HİPOTONİK UŞALIQ QANAXMANIN DAYANDIRMA ÜSULU
14-02-2017
Müasir dövrdə mamalıq qanaxmaları ana ölümlərin əsas səbəblərindən biri kimi qalmaqdadır [1. 2. 3]. Hər il dünyada 127000 qadın qanaxmaardan dünyasını dəyişir ki, buda bütün ana ölünlərinin 25%-i təşkil edir və bu fəsadın azalması tendensiyası müşahidə olunmur [4, 5]. Mamalıq qanaxmaları ciftin ayrılması və döğuşdan sonrakı dövründə uşaqlığın hipotoniyası, və bəzən normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması və ciftin hissəvi birləşməsi nəticəsində baş verir [1, 6, 7]. Lakin bundan əlavə uşaqlığın mioması, ciftin aşağı yerləşməsi, ananın yaşı 35-dən yuxarı olması və sairə hallarda uşaqlıq qanaxmalarına səbəb olur (8, 9). Əcnəbi müəlliflərin əksəriyyəti hesab edirlər ki, uşaqlığın atoniyası doğuşdan sonrakı erkən qanaxmaların əsas səbəbidir (75–90%) [10, 31]. Uşaqlığın atoniyası zamanı uşaqlıq yığılma qabiliyyətini tam itirir və heç bir dərmana və ya digər qıcıqlara qarşı reaksiya vermir. Miometrinin funksional vəziyyəti uzunsürən doğuşlar, uşaqlığın tonusunu boşaldan və ya yığdıran vasitələrinin uzun müddətli tədbiqi nəticəsin-də pozula bilər [12, 13].
Aşağıdakı kliniki müşahidədə bizin klinikada hamiləlik zamanı fosfolipid sindromu və koaqulopatiya baş vermiş və keysəriyyə əməliyyatı zamanı ciftin hissəvi bitişməsi nəticəsində uşaqlığın atoniyası və qanaxmsı olan hamilə qadındda tətbiq olunmuş B.Lynch əməliyyatının effektivliyini göstərilir.
Kliniki müşahidə. Pasiyent Q.X., 34 yaş, x.t. № 2025/15, 02 noyabr 2015-ci il tarixdə Kaspian İnternational Hospitalın doğum şöbəsinə qəbul olunmuşdur. Daxil olarkən d-z: 31-32 həftəlik hamiləlik, uşaqlıqda iki çapıq, AFS, koaqulopatiya, dölün bətndaxili inkişafın ləngiməsi.
Anamnezindən məlum olub ki, Qadın usaqlıqda sucicəyi, qızılca kecirib. Bu hamiləlik üçüncüdür, əvvəlki iki hamiləlik 2003 və 2007-ci illərdə keysəriyyə kəsiyi yolu ilə başa catmışdır. İndiki hamiləliyin 12 həftəsində inkişafdan qalmış və bununla əlaqədar hamiləyə kleksan dərmanı 0,4 ml dərialtına hər gün fasiləsiz təyin edilmiş, 22-ci həftəsindən isə kleksanın dozası 0,6 ml qaldırılmışdır. USM doplerometriya müayinəsində hamilədə hər iki uterin arteriyalarda dikrotik oyma, umblikal arteriyada isə axının azalması, döl 31-32 həftəyə uygun deyil, 28 həftəyə uyğun olması qeyd olundu. Bunula yanaşı USM-də ciftin 38 mm olması, hipertrofiya, xovarası sahələrin genişlənməsi, dölyanı mayenin azalması və 25 persentil olması müəyyən olunmuşdur.Vaginal əkilmədə staffilokok aureus 106, candida 104 aşkar olunmuşdur.
Hospitala daxil olarkan АT 145/95, Hb 86 q/l. Qadında EKQ-də sinus bradikardiya qeyd olunub. ALT – 56, AST-63.
04.11.2015-ci il tarixində keysəriyyə əməliyyatı icra edildi, yenidoğulmuşun çəkisi 1300,0 q, boy – 39 sm, vəziyyəti Apqar cədvəli ilə 78 balla qiymətləndirilmişdir. Əməliyyat zamanı uşaqlıqda coxsaylı varkoz genişlənmələr qeyd olundu. Ciftin hissəvi birləşməsi ilə əlaqədar qanaxma baş verdi, qan itkisi 600 ml təşkil etdi və davam edirdi. Uretotonik preparatların təyin edilməsinə baxmayaraq uşaqlıq yığılmadı, qanaxma davam edirdi. Uşaqlıq boş idi və masaj olunmasına heç bir reaksiya vermirdi. Bunula əlaqədar Linç tikişi qoyuldu. Boruların sterilizasiyası icra edildi. Uşaqlığın tikişlərin vasitəsi ilə kompressiyası nəticəsində 5 dəqiqə müddətində qanaxma dayandı. Bunula yanaşı boruların sterilizasiyası icra edildi. Əməliyyatdan sonra uşaqlığın forması normallaşdı, əzələ tonusun artması müəyyən olundu. əməliyyatdan sonrakı dövr fəsadsız keçdi, 3 sutka ərzində qanaxma müəyyən olunmamışdır.
Qadın 5-ci sutkada evə buraxıldı.
Bələliklə, müasir dövrdə çoxmiqdarlı mamalıq qanaxmalarda yeni texnologiyalarının tətbiqi qadınların həyatını xilas etməsinə, uşaqlığın və gənc qadınların fetrililiyinin saxlanılmasına imkan yaradır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Серов В.Н. Пути снижения материнской смерт ности в Российской Федерации // Журнал Росс. общест. акушер. гинекол. – 2008. – №3. – С.3–5.
2.Baudo F., Caimi T.M., Mostarda G. et al. Critical bleeding in pregnancy: a novel therapeutic approach to bleeding // Minerva Anestesiol. – 2006. – V. 72. – P.389 –393.
3.Papp Z., TothPal E., Papp C. et al. Hypogastric artery ligation for intractable pelvic hemorrhage // Intern. J. Gynecol. Obstet. – 2006. – Vol. 92. – P. 27–31.
4.Ищенко А.А. Современные органосохраняющие операции на матке при гипотонических кровотечениях в анамнезе // Мать и дитя: Материалы 9-го Всероссийского научного форума – М., 2007 – С.93.
5.Радзинский В.Е. и др. Современные подходы к лечению послеродовых акушерских кровотечений // Акушерство и гинекология. – 2008. – N 3. – С. 25–30.
6.Федорова Т.А., Стрельникова Е.В., Рогачевский О.В. Анализ многоцентрового применения рекомбинантного коагуляционного фактора VII (новосэвен) в лечении массивных акушерских кровотечений // Акушерство и гинекология. – 2008. – N 4. – С. 48–52.
7.Henrich W., Surbek D., Kainer F. et al. Diagnosis and treatment of peripartum bleeding. //J Perinat. Med. – 2008. – V.36. №6. – P.467–478.
8.O'Leary, J. A. Uterine artery ligation in the con trol of postcesarean hemorrhage //J. Reprod. Med. – 1995. – Vol. 40. – P. 189–193.
9.Ohkuchi A., Onagawa T., Usui R. et al. Effect of maternal age on blood loss during parturition: a ret rospective multivariate analysis of 10,053 cases. //J Perinat Med. – 2003. – V.31, №3. – Р.209–215.
10.Allam M.Sб BLynch C. The BLynch and other uterine compression suture techniques // Int J Gynaecol Obstet. – 2005. – V.89, №3. – Р.236–241.
11.Price N., BLynch C. Technical description of the B Lynch brace suture for treatment of massive post partum hemorrhage and review of published cases. // Int. J Fertil. Womens Med. – 2005. – V.50, №4. – Р.148–163.
12.Курцер М.А., Панин А.В., Сущевич Л.В. Перевязка внутренних подвздошных артерий как альтернатива гистерэктомии при массивных акушерских кровотечениях // Акушерство и гинекологии. – 2005. – №4. – С.12–16.
13Тетелютина В.Х., Журавлева В.В., Толстолуцкая Е.А. Новые подходы к эмболизации маточных артерий при акушерских кровотечениях //Мать и дитя: Материалы 9-го Всероссийского научного форума – М., 2007 – С.77.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı