VİCİA L.(LƏRGƏ) CİNSİNƏ AİD BƏZİ NÖVLƏRİN XAMMALININ ELEMENT TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ
13-02-2017
Əczaçılıq elminin qarşısında duran mühüm problemlərdən biri də Azərbaycan florasından tərkibi müxtəlif qrup bioloji fəal maddələrlə zəngin olan bitki xammalı mənbələrinin tapılması, həmin mənbələrdən bioloji fəal maddələrin çıxarılması və bu fəal maddələr əsasında yeni dərman vasitələrinin yaradılmasıdır.
Məlumdur ki, bitkilərin müalicəvi təsiri onların tərkibində olan bir sıra bioloji fəal maddə qruplarının varlığı ilə əlaqədardır. Belə ki, bitki xammalının tərkibində olan alkoloidlər, flavonoidlər, saponinlər, aşı maddələri, efir yağları, mikro elementlər və s. onun geniş spektrli farmakoloji təsirinə təmin yaradır. Bu baxımdan da, həmin bioloji fəal maddələrin öyrənilməsi aktualdır.
Həmçinin, bu dərman bitkilərinin element tərkibinin öyrənilməsi, onların tərkibində olan ağır metalların, zəhərli elementlərin müəyyənləşdirilməsi də çox vacibdir.
Vicia L.-lərgə cinsi paxlalılar (Fabacee) fəsiləsinə aid olub, Şimal yarımkürəsində geniş yayılmış 150 növündən Qafqazda 48, Azərbaycanda 40-42 növü bitir ki, onlardan da bəziləri mədəni bitkilərdir [2].
Lərgə cinsinə aid növlərin xammalı xalq təbabəti və elmi təbabətdə müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Belə ki, bitkinin çiçəklərinin dəmləməsi xalq təbabətində allergiyalar zamanı istifadə edilir. Vicia faba L. aseton ekstraktının antifunqal fəallığa malik olduğu aşkar edilmişdir [4].
Lərgə növləri xammalının dəri infeksiyalarında və üzdəki ləkələrə qarşı fəallığı tədqiq edilmişdir [6].
Hal-hazırda dünyanın müxtəlif ölkələrində lərgə cinsinə aid növlərin fitokimyəvi öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Bitkinin toxumlarından 2 yeni saponin birləşməsi alınmışdır [5].Vicia kalakhensis Khatt., və V.eristalioides Maxt. növlərindən ilk dəfə olaraq flavonoid birləşmələri, o cümlədən kempferol və kversetin alınmış və miqdarı təyini aparılmışdır [7]. Vicia faba toxumlarında fenol birləşmələri, alkaloidlər, saponinlər, flavonoidlər və proteinin olduğu aşkar edilmiş, eləcə də fenol birləşmələrinin antioksidant fəallğa malik olduğu müəyyən edilmişdir [7;8].
Bitki orqanizmlərində 70-dən artıq elementin olduğu müəyyən edilmişdir. Makro-və mikroelementlər kimi qruplara bölünmüş elementlər canlı orqanizmlərdə baş verən bir sıra proseslərdə yaxından iştirak edirlər. Belə ki, mikroelementlər orqanizmdə metalloenzim kompleks-lər əmələ gətirərək biokimyəvi proseslərə təsir göstərirlər.
Məlumdur ki, bitki mənşəli dərman vasitələrinin rəngarəng farmakoloji təsir göstərmələrin-də makro və mikroelementlər mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan florasında geniş yayılan Vicia L. cinsinə aid növlərin element tərkibinin öyrənilməsi haqqında ədəbiyyat məlumatları yoxdur. Vicia L. cinsinə aid növlərin fitokimyəvi tədqiqi üzrə aparılan araşdırmaların tərkib hissəsi olaraq, göstərilən xammal-ların element tərkibinin öyrənilməsi aktualdır.
Bu tədqiqat işində məqsəd ölkəmizdə yayılmış Vicia narbonensis, Visia faba və Vicia variabilis növlərinin element tərkibinin öyənilməsidir.
Tədqiqatın material və metodları: Tədqiqat məqsədilə 3 nümunə: Vicia faba L.–at lərgə-si, Vicia variabilis F-dəyişkən lərgə, Vicia narbonensis L. – narbon lərgəsi. növlərinin xırdalanmış yar-paqları götürülmüşdür. V.faba xammalı Lerik rayonu, V.variabilis xammalı Qusar rayonu, V.narbonensis xammalı isə Şamaxı rayonu ərazisində meyvəəmələgətirmə fazasında tədarük edilmişdir. Xammalın element tərkibini öyrənmək üçün atom-absorbsion üsuldan istifadə edilmişdir. Nümunələr əvvəlcə duru sulfat turşusu ilə işlənmiş, sonra 5000 C-də mufel sobasında külə çevrilmişdir.
Tədqiqat nümunələrindəki elementlərin miqdarı qrafit elektrodun köməyi ilə təyin edilir. Nümunələr qrafit elektrodların kraterlərində 16A gücünə malik cərəyanın dəyişən dövründə buxarlandırırlar. Spektrlərin alınması və onların fotolövhələrdə qeydiyyatı üçün DFÇ-8 markalı difraksion çəpərli, üçlinzalı işıqlandırma sisteminə malik olan spektorqrafdan istifadə edilmişdir [1;3].
Tədqiqatın nəticələri: V.faba L., V.variabilis F. və V.narbonensis L.yarpaqlarının element tərkibinin öyrənilməsi üzrə alınmış nəticələr cədvəldə verilmişdir. Göründüyü kimi Vicia növlərinin yarpaqlarının tərkibində 22 element müəyyən edilmişdir.
Bunlar arasında həm makroelementlər, həm də mikroelementlər var. Xammalın tərkibində olan makroelementlərdən: Mg, Ca, K, Na, mikroelementlərdən Zn, Cu və Ni digərlərinə nisbətən miqdarca üstünlük təşkil edir.
Alınmış nəticələrə əsasən Vicia bitkisi növlərinin yapaqlarında rast gəlinən elementləri miqdarına görə aşağıdakı sıra göstərmək olar:
Mg˃Ca˃K˃Na˃Fe˃CH˃Sr˃Mg˃Zn˃Ch˃Ni˃Be˃Ba˃Pb˃Cr˃Co˃V˃Ag˃As˃Ga˃Cd˃Li
Beləliklə, aparılan tədqiqatlar göstərir ki, Vicia L. cinsinə aid növlərin xammalı makro və mikroelementlərlə zəngindir.
Nəticələr
1.İlk dəfə olaraq Azərbaycan florasında yayılan V.faba L., V.variabilis F. və V narbonen-sis L. növlərinin yarpaqlarının element tərkibi atom adsorbsion üsulla öyrənilmiş və 22 elementin olduğu aşkar edilmişdir.
2.Xammalın tərkibində makroelementlər Mg, Ca, K, Na, mikroelementlər Zn, Cu, Ni digərlərindən miqdarca üstünlük təşkil edir.
Tədqiq edilən xammal növlərinin zəngin makro- və mikroelement tərkibə malik olması fitokimyəvi tədqiqatların prespektivli olduğunu göstərir.
Cədvəl № 1.
Vicia cinsinə aid növlərin xammalının element tərkibi
№ |
Element |
V.faba |
V.variabilis |
V.narbonensis |
Makroelementlər (miqdar PP-m-lə göstərilmişdir) |
||||
1 |
Na |
148,240 |
170,266 |
134,220 |
2 |
Mg |
1201,937 |
640,820 |
490,174 |
3 |
Al |
51,419 |
59,219 |
44,857 |
4 |
K |
399,911 |
434,503 |
776,501 |
5 |
Ca |
1045,921 |
894,387 |
439,867 |
6 |
Mn |
26,833 |
16,619 |
11,432 |
7 |
Fe |
54,126 |
88,661 |
74,861 |
Mikroelementlər |
||||
8 |
Sr |
46,154 |
118,272 |
24,603 |
9 |
Zn |
20,398 |
34,760 |
18,073 |
10 |
Cu |
14,381 |
11,837 |
16,750 |
11 |
Cd |
0,034 |
0,021 |
0,044 |
12 |
As |
0,073 |
0,004 |
- |
13 |
Pb |
0,550 |
0,421 |
1,523 |
14 |
Cr |
0,132 |
0,144 |
0,159 |
15 |
V |
0,109 |
0,098 |
0,180 |
16 |
Li |
- |
0,123 |
0,134 |
17 |
Be |
0,675 |
0,123 |
0,134 |
18 |
Co |
0,113 |
0,079 |
0,047 |
19 |
Ni |
1,967 |
0,932 |
1,139 |
20 |
Ga |
0,038 |
0,021 |
0,088 |
21 |
Ba |
0,675 |
0,123 |
0,134 |
22 |
Ag |
0,085 |
0,089 |
0,054 |
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Süleymanov T.A., Əfəndiyev S.H. Grataegus kyrtostyla və Crataegus pentagiyna meyvələrinin element tərkibi //Azərbaycan Tibb jurnalı, 2006, №2, s.46-47.
2.Флора Азербайджана, Баку, 1961, V том, стр.477.
3.Хавезов И., Цалев Д. Атомно-адсорбционный анализ. Перевод с болг, София, 1983,144 с.
4.Akroum S. Antifungal activity of аcetone extracts from Punica granatum L., Quercus suber L. and Vicia faba L.//J.Mycol.Med., 2016, №16, p.188
5.Amarowicz R., Yashiki Y., R.B.Pegg, K.Okubo. // Presense of two saponins in faba bean (Vicia faba L.) seeds/Molekullar Nutrition & Food research, 1997.P.352-354.
6.Nelson K., Lyles T., Li T.et all. Anti-acne activity of italian medicinal plants used for skin infection//Front Pharmacol, 2016, №7; p.425.
7.Campeol E, Catalinos S.D., Gremonni R., Morelli L. Flavonoids analysis of Vicia species of Narbonensis complex: V.Kalakhensis Khatt. and V.eristaloides Maxt//Caryologiya, 2000, Vol.53, №1, p.63-68.
7.Yassine Y., Walid E., Nizar T. et all. Phytochemical contents and antioxidant activites of some Tunisian Faba bean populations //Romanian agricultural research, 2013, №30, p 163.
8.Vani P., Gouri S., Rajinder K. Phytochemical and antioxidant activity of underutilized legume Vicia faba seeds and formulation of its fortified biscuits // Journal of Pharmacognosy and phytochemistry, 2014, №2, p.75-80.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı