ORTA TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR VƏ ŞAGİRDLƏRİN FİZİKİ İNKİŞAFININ XÜSUSİYYƏTLƏRİ

28-03-2017

Uşaq əhalisinin sağlamlığının təmin edilməsi hər bir ölkədə dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də əhalinin sanitariya-epidemioloji salamatlığının əsas göstəricilərindən sayılır. İnkişaf etməkdə olan orqanizmin sağlamlığının mühafizəsinin başlıca amili uşaqlar üçün gigiyenik cəhətdən risk meyarlarına əsaslanan, təhlükəsiz və optimal yaşayış, böyümə, təlim və tərbiyə şəraiti yaratmaqdan ibarətdir. Hesab edilir ki, uşaqların sağlam böyüməsi cəmiyyətin sağlamlığının fundamental əsaslarının formalaşmasını təmin edir. Ona görə də  uşaq və yeniyetmələrin sağlamlığının qorunub saxlanması və harmonik inkişafının təmin edilməsi gigiyena elminin ən aktual problrmi kimi qalmaqdadır [8; 24; 34; 46].

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-nın əsas strateji istiqamətlərində ölkədə təhsilin bütün pillələrində təhsilalanlar üçün yüksək (gigiyenik) tələblərə cavab verən və eyni zamanda inkişaf etməkdə olan nəslin sağlamlığının qorunub saxlanmasını təmin edən şərait yaradılması kimi mühüm məsələlər öz əksini tapmışdır. 

Məlumdur ki, uşaq orqanizmi ətraf mühit amillərinin təsirinə yüksək həssaslığı ilə yaşlılardan kəskin fərqlənir.. Bu dövrdə uşağın yaşadığı və təhsil aldığı mühitlərin külli miqdarda amilləri uşaq orqanizmi üçün risk amili ola bilər ki, bu da ilk növbədə onun sağlamlığında, o cümlədən fiziki inkişafında öz əksini tapır [4; 58].

Uşaqların sağlamlığının öyrənilməsi sahəsində aparılan çoxsaylı tədqiqatlar sübut edir ki, uşaq orqanizminin fiziki inkişafının vəziyyəti onun sağlamlığının qiymətləndirilməsinin əsas meyarlarından biri olmaqla bərabər, eyni zamanda ətraf mühitin və sosial amillərin orqanizmə əlverişsiz təsirinin etibarlı markerlərindən hesab edilir və onların sağlamlığının qorunması sahəsində görülən tədbirlərin nə dərəcədə effektli olmasını da xarakterizə edir [20].

Uşaq və yeniyetmələrin fiziki inkişafının səviyyəsi və dinamikası uşaq həyatının bir sıra sosial-iqtisadi və gigiyenik şəraitlərindən, o cümlədən uşaq ömrünün 11 ilə qədərini əhatə edən məktəbdaxili şəraitlərdən (təlim, tərbiyə, istirahət) asılıdır. Bu şəraitləri formalaşdıran amillər əsasən 2 qrupa  bölünür:

1) sağlamlığı möhkəmləndirən amillər;

2) sağlamlığa əlverişsiz təsir edən, onun pozulmasına səbəb olan amillər.  

Elmi tədqiqatlarla müəyyən edilmişdir ki,  təhsil sistemi və onunla əlaqədar tədris şəraiti və təhsil prosesi uşaq və yeniyetmələrin sağlamlığına və fiziki inkişafına əlverişsiz təsir edən amillər ikinci qrupa daxil olan ən başlıca sosial amillərdəndir. Əlbəttətə, irsiyyət, ailənin vəziyyəti və maliyyə imkanları, valideyinlərin psixoloji durumu, uşaqların zərərli adətlərə münasibəti və s. amilləri də istisna etmək olmaz. Lakin uşaqlarda müxtəlif patologiyaların 20-40%-nin baş verməsinin əsas səbəbi məktəbdaxili mühit və şəraitlərlə əlaqələndirilir [3; 13; 21; 27; 38; 53].

Son vaxtlar orta təhsil sisteminə tətbiq edilən bir sıra yeniliklər məktəb şəraitinin və təhsil prosesinin texnologiyasında mürəkkəbləşməyə doğru ciddi dəyişikliklərə səbəb olmuşdir. Hazırda orta məktəbdə müvəffəqiyyətli oxumaq vaxt defisiti şəraitində zehni fəaliyyətin intensivləşdirilməsi yolu ilə əldə edilir [7;16;26]. 

Tədris  prosesində müxtəlif pedaqoji texnologiyaların və müasir normativ-metodik sənədlərdə göstərilməmiş üsullardan istifadə edilməsi  indiki dövrdə orta təhsilin xarakterik xüsusiyyətlərinə çevrilmişdir [9;39;45]. Orta təhsil müəssisələrində yeni fənnlərin tədrisi, kompyüter texnologiyasının geniş tətbiqi və s. şagirdlərin mərkəzi sinir sisteminin yükünün artmasına, əmək qabiliyyətinin azalmasına səbəb olur [6; 26]. 

Məlumdur ki, müasir tam orta təhsil proqramlarında bəzi fənnlərin daha dərindən tədris edilməsi şagirdlərdən hərtərəfli fərdi intellektual düşüncə və qabiliyyət tələb edir. Belə tədris proqramlarının mənimsənilməsi yaşdan, cinsdən və digər göstəricilərdən asılı olaraq bütün uşaqlarda eyni səviyyədə baş vermir. Digər tərəfindən isə, yeni orta təhsil proqramları şagirdlərin psixofizioloji xüsusiyyətləri nəzərə alınmadan ilk növbədə əqli yük hesabına ümumi tədris yükünün artmasına səbəb olur. Nəticədə uşaqların psixo-emosional gərginliyi artır, adaptasiya qabiliyyəti zəifləyir ki, bu da onların sağlamlıq gostəricilərinin pozulmalarına, fiziki inkişaf səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bütün bunlar tədris prosesinin məktəblilərin sağlamlığı üçün risk amilinə çevrilməsi ehtimalını artırır [15; 23; 35; 37; 42; 49].

          Yeniyetmə yaşlı məktəblilərin sağlamlığına tədris prosesinin təsirinin aktuallığı bir də onunla əlaqədardır ki, yeniyetməlik dövru ontogenezdə yenidoğulmuş dövründən sonra uşaq orqanizminin inkişaf tempinə görə ikinci yeri tutur. Hesab edilir ki, yalnız bu dövrdə orqanizmin müəyyən konstitusiya tipinin formalaşması ilə inkişafının fərdi genetik proqramının reallaşması başa çatır [5; 18; 56].

Qəbul edilir ki, müasir orta təhsil proqramı şagirdlərin ümumi intellektual səviyyəsinin yüksəlməsinə, savadlı gənc nəslin yetişdirilməsinə xidmət etməklə bərabər, eyni zamanda bu proqram “sağlamlığın qorunub saxlanması yönümlü” olmalı, ona xidmət etməlidir. Lakin tədqiqatlar göstərir ki, hazırki tədris proqramlarına müvafiq olaraq intensiv dərs yükü gün, həftə və il ərzində şagirdlərdə zehni yorğunluğun daha erkən baş verməsinə səbəb olur ki, bu da onların zehni iş qabiliyyətinin azalması ilə nəticələnir. Şagirdlərin işgörmə qabiliyyətinin aşağı düşməsilə dərs yükünün həcmi arasında düz korrelyasiya asılılığı müəyyən edilmişdir. Uşaq və yeniyetmələr arasında rast gələn patologiyaların hər 2-3-ündən birinin tədris şəraiti amillərilə əlaqədar olmasını tədqiqatlar aşkar etmişdir  [13; 33].

Mövcud ədəbiyyat məlumatlarının təhlili göstərir ki, təhsil prosesində statik və dinamik yükün səviyyəsinin şagirdin orqanizminə və sağlamlığına təsirinin müəyyən edilməsində fiziki inkişafın qiymətləndirilməsinin mühüm əhəmiyyəti vardır. Belə ki, uşaq və yeniyetmələrin fiziki inkişafı, populyasiyanın sağlamlığını və eyni zamanda əhalinin sanitariya-epidemioloji salamatlı-ğını əks etdirən ən etibarlı gostəricidir. Fiziki inkişafın səviyyəsi və dinamikası uşaq orqanizminin daim təmasda olduğu sosial-gigiyenik və təhsil amillərilə sıx əlaqədardır. Ona görə də uşaq və yeniyetmələrin məktəbdə oxuduğu dövrdə sağlamlıq vəziyyətinin və fiziki inkişaf göstəricilərinin dinamikasının öyrənilməsi onların təhsil mühitinə adaptasiyası haqqında  mühüm və inteqral məlumatların əldə edilməsinə imkan verir [13; 38].

Fiziki inkişaf uşağın sağlamlıq vəziyyətini səciyyələndirən ən əsas göstərici-lərindən biridir. Hesab edilir ki, ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olmaqla bərabər, orqanizmin bütün morfoloji və funksional əlamətlərini və  irsi xüsusiyyətlərini özundə əks etdirən fiziki inkişaf və onun göstəriciləri hər bir uşaqda və bütün populyasiyada gedən dəyişiklikləri xarakterizə edir. Keçən əsrin 90-cı illərinə qədər uşaq və yeniyetmələrin  boyatma və inkişafında sürətlənmə və ya akselerasiya prosesləri üstünlük təşkil edirdi. 90-cı illərdən başlayaraq, əsas morfoloji göstəricilərin stabilləşməsi, funksional göstəricilərin aşağı düşməsi, boyatma və inkişafın kəskin zəifləməsi və ya gənc nəslin deselerasiyası qeyd edilir. Rusiya TEA-nın Uşaqların Sağlamlığı üzrə Elmi Mərkəzinin tədqiqatlarının nəticələrinə görə  məktəblilər arasında bədən çəkisinin defisiti olanların sayı 1,5 dəfə artmışdır. Bu artım tədris prosesi intensivləşdirilmiş (tədris materiallarınan həcminin saxlanması və ya artırılması şərtilə dərs saatlarının miqdarının azaldılması) orta təhsil müəssisələrində daha yüksəkdir. Eyni zamanda  dinamometriya göstəricilərinə görə uşaqların funksional imkanlarının və adaptasiya potensialının aşağı düşməsi, bioloji inkişafının yavaşıması, qızlarda menarxenin yarım il gecikməsi müəyyən edilmişdir [29; 48].

Qeyd etmək lazımdır ki, keçən əsrin 90-cı illərindən başlayaraq, ənənəvi tam orta təhsil məktəbləri saxlanmaqla, tamamilə yeni tipli, tədris prosesi intensivləşdirilmiş tam orta ümumtəhsil müəssisələri – gimnaziyalar, litseylər, kolleclər, çoxpilləli təhsil və təlim-tərbiyə kompleksləri, müəllif (özəl) məktəbləri - yaranmağa başlamışdır. Bu tədris müəssisələrində illik dərs yükü 307 saatdan 336-348 saata qədər artırılmışdır. Burada tədrisin intensivləşdirilməsi dərs saatlarının miqdarının artırılması ilə yanaşı, proqram materiallarının genişləndirilməsi, yeni tədris fənnlərinin proqrama daxil edilməsi və tədrisin texniki vasitələri-nin (vidiotexnika, fərdi kompyüterlər və s.) geniş tətbiqi yolu ilə davam etdirilir. Bu məktəblərdə həftəlik dərs yükünün faktik həcmi (məktəbdə məşğul olmağa və ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan vaxt) ibtidai sinif şagirdlərinin “iş gününün” 10-12 saata qədər, yuxarı sinif şagirdlərinin isə - 15-16 saata qədər uzanmasına səbəb olur. Belə vaxt çatışmazlığını  məktəbli bir qayda olaraq gecə yuxusuna və hərəki aktivliyə ayrılmış vaxt hesabına ödəyir (məktəblilərin 75%-i hipodinamiya vəziyyətindədir). Beləliklə, intensivləş-dirilmiş tədris prosesi həftənin sonunda məktəblilərin 40-55%- ində həddən artıq yorulmaya (adi orta məktəblərdə bu göstərici 20-30% təşkil edir), 60-63%-nidə arterial təzyiqin dəyişməsinə, 78-85%-ində nevrozabənzər reaksiyanın  yaranmasına səbəb olur [10; 11; 15; 25; 28; 45].

Muəyyən edilmişdir ki, tədris prosesi intensivləşdirilmiş tam orta təhsil müəssisələrinin hər birində şagirdlərin sosial-psixoloji dezadaptasiyası fərqli xarakter daşıyır. Belə ki, litseylərdə dezadaptasiya qeyri-effektiv tədris fəaliyyəti şəklində, gimnaziyalarda-qeyri-effektiv tədris fəaliy-yəti və emosional uyğunsuzluq kimi, özəl məktəblərdə isə uşaqların sosial təmas problemləri şəklin-də meydana çıxır. Bu məktəblərdə şagirdlərin yarıdan çoxunda xronik xəstəliklər qeydə alınır [29].

Məktəbdaxili mühitin tədqiqilə məşğul olan А.М.Абанин [1], Л. П. Макарова və həm-müəlliflər [28] müəyyən etmişlər ki, müasir məktəblərdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olan amillər kompleksində eyni zamanda sanitariya-gigiyena normalarına əməl edilməməsi, siniflərdə şagird sayının normadan 1,5 dəfə çox olması hesabına həddən artıq şagird sıxlığının yaranması, uşaqların yaşından asılı olaraq faktik tədris yükünün yol verilən normalardan 10-80% artıq olması, dərs cədvəli tərtib edilərkən uşaqların gündəlik və həftəlik iş qabiliyyətinin dinamikasının nəzərə alınmaması, siniflərin kompyüterləşdirilməsi zamanı təhlükəsizlik qaydalarının nəzərə alınmaması diqqət  yetirilməli amillərdəndir.

Müasir orta təhsil müəssisələrində bir sıra yeni pedaqoji texnologiyaların aktiv tətbiq edilməsi tədris prosesinin daha da intensivləşməsinə, tədris proqramlarının və gündəlik dərs yükünün keyfiyyətcə ciddi dəyişikliyə uğraması ilə yanaşı, onların uşaqların yaş imkanlarına uyğun olmamasına, tədrisin təşkili və gün rejiminin əsas fizioloji prinsiplərinə əməl edilməməsinə və fiziki tərbiyə məsələlərinin səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Nəticədə tədrisin texnoloji innovasiyaları çox vaxt gigiyenik cəhətdən özünü tam doğrultmayaraq, şagirdlərin sağlamlığına əlverişsiz  təsir göstərir. Yeni tədris texnologiyalarının gigiyenik cəhətdən araşdırılması müasir tədris prosesinin şagirdlərin sağlamlığı üçün risk amili olmasını və bir sıra xəstəliklərin və fiziki inkişaf pozuntularının uşaqlar arasında yayılma tezliyinin artmasını müəyyən etmişdir [26; 34; 41; 45; 55].

В.И.Агарков və həmmüəlliflərin [2] tədqiqatlarında müayinə edilən məktəblilərin fiziki inkişaf göstəricilərinin ümumrusiya məlumatları ilə müqayisə edilməsi uşaqlar arasında retardasiya proseslərinin artamasını müəyyən etmişdir. 10-15 yaşlı yeniyetmələrin boylarının uca olması ilə yanaşı, bədən çəkilərinin normadan  geri qalması, ensiz döş qəfəsinin daha çox rast gəlməsi qeydə alınmışdır. Alınan nəticələrə əsasən müəlliflər disharmonik fiziki inkişaf göstəricilərinin  müayinə edilən oğlanların 30,3%-ində , qızların isə 37,3%-ində aşkar etmişlər.

Qızlar arasında rəyi soruşulanların 57%-i fakultativ fənnlər və əlavə dərslər hesabına gündəlik dərs yükünün  çox olması hesabına gün rejiminin pozulmasını, istirahət üçün vaxtın qalmamasını, özlərini pis hiss etmələrini qeyd etmişlər [19].

Məktəblilərin fiziki inkişafında uzun illər ərzində müşahidə edilən deselerasiyanın böyük bir qisminin tədris prosesilə bilavasitə əlaqədar olmasına kifayət qədər tədqiqatlar  həsr edilmiçdir. Həmin tədqiqatlar müəyyən etmişdir ki, tədrisin düzgün təşkil edilməməsinin nəticəsi kimi şagirdin gün ərzində uzun müddət oturaq vəziyyətdə olması bel əzələlərinin statik gərginləşməsilə müşayiət olunur ki,  bu da qan dövranı sistemində durğunluq proseslərinin inkişafına səbəb olur [26].

Qeyd edilir ki, məktəblilərin sağlamlıq göstəricilərinin durmadan aşağı düşməsinin əsas səbəblərinə eyni zamanda tədris proqramlarında fiziki tərbiyə və fiziki aktivlik təlim edən dərs saatlarının az olması da aid edilir. Sağlam insanlar üçün uşaq və yeniyetməlik dövründən başlayaraq sistematik olaraq fiziki hərəkətlər və fiziki yük vacibdir. Fiziki aktivliyin aşağı olması və ya hipodinamiya dayaq-hərəkət aparatının funksional imkanlarının azalmasına, iş qabiliyyətinin aşağı düşməsinə və orqanizmin müdafiə funksiyalarının zəifləməsinə səbəb olur. Kifayət qədər fiziki aktivliyi olmayan şəxslərdə tədricən piylənmə inkişaf edir [44; 57]. Nəticədə müxtəlif xarakterli fiziki inkişaf pozuntularının baş verməsi üçün şərait yaranır. Rusiya Federasiyasının bəzi ərazilərində yeniyetmə yaşlı məktəblilərin hər 4-5-indən biri fiziki inkişafda nəzərə çarpacaq dərəcədə meyilliklərlə - bədən çəkisinin defisiti, bəzən isə izafi çəkinin mövcudluğu,  habelə boy inkişafının geri qalması ilə müşayiət olunur [36; 40; 59]. Ölkənin 6 federal dairəsində mindən çox uşaqların fiziki inkişaf xüsusiyyətlərinin müayinəsinə aid  tədqiqatlar  müayinə edilənlərin 11,8%-ində izafi çəki, 2,3%-ində isə piylənmə aşkar etmişdir. Mübadilə və fiziki inkişaf pozuntuları bir sıra tədqiqatçılar tərəfindən qeyri yoluxucu xəstəliklər qrupuna aid edilmişdir [32; 50; 51].

Son 20 il ərzində uşaq və yeniyetmələr gigiyenası, psixologiyası və pedaqogikası sahəsində aparılmış tədqiqatlarda məktəblə əlaqədar amillərin məktəblilərin psixi və somatik sağlamlığında mənfi rol oynaması müxtəlif aspektlərdən öyrənilib təhlil edilmiş və bu proses indi də davam  etməkdədir. Bilavasitə məktəb mühiti və təlim-tərbiyə proseslərilə əlaqədar olan bu amillər uşaq və yeniyetmələrin orqanizminə kompleks şəkildə, uzun müddət (təhsilin bütün illərində) və fasiləsiz təsir edərək, onların sağlamlığının, fiziki inkişafının və sosial-psixoloji adaptasiyasının pozulmasına gətirib çıxarır. Rusiya Federasiyası Təhsil Akademiyasının Yaş Fiziologiyası İnstitutunun tədqiqat-ları göstərir ki, uşağın sağlamlıq vəziyyətində baş verən  bütün pozuntular və patologiyalar əsasən 7-10 və 12-17 yaşlarında  qeyd edilir. Tədris illəri müddətində məktəblilər arasında görmə funksiya-sı ilə əlaqədar xəstəliklər 4-5 dəfə, mədə-bağırsaq xəstəlikləri – 3 dəfə, sinir-psixi pozuntular 2 dəfə artmış olur [12].

Məktəblilərin orqanizminə neqativ təsir edən ən mhüm amillərdən biri cəmiyyətdə yüksələn xətlə artan informasiya selidir.  Hesab edilir ki, güclü infopmasiya axını məktəblərə və tədris prosesinə təsir etməyə bilməz. Nəticədə tədrisin intensivləşməsi prosesi gedir. Bütün təhsil müddətində məktəbli vaxt çatışmazlığı şəraitində yaşayır. Tədris fəaliyyətinin səmərəli təşkil olunmaması (dərs gününün uzunluğu – 6-8 dərs), dərsarası fasilələrin 5-10 dəq-yə qədər qısaldıl-ması, yoxlama və sərbəst işlərin bir gündə cəmlənməsi, iri həcmli ev tapşırıqları, təlim-tərbiyə işinin təşkilində sanitariya-gigiyena normalara əməl edilməməsi uşaqların işgörmə qabiliyyətinin dinamikasının qanunauyğunluqlarını pozur. Burada eyni zamanda yuxarı sinif şagirdlərinin həftədə əlavə olaraq 6-8 saata qədər repetitorlarla məşğul olması da müəyyən rol oynayır  [31]. 

Tədris mühitinin rejim göstəricilərinin  uşaqlara təsirini tədqiq edən С.А. Бусырев[14] müəyyən etmişdir ki, tədris texnologiyasının müxtəlif aspektlərilə bərabər, aşağı sinif şagirdlərinin yalnız günün II növbəsində dərs keçmələri amili onlarda I növbənin eyni yaşlı uşaqları ilə müqayisədə 5 dəfə tez psixi dezadaptasiya vəziyyətinin aktiv formalaşması ilə yanaşı gedir. Müəllif qeyd edir ki, aşağı,  orta və yuxarı  siniflərdə tədris rejiminin 15-20% pisləşməsi uşaqlarda mərkəzi sinir sisteminin funksional davamlılığının 10-18% zəifləməsi, ürək-damar sistemi tərəfindən hemodinamikanın mərkəzi tənzimlənmə mexanizmlərinin 22%-ə qədər  gərginləşməsi, dezadap-tasiya vəziyyətinin 1,6 dəfə və psixi statusun 21% üstün olması ilə müşayiət olunur.

Müasir orta təhsil sistemində aparılan islahatların əsas cəhətlərindən biri də bəzi orta təhsil müəssisələrinin profilləşdirilməsidir ki, burada məktəblilər yüksək əqli işlə yüklənmiş olurlar [8; 17; 22]. Belə tədris müəssisəsində uşaqların fiziki inkişafının adi tədris proqramı ilə təhsil alan şagirdlərin fiziki inkişaf göstəricilərilə müqayisədə öyrənilməsi tədris texnologiyasında yüksək əqli işin sağlamlığa təsirinin qiymətləndirilməsində mühüm gigiyenik əhəmiyyət daşıdığını aşkar etmişdir. Bu istiqamətdə Е.П.Тимофеев və həmmüəlliflərin [47] yerinə yetirdiyi tədqiqatlar  müəyyən etmişdir ki, yüksək əqli yükü olan və hər iki cinsdən olan şagirdlər arasında astenik konstitusiya tipli uşaqlar çoxluq təşkil edir (77%). Həm də bu uşaqlarda dolixomorfiyanan (qısa, nazik bədən və uzun qollar) daha çox yayılması qeyd edilir. Hər iki cinsdən olan  bu uşaqların 78%-ində bədən çəkisinin az olması (adi tədris proqramı ilə təhsil alan şagirdlərdə cəmi 21%)  müəyyən edilmişdir. Yüksək dərs yükü olan yeniyetmələrin 73,7%-ində qamətin əyrilikləri (normal dərs yükü olanların 50%-ində) 19%-ində isə boyun uzunluğunun orta göstəricilərdən çox olması (normal dərs yükü olanlarda 7%) aşkar olunmuşdur.

Məktəblilərin fiziki inkişafının onların bioloji göstəricilərindən olan yaş və cins xüsusiy-yətlərilə əlaqəli şəkildə tədqiq edən həmmüəlliflər müəyyən etmişlər ki, müasir məktəblilərin fiziki sağlamlığının yaşdan əks asılılı mövcuddur – yaş ardıqca  fiziki  inkişaf  göstəricilərinin zəifləməsi, cinsi yetişkənliyin gecikməsi, qızlarda  həm də menstrual-ovarial siklin pozulması halları qeyd edilir  [30; 43; 52; 54].

Göstərilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, müasir dövrdə məktəblilərin fiziki inkişafını xarakterizə edən göstəricilərin dinamikası müxtəlif müəlliflərin tədqiqatlarında fərqli şərh olunduğu kimi, həmin göstəricilərin formalaşmasında rol oynayan amillər də müxtəlifdir. Bu baxımdan müasir dövrdə orta təhsil verən tədris müəssisələrdə yeniyetmə yaşlı məltəblilərin somatik sağlamlığını xarakterizə edən fiziki inkişafının formalaşmasında prioritet risk amillərinin müəyyən edilməsi, müvafiq  profilaktika tədbirlərinin və təkliflərin işlənib hazırlanması və onların məqsədyönlü şəkildə həyata keçirilməsinin təmin edilməsi gigiyena elminin əsas vəzifələrindən biri hesab edilməlidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Абанин А. М. Научное обоснование укрепления здоровья школьников на основе формирования здорового образа жизни: Автореф. дисс. … канд. мед. наук. Нижегородская государственная медицинская академия. Нижний  Новгород,  2004,  24 с.
2.Агарков В. И., Бугашева Н. В., Коктышев И. В. и др. Закономерности и особенности морфофункциональных показателей здоровья подростков, постоянно проживающих в социально-экологических условиях Донбасса // Вестник гигиены и эпидемиол., 2007, т. 11,  № 1, с. 3-7
3.Амгалан Г., Погорелова И. Г. Школьная среда и факторы риска, влияющие на физическое развитие и здоровье обучающихся  // Международный научно-исследовательский журнал, 2015,  № 1-4 (32),  c. 8-12
4.Анисимова А. В., Перевощикова Н. К. Современные проблемы формирования здоровья детей и подростков // Мать и дитя в Кузбассе, 2013, № 2, с. 8-13
5.Апанасенко  Г. Л. Индивидуальное здоровье: теория и практика  // Валеология,  2006,  № 1, c. 5 - 9
6.Ахмадуллин У.З., Чуктурова Н.И. К проблеме валеологической компетентности учителя // Вестник ВЭГУ. Научный журнал по социально-экономическим, общественным и гуманитарным наукам. Восточная экономико-юридическая гуманитарная академия.  2013, № 3 (65), с.75-79
7.Багнетова Е.А., Корчин В.И., Сорокун И.В. Школьная среда и факторы риска, влияющие на здоровье учащихся // Фундаментальные исследования,  М.: РАЕ,  2011,  № 10,  ч. 2, с.261-264
8.Баранов А. А., Кучма В. Р., Сухарева Л. М. Медико-социальные проблемы воспитания подростков . М.: Изд-во «ПедиатрЪ», 2014,   388 с.
8.Баранов A.A., Кучма В.Р., Сухарева Л.М. и др. Медико-профилактические основы безопасности использования информационно-коммуникационных технологий в образовательных учреждениях // Вестник РАМН, 2011, № 6, с. 18-21
9.Баранов  А. А., Кучма В. Р., Сухарева Л. М. Оценка состояния здоровья детей. Новые подходы к профилактической и оздоровительной работе в образовательных учреждениях : руководство для врачей. М.: ГЭОТАР-Медиа,  2008, 437 с.
10.Безруких М.М. Здоровьесберегающая школа. М.: МПСИ, 2004,  240 с.
11.Безруких М.М. Здоровье школьников, проблемы, пути решения //Сибирский педагогический журнал, 2012, № 9,с.11-16
12.Беляков В. А, Васильев А. В. Влияние загрязненного атмосферного воздуха на физическое развитие детей //  Гигиена и санитария,  2003,  № 4, c.33-34
13.Бусырев, С. А. Гигиеническая оценка влияния средовых факторов на функциональное состояние здоровья детских и подростковых контингентов:  Автореф. дисс. … канд. мед. наук.Екатеринбург: 2004, 24 c.
14.Валеева Э. Р. Гигиеническое обоснование приоритетных задач по охране здоровья школьников: Автореферат дисс. ... докт. мед. наук. Казанский государственный медицинский университет,  Казань: 2007, 46 с.
15.Говорухина А. А., Щербакова А. Э. Проблема сохранения здоровья участников образовательного процесса в условиях внедрения педагогических инноваций // Система ценностей современного общества, 2010, № 16, с.255-260
16.Грицинская В. Л.,  Галактионова М. Ю.Современные тенденции роста, развития и здоровья школьников.  Красноярск: Версо, 2008, 94 с.
17.Громбах С.М. Школа и психическое здоровье учащихся. М.: Медици-  на, 1998, 272 c.
18.Дубкова Н. В. Гигиеническая оценка состояния здоровья девочек пубертатного возраста в зависимости от степени учебной нагрузки и двигательной активности: Автореферат дисс. канд. мед. наук. Санкт-Петербург: 2007, 24 с.
19.Кардашенко В.Н., Стромская Е.П., Варламова Л.П. и др. Физическое развитие — один из важнейших показателей здоровья детей и подростков  // Гигиена и санитария, 1980, № 10, c. 33-35
20.Кислицына, О.А. Детерминанты здоровья подростков  // Социальные аспекты здоровья населения: электрон. науч. журн., 2011,  № 3.  Режим доступа: http://vestnik.mednet.ru/content/view/311/30/lang,ru/
21.Клещина Ю. В. Состояние здоровья современных школьников и перспективы его укрепления // Российский педиатрии-ческий журнал, 2009, № 3, с.48–51 .
22.Короткова М.О., Чирков В.И., Насыбулина Г.М. Проблемы и перспективы укрепления здоровья школьников на муниципальном уровне // Гигиена и санитария, 2007, №3, с. 53-56.
23.Кучма, В. Р. Формирование здорового образа жизни детей и единого профилактического пространства в образовательных организациях: проблемы и пути решения // Гигиена и санитария, 2015, № 6, c.20-25.
24.Кучма В. Р.,  Скоблина Н. А., Платонова А. Г. Физическое развитие детей Украины и России в начале XXI столетия. Киев: Генеза, 2013, 128 с.
25.Кучма В.Р., Степанова М.А., Уланова С.А., Поленова М.А. Сохранение здоровья школьников путем оптимизации их обучения // Российский педиатрический журнал,  2011, №3, с. 42-46.
26.Левенц  А.А. Перова Е.Г.  О взаимосвязи сколиотической болезни и зубочелюстных аномалий и деформаций  // Стоматология, 2006, №4, с. 33-37.
27.Макарова Л. П., Буйнов Л. Г., Пазыркина М. В. Сохранение здоровья школьников как педагогическая проблема // Современные проблемы науки и образования,  2012,  № 4, c. 242.
28.Mакарова Л. П., Соловьёв А. В., Сыромятникова Л. И. Актуальные проблемы формирования здоровья школьников // Молодой ученый,  2013,  № 12, c. 494-496
29.Максимов  С.А., Амбурцева Н.С.,Зинчук С.Ф., Куракин М.С. Возрастно-половые  особенности  состояния  здоровья школьников  Кемерово  // Гигиена и санитария,  2008,  №4, c. 66-69
30.Малярчук Н. Н. Проблемы сохранения здоровья детей и подростков в образовательных учреждениях // Вестник Тюменского государственного университета. Социально-экономические и правовые исследования, 2013, № 9, c. 71-81
31.Мироненко Н.Г. Применение здоровьесберегающих технологий у учащихся первой ступени обучения  //Материалы II Конгресса Российского общества школьной и университетской медицины и здоровья с международным участием, М.: 2010, c. 401-403
32.Носирова М.П. Физическое развитие и состояние здоровья учащихся специализированных школ:  Автореф. дис. …  канд. мед. наук. Таджикский госуд. мед. университет, Душанбе, 2009,  26 с.
33.Онищенко Г.Г Санитарно- эпидемиологическое благополучие детей и подростков: состояние и пути решения проблемы // Гигиена и санитария, 2007, № 4, с. 53-59.
34.Онищенко, Г. Г. Санитарно-эпидемиологическое благополучие детского населения Российской Федерации  // Педиатрическая фармакология,  2013,  т. 10, № 2, с. 10–18.
35.Полунина Н.В., Полунина В.В., Кудряшова Л.В., Авсаджанишвили В.Н.  Итоги реализации национального проекта «Здоровье» в детских амбулаторно-поликлинических учреждениях //  Педиатрия,  2012,  № 3, c. 21-25.
36.Поляков В.К., Болотов Н.В. Физическое развитие детей школьного возраста Саратова // Вопросы современной педиатрии, 2006, Т. 5, №1, 476-477.
37.Поварго Е. А, Зигитбаев. Р. Н, Шубина. Х. З, Ямалетдинов. А. Ш. Основные тенденции в физическом развитии детей младшего школьного возраста //  Гигиена и санитария, 2007,  № 4, c. 71-73.
38.Потапов А.И., Ракитский В.Н., Новичкова Н.И., Романова Е.А. Проблемы охраны здоровья детского населения России // Здравоохранение РФ,  2008,  № 3, c. 3 –5
39.Саидова Л.И., Землянова Е.В. Территориальные различия состояния здоровья детского населения Чеченской республики  // Соц. аспекты здоровья населения: электрон. науч. журнал, 2012,  № 3.  Режим доступа: http://vestnik. mednet.ru/content/vi-ew/411/30/lang,ru/
40.Сердюков А. Ю. Oценка состояния здоровья учащихся старших классов в условиях профильного обучения:  Дисс. …канд.  мед. наук,  Саратов, 2011,109 с.
41.Скоблина H.A. Научно-методическое обоснование оценки физического развития детей в системе медицинской профилактики. Автореф. дис … д-ра. мед. наук. М.: 2008, 49 с.
42.Скосырева Г.А., Рябиченко Т.И., Тимофеева Е.П. и др. Состояние здоровья девочек-подростков с повышенным уровнем дегидроэпи-андростерона суль-фата // Российский вестник перинатологии и педиатрии, 2014,№ 5, с.77-81.
43.Соболев А.Г., Синогина Е.С. Состояние здоровья у различных профессиональных групп и анализ здоровья школьников по результатам самооценки // XXIII Международная научно-практическая конференция по проблемам физического воспитания учащихся «Человек, здоровье, физическая культура и спорт в изменяющемся мире». (Материалы конференции). Коломна: МГОСГИ, 2013, c. 66-70.
44.Степанова М.И., Сазанюк З.И.,  Поленова  М.А. и  др.  Гигиеническая оценка инновационной организации учебного процесса в школе // Здоровье населения и  среда обитания, 2009,  № 4, c.34-37.
45.Сухарева Л.М., Кучма В.Р. Бережков Л.Ф., Павлович К.Э Динамика состояния здоровья Московских школьников за 40 лет // Детское здравоохранение России: стратегия развития. Материалы IX съезда педиатров России. М.: 2001, с. 556.
46.Тимофеева Е.П., Рябиченко Т.И., Скосырева Г.А. Состояние соматичес- кого здоровья подростков г. Новосибирска  // Медицина и образование в Сибири, 2014, № 2, с. 1-7.
47.Узунова А.Н., Петрунина С.Ю., Шарапов А.Р. Особенности физического развития подростков г. Челябинска - промышленного центра Южного Урала  // Педиатрия. Журнал имени Г.Н. Сперанского, 2013, т. 92,  № 2,  с. 165-169.
48.Asliiabi G.S., O'Neal K.K. Children's health status: examining the associations among income poverty, material hardship, and parental factors // Plosone,  2007, v. 2,  № 9, p.940.
49.Banda  D., Kristensen F.B., Jonsson E.  A  history of health technology assessment at the European level  // Int. J. Technol. Assess. Health Care,  2009, v. 25, suppl. 1, p. 68-73.
50.Basaldua  N., Chiquete E. Common predictors of excessive adiposity in children from a region with high prevalence of overweight  //Ann. Nutr. Metab.,  2008, v. 52, № 3, p. 227-232.
51.Davison K.K., Birch L.L. Child and patern characteristics as predictors of change in girls body mass index  // International Journal Obesity,  2001, v. 25, № 12, p. 1834-1842.
52.Gnavi R., Spagnoli T.D., Galotto C.et al. Socioeconomic status, overweight and obesity in prepuberal children: a study in an area of Northern Italy  // European Journal Epidemiology,  2000, v. 16, № 9, p. 787-803.
53.Golbasi Z.,  Taskin L.  Evaluation of school based  reproductive  health education program for adolescent girls  // Int. J. Adolesc. Med. Health., 2009, v. 21 (3), p. 395-404
54.Janssen I. Physical activity guidelines for children and youth  // Can. J.  Public.  Health,  2007, v. 98, Suppl. 2, p. S109–S121
55.MalbránS. Phases in Children's Rhythmic Development  // Annals of the New York Academy of Sciences. The biological foundations of music,  2001,  v. 930, № 6, p. 401–404.
56.Pu  C., Chou Y.J. Health ratings for underweight, overweight and obese adolescents: disparities between adolescent's own report and the parent's report // Asia Pac. J. Clin. Nutr.,  2010, v.19, № 2, p. 180-187.
57.Rampersaud G.C. Benefits of breakfast for children and adolescents: update and recommendations for practitioners // Am. J. Lifestyle Med., 2009, v. 3, № 2, p. 86-103.
58.Yoshikawa H., Hsueh J. Child development and public policy: toward a dynamic systems perspective // Child development,  2001, v. 72, № 6, p. 1887-1903


Müəlliflər:
M.A. Kazımov
A.M. Məmmədov
Ə.S. Qurbanov

Digər jurnal və qəzetlər