BAĞIRSAĞIN QARACİYƏR ƏYRİLİYİNİN YERLİ YAYİLMIŞ VƏ ƏTRAF ÜZÜVLƏRƏ İNVAZİYA EDİLMİŞ, XƏRÇƏNGİNİN RADİKAL CƏRRAHİYYƏ MÜALİCƏSİ

10-01-2017

Yoğun bağırsağın yerli yayılmış və ətraf üzüvlərinə invaziya edilməsinin diaqnostikası bir mənalı olaraq çox çətin olduğundan, məhz belə bir deyişikliklər çox zaman yalnız laparotomiya təftiş edilində aşkar edilir. Ədəbiyyatlara istinad edərək məlum olmuşdur ki, yoğun bağırsağın xərçənginin yerli yayılmasının birincili rast gəlmə tezliyi təxminən 5,5-dən 31% təşkil edir [1,2, 5,7].

Əlbətdə bu növ xərçəng prosesin heç də az faiz olmasını nəzərə alaraq cərrahiyyə əməliyyatın bu xəstələrdə poliativ xarakter yox, radikal cərrahiyyə müalicəsinin edilməsi mümkün olmasını araşdırmış və axır 5-10 il ədəbiyyatlarda 1-də-7-ya qədər radikal cərrahiyyə əməliyyat edilməsinin mümkünlüyünə rast gəlmişik, onuda nəzərinə çatırmaq istərdim ki bu müəliflər az saylı xəstələrə ya pankreoduodenal rezeksiya və ya 12 barmaq bağırsağın ekonomlu rezeksiyası ilə kifayətlənmişlər [3, 4, 6, 8].

İşin məqsədi – xəstələrdə, yoğun bağırsağın, qaraciyər əyriliynin, yerli yayılmış və ətraf üzüvlərə invaziya edilmiş xərçənginin radikal cərrahiyyə müalicəsinin mümkünlüyün təsdiq edilməsi olmuşdur.

Material və metodlar: MOM-in abdominal şöbəsində 2005-dən 2016 il qədər yoxun bağırsağın qaraciyər əyriliyinin xərçəngi cəmi 61 xəstədə 10,4% təyin edilmişdir, bunlardan 4-də yəni (6,5%) xəstədə kompleks kliniki-laborator, USM-sı, KT və MRT müainələri və cərrahiyyə əməliyyatı zamanı xərçəngi yerli yayılması və qonşu üzüvlərə invaziya edilməsi təyin edilmişdir. bu dörd xəstədən 2-sinə poliativ əməliyyat dolayıcı anastomozlar yaratmaqla yekunlaşmışdır.

3-cü xəstədə yerli olaraq irinlənma – absessin baş verməsini nəzərə alaraq seşlə birgə müxtəlif rezeksiya və anastomozlar yaradıldı və 4-cü xəstələrində isə geniş radikal cərrahiyyə əməliyyat yerinə yetirmişik.

Xəstə U.U.A., 52 yaşına x/t P-11411/16 il MOM-in abdominal şöbəsinə 12/XII-2016 il daxil olmuşdur. Daxil olarkən əsas şikayətləri qusmadan, qarında olan sancılırdan ümumi zəiflikdən idi. Dəri və selikli qışalar avazımış, pulsu – 88-96 bir dəqiqədə, A/T – 110/60 olmuşdur. Qanın ümumi analizi Hb 111 q/l, erit. 3,4x1012 q/l, leyk. 14000, EÇR – 53 mm/s təyin edilmiş, biokimyəvi analizlərdə AST-73,6 v/l, ALT-47,0 v/l və ümumi bilirubin – 12,8 mkmol/l olmuşdur. EKQ-ya – miokardin zəif diffuz dəyişiklini fibrokolonoskopiya zamanı qalxan çənbər bağırsağın xərçəngi təyin edilmişdir.

KT-sında yoğun bağırsağın qaraciyər əyrılıyı hissəsində divar qalınlaşması ilə yanaşı törəmənin ölçüsünü nəzərə alaraq qaraciyərin, duodenumun və öd kisəsinin sərhədlərini təyin edilmirdi.

Xəstənin ümumi vəziyyətini və kliniki diaqnozunu nəzərə alaraq şöbənin müzakirəsindən sonra, xəstəyə cərrahiyyə müalicəsi qərarı verildi.

15.12.2016 il cərrahiyyə əməliyyatı: intubasion endotraxeal narkoz altında xəstəyə yuxarı orta-orta kəsiklə laparotomiya edilmiş, təftiş zamanı çənbər bağırsağın qaraciyər əyrilindən başlayaraq iri bir konqlomerat şiş təyin edildi ölçüsü 8x10x9 sm bərabər olaraq ətraf üzüvlərə yəni qaraciyər, öd kisəsi mədə və 12 barmaq bağırsağın divarına intim invasiya olması təyin edildi. Cərrahiyyə əməliyyatı zamanı belə bir qarar olundu ki xəstəyə radikal əməliyyat edilsin, və bunları nəzərə alaraq birinci növbədə mədəaltı vəzinin basını zədələnmədən 12 barmaq bağırsağın çox passiv hərəkətsiz olmasına baxmayarıq moblizə edilsin belə halda çox çətilikdə olsada onun əsas cut və müsariqə saxələri arteriyaları, baxlamıldı. Sonra ətraf bağlar o cümlədən Tolditi fassiyasından ayrılıqdan sonra şiş - 12 barmaq bağırsağın ektomiyası, mədənin rezeksiyası, öd kisəsinin çıxarılması və qaraciyərin hissəsi rezeksiyası olunmaqla, şiş tamlığla çıxarıldı. Şişin yatağı ətraflı işlənildi. Ümumi od axacağı və ümumi pankreas axaçaqları birləşdiyi yerlər bir qədər genişləndirərək onlar nazik bağırsaq ilgəyin divarına tikildi və bunlarla yanaşı əldə nazik bağırsağın ilgəyi ilə mədəyə anastomoz qoyuldu, sağ tərəfli hemikolektomiya edilindən sonra qalca bağırsaqla, çənbər bağırsağın dalağ əyriliyi, nahiyəsinə anastomoz yaradıldı.

Qarın boşluğu bir neçə dəfə fizioloji məhlulla yuyuldu və qarın boşluğu iki nahiyyədən drenaj boruları qoyularaq laparotom yara qat-qat tikildi.

Beləliklə bu təqdim etdiyimiz 4-cü xəstəyə - sağ tərəfli hemikolektomiya, duodenoektomi-ya, xolesistitektomiya, qaraciyərin VI seqmentin rezeksiyası müvəfəqiyyətlə yerinə yetirilmiş və müxtəlif anastomozlar yaradılmışdır (şək.1). Qarın boşluğundan çıxarılmış materialın yekun patohistoloji diaqnozu №26886/2016 – adenokarsinoma, mutsinoz və neyroendokrin differensasiya sahələri ilə. Duodenum və öd kisəsinə sırayət, qaraciyərdə karsinoma mts-ı.

Cərrahiyyə əməliyatından (14 gün) sonra xəstənin vəziyyəti yaxşılaşmış yara birincili sağalmış və 29.XII.2016 il kafi vəziyyətdə evə yazılmışdır.

Nəticə.

Cəmi 1 xəstədə apardığmız cərrahiyyə əməliyyat bizə imkan yaradır ki, gələcəkdə çənbər bağırsağın yerli yayılmış xərçəngi olan xəstələrdə paliativ yox, ətraf üzüvlərinin invaziyası baxmayaraq onların topoqrafo-anatomik vəziyyətlərini nəzərə alaraq, radikal cərrahiyyə etmək mümkündür.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Патютко Ю.И., Кудашкин Н.Е., Котельников А.Г.  Хирургическое лечение местно-распространенного рака правой половины толстой кишки // Онкол.колопроктол. 2014. №2, с.28-31.
2.Помазкин В.И.  Результаты лечения рака ободочной кишки с распространением на двенадцатиперстную кишку // Вестник хирургии им.И.И.Грекова. Том 175. №4. 2016. с.71-74.
3.Трякин А.А.  Практические рекомендации по лекарственному лечению рака прямой кишки // Злокачественные опухоли. 2015. №4. Спец.выпуск. с.230-246.
4.Щепотин И.Б., Колесник Е.А., Лукашенко А.В. и др.  Мультивисцеральные резекции при местно-распространенном раке ободочной кишки с инвазией в органы гепатопанкреатодуоденальной зоны // Клин.онкология. 2013. №3. с.1-5
5.Gurley S.A., Carlson G.W., Shumate C.R. et al.  Extended resection for locally advanced colorectal carcinoma // Am.J.Surg. 1992. Vol.163. P.553-559.
6.Fuks D., Pessaux P., Tuech J.J. et.al.  Management of patients with carcinoma of the right colon invading the duodenum of pancreatic head // Int.J.Colorectal. Dis. 2008. Vol.23. P.477-481.
7.Kaapor S., Das B., Pal S. et.al.  En bloc resection of right-sided colonic adenocarcinoma with adjacent organ invasion // Int. J. Colorectal Dis. 2006. Vol. 21. P.265-268.
8.Koea S.B., Conifon R.  Pancreatic or duodenal resection or both for advanced carcinoma on flu right colon: is it justly // Diss. Colon Rektum. 2001. V.42. p.480-485.

 


Müəlliflər:
N.Ə. Əsgərov
Ə.X. Kərimov
F.Ə. Zeynalov
Seyran qızı S.

Digər jurnal və qəzetlər