GƏMİ TƏMİRİ ZAVODUNDA İŞÇİLƏRİN ƏMƏK QABİLİYYƏTİNİN MÜVƏQQƏTİ İTİRİLMƏSİNİN NOZOLOJİ SƏBƏBLƏRİ

02-02-2017

Giriş. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin (ƏQMİ) səviyyəsi və nozoloji səbəbləri işçilərin yaşından, peşəsindən, əmək şəraitindən, iş stajından, rejimindən asılı dəyişir [1-6]. Müasir sənayedə əməyin avtomatlaşdırılması və mexanizmlərlə zənginləşdirilməsi onun yüngülləşməsinə imkan verir, amma əməyin gərginliyi, zərərli istehsalat şəraiti, iş rejiminin qeyri-stabilliyi kimi amillər qalır və bəzi hallarda daha da artır. Müasir texnologiyası olan “Bibiheybət” gəmi təmiri zavodunda istehsalat küyünü, iş zonasının havasında kimyəvi zəhərli maddələrin səviyyəsini yol verilən həddən aşağı endirmək mümkün deyildir. Ona görə də bəzi peşələrdə çalışan işçilərin potensial zərərli təsirlərə məruz qalması ehtimalı mövcuddur. Bunu nəzərə alıb həmin müəssisədə işçilərin peşəsindən asılı ƏQMİ-nin səbəbləri araşdırılmışdır.

Tədqiqatın məqsədi. “Bibiheybət” gəmi təmiri zavodunda işçilərin peşəsindən asılı ƏQMİ-nin nozoloji səbəblərinin xüsusiyyətlərinin aşkar edilməsi.

Tədqiqatın materialları və metodları. Tədqiqatda müşahidə vahidi ƏQMİ vərəqi olmuşdur. Tam təqvim ilində (2015) bütün vərəqlər (541) toplanaraq xəstələrin peşəsinə (çilingər, rəngsaz, təmirçi, qaynaqçı, dülgər və sair) və əsas diaqnozun nozoloji formalarının xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) siniflərinə görə qruplaşdırılmışdır. Aşağıdakı göstəricilər hesablanmışdır:

v    ƏQMİ hadisələrinin nozoloji səbəblərinin xüsusi çəkiləri (%) və onların orta xətaları;

v    100 nəfər orta illik işçiyə düşən ƏQMİ hadisələrinin səbəblərinin nozoloji formalarının siniflərinə görə sayı, orta xətası.

Statistik hesablamalar keyfiyyət əlamətlərinin təhlili metodları ilə həyata keçirilmişdir. Peşə qrupları və nozoloji formalar arasında fərqin dürüstlüyü χ2 meyarı ilə qiymətləndirilmişdir. İkidən çox qrupların müqayisəsi zamanı dürüstlük dərəcəsini artırmaq məqsədi ilə Yeyts düzəlişi tətbiq edilmişdir [7].

Alınmış nəticələr. “Bibiheybət” gəmi təmiri zavodu işçilərinin ƏQMİ hadisələrinin nozoloji səbəbləri (XBT-10-nun sinifləri) barədə aldığımız məlumatlar cədvəldə verilmişdir. Bütün peşə qruplarının ƏQMİ hadisələrinin səbəbləri arasında birinci yeri tənəffüs orqanları xəstəlikləri tuturlar: bütün hadisələrin 50,7%-i gəmi təmiri çilingərləri, 54,0% rəngsaz, 53,3% gəmi gövdə təmirçisi, 56,5% əl qaynaqçısı, 54,1% gəmi elektrik quraşdırıcısı, 30,4% gəmi dülgəri və 34,6% digər peşə qruplarında. Tənəffüs orqanı xəstəlikləri ilə bağlı 100 orta illik işçiyə düşən ƏQMİ hadisələrinin səviyyəsi peşədən asılı bir-birindən fərqlənmişdir: 23,3±3,4% gəmi təmiri çilingərləri, 38,2±4,4% rəngsaz, 37,0±4,7% gəmi gövdə təmirçisi, 44,1± 6,5% əl qaynaqçısı, 39,2± 6,8%  gəmi elektrik quraşdırıcısı, 21,2±7,1% gəmi dülgəri və 12,4±1,6% digər peşə qruplarında. Digər peşə qrupunu nəzarət qrupu kimi qəbul etdikdə tənəffüs orqanları xəstəlikləri ilə bağlı ƏQMİ-nin nisbi riski gəmi təmiri çilingərləri üçün 1,9; rəng sazlar üçün 3,1; gəmi gövdə təmirçiləri üçün 3,0; əl qaynaqçıları üçün 3,6; gəmi elektrik quraşdırıcıları üçün 3,2 və gəmi dülgərləri üçün 1,7 səviyyəsində olmuşdur. Göründüyü kimi riskin səviyyəsi əl ilə qaynaq işi həyata keçirən şəxslərdə daha yüksəkdir (3, 6).

Cədvəl  1.

“Bibiheybət” gəmi təmiri zavodu işçilərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi hadisələrinin nozoloji səbəbləri

Peşə qrupları

Gös-

təri-

cilər

Sümük-əzələ və sinir sistemi xəstəlikləri

n=43

Qan dövranı-sistemi xəstəlikləri

 

n=62

Tənffüs orqanları xəstəlikləri

 

 

n=233

Həzm orqanları xəstəlikləri

 

 

n=91

Digər xəstəliklər

 

 

 

n=52

Travmalar

 

 

 

 

n=21

Gəmi təmiri çilingərləri

N=161, n=75

1

3,7±1,5

 

2,5±1,2

23,6±3,4

9,3±2,3

4,4±1,6

3,1±1,4

2

n=6

8,0

n=4

5,3

n=38

50,7

n=15

20,1

n=7

9,2

n=5

6,7

Rəngsaz

N=123, n=87

1

6,5±2,2

5,7±2,1

38,2±4,4

15,5±3,3

3,3±1,6

1,6±1,1

2

n=8

9,2

n=7

8,1

n=47

54,0

n=19

21,8

n=4

4,6

n=2

2,3

Gəmi gövdə təmirçisi

N=108, n=75

1

8,3±2,7

2,8±1,6

37,0±4,7

7,4±2,5

7,4±2,5

6,5±2,4

2

n=9

12,0

n=3

4,0

n=40

53,3

n=8

10,7

n=8

10,7

n=7

9,3

Əl qaynaqçısı

N=59, n=46

1

8,5±3,6

5,1±2,9

44,1±6,5

8,5±3,6

5,1±2,9

6,8±3,3

2

n=5

10,9

n=3

6,5

n=26

56,5

n=5

10,9

n=3

6,5

n=4

8,7

Gəmi elektrik queaşdırıcısı

N=51, n=37

1

3,9±2,7

7,8±3,8

39,2±6,8

11,8±4,5

7,8±3,8

2,0±2,0

2

n=2

5,4

n=4

10,8

n=20

54,1

n=6

16,2

n=4

10,8

n=1

2,7

Gəmi dülgərləri

N=33, n=23

1

6,1±4,2

6,1±4,2

21,2±7,1

18,2±6,7

15,2±6,2

3,0±3,0

2

n=2

8,7

n=2

8,7

n=7

30,4

n=6

26,1

n=5

21,7

n=1

4,4

Digər

N=442, n=159

1

2,5±0,7

8,8±1,4

12,4±1,6

7,2±1,2

4,8±1,0

0,2±0,2

2

n=11

6,9

n=39

24,5

n=55

34,6

n=32

20,1

n=21

13,3

n=1

0,6

N – işçilərin sayı, n – xəstələnmə hadisələrinin sayı,

1 – 100 nəfərə görə, 2- cəmə görə (%)

 

ƏQMİ-nin  səbəbləri arasında ikinci yeri peşədən asılı fərqli xəstəliklər sinfi tutur. Belə ki, gəmi təmiri çilingərlərinin, rəngsazların, gəmi elektrik quraşdırıcıları­nın və gəmi dülgərlərinin ƏQMİ hadisələrinin səbəbləlri arasında ikinci yeri həzm orqanları xəstəlikləri (müvafiq olaraq bütün hadisələrin 20,1; 21,8; 16,2 və 26,1%) tuturlar. Nəzarət qrupunda ƏQMİ-nin səbəbləri arasında ikinci yerdə qan dövranı sistemi xəstəlikləri (24,5%), gəmi gövdə təmirçisi qrupunda isə - sinir sistemi xəs­tə­likləri (12,0%) dururlar.

Nəzarət qrupu ilə müqayisədə həzm orqanı xəstəlikləri ilə bağlı ƏQMİ hadisə­lərinin 100 nəfərə düşən sayı (7,2±1,2) statistik dürüst yüksək yalnız bir sıra peşə qruplarında qeydə alınmışdır: rəngsaz (15,5±3,3; p<0,05), gəmi dülgərləri (18,2±6,7; p<0,05).

Qan dövranı sistemi xəstəlikləri ilə bağlı ƏQMİ-nin 100 nəfərə düşən səviyyəsi gəmi təmiri zavodunun peşə qruplarında bir-birindən statistik dürüst fərqlənir (p<0,05), nisbətən yüksək göstərici gəmi təmiri çilingərləri qrupunda (2,5±1,2).

Göründüyü kimi nisbi risk nəzarət qrupunda 3 dəfədən çox yüksəkdir.

Sinir və sümük-əzələ sistemi xəstəlikləri ilə bağlı ƏQMİ-nin 100 nəfərinə düşən səviyyəsi 2,5±0,7 (nəzarət qrupu) – 8,5±3,6 (əl qaynaqçıları qrupu) intervalında dəyişir. Nəzarət qrupu ilə müqayisədə statistik dürüst fərq gəmi gövdə təmirçisi (8,3±2,2; p<0,05) və əl qaynaqçısı (8,5±3,6) qruplarında qeydə alınmışdır. Bu nümunədə peşə fəaliyyətinin rolu (iş zamanı orqanizmin məcburi vəziyyəti) daha aydın özünü biruzə verir.

ƏQMİ səbəbləri arasında profilaktikası idarə oluna bilən travmalardır. Travma­larla bağlı ƏQMİ hadisələri (bütün toplumda 21 hadisə, bütün hadisələrin 3,9%-i) hər 100 orta illik işçiyə görə 0,2-6,8 intervalında dəyişmişdir. Peşədən asılı travmalarla bağlı ƏQMİ hadisələrinin riski xəstəliklərlə bağlı riskdən dəfələrlə çox olmuş və müvafiq olaraq təşkil etmişdir: 15,5 dəfə gəmi təmiri çilingəri, 8,0 dəfə rəngsaz, 32,5 dəfə gəmi gövdə təmirçisi, 34,0 dəfə əl qaynaqşısı, 10 dəfə gəmi elektrik quraşdırıcısı və 15 dəfə gəmi dülgərləri qruplarında.

Digər xəstəliklər (XBT-nin 1, 2, 3, 5, 8, 9 və sair sinifləri) gəmi təmiri zavodu işçilərinin ƏQMİ hadisələri arasında 10% (52 hadisə) paya malikdirlər. Bu göstərici peşə qruplarında 4,6-21,7%  intervalında dəyişir, ən yüksək səviyyə gəmi dülgərləri qrupunda, ən aşağı səviyyə rəngsazlar qrupunda qeydə alınmışdır. Digər xəstəliklərlə bağlı ƏQMİ hadisələrinin 100 nəfərə düşən səviyyəsi nəzarət qrupunda 4,8±1,0 təşkil etmiş və bu qrupla müqayisədə statistik dürüst yüksək səviyyə yalnız gəmi dülgərləri qrupunda müşahidə olunmuşdur (15,2±6,2).

Beləliklə, gəmi təmiri zavodunda işçilərin peşəsindən asılı onların ƏQMİ-nin səbəblərinin intensivliyi və xüsusi çəkisi bir-birindən fərqlənir.

Alınmış nəticələrin müzakirəsi.ƏQMİ-nin səbəbləri arasında tənəffüs orqanla­rı xəstəliklərinin birinci yerdə olması ümumi qanunauyğunluqdur və bütün tədqiqatlarda təsdiqini tapır [1-6]. Tənəffüs orqanları xəstəlikləri ƏQMİ hadisələrinin səbəbləri arasında payı Rusiya Federasiyasında 29,2% [6], Azərbaycan neftçilərində 43,8% [1], bizim məlumatlarda isə 43,1% təşkil etmişdir. Göründüyü kimi Azər­baycanda ƏQMİ-ndə tənəffüs orqanları xəstəliklərinin prioriteti daha üstündür. Gəmi təmiri zavodunda ayrı-ayrı peşə qruplarında tənəffüs orqanları xəstəliklərinin ƏQMİ-də payı (50,7% gəmi təmiri çilingərləri, 54,0% rəngsaz, 53,3% gəmi gövdə təmirçisi, 56,5% əl qaynaqşısı, 54,1% gəmi elektrik quraşdırıcısı, 30,4% gəmi dülgəri və 34,6% digər mütəxəssislər qruplarında) bir-birindən fərqlənir və peşə amilinin rolunu biruzə verir.

Qan dövranı sistemi xəstəliklərinin ƏQMİ səbəbləri arasında payı Rusiyada 8,9% [6], Azərbaycan neftçilərində 10,8% [1], gəmi təmiri işçilərində 11,5% (gəmi təmiri çilingerlərində – 5,3%; rəngsazlarda – 8,1%; gəmi gövdə təmirçilərində – 4,8%; əl qaynaqçılarında – 6,5%; gəmi elektrik quraşdırıcılarında – 10,8%; digər qruplarda – 24,5%) təşkil etmiş və bir-birinə nisbətən yaxın olmuşdur.

Sinir və sümük-əzələ sistemi xəstəliklərinin ƏQMİ səbəbləri arasında payına görə gəmi təmirçiləri və neftçilər (müvafiq olaraq 7,9 və 6,1%) bir-birindən fərqlənir. Bu qrup xəstəliklərin ƏQMİ-də rolu Rusiyada daha böyükdür (˃11.9%). Travmaların ƏQMİ-də roluna görə də müqayisə olunan mənbələrdə fərq müşahidə olunur: 2,5% neftçilərdə [1], 8,7% Rusiyada [6], gəmi təmiri zavodunda 3,9%.

Beləliklə, gəmi təmiri zavodunda işçilərin, xüsusən zərərli əmək şəraitində çalışan mütəxəssislərin ƏQMİ-nin səviyyəsi və nozoloji səbəbləri müəssisənin fəaliyyət sahəsindən asılı fərqli xüsusiyyətlərə malikdir. ƏQMİ-nin səbəblərinin təhlili işçilərin sağlamlığının mühafizəsinin prioritetlərini müəyyən etməyə imkan verir.

Nəticələr

1.“Bibiheybət” gəmi təmiri zavodunda ƏQMİ səbəbləri arasında tənəffüs orqanları xəstəliklərinin rolu nisbətən böyükdür ki, bu da orqanizmin müqavimət qabiliyyətinin gücləndirilmsi tədbirlərinin prioritetini önəmli edən şərt ola bilər.

2.Gəmi təmiri mütəxəssislərinin ayrı-ayrı qrupları bir-birindən həm ƏQMİ-nin səviyyəsinə, həm də nozoloji strkturuna görə kəskin fərqlənir: zərərli amillərlə təmasda olan peşə qruplarında tənəffüs orqanları xəstəlikləri, nəzarət qrupunda isə qan dövranı sistemi xəstəlikləri üstünlük təçkil edir.

3.Tənəffüs orqanları xəstəlikləri ilə bağlı ƏQMİ-nin səviyyəsi rəngsaz, gəmi gövdə təmirçisi, əl qaynaqçısı, elektrik quraşdırıcısı peşə qruplarında digər peşə qrupları ilə müqayisədə 1,5 dəfədən çox yüksəkdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1Агаев Ф.Б., Джавадов Ф.Г. О преимуществе центильного метода при анализе уровня и дней временной утраты трудоспособности // Sağlamlıq, 2007, №1, s.182-186.

2.Həsənov H.Ş. Zərərli amillərin təsirinə məruz qalan dəmiryolçuların əmək qabiliyyətinin müvəqqəti itirilməsi // Sağlamlıq, 2012, №2, s.149-153.

3.Hüseynova N.E. Sənaye müəssisələrində işləyənlərin əmək qabiliyyətinin mü­vəqqəti itirilməsinin səviyyə və strukturunun müasir xarakteristikası barədə // Azərbaycan Tibb Jurnalı, 2007, №4, s.81-83.

4.Вагин В.А. Самооценка здоровья работников водного транспорта // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. 2012, №4, с. 28-29.

5.Вагин В.А., Капитоненко Н.А., Тропак Т.И. потери трудового потенциала и экономический ущерб от ЗВУТ работников водного транспорта // Материалы XLIII научно-практической конференции. Кемерова, 2008, с. 21-24.

6.Щепин О.В. заболеваемость с временной утратой трудоспособности населения Российской Федерации // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. 2012, №4, с. 6-9.

7.Гланц С. Медико-биологическая статистика. М.: 1999, 459 с.


Müəlliflər:
S.A. Hacızadə

Digər jurnal və qəzetlər