SÜNI MAYALANMA ILƏ TÖRƏDILMIŞ HAMILƏLIKDƏN DOĞULAN UŞAQLARDA HEMOPOEZIN XÜSUSIYYƏTLƏRI

23-02-2017

Hazırda süni mayalanma ilə törədilmiş hamiləliklə əlaqədar yeganə sübutlanmış perinatal nəticə çoxdöllülük hesab edilir [1.2]. Sonuncu isə əksər hallarda vaxtından əvvəl doğulma ilə nəticələnir və erkən neonatal dövrdə dizadaptasiya sindromu ilə müşahidə olunur [3.4].

Süni mayalanma ilə törədilmiş hamiləlikdən doğulan uşaqların sağlamlıq vəziyyəti haqqında olan məlumatlar  ziddiyyətlidir. Bu qrup uşaqlar arasında somatik və digər patologiyaların rastgəlmə tezliyinin atmasında köməkçi reproduktiv texnologiyanın istifadəsini  yatrogen faktor kimi qəbul edirlər [5.6].

Genetik pozulmaların səviyyələrinin müqayisəli şəkildə öyrənilməsi onların az rast gəlməsi ucbatından çətinlik törədir.

Süni mayalanma ilə törədilmiş hamiləlikdən  doğulan uşaqlarda klinik adaptasiyanın, xüsusilə hemopoezin vəziyyətinin hestasiya yaşından  asılı olaraq öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatın məqsədi süni mayalanma ilə törədilmiş hamiləlikdən doğulan uşaqlarda neonatal dövrün  dinamikasında hestasiya yaşından asılı olaraq hemopoezin xüsusiyyətlərini  öyrən-məkdən ibarətdir.

Müayinənin materialı və metodları. Süni mayalanma ilə törədilmiş hamiləlikdən doğulmuş 100 uşaq müayinəyə cəlb edilmişdir (əsəs qrup). Hestasiya yaşından asılı olaraq bu uşaqlar 2 yarımqrupa bölünmüşdür: A yarımqrupuna 35 vaxtında  doğulmuş ( 37-42 hestasiya həftəsi ), B yarımqrupuna 65 vaxtından əvvəl (24-36 hestasiya həftəsi) doğulmuş uşaq aid edilmişdir. Müqayisə qrupuna təbii mayalanma ilə törədilmiş hamiləlikdən doğulmuş 50 uşaq aid edilmişdir; bu uşaqlarda morfoloji və funksional yetişkənlik hestasiya yaşına uyğun olmuşdur. Əsas qrupa daxil olan uşaqların 54,1%-də hestasiya yaşına görə morfofunksional yetişməzlik müşahidə edilmişdir.

Yenidoğulmuşlarda klinik-funksional müayinə ilə yanaşı hemotoloji göstəricilər (hemoqlobin, hemotokrit, eritrositlərin mütləq sayı, leykositlərin miqdarı və leykoformula) neonatal dövrün dinamikasında (0-1,7-10,20-30-cu gün) öyrənilmişdir.

Alinan nəticələrin statistik işlənməsi parametrik və qeyri-parametrik üsulla aprılmışdır.

Tədqiqatın nəticələri. Əsas qrupa daxil olan uşaqların 30-u (30,0%) təkdöllü, 70-i (70,0%) çoxdöllü hamiləlikdən doğulmuşdur. Bu göstəricilər müqayisə qrupunda müvafiq olaraq 42 (84,0%) və 8 (16,0%) olmuşdur. Təkdöllü hamiləlikdən doğulanların orta hestasiya yaşı 37,4±0,5 həftə olmaqla müqayisə qrupunun eyni  adlı  göstəricilərindən  37,5±0,5  dürüst   fərqlənməmişdir.

Yenidoğulanları antropometrik ölçülərinə görə müqayisə etdikdə müəyyən edilmişdir ki, əsas qrupa daxil olan  və çoxdöllü hamiləlikdən doğulanlar arasında 2500 q-dan az bədən  kütləsi olanlar 50(71,4%) uşağa bərabərdir ki, bu da digər qrupundakı 8(16,0%) uşaqla müqayisədə xeyli çoxdur. Eyni zamanda boy ölçüləri (45,5±0,5 sm); (40,4±1,0 sm) o cümlədən, başın dairəsinin (31,3±0,3 sm); (30,1±1,0 sm) və döşün dairəsinin (29,6±0,4 sm); (27,8±1,2 sm) ölçüləri əsas və müqayisə qrupunun müqayisəsində dürüst fərqlənməsə də, təkdöllü və çoxdöllü hamiləlikdən  doğulanlar  arasında  dürüst  fərqlənmişdir  (p˂0,001).

Beləliklə, əsas və müqayisə qrupuna daxil olan yenidoğulanların hestasiya yaşı və antropometrik göstəricilərinin müqayisəli təhlili təsdiq edir ki, anamnezdə sonsuzluğun olması, ağırlaşmış somatik, ginekoloji və mamalıq anamnezi  vaxtından  əvvəl doğulmanı  şərtləndirən  əsas  risk  faktorudur.

Müayinə olunmuş bütün uşaqların vəziyyəti doğuşdan sonrakı 1-ci və 5-ci dəqiqələrdə Apqar şkalaı ilə qiymətləndirilmiş və müəyyən edilmişdir ki, əsas qrupa daxil olan yenidoğulan-larda, erkən neonatal dövrdə adaptasiya prosesi müəyyən xüsusiyyətlərə malik olmuşdur. Belə ki, ilkin bədən kütləsinin maksimal itirilməsi əsas qrup yenidoğulanlarda 5-6-cı gün, nəzarət qrupunda  isə 3-4-cü gün müşahidə edilmişdir. Təkdöllü hamiləlik zamanı bu itki 7,2%, çoxdöllü hamiləlik zamanı isə 8,1% təşkil etmişdir; nəzarət qrupu yenidoğulanlarda isə bu itkinin orta göstəricisi  6%-dən çox olmamışdır. Həmçinin bu qrup yenidoğulanlarda sarılıq, vaxtından əvvəl doğulmuşlarda  22 (33,8±5,9 %); vaxtında doğulmuşlarda  6 (17,1±6,4 %) uşaqda  müşahidə  edilmişdir.

Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda mərkəzi sinir sistemi (MSS) tərəfindən  olan klinik  təzahürlər sinir-reflektor oyanıqlıq sindromu, sinir sistemi oyanıqlıq sindromu, sinir  sistemi funksiyalarının  ləngiməsi və əzələ distoniyası sindromu şəklində 50-68,7% uşaqlarda qeyd edilmişdir. Əsas qrupa aid olan yenidoğulmuşların 25,0%-də baş beyində neyrosonoqrafik müayinədə struktur  dəyişikliklər (peri-və intraventrikulyar leykomalyasiya, kista)  aşkar edilmişdir.

Həmçinin bu qrup yenidoğulanların 25,0%-də bətndaxili infeksiya qeyd edilmişdir ki, onların 12,5%-i mikst infeksiya-herpes və sitomeqolovirus, herpes və toksoplazmoz şəklində olmuşdur; 6,25% uşaqda bətndaxili pnevmoniya müəyyən edilmişdir.

Süni mayalanma ilə törədilmiş çoxdöllü hamiləlik zamanı ağırlaşmış somatik, ginekoloji və mamalıq anamnezi, ananın yaşının nisbətən çox olması, hamiləlik zamanı stress və həyacan hallarının daha çox olması  (x2 = 9,25; p<0,01) retrospektiv olaraq diqqəti  daha  çox  cəlb  etmişdir.

Beləliklə, aparılmış klinik müşahidələrin təhlili göstərir ki, süni mayalanma ilə törədilmiş hamiləlikdən doğulan uşaqlarda erkən neonatal dövr əksər hallarda (73,2%) dizadaptasiya   sindromu  ilə müşahidə  olunur.

Əsas və müqayisə qrupu yenidoğulanlarda hematoloji  göstəricilərin dinamikası  1-ci və 2-ci  cədvəllərdə  verilmişdir.


Cədvəl  1.

Süni mayalanma ilə törədilmiş  hamiləlikdən vaxtında doğulmuş uşaqlarda neonatal dövrdə hematoloji göstəricilər (M±m)

 

 

Qruplar

 

 

Göstəricilər

Həyatın günləri

 

0-1

7-10

28-30

 

Əsas qrup

A yarımqrup

 

n=35

 

Hb,q/l

Ht%

Eritrosit,x1012

Trombosit,x109

Leykosit,x109

Çubuq nüvəlilər,%

Seqment nüvəlilər,%

Eozinofillər,%

Limfositlər,%

Monositlər,%

EÇS,mm/s

 

162,1±3,1

54,0±1,4

4,25±0,15

198,4±5,9

16,5±1,6*

4,21±0,54

 

56,4±2,42

2,91±0,17

31,2±2,16*

3,12±0,15

4,81±0,31

 

169,0±3,82

65,2±1,35

4,89±0,19

221±12,8

14,0±0,81

3,19±0,29

 

50,9±1,66

1,92±0,12

32,4±2,52

2,51±0,24

2,85±0,29

 

160,3±2,9

62,0±1,3

4,9±0,3

198,5±10,1

13,1±0,9*

4,65±0,94

 

56,7±2,1

2,80±0,30

33,1±2,0*

3,06±0,26

12,3±3,7

 

Müqayisə qrupu

 

n=27

 

Hb,q/l

Ht%

Eritrosit,x1012

Trombosit,x109

Leykosit,x109

Çubuq nüvəlilər,%

Seqment nüvəlilər,%

Eozinofillər,%

Limfositlər,%

Monositlər,%

EÇS,mm/s

 

176,0±3,4

58,0±1,6

5,20±0,16

210,4±5,4

14,2±1,4

3,71±0,42

 

52,8±2,10

2,01±0,12

38,6±2,61

2,64±0,14

3,75±0,34

 

152,1±3,20

50,0±1,36

3,72±0,24

234±13,2

10,9±0,78

3,01±0,21

  

46,8±1,85

1,78±0,10

46,0±3,66

2,30±0,19

2,56±0,18

 

119,3±4,2

34,5±4,5

3,71±0,14

231,1±9,2

10,8±0,9

2,60±0,20

 

52,2±2,8

2,80±0,26

41,2±2,7

2,15±0,21

8,9±0,8

Qeyd: vaxtında doğulanların göstəriciləri ilə fərqin statistik dürüstlüyü:

* – p˂0,05; ** – p˂0,01; *** – p˂0,001

 

Müəyyən edilmişdir ki, əsas qrupa daxil olan yenidoğulmuşlarda-həm A, həm  də B  yarımqupda eritropoezin göstəriciləri  neonatal dövrün diamikasında müəyyən dəyişikliklərə məruz qalır (cədvəl 1,2).

Belə ki, kəskin adaptasiya dövrünün sonu (7-10-cu gün ) ilk günlə müqayisədə  hemoqlobinin konsentrasiyası yüksəlmiş (181,2±5,2 q/l, 169,0 ±3,82 q/l), sonrakı günlər isə sürətlə azalmış, uşağın həyatın 28-30-cu günü A yarımqrup uşaqlarda 139,4±3,3 q/l, B yarımqrupunda isə 160,3±2,9 q/l olmuş və müqayisə qrupunun müvafiq göstəricilərindən dürüst fərqlənməmişdir. Anoloji dəyişikliklər eritrositlərin  konsentrasiyasında  da  müşahidə edilmişdir (cədvəl 1,2).

Leykositlərin miqdarında müşahidə edilən dəyişikliklər eritrositlərdən fərqli olaraq bir istiqamətli olmuş, ilkin günlər (0-1-ci gün) müşahidə olunan nisbi yüksək səviyyə neonatal dövrün dinamikasında həm A, həm də B yarımqrupa daxil olan körpələrdə tədricən azalmış, 28-30-cu gün 1-ci günlə müqayisədə dürüst az olmuşdur (p<0,05; cədvəl 1,2). Erkən neonatal dövrdə neytrofillərin mütləq maksimal miqdarı A yarımqrup uşaqlarda (vaxtında doğulanlarda) B yarımqrupla (vaxtından əvvəl doğulanlarla) müqayisədə daha qabarıq olmuşdur (cədvəl 1,2). Sonuncu, bir tərəfdən, stres hormonları təsirindən neytrofillərin sümük iliyindən çıxması, digər tərəfdən, onların qana  toxuma  deposundan keçməsi ilə əlaqədardır.

 


Cədvəl  2.

Süni mayalanma ilə törədilmiş  hamiləlikdən vaxtından əvvəl doğulmuş uşaqlarda  neonatal dövrdə hematoloji göstəricilər (M±m)

 

Qruplar

 

 

Göstəricilər

Həyatın günləri

0-1

7-10

28-30

 

Əsas qrup

B yarımqrup

 

n=65

 

Hb,q/l

Ht %

Eritrosit,x1012

Trombosit,x109

Leykosit,x109

Çubuq nüvəlilər,%

Seqment nüvəlilər,%

Eozinofillər,%

Limfositlər,%

Monositlər,%

EÇS,mm/s

 

148,2±4,31

56,4±1,52

3,69±0,21

210±12,0

14,2±1,3*

3,71±0,62

 

52,8±2,14

2,10±0,14

38,4±2,10*

2,85±0,25

3,21±0,32

 

181,2±5,2

62,4±1,2

5,42±0,18

218±12,4

13,9±0,52

3,69±0,38

 

54,8±2,19

2,70±0,14

40,8±2,24

2,88±0,21

5,12±0,48

 

139,4±3,3

55,9±1,8

4,29±0,15

219,3±5,9

11,8±0,4*

4,22±0,38

                       

45,6±2,1

4,69±1,30

43,1±2,0*

2,33±0,17

6,9±0,6

 

Müqayisə qrupu

 

n=23

 

Hb,q/l

Ht%

Eritrosit,x1012

Trombosit,x109

Leykosit,x109

Çubuq nüvəlilər,%

Seqment nüvəlilər,%

Eozinofillər,%

Limfositlər,%

Monositlər,%

EÇS,mm/s

 

166,4±3,51

54,2±1,48

4,65±0,22

225±13,5

12,8±1,4

3,45±0,41

 

48,9±2,01

1,96±0,12

43,0±3,45

2,61±0,21

3,01±0,20

 

168,1±3,2

56,0±1,4

4,50±0,18

218,0±5,6

12,0±0,48

3,14±0,32

  

50,6±2,01

2,12±0,13

41,2±2,88

2,75±0,19

4,01±0,38

 

121,3±4,8

42,5±4,3

3,8±0,2

230,7±8,0

13,4±1,1

2,75±0,20

 

48,0±2,6

2,60±0,31

45,2±2,5

1,90±0,23

8,1±1,3

 

Qeyd: vaxtından əvvəl doğulanların göstəriciləri ilə fərqin statistik dürüstlüyü:

* – p˂0,05; ** – p˂0,01; *** – p˂0,001

 

Limfositlərin həm A, həm də B yarımqrup uşaqlarda səviyyəsi neonatal dövrün  dinamikasında tədricən artmış, 0-1-ci günün  28-30-cu günlə müqayisədə limfositlərin səviyyəsinin dürüst aşağı olması, çox güman ki, doğuş stresinə cavab reaksiyası kimi toxumada trofik funksiyanı yerinə yetirən limfositlərin intensif parçalanması və anadangəlmə immun cavabın aşağı olması ilə əlaqədardır.

Neytrofillərlə  limfositlərin miqdarında bərabərləşmə (çarpazlaşma) müqayisə qrupuna nisbətən gec müşahidə edilmişdir, vaxtında doğulan uşaqlarda (A yarımqrupu) 7-8-ci gün, vaxtından əvvəl doğulmuşlarda (B yarımqrupu) 8-10-cu gün qeyd edilmişdir.

Beləliklə, süni mayalanma  ilə törədilmiş hamiləlikdən doğulan uşaqların hematoloji göstəricilərində müşahidə edilən dəyişikliklər neonatal adaptasiyanı  səciyələndirir  və  müalicə-profilaktik  tədbirlər  zamanı  nəzərə  alınmalıdı.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Bowdin S. et al. A survey of  assisted  reproductive technology birth and imprinting disorders //Human reproduction.2007, v-22, №12, p.3237-3240.
2.Klemetti R. et al. Health of children born as  a result of in vitro fertilization // Pediatr ic s. 2006, v-118, №5,p.1819-1827.
3.Плаксина А.Н. Прогнозирование здоровья и качества жизни   детей, рожденных с помощью вспомогательных репродуктивных технологий: Дисс….канд. мед.  наук.Екатеринбург, 2011.174 с.
4.Kalra S.K.,Molinaro T.A. The assosiation of in vitro ferbilization and perinatal morbidity/ /Sемin.  Reprod. Med.2008, sep. 26 СП 423-35.
5.Бесплодный брак. Современные подходы к диагностике и лечению.Под ред. В.И.Кулакова. М.: ГЭОТАР-Медиа,2006.-616 с.
6.Riebeling  P. et al. Are  screening  examinations  necessary in ruling out ocular malformations after reproduction treatment  // Klin Monatsbl  Augenheilkd. 2007,v-224, №5, p.417-421.


Müəlliflər:
N.C. Quliyev
G.Ə. Novruzova

Digər jurnal və qəzetlər