ю.Н. Роль системы цитокинов в патологии перинатального периода // Педиатрия. Журнал имени Г.Н. Сперанского, 2007, Том 86, №1, с. 116-118.
3.Александрова Ю.Н. О системе цитокинов // Педиатрия. Журнал имени Г.Н. Сперанского, 2007, Том 86, №3, с. 124-128.
4.Александрова Ю.Н. Показатель иммунного статуса в диагностике гипоксии и менингита у новорожденных детей. // «Медицинский академический журнал. Материалы Всероссийской Научной конференции молодых ученых. «Проблемы биомедицинской науки третьего тысячелетия». Сб- П., 2010, Том 10, №5, с.93.
5.Громада Н.Е. Изменения уровня цитокинов и показателей кариометрии у новорожденных с перинатальной гипоксией // Рос иммунол журн., 2008, №3, с.87-91.
6.Диагностика и комплексная реабилитация перинатальной патологии новорожденных детей. Под ред. Г.В. Яцык. Москва: ПедиатрЪ, 2012, 156 с.
7.Михалев Е.В., Кривоногова Т.С., Тропова Т.Е. и др. Перинатальные поражения центральной нервной системы в структуре заболеваемости новорожденных детей г. Томска // Мать и дитя в Кузбассе, 2011, №4, с.40-42.
8.Неонатология: национальное руководство. Под ред. Н.И. Володина. Москва: ГЭОТАР-Медиа, 2007, 848 с.
9.Пальчик А.Б., Фёдорова Л.А., Понятишин А.Е. Неврология недоношенных детей. Москва: Медпресс, 2011, 352 с.
10.Пальчик А.Б., Шабалов Н.П. Гипоксически-ишемическая энцефалопатия новорожденных. СПб.: Питер, 2000,  224 с.
11.Федеральные клинические рекомендации по оказанию медицинской помощи детям с последствиями перинатального поражения центральной нервной системы с гидроцефальным и гипертензионным синдромами. Баранов А.А. и др. Москва, 2015, 13 с.
12.Чистякова Г.Н., Ремизова И.И., Газиева И.А. и др. Про- и противовоспалительные медиаторы у новорожденных с перинатальной патологией // Российский вестник перинатологии и педиатрии, 2014, №2, с.66-71.
13.Якунин Ю.А., Ямпольская Э.И., Кипнис С.Л., Сысоева И.М. Болезни нервной системы у новорожденных и детей раннего возраста. Москва: Медицина, 1979, 280 с.
14.Avery G.B., MacDonald M.G., Seshia M.K. Avery’s Neonatology: pathophysiology & management of the newborn. 6th ed. Philadelphia., Lippincott Williams&Wilkins, 2005, 1748 р.
15.Washington R.C., Ana Gabriela Herrera Choque, Passera R., Rodriguez C. Pro-Inflammatory Cytokine Production in Chagasic Mothers and Their Uninfected Newborns //Journal of Parasitology, 2009, vol.95, No4, p.891-894.


Müəlliflər:
N.Ə. Rzayeva

Digər jurnal və qəzetlər