I –II QRUP VƏRƏMƏLEYHİNƏ DƏRMANLARIN MÜALİCƏSİ NƏTİCƏSİNDƏ VƏ B VƏ C VİRUS HEPATİTLİ XƏSTƏLƏRDƏ ƏMƏLƏ GƏLƏN TOKSİKİ-ALLERGİK REAKSİYALARIN QARŞISININ ALINMASINDA OZONOTERAPİYANIN ROLU

12-01-2017

Açar sözlər: Toksiki-hepatit, ozonoterapiya, Dərmana Davamlı Vərəm

Ключевыеслова: Токсический гепатит, озонотерапия, лекарственно-устойчивый туберкулез

Key words: Toxic hepatitis, ozonotherapy, Druq resistant TB

Aparılan müayinə və müşahidələr əsasında aydın olur ki, I-II qrup vərəm əleyhinə  preparatlar qaraciyərdə  toksiki- allergik təsirə malikdir [5,3]. Vərəməleyhinə spesifik dərmanlara davamlı xəstələrin sayı ildən ilə artır, bu da epidemioloji vəziyyəti gərginləşdirir.

I –II sıra vərəməleyhinə preparatlardan daha şox hepatotoksik təsirə malik preparatlar bunlardır: İzoniazid (H)+Rifampisin (R)+Pirazinamid (Z)+Protionamid (Pro)+ Etionamid (Eto) və PASK.

Bu və ya digər yanaşı xəstəlikləri olan vərəm xəstələrində dərmanların toksiki və allergik təsiri nəticəsində xəstənin kliniki vəziyyəti ağırlaşır, intoksikasiya əlamətləri və vərəmdən ölüm faizi artır, xəstə dərman preparatlarından imtina edir və ya müalicə kursunu tam ardıcıllıqla davam etmir. Əlavə dərman reaksiyası təhlükəsi imun sistemi zəif olanlarda artır və müalicənin birinci iki ayında özünü göstərir [3,1,4]. Müalicədə dəyişiklik tələb edən ən çox rast gəlinən reaksiyalara mədə- bağırsaq pozğunluqları və hepatit daxildir.

Vərəmlə yanaşı B və C virus hepatitli xəstələrdə hepatotoksik təsirlər yüksək olur, qaraciyər funksiyaları kliniki əlamətlərdən: qaşınma, səpgi, hərarət, ağızda acılıq və sağ qabırğaaltı nahiyyədə ağrı hisslərı müşahidə olunur [2,5].

B və C virus heptitlərində qaraciyərdə metobolizə olunan dərmanlar doza təlabatını artırır. Lakin uzun illərin təcrübəsi göstərir ki, hepatitlə yanaşı gedən vərəmli xəstələrinin antibakterial müalicəsindən sonra fəsadları aradan qaldırmaq daha çətin olur. Aparılan dezintoksikasiya və desinsibilizasiya və anti- hepatoksik preaparatların qəbulu həmişə arzu olunan effekti vermir [5,2]. Müalicə və profilaktika məqsədi ilə istifadə olunan vərəm preparatları qaraciyərə toksiki- allergik təsir edir, ikincili hepatit 10-15% hallarda bütün dərman preparatlarında yaranır. Ona görə də hepatitlərin müalicəsində yeni metod axtarmağa çalışırlar [5].

Məqsəd: Ozonterapiya tətbiq etməklə I və II qrup vərəməleyhinə dərmanlarin müalicəsi nəticəsində B və C virus hepatitlərində əmələ gələn hepatoksik allergik reaksiyaların qarşısını almaqdır. ( Ağ ciyərin destruktiv vərəm formalarında və ÇDDV xəstələrdə)

Material və metodlar:Ozonoterapiya aparmaq məqsədi ilə 52 xəstə randominizasiya üsulu ilə şeçilmişdir. Xəstələrin yaş həddi 18- 60 arasında olmuşdur.  Stasionrada ozonterapiya ozon  (O3) MEDOZONS BM aparatında 0,9% -200ml NACl fizioloji məhlulu 2,5mg /1 dozada hazırlanır, vena daxili yeridilməsi vasitəsilə həyata keçirirlir.

Ozonterapiyanım klinik effektləri protrombinin səviyyəsinə təsir göstərməməklə AIAT- nin fəallıq səviyyənin 36,3%( 11,1- 1,30) ümumi bilirubinin konsentrasiyasının 19, 4% (11,5-0,63), timol sınağının 18,2% (0,18-0,01) etibarlı (p-0,05) enməsi ilə müşahidə olunmuşdur. Proteinoqrammada cuzi 1,4% qanda albuminlərin konsentrasiyasının artması, qamma- qlobulinlərin 7,3% (14,4- 0,77; p- 0,05) azalması qeyd olunmuşdur.

C virus hepatiti xəstələrdə müalicədən qabaq AIAT- nın fəallığı (45,8- 35,0) ozonterapiyası kursundan sonra etibarlı azalmışdır- 25,6% (34,0-3,40; P- 0,05), C virus hepatiti xəstələrdə ümumi bilirubin çıxış göstəricisi sağlam şəxslərdən 27,5% (16,83-1,23; p- 0,05), müvafiq olaraq timol sınağının göstəricisi 76,9% (0,29- 0,02; p- 0,001) artıq olmuşdur, protrombin indeksi isə 5,7% azalmışdır. Tibb oznunun parenteral yeridilməsinin 10- cu prosedurdan sonra nəzarət qrupunun göstəricisi (p- 0,01; p- 0,05) ilə etibarlı fərq yaradaraq ümumi bilirubin səviyəsi 22,8% (13,0- 0,84), timol sınağı isə 20,1% (0,23-0,02) etibarlı (p- 0,05) azalmışdır. Müalicənin sonunda protrombin fəallığı yalnız 4,7% (91,9-1,35;p- 0,05) artmışdır.

Cədvəl  1.

Müalicədən əvvəl və müalicədən sonra qaraciyərdə biokimyəvi göstəricilər.

Biokimyəvi göstəricilər

Müalicədən əvvəl mkol/ l

Kimyəvi terapiyadan 10 gün sonra

Ozonoterapiyadan 1 ay sonra

ALT

30 +_

180

25

AST

23 ±

132

13

Bilrubin

12 ±

48

12

Timol

10 ±

30

12

 

Cədvəldən göründüyü kimi biokimyəvi göstəricilər spesifik müalicədən sonra artmışdır. Eyni zamanda xəstədə iştahsızlıq, ürəkbulanma və sağ qabırğaltında ağrılar, dəridə səpgilər müşahidə olunmuşdur. Spesifik müalicə hepatoprotektorlar və dezinfeksiyon terapiya fonunda aparılmışdır.Xəstələr ozonoterapya qəbul etdikdən sonra xəstədə kliniki əlamətlər yaxşılaşmışdır, iştahası yaxşılaşmış, dəridə səpgi azalmış və sağ qabırğa altı nahiyyədə ağrılar müşahidə olunmamışdır. Xəstələrdə SAO2- 95% olmuş, tənginəfəslik azalmışdır. Xəstələrdə ağ ciyərlərin rentgen şəklində boşluqlarda kiçilmə müşahidə edilmişdir.

Yekun:  Beləliklə araşdırmamıza  əsaslanaraq deyə bilərik ki, ozonoterapiya destruktiv ağ ciyər xəstəlikləri, ÇDDV və yanaşı gedən hepatit B və C virus xəstələrinin müalicəsində I-II qrup dərmanların toksiki-allergik və hepatoksik reaksiyaların azalmasında böyük rol oynayır. Belə ki, metobolizmin aktivləşdirilməsi, antiseptik xüsusiyyətləri, iltihab əleyhinə təsiri, intoksikasiya əleyhinə təsiri, imunitetin möhkəmləndirilməsi ilə seçilir. İmmun sisteminin hüceyrələrinə təsir edərək faqositar funksiyasını yüksəldir, orqanin yatmış hüceyrələrini oyadır. Daha sonra əsas  klinik simtomların müalicə dövrlərinin azalmasına zülal fraksiyalarının hemotoloji dəyişikliklərinin, qaraciyərin funksional sınaqları (timol, bilrubin, ALAT, ASAT)  göstəricilərinin normallaşmasına şərait yaradır. Stasionarda yeni müalicə metodunun təkmilləşdırılməsi və müşahidələrimiz davam edir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Antimekrob dərman vasitələrinin istifadəsi üzrə kliniki protokol Baki -2009 səh.104.
2.Нарушения функции печени у больных к туберкулезом оргонов дыхания и их коррекция димефосфоном. Автореф. Дис. Кон.мед. наук. Элисовна Г. М., Москва, 1994 ст. 4-12.
3.Azərbaycan Vərəm Əleyhinə Mübarizə Proqrammı “Yeni Strategiya üzrə metodik vəsait” 2006- ci il səh. 64-71.
4.Vərəm və Ağ ciyər xəstəlikləri üzrə beynəlxalq elmi- praktiki konfrans. Azərbaycan, Bakı -2011 oktyabr
5.Платнова .И.Л., Иванов Г.А., Писаренко Е.У., с соавт.,  Комплексное влияние химио и озонотерапии на иммунный статус больных деструктивным туберкулезом легких. / Проблемы туберкулеза и болезней легких. 2008№ 2 с. 20-22.


Müəlliflər:
N. M. Murquzova
E. N. Məmmədbəyov
İ.M. Axundova
İ. Ə. Qasımov

Digər jurnal və qəzetlər