QADIN CİNSİYYƏT ORQANLARININ SALLANMASI FONUNDA EKSTRGENİTAL VƏ GENİTAL XƏSTƏLİKLƏRİN YAYILMASI
29-12-2016
Giriş. Qadın cinsiyyət orqanlarının sallanması (QCOS) ginekoloji təcrübədə ən cox rast gəlinən, xəstələrin həyat keyfiyyətini aşağı salan patologiyalardandır, onun risk amilləri, operativ müalicəsinin təkmilləşdirilməsi barədə elmi araşdırmalar çoxdur [1 – 9]. QCOS – da ekstragenital və ginekoloji xəstəliklərin rolu böyükdür, bu patologiyaların bir qismi prolapsın səbəbi, bir qismi isə onun fəsadı kimi özünü biruzə verir. Ona görə də QCOS fonunda rast gəlinən ekstragenital və genital xəstəliklərin yayılmasını və nozoloji səbəblərini öyrənmək müalicə - profilaktika işinin təşkili üçün əhəmiyyətlidir.
Tədqiqatın məqsədi. Qadın cinsiyyət orqanlarının sallanması fonunda ekstragenital və genital patologiyaların yayılmasını və nisbi riskini öyrənmək.
Tədqiqatın materialları və metodları. Müşahidə vahidi kimi 45-74 yaş intervalında olan qadın götürülmüşdür. Müşahidənin həcmi (710 nəfər) QCOS-un yayılma səviyyəsini (ədəbiyyat mənbələrinə görə >20%) nəzərə almaqla həddi xətanın 3%-dən az alması şərtini təmin edir. Müşahidə toplumu populyasiyada sistematik seçim yolu ilə hər 25 nəfərdən birini daxil etməklə formalaşdırmışdır. Müşahidəyə razılıq verənlərin hamısının ambulator kartlarından son 5 illik müddətində qeydə alınmış bütün xroniki xəstəlikləri barədə məlumat toplanmış, mama-ginekoloji müayinədən keçirilmiş, ultrasəs müayinəsi aparılmışdır. QCOS-nın diaqnostikası və dərəcələrinin müəyyən edilməsi üçün POP – Q (JCS, 1996) sistemindən istifadə olunmuşdur. Sallanmış selikli qişanın himenə görə yerləşməsi əsasında sallanmanın dərəcəsi müəyyən edilmişdir:
−Himendən 1 sm çox yuxarı yerləşəndə I dərəcəli sallanma;
−Himendən 1± sm proksimal və ya distal yerləşəndə II dərəcəli sallanma;
−Himendən 1 sm – dən çox və 2 sm – dən az distal yerləşəndə III dərəcəli sallanma;
−Himendən 2 sm – dən çox distal yerləşəndə IV dərəcəli sallanma [7].
Müayinə olunanlar iki qrupa bölünmüşdür:
−QCOS olanlar (I, əsas qrup) – 425 nəfər
−QCOS olmayanlar (II, nəzarət qrupu) – 285 nəfər.
Hər qrupda qeydə alınmış xroniki ekstragenital və genital xəstəliklərin nozoloji formalar və siniflər üzrə qruplaşdırılmış səviyyəsi 100 nəfərə görə hesablanmış, göstəricinin orta xətası, 95% etibarlılıq intervalı hesablanmışdır. Statistik işlənmə keyfiyyət əlamətlərinin statistik təhlili metodları ilə Excell proqramında “məlumatların təhlili” zərfi ilə həyata keçirilmişdir.
Qruplararası fərq t və χ2 meyarları ilə qiymətləndirilmişdir. Dürüstlüyün kritik həddi kimi 5% (P≤0,05) götürülmüşdür [10].
Alınmış nəticələr. QCOS olan və olmayan qruplarda ekstragenital xəstəliklərin yayılması barədə aldığımız məlumatlar 1-ci cədvəldə verilmişdir. Bu qruplarda xroniki bronxitlərin (10,4±1,5 və 2,5±0,9%; P<0,05), arterial hipertenziyanın (49,9±2,4 və 26,7±2,6%; P<0,001), ürəyin işemiya xəstəliyinin (10,1±1,5 və 4,9±1,3%; P<0,05), ürək qüsurlarının (4,2±1,0 və 1,1±0,6%; P<0,05), mədə - bağırsaq xəstəliklərinin 74,8±2,1% və 47,4±3,0%; P<0,001), yırtıqların (2,4±0,7 və 0,7±0,5%; P<0,05), sidik – cinsiyyət sistemi xəstəliklərinin (28,0±2,2 və 10,5±1,8%; P<0,01), osteoxondroz və skaliozların (19,8±1,9 və 9,5±1,7%; P<0,01), yastıpəncəliliyin (16,9±1,8 və 4,9±1,3%; P<0,01), aşağı ətraf venalarının varikoz xəstəliyinin (50,4±2,4 və 29,5±2,7%; P<0,001), piylənmənin (37,7±2,4 və 28,1±2,7%; P<0,01) və miopiyanın (16,9±1,8 və 6,3±1,4%; P<0,01) yayılma səviyyəsi bir-birindən statistik dürüst fərqlənir. Onların müqayisəsində appendektomiya (10,6±1,5 və 8,4±1,6%; P0,05), döş – vəzi xəstəlikləri (4,9±1,1 və 2,8±1,0%; P>0,05), qalxanvari vəzi xəstəlikləri (2,6±0,8 və 0,7±0,5%; P>0,05), şəkərli diabet (2,8±0,8 və 2,1±0,9%; P>0,05), anemiya (19,3±1,9 və 15,4±2,1%; P>0,05) və digər xəstəliklərə (26,8±2,2 və 21,8±2,5%; P>0,05) görə sıfır hipotezi təsdiq olunur.
Amma xolesistektomiya (11,3±1,5 və 7,0±1,5%; P<0,05), flebektomiya (9,7±1,4 və 3,9±1,2%; P<0,05) əməliyyatları QCOS olan qrupda statistik dürüst çox tətbiq edilmişdir. Əsas və nəzarət qruplarının müqayisəsi əsasında hesablanmış nisbi risk göstəricisi xroniki bronxitlərə (4 dəfə), ürək qüsurları (3,9 dəfə), yırtıqlar (3,1 dəfə), osteoxondrozlar və skaliozlar (2,1 dəfə), yastıpəncəliliyə 93,7 dəfə) və miopiyaya (2,5 dəfə) görə daha çoxdur. Digər patologiyaların nisbət riski 2 – dən azdır. Beləliklə, QCOS fonunda xroniki ekstragenital xəstəliklərin riski əhəmiyyətli dərəcədə yüksəkdir.
Cədvəl № 1.
QCOS olan və olmayan qadınlarda ekstragenital xəstəliklərin yayılması
Xəstəliklər |
QCOS olan N = 425 |
QCOS olmayan N=285 |
||
n |
100 nəfər |
n |
100 nəfər |
|
Xroniki bronxit |
44 |
10,4±1,5 |
7 |
2,5±0,9 |
Arterial hipertenzinya |
212 |
49,9±2,4 |
76 |
26,7±2,6 |
Ürəyin işemiya xəstəliyi |
43 |
10,1±1,5 |
14 |
4,9±1,3 |
Ürək qüsurları |
18 |
4,2±1,0 |
3 |
1,1±0,6 |
Mədə bağırsaq xəstəlikləri |
318 |
74,8±2,1 |
135 |
47,4±3,0 |
Yırtıqlar |
10 |
2,4±0,7 |
2 |
0,7±0,5 |
Appendektomiya |
45 |
10,6±1,5 |
24 |
8,4±1,6 |
Xolesistektomiya |
48 |
11,3±1,5 |
20 |
7,0±1,5 |
Sidik ifrazı sistemi xəstəlikləri |
119 |
28,0±2,2 |
30 |
10,5±1,8 |
Osteoxondroz, skalioz |
84 |
19,8±1,9 |
27 |
9,5±1,7 |
Yastıpəncəlilik |
72 |
16,9±1,8 |
14 |
4,9±1,3 |
Aşağı ətraf venalarının varikoz xəstəliyi |
214 |
50,4±2,4 |
84 |
29,5±2,7 |
Flebektomiya |
41 |
9,7±1,4 |
11 |
3,9±1,2 |
Döş vəzi xəstəlikləri |
21 |
4,9±1,1 |
8 |
2,8±1,0 |
Qalxanvari vəzinin hipofunksiyası |
11 |
2,6±0,8 |
2 |
0,7±0,5 |
Şəkərli diabet |
12 |
2,8±0,8 |
6 |
2,1±0,9 |
Piylənmə |
16 |
37,7±2,4 |
80 |
28,1±2,7 |
Anemiya |
82 |
19,3±1,9 |
44 |
15,4±2,1 |
Miopiya |
72 |
16,9±1,8 |
18 |
6,3±1,4 |
Digər xəstəliklər |
114 |
26,8±2,2 |
62 |
21,8±2,5 |
QCOS olan və olmayan qruplarda aşkar edilmiş ginekoloji xəstəliklərin tezliyi 2-ci cədvəldə əks olunmuşdur. 45 – 74 yaşlı qadınlarda ən çox aşkar edilmiş patologiya miomadır. Bu patologiya QCOS olan qrupda (33,2±2,3%), QCOS olmayan qrupla müqayisədə (25,3±2,6%) statistik dürüst (t=2,2; P<0,05) 1,3 dəfə çox aşkar edilmişdir. Müqayisə olunan qruplarda endometriozun (2,8±0,8 və 4,6±1,2%; P>0,05), endometrin hiperplaziyasının (3,5±0,9 və 4,1±1,2%; P>0,05), endometr poliplərinin (0,9±0,5 və 1,8±0,8%; P>0,05), servikal kanalın poliplərinin (9,6±1,4 və 10,5±1,8%; P>0,05) aşkar edilməsi fərqli olsa da sıfır hipotezi inkar olunmur (P>0,05).
Cədvəl № 2.
QCOS olan və olmayan qadınlarda ginekoloji xəstəliklərin yayılması
Xəstəliklər |
QCOS olan N=425 |
QCOS olmayan N=285 |
||
n |
% |
n |
% |
|
Uşaqlığın mioması |
141 |
33,2±2,3 |
72 |
25,3±2,6 |
Endometriya |
12 |
2,8±0,8 |
13 |
4,6±1,2 |
Endometr polipi |
4 |
0,9±0,5 |
5 |
1,8±0,8 |
Endometrin hiper plaziyası |
15 |
3,5±0,9 |
12 |
4,2±1,2 |
Servikal kanalın polipi |
41 |
9,6±1,4 |
30 |
10,5±1,8 |
Yumurtalıqların şişləri |
20 |
4,7±1,0 |
29 |
10,2±1,8 |
Uşaqlıq boynunun ektopiyası |
215 |
50,6±2,4 |
84 |
29,5±2,7 |
Uşaqlıq boynunda çapıq deformasiya |
56 |
13,2±1,6 |
29 |
10,2±1,8 |
Uşaqlıq boynunda hipertrofiya |
80 |
18,8±1,9 |
27 |
9,5±1,7 |
Yumurtalıqların şişləri QCOS olan qrupda (4,7±1,0%) QCOS olmayan qrupla müqayisədə (10,2±1,8%) statistik dürüst azdır (P<0,01).
QCOS olan qrupda qadınların boyük əksəriyyətində (50,6±2,4%) uşaqlıq boynunun ektopiyası aşkar edilmişdir. Nəzarət qrupu (QCOS olmayan) ilə müqayisədə (29,5±2,7%) nisbi risk 1,7 dəfə yüksəkdir.
Diqqəti cəlb edən odur ki, hər iki qrupda leykoplakiyanın aşkar edilməsi ehtimalı böyükdür (7,3±1,3% QCOS olan və 7,3±1,5% QCOS olmayan), amma bir – birindən statistik dürüst fərqlənmir (P>0,05). Oxşar nəticə uşaqlıq boynunda çapıq – deformasiyasının aşkar edilməsinə görə də işlənilir, bu patologiyanın aşkar edilməsi QCOS olan və olmayan qruplarda müvafiq olaraq 13,2±1,6 və 10,2±1,8% təşkil etmişdir (P>0,05).
Müqayisə olunan qruplarda dürüst fərq uşaqlıq boynunda hipertrofiya əlamətlərinin tezliyinə görə də statistik dürüstdür: QCOS olan və olmayan qruplarda müvafiq olaraq 18,8±1,9% və 9,5±1,7% (P<0,01).
Beləliklə, QCOS olan və olmayan qruplar bir – birindən bir sıra ginekoloji xəstəliklərin (uşaqlığın mioması, yumurtalıqların şişləri, uşaqlıq boynunun ektopiyası, uşaqlıq boynunda hipertrofiya) yayılma səviyyəsinə görə fərqlənirlər.
QCOS – nın dərəcəsindən asılı olaraq ayird edilmiş qruplarda (0, I, II – IV) ekstragenital və genital patologiyaların tezliyi barədə məlumatlar 3-cü cədvəldə verilmişdir. Bütün patologiyaların QCOS – nın ağır formaları (II – IV dərəcə) olan qrupda qeydə alınmışdır. Nəzarət qrupu ilə müqyisədə bütün patologiyaların səviyyəsi statistik dürüst yüksəkdir.
Diqqəti cəlb edən odur ki, QCOS – nın yüngül (I) və ağır (II-IV) dərəcəli olan qadınlarda arterial hipertenziyanın (34,5±3,4 və 63,6±3,2%; P<0,01), ürəyin işemiya xəstəliyinin (6,5±1,7 və 13,3±2,3%; P<0,05), mədə-bağırsaq xəstəliklərinin (65,5±,4 və 83,1±2,5%; P<0,01), sidik ifrazı sistemi xəstəliklərinin (19,0±2,8 və 36,0±3,2%; P<0,01), osteoxondroz və skaliozun (15,5±2,6 və 23,6±2,8%; P<0,05), yastıpəncəliliyin (10,0±2,1 və 23,1±2,8%; P<0,01), aşağı ətraf venalarının varikoz xəstəliyinin (40,0±3,5 və 60,9±3,3%; P<0,01) tezliyi bir – birindən statistik dürüst fərqlənir.
Cədvəl № 3.
QCOS – nın ağırlıq dərəcəsindən asılı ekstragenital və genital xəstəliklərin tezliyi
QCOS-nın dərəcələri
Xəstəıliklər
|
0 (QCOS olmayan) N=285 |
I N= 200 |
II,III və IV N=225 |
|||
n |
% |
n |
% |
n |
% |
|
Arterial hipertenziya |
76 |
26,7±2,6 |
69 |
34,5±3,4 |
143 |
63,6±3,2▲ |
Ürəyin işemiya xəstəliyi |
14 |
4,9±1,3 |
13 |
6,5±1,7 |
30 |
13,3±2,3▲ |
Xroniki bronxitlər |
7 |
2,5±0,9 |
14 |
7,0±1,8● |
30 |
13,3±2,3● |
Mədə bağırsaq xəstəlikləri |
135 |
47,4±3,0 |
131 |
65,5±3,4● |
187 |
83,1±2,5▲ |
Yırtıqlar |
2 |
0,7±0,5 |
4 |
2,0±1,0 |
6 |
2,7±1,1 |
Appendektomiya və xolesistektomiya |
44 |
15,4±2,1 |
40 |
20,0±2,8 |
53 |
23,6±2,8● |
Sidik ifrazı sistemi xəstəlikləri |
30 |
10,5±1,8 |
38 |
10,0±2,8● |
81 |
36,0±3,2▲ |
Osteoxondroz, skalioz |
27 |
9,5±1,7 |
31 |
15,5±2,6● |
53 |
23,6±2,8▲ |
Yastıpəncəlilik |
14 |
4,9±1,3 |
20 |
10,0±2,1● |
52 |
23,1±2,8▲ |
Aşağı ətraf venalarının varikoz xəstəlikləri |
84 |
29,5±2,7 |
80 |
40,0±3,5● |
134 |
59,6±3,3▲ |
Flebektomiya |
11 |
3,9±1,2 |
17 |
8,5±2,0● |
24 |
10,7±2,1● |
Döş vəzi xəstəlikləri |
8 |
2,8±1,0 |
8 |
4,0±1,4 |
13 |
5,8±1,6 ● |
Endokrin sistemi xəstəlikləri |
8 |
2,8±1,0 |
8 |
4,0±1,4 |
15 |
6,7±1,7 ● |
Piylənmə |
80 |
28,1±2,7 |
64 |
32,0±3,3 |
96 |
42,7±3,3● |
Anemiya |
44 |
15,4±2,1 |
31 |
15,5±2,6 |
51 |
22,7±2,8● |
Miopiya |
18 |
6,3±1,4 |
30 |
15,0±2,5● |
41 |
18,2±2,6● |
Uşaqlığın mioması |
72 |
25,2±2,6 |
65 |
32,5±3,3 |
76 |
33,8±3,2 |
Endometr və servikal kanalın polipi |
35 |
12,3±2,3 |
281 |
12,0±2,3 |
21 |
9,3±1,9 |
Endometrin və uşaqlıq boynunun hiperplasiyası |
39 |
13,7±2,0 |
45 |
22,5±3,0● |
50 |
22,2±2,8● |
Uşaqlıq boynunun ekzopiyası |
84 |
29,5±2,7 |
78 |
39,0±3,5● |
137 |
60,9±1,0▲ |
▲ - P<0,05 (QCOS olmayan və I dərəcəli sallanma olan qruplarla müqayisədə)
● - P<0,05 (QCOS olmayan qrupla müqayisədə)
Alınmış nəticələrin müzakirəsi.QCOS olan qadınlarda həm ekstragenital, həm də genital xəstəliklərin yüksək ehtimalı barədə ədəbiyyatda məlumat azdır. Bu barədə məlumat verən [9] xroniki xəstəliklərin QCOS – ı ilə bağlı yayılmanın yox, həmin xəstəliklərin müəyyən qisminin birləşdirici toxumanın displasiyasının qiymətləndirilməsini təmin etmişdir. Müəllif hesab edir ki, birləşdirici toxumanın displasiyasını dolayı yolla göstərən patologiyalar (skalioz, kifoz, yastıpəncəlik, varikoz xəstəlik, mədə - bağırsaq xəstəlikləri, yırtıqlar və sair) QCOS – na səbəb olur.
Bu xəstəliklərin QCOS olan qrupda statistik çox aşkar olunması müşahidəmizdə sübut olunur. Həmçinin qeyd olunan patologiyaların QCOS– nın ağırlıq dərəcəsindən asılı yayılmasının çoxalması müşahidə edilmlşdir. Tədqiqatımızda digər xəstəliklərin (arterial hipertenziya, ürəyin işemiya xəstəliyi, xroniki bronxit, sidik ifrazı sistemi xəstəlikləri və sair) QCOS olan qrupda çox yayılması göstərilmişdir. Bu patologiyalar QCOS –nın risk amili ola bilər və sallanmanın ağırlığını artıra bilər.
Nəticələr
1.QCOS fonunda pasiyentlərdə ekstragenital (arterial hipertenziya, ürəyin işemiyz xəstəliyi, xroniki bronxit, mədə - bağırsaq xəstəlikləri, sidik – cinsiyyət sistemi xəstəlikləri və sair) və genital (uşaqlıq mioması, endometr və servikal kanalın polipi və hiperplasiyası və sair) patologiyaların ehtimalı yüksəkdir.
2.QCOS fonunda birləşdirici toxumanın displasiyasını göstərən patologiyalar (miopiya, varikoz xəstəlikləri, yastıpəncəlilik,osteoxondroz və skalioz, yırtıqlar) statistik dürüst çox aşkar edildiyinə görə onlar arasında səbəb – nəticə əlaqəsi mövcuddur.
3.QCOS – nın ağırlıq dərəcəsindən asılı qadınlarda ekstragenital və genital xəstəliklərin ehtimalı çoxalır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Гвоздев М.Ю., Тупикина Н.В., Пушкарь Д.Ю. и др. Пролапс тазовых органов в клинической практике врача уролога. Методические рекомендации №3. Утверждена первым заместителем руководителя Департамента Здравоохранения Города Москва. Январь, 2016 г.
2.Барсуков А.Н., Пересади О.А., Куликов А.А. Пролапс тазовых органов у женщин: современное состояние проблемы // Медицинская панорама. 2011, №6, с.21-28
3.Vergeldt T.F.M., Weemhoff M., Inthou T.J, Kluivers K. Risk factors for pelvic organ prolapsed and its recurrence a systematic review // Int Urogynecol S. 2015. 26:1359-1573
4.Rogowski A., Bienkowski P., Tarwaski D. et al. Association between metabolic syndrome and pelvic organ prolapsed severity / Int Urogynecol S. 2015. 26:563-568
5.Hagen S., Stark D., Dougall I. A survey of prolapsed practice in Uk women’s health physiotherapists: what has changed in the last decade? // Int Urogynecol S. 2016. 27:579-585
6.Lyatoshinskaya P., Gumina D., Popov A., et. al., Knowledge of pelvic organ prolapsed in patients and their information-seeking preferences: comparing Vienna and Moscow// Int Urogynecol S// 2016. Dos 10.1007/SOOL92-016-3018-4
7.Клинический протокол диагностики и лечения выпадения женских половых органов. Рекомендовано Экспертным советом РГПН-а ПВХ «Республиканский центр развития здравоохранения» Министерство здравоохранения и социального развития от 20 ноября 2015 года протокол №16
8.Камоева С.В. Патогенетические аспекты прогнозирования, диагностики лечения пролапса тазовых органов. Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва. 2014. - 257 с.
9.Смольнова Т.Ю., Адамян Л.В. Клинико-патогенетические аспекты опущения и выпадения внутренних половых органов при недифференцированных формах дисплазии соединительной ткани // Кубанский научный медицинский вестник. 2009,№6, с.69-73.
10.Стентон Г. Медико-биологическая статистика. Москва. Практика. 1999. 459 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı