PARODONTUN İLTİHABI XƏSTƏLİKLƏRİNİN KONSERVATİV MÜALİCƏSİNDƏ LİDOXLOR+, LİNKOMİTSİN GELİNİN TƏTBİQİNİN EFFEKTİVLİYİ
16-02-2016
Aktuallığı
Parodontun iltihabi xəstəlikləri stomatoloji praktikada ən çox yayılmış xəstəliklərdən biri hesab olunur. Bu xəstəliklərin etiologiya, patogenezinə, müalicə və profilaktikasına dair külli miqdarda tədqiqat işlərinin aparılmasına baxmayaraq, bu gün də, problem öz həllini tapmamışdır (1, 2, 3).
ÜST-nin məlumatına görə 35-44 yaşlı şəxlər arasında parodontun iltihabi xəstəliklərinin yayılması 70-80% təşkil edir. Parodont toxumalarındakı iltihabi proseslər ağız boşluğunda xroniki infeksiya mənbəyi olaraq, orqanizmin reaktivliyini aşağı salır, mikrob sensibilizasiyası yaradır, parodontun bütün toxumalarını zədələyərək dişlərin itirilməsinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bu xəstəliklərin konservativ müalicəsi zamanı ağız boşluğundakı parodontopatogen mikroflora, tətbiq olunan antibakterial və iltihabəleyhinə preparatlara qarşı rezistentlik yaradır və nəticədə aparılmış müalicənin bir çox hallarda səmərəsi olmur.
Bununla əlaqədar olaraq, parodontun iltihabı xəstəliklərinin konservativ müalicəsi zamanı müvəffəqiyyətlə istifadə olunan lidoxlor gelinin linkomitsinlə birgə kombinasiyasının istifadəsini təklif edirik.
Lidoxlor (lidokain+xlorheksidin) geli stomatoloji praktikada ağrıkəsici və iltihabəleyhinə göstərdiyi təsirə görə geniş sürətlə istifadə edilir.
Linkomitsin isə osteotrop təsiri ilə əlaqədar olaraq, stomatoloji manipulyasiyalarda, o cümlədən parodont xəstəliklərinin müalicəsində uzun illərdir ki, müxtəlif formalarda tətbiq olunur.
Tədqiqatın məqsədiParodontun iltihabi xəstəliklərinin müalicəsində lidoxlor və linkomitsin kombinasiyasının istifadəsi zamanı müqayisəli effektivliyinin müəyyən edilməsi.
Material və metodlarTədqiqat zamanı xroniki generalizəolunmuş parodontitli (yüngül və orta ağır dərəcəli) 20-50 yaş həddi olan 30 nəfər pasiyent müayinə edilmişdir. Bütün pasiyentlər iki qrupa bölünmüşdür.
I – müayinə (əsas) qrupu – 15 nəfər
II – nəzarət qrupu – 15 nəfər
Müalicə başlayarkən hər iki qrupa aid pasiyentlərə ilk növbədə antiseptik qarqaralar (3%-li H202; 0,1% xlorheksidin, 03% natrium hipoxlorit), ağız vannaları təyin edilmiş, bundan sonra skeyler və ehtiyac olduğu halda mexaniki üsulla diş daşları, diş çökuntuləri təmizlənmişdir. Həmin prosedurlar başa çatdıqdan sonra əsas qrupdakı pasiyentlərə təklif etdiyimiz lidoxlor və linkomitsin (100 000 TV – 1 ml) kombinasiyasından ibarət gel parodontal ciblərə pambıq turunda şəklində daxil edilmiş və xüsusi örtüklə ağız suyundan izolə edilmişdir. Sarğının ağız boşluğunda 1-1,5 saat müddətində saxlanılması məsləhət görülmüşdür. Bununla birgə, həmin pasiyentlərə evdə də antiseptik, antibakterial qarqaralar təyin edilmişdir. Müalicə kursu hər gün tətbiq edilməklə 15 seansdan ibarət olmuşdur.
Nəzarət qrupundakı pasiyentlərə isə ənənəvi preparatlardan hazırlanmış gel (metilurasil, tetraksiklin, trixopol+ heparin mazı) təyin edilmişdir. Bu pasiyentlərə də, evə təyin edilmiş eyni qarqaralar, eyni metodika, eyni müddət məsləhət görülmüşdür.
Obyektiv nəticələrin əldə olunması məqsədiylə hər iki qrupa aid olan pasiyentlərin göstəriciləri yaşa, cinsə, xəstəliyin davametmə müddətinə, onun xarakterinə və parodont toxumalarının zədələnmə dərəcəsinə görə müqayisə edilmişdir.
Aparılmış müalicənin effektivliyini təyin etmək üçün gigieynik indeks (Gİ) və papillyar –marginal alveolyar indekslərdən (PMA) istifadə edilmişdir.
Aparılmış tədqiqatların nəticələri və müzakirəsi Əldə olunmuş Gİ uyğun nəticələr aşağıdakı cədvəl 1-də verilmişdir.
Cədvəl № 1.
Əsas və nəzarət qrupundakı nəticələrin Gİ-ə görə müqayisəli qiymətləndirilməsi
İndekslə qiymətləndirmə kriteriyası |
Yüngül dərəcəli xroniki parodontit (n=12) |
Generalizə olunmuş yüngül dərə-cəli parodontit |
Xroniki parodontit (orta dərəcəli) (n=18) |
Generalizə olunmuş orta də-rəcəli parodontit |
Müalicəyə qədər |
Əsas qrup |
nəzarət qrupu |
Əsas qrup |
Nəzarət qrupu |
2,7±0,12 |
2,66±0,10 |
3,79±0,14 |
3,60±0,19 |
|
Müalicənin 7-ci günü |
0,63±0,39 |
0,89±0,02 |
0,08±0,05 |
0,97±0,01 |
Müalicədən 1 ay sonra |
0,81±0,19 |
1,06±0,09 |
0,96±0,19 |
1,21±0,11 |
Gədvəldən göründüyü kimi, yüngül dərəcəli xroniki parodontitin müalicəsi zamanı müalicənin 7-ci günündə Gİ göstəricisi əsas qrupda 4,4 dəfə, nəzarət qrupunda isə 3 dəfə azalmışdır. Müalicə başa çatdıqdan sonra anoloji göstəricilər əsas qrupda 3,4, nəzarət qrupunda isə 2,5 dəfə azalmışdır.
Orta dərəcəli xroniki generalizəolunmuş parodontitin müalicəsi zamanı 7 gündən sonra Gİ göstəriciləri əsas qrupda 4,7, nəzarət qrupunda isə 3,7 dəfə azalmışdır. 1 aydan sonra isə həmin göstəricilər əsas qrupda 3,9, nəzarət qrupunda 3 dəfə azalmışdır.
PMA indeksi isə əsas və nəzarət qrupunda aşağıdakı cədvəldə göstərildiyi kimi müəəyən edilmişdir.
Cədvəl № 2.
Əsas və nəzarət qrupunda PMA indeksinin müqayisəli analizi
İndekslə qiymətləndirmə kriteriyası |
Yüngül dərəcəli xroniki parodontit (n=12) |
Generalizə olunmuş yüngül dərəcəli parodontit |
Xroniki parodontit (orta dərəcəli) (n=18) |
Generalizə olunmuş orta dərəcəli parodontit |
Müalicəyə qədər |
Əsas qrup |
nəzarət qrupu |
Əsas qrup |
Nəzarət qrupu |
37,58±1,76 |
36,61±1,88 |
49,22±1,60 |
51,05±1,61 |
|
Müalicənin 7-ci günü |
7,18±4,6 |
10,72±0,27 |
9,78±0,42 |
12,10±0,27 |
Müalicədən 1 ay sonra |
9,88±0,46 |
13,06±1,33 |
11,83±2,19 |
14,30±1,08 |
Cədvəl 2 –dən göründüyü kimi, yüngül dərəcəli xroniki generalizəolunmuş parodontitin müalicəsi zamanı 1 həftədən sonra PMA indeksi əsas qrupda 5,2, nəzarət qrupunda isə 3,4 dəfə azalmışdır. Müalicə başa çatdıqdan 1 ay sonra isə həmin göstəricilər əsas qrupda 3,8, nəzarət qrupunda isə 2,8 dəfə azalmışdır.
Orta dərəcəli xroniki generalizəolunmuş parodontitin müalicəsi zamanı 1 həftədən sonra PMA indeksi əsas qrupda 5, nəzarət qrupunda isə 4,2 dəfə azalmışdır. 1 aydan sonra isə analoji göstəricilər əsas qrupda 4,1, nəzarət qrupunda isə 3,6 dəfə az olmuşdur.
Nəticə
Beləliklə, xroniki generalizəolunmuş yüngül və orta dərəcəli parodontitin müalicəsi məqsədiylə tətbiq olunan lidoxlor preparatının linkomitsinlə kombinasiyası ənənəvi meturasil,trixopol, heparin geli ilə müqayisədə daha effektli təsir göstərmişdir. Həmin preparatın tətbiqi sayəsində qısa müddət ərzində iltihab əlamətləri yoxa çıxmış və diş ətinin rəngi normallaşmışdır. Ona görə də, bu preparatın parodont xəstəliklərinin konservativ müalicəsində tətbiq olunması tövsiyə edilir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Барер Г.М., Лемецкая Т.И. Болезни пародонта, клиника, диагностика и лечение //Учебное пособие –М. ВУНМУ -1996 – 86 с.
2.Боровский Е.В., Иванов В.С. Терапевтическая стоматология – М. 2001 – 736 с.
3.Современные аспекты клинической пародонтологии /Под ред. П.А.Дмитриевой - М.МЕДпресс, 2001 – 128 с.)
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı