ŞƏKƏRLİ DİABET DÜNYADA YAYILMASI

02-03-2017

Şəkərli diabet tip 2 (ŞD2)-ağır proqressivləşən xəstəlik olub, ürək çatışmaz-lığı və ürək-damar ağırlaşmaları kimi patologiyaların müstəqil risk amilidir. ŞD2 və onun ciddi ağırlaşmalarının fasiləsiz artması dünya ictimaiyyətində böyük həyəcan doğurur. Beynəlxalq Diabet Federasiyasının (İnternational Diabetes Federation) [1] göstəricilərinə əsasən 2014-cü ildə dünyada 387 mln insan, yəni planetin hər 12-ci sakini şəkərli diabet xəstəliyinə tutulmuşdur.

Şəkərli diabet xəstələri bütün ölkələr arasında artmaqdadır. Şəkərli diabeti olan xəstələr ən çox 40-59 yaş arasındadırlar. 183 mln və ya 50% şəkərli diabeti olan insanlar onlarda bu xəstəliyin mövcud olması barədə məlumatsızdırlar [2]. Burada əhəmiyyətli dərəcədə problemi şəkərli diabetin, xüsusilə 2-ci tip şəkərli diabetin cavanlaşması təşkil edir. ABŞ-ın statistik göstəricilərinə görə bu ölkədə 2002-2005-ci illərdə hər il 15600 uşaq və yeniyetmələrdə 1-ci tip və 3600 2-ci tip şəkərli diabet diaqnozu təsdiq olunmuşdur. 10 yaşa qədər uşaqlarda hər il 1-ci tip şəkərli diabetlə xəstələnmə təsadüfləri 100000-də 19,7, 2-ci tip şəkərli diabetlə xəstələnmə isə 100000-də 0,4 təşkil etmişdir [3].

Dünyada bu xəstəliyin yayılması 8,3% bərabərdir. Diabetin diaqnozunun təyin edilməmiş forması 46,3% təşkil edir. 2035-ci ilə qədər şəkərli diabet xəstələrinin sayının 205 mln çatacağı gözlənilir. Şəkərli diabetli xəstələrin 77% qədəri aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə yaşayırlar. Şəkərli diabet xəstəliyinin daha geniş yayılması Şimali Amerikada və Karib hovuzu ölkələrində 11,4% qeydə alınmışdır (39 mln-dan 27,1% diaqnozu müəyyən edilməmişdir). Avropada yaşayan 52 mln şəkərli diabet xəstələrinin 33,1% diaqnozu təyin edilməmiş xəstələrdir. Adı çəkilən ərazidə şəkərli diabetin yayılması 7,9% təşkil edir. ABŞ-da səhiyyə ehtiyaclarına xərclənən hər 9 dollardan biri diabetə sərf olunur.

2011-ci il ərzində dünyada şəkərli diabet xəstəliyindən 20-79 yaş arasında 4,6 mln insan ölmüşdür. Beləliklə, bir çox ölkələrdə bu xəstəlik 50% ölümlə nəticələnmişdir. 2007-ci ildə ABŞ-da şəkərli diabet 231404 insanın ölümünə səbəb olmuşdur, belə ki, bu xəstəlik 71382 ölümün  əsas səbəbi, 160022 ölümün isə əlavə faktoru kimi rol oynamışdır [4].

2014-cü ildə dünyada şəkərli diabetdən 4,9 mln insan ölürdü, yəni hər 7 saniyədə 1 şəkərli diabet xəstəsi ölürdü [1].

Azərbaycan Respublikasında da diabetin yayılması epidemiya xarakteri daşıyır, belə ki, 2012-ci ildə rəsmi qeydiyyata alınan şəkərli diabet xəstələrinin sayı 151667 nəfər olmuşdur [2]. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə 2014-cü ildə dispanser qeydiyyatında olan şəkərli diabet xəstələrinin sayı 200000 olmuşdur [5].  2030-cu ilə şəkərli diabet xəstələrinin sayının 380178 nəfərə qədər artması gözlənilir ki, bu da əhalinin ümumi sayının 3,73%  təşkil edir [2]. Bununla belə, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə diaqnozu müəyyən edilməmiş şəkərli diabet xəstələri ümumi xəstələrin 46,3% təşkil edir [6]. Beləliklə, 2030-cu ildə Azərbaycanda şəkərli diabetin yayılması əhalinin ümumi sayının 8,0% çoxunda olması gözlənilir.

2002-ci ildə ABŞ-da diabetlə bağlı xərclər 132 mlrd dollar təşkil etmişdir. Göstərilən miqdarın 91,8 mlrd dolları birbaşa xəstəliyin müalicəsinə, qalan hissəsi isə xəstələrin əlilliyi və ölümünə sərf olunmuşdur. 2002-ci ildə ABŞ-da başqa xəstəliklərin müalicəsinə orta hesabla 2560 dollar sərf olunduğu halda bir şəkərli diabet xəstəsinin  müalicəsinə sərf olunan xərc 13243 dollara çatmışdır. Başqa sözlə, ABŞ-da səhiyyə ehtiyaclarına xərclənən hər 5 dollardan biri diabetə sərf olunur [7].  2-ci tip şəkərli diabetin diaqnostikası zamanı pasiyentlərin demək olar ki, yarısında həyat keyfiyyətinin aşağı düşməsinə, vaxtından əvvəl əlilliyə və ölümə gətirib çıxaran ağırlaşmaların əvvəlcədən mövcud olduğu aşkar edilir [1].

Şəkərli diabetin ağırlaşmaları həm kəskin (diabetik ketoasidoz, diabetik hiperosmolyar koma, diabetik süd turşulu asidoz, hipoqlikemik koma), həm də xroniki ola bilər. Şəkərli diabetin xroniki ağırlaşmalarına əsasən makrodamarların, mikrodamarların və sinir sisteminin zədələnmələri aiddir [8-14]. 

Mikrodamar ağırlaşmalarından əsas diqqəti cəlb edən diabetik retinopati-yadır ki, bunun da nəticəsində ABŞ-da il ərzində 10000 korluq hadisəsi müşahidə olunur [15, 16].

Şəkərli diabet 20-74 yaşlı insanlar arasında korluğun əsas səbəbi hesab olunur. ABŞ-da 2005-2008-ci illərdə 40 və ondan yuxarı yaşı olan şəkərli diabetli 4,2 mln insan arasında diabetik retinopatiya mövcuddur (28,5% şəkərli diabetli xəstələrdə). Bu halda onlardan 700000 insanda görmə qabiliyyətinin itirilməsi təhlükəsi olan retinopatiya olmuşdur [4].

UKPDS tədqiqatının göstərdiyi kimi 2-ci tip şəkərli diabet xəstələrində retinopatiyanın inkişafına hiperqlikemiya və arterial hipertenziya səbəb olur [17]. 2-ci tip şəkərli diabet xəstələrində retinopatiya diabet diaqnozunun qoyulmasın-dan 7 il əvvəl inkişaf edə bilər [16].

ABŞ-da böyrək çatışmazlığının əsas səbəbini diabetik nefropatiya təşkil edir [14]. 7%-ə yaxın şəkərli diabet xəstələrində diaqnoz qoyulan zaman mikro-albuminuriya aşkar etmək olar [15,19]. UKPDS tədqiqatının nəticəsinə əsasən hər il mikroalbuminuriya 2%  artır və xəstəliyin 10-cu ilində 25% təşkil edir [15, 18, 19]. UKPDS və ADVANCE tədqiqatına əsasən qlikemiyaya düzgün nəzarət  diabet zamanı nefropatiyanın inkişafını və proqressivləşməsini əhəmiyyətli dərəcədə azaldır [20].  İnsult riski şəkərli diabet zamanı onun mövcud olmadığı hallara nisbətən 2-4 dəfə artıqdır [4]. 2005-2008-ci illərdə 20 yaş və ondan yuxarı şəkərli diabetli xəstələrin 67%-də arterial hipertenziya mövcud olmuşdur [4].

Diabetik neyropatiya xəstələrdə diabetik pəncə sindromunun inkişafının və aşağı ətrafın amputasiyasının ən əsas səbəbi sayılır [14,20]. Şəkərli diabet zamanı ən çətin həll olunan terapevtik problemlərdən biri ağrılı neyropatiya hesab olunur [14,20]. Avtonom diabetik neyropatiya daxili orqanları zədələyir. Avtonom neyropatiyanın diabetik qastroparez, qəbizlik, diareya, anhidroz, sidik kisəsinin disfunksiyası, erektil disfunksiya, fiziki yüklənməyə qarşı tolerantlığın pozulması kimi kliniki təzahürləri mövcuddur. Avtonom diabetik neyropatiyanın ürək-damar təzahürlərinə sakit halda mövcud olan taxikardiya, “lal” işemiya, qəfləti ölüm və s. aiddir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.International Diabetes Federation. IDF Diabetes Atlas. Six-th Edition. http://www.idf.org/diabetesatlas
2.Алиева Т.Т. Динамика распространенности сахарного диабета a Азербайджанской Республике в 1994-2012 гг. и прогноз на 2030 г. // Казанский медицинский журнал, 2014, т.95 №4, с.566-569.
3.Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. Лечение сахарного диабета и его осложнений. Учебное пособие. Москва: Медицина, 2005 512 с.
4.Pickup J., Williams G. (Eds.) Textbook of Diabetes. Volume 1. Blackwell Science, 1997, p. 1.1-43.13.
5.Из 250 тысяч страдающих в Азербайджане сахарным диабетом, более 1 тыс. человек – дети http://www.kaspiy.az/news. php?id=19222#.WEUE-7KLQdU
6.International Diabetes Federation. Diabetes: Facts and  Figures. http://www.idf.org/worlddiabetesday/toolkit/gp/facts-figures
7.Питерс-Хармел Э., Матур Р. Сахарный диабет. Диагностика и лечение. Пер. с англ. Колоды Д.Е. и др. Москва: «Практика», 2008, 496 с.
8.Балаболкин М.И. Диабетология. Москва: Медицина, 2000, 672 с.
9.Goldstein B.J., Muller-Wieland D. (Eds.) Textbook of Type 2 Diabetes. London: Martin Dunitz, 2003, 480 p.
10.Дедов И.И., Шестакова М.В. Сахарный диабет. Руководство для врачей. Москва: Универсум Паблишинг, 2003, 456 с.
11.SinclairA.J., FinucaneP. (Eds.). Diabetes in Old Age, 2nd edn. Chichester: John Wiley & Sons, 2001, p. 17–24.
12.Уильямз Г., Пикап Д.К. Руководство по диабету. Пер. с англ. Москва: МЕД-пресс-информ, 2003, 248 с.
13.Аметов А.С. Сахарный диабет 2 типа. Проблемы и решения. Москва: Издательская группа «ГЭОТАР-Медиа», 2011, 704 с.
14.Fowler M.J. Microvascular and Macrovascular Complications of Diabetes // Clinical Diabetes, 2008, v.26, p.77-82.
15.Fong D.S., Aiello L.P., Ferris F.L. 3rd, Klein R. Diabetic retinopathy // Diabetes Care,  2004, v.27, p.2540–2553.
16.UK Prospective Diabetes Study Group. Intensive blood glucose control with sulphonylureas or insulin compared with conventional treatment and risk of complications in patients with type 2 diabetes (UKPDS 33) // Lancet 1998, v.352, p.837–853.
17.Gross J.L., de Azevedo M.J., Silveiro S.P., et al. Diabetic nephropathy: diagnosis, prevention, and treatment // Diabetes Care,  2005, v.28, p.164–176.
18Adler A.I., Stevens R.J., Manley S.E., et al. Development and progression of nephropathy in type 2 diabetes: the United Kingdom Prospective Diabetes Study (UKPDS 64) // Kidney Int., 2003, v.63, p.225–232.
19.HellerS.R. on behalf of the ADVANCE Collaborative Group. A Summary of the ADVANCE Trial // Diabetes Care, 2009, v.32,  Suppl 2, p.S357–S361.
20.Boulton A.J., Vinik A.I., Arezzo J.C., et al. Diabetic neuropathies: a statement by the American Diabetes Association // Diabetes Care,  2005, v.28, p.956–962. 


Müəlliflər:
Y.Z. Qurbanov
N.V. Zeynalova
A.A. Nəsibli
İ.M. Məmmədova

Digər jurnal və qəzetlər