YÜNGÜL PREEKLAMPSİYA OLAN QADINLARDA HAMİLƏLİYİN, DOĞUŞ FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

18-04-2017

Preeklampsiya hamiləliklə əlaqədar fəsaddır. Əksər hallarda hestasiyasının 20 həftəsindən sonra qeyd olunur və ana xəstələnmə və ölüm göstəricilərinə nəzərə çarpacaq qədər təsir göstərir. Ədəbiyyat məlumatlarına görə hipertenziv vəziyyət-lərin tezliyi 5-11% arasında tərəddüd edir (2,4,8).

Preeklampsiyanın yaranmasında çox saylı amillər qeyd olunur, o cümlədən ananın sosial, tibbi mamalıq və ailə tarixi. Demoqrafik göstəricilərdən 40 yaşdan çox olması, aşağı sosial ekonomik durum yüksək tezliklə qeyd olunur (1,6,7).

Tibbi amillərdən anamnezində keçmiş hamiləlik müddətində preeklampsi-yanın olması, ananın qanında antifosfolipid anticisimlərin olması, hamiləlikdən qabaq müxtəlif fəsadların, o cümlədən hipertenziv vəziyyətin olması, böyrək xəstəliklərin, yaxud qadında proteinuriyanın, şəkərli diabetin, piylənmənin bədən boy çəki indeksinin (BBCİ) 35 kq/m2 çox olması, ailə anamnezində anada və yaxud bacıda preeklampsiyanın olması, qadında trombofiliyanın olması, hamiləlikdən qabaq  triqliseridlərin yüksək səviyyədən olması, ailə anamnezində kardiovaskulyar xəstəliklərin olması, kokain, metamfetamin narkotik preparatların qəbulu qeyd olunur (3, 4).

Hamiləliyin I  trimestrində preeklampsiyanın risk markerlərinə mamalıq anamnezində çoxdöllü hamiləlik, I hamiləlik, hamiləlik arası intervalın 10 ildən çox olması, keçmiş hamiləlikdə sistolik arterial təzyiqin 130 mm Hg süt. və diastolik təzyiqin 80 mm Hg süt-dan yuxarı olması, reproduktiv texnologiyadan sonra baş vermiş hamiləlik, yeni cinsi partnyor, hamiləlik müddətində trofoblastın xəstəliyi, hamiləlik müddətində çəkinin patoloji artması, hamiləlik müddətində kəskin infeksion xəstəliklərin qeyd olunması, o  cümlədən cinsi yolla keçən, periodontal xəstəliklərin olması aiddir (1, 5, 7).

          Hamiləlik II və III trimestrdə preeklampsiyanın risk amillərinə diastolik arterial təzyiqin hamiləliyin 20 həftəsinə qədər 110 mm Hg süt-dan, II trimestrində isə sistolik A/T 120 mm Hg süt-dan çox olması qeyd olunur (3,4,8).

          Preeklampsiya hamiləlik müddətində hipertenziv vəziyyətlə müsahidə olan ən azı 1 və 2 orqanın funksional sistem aktivliyin dəyişməsi ilə yaranan multiorqan xəstəliyidir. Son məlumatlara görə yüngül preeklampsiya 3% qədər qeyd olunur.

          Əksər hallarda preeklampsiya zamanı A/T qalxması və proteinuriya qeyd edilir.

Statistik təsnifatla yanaşı kliniki təsnifatdan istifadə edilir. Hamiləlik müddətində hipertenziv vəziyyətinə:

- preeklampsiya, eklampsiya;

- preeklampsiya və xroniki hipertenziya fonunda eklampsiya;

- hestasion hipertenziya (hamiləlik əlaqıdar hipertenziya);

- xroniki arterial hipertenziya (hamiləlikdən qabaq müşahidə olunan hipertenziya) aiddir (2, 5). Sistolik A/T 140 mm/Hg-nın və diastolik A/T 90 mm/Hg-nin fizioloji göstəricilərin yuxarı səddini əks etdirir.

          Preeklampsiya multisistem patoloji vəziyyət kimi qeyd edilir. Hamiləliyin 20 həftəsindən sonra A/T-nin qalxması, proteinuriyanın (>0,3 q/l), ödemlərin və poliorqan, polisistem pozulma-ların olması ilə müəyyən olunur (4, 7, 9).

          Qeyd etmək lazımdır ki, müasir şəraitdə yüngül preeklampsiya olan qadınlarda hamiləliyin və doğuşun xüsusiyyətləri tam öyrənilməyib.

Problemin aktuallığın nəzərə alaraq hazırki tədqiqatın məqsədi təyin edilib: yüngül preeklampsiya olan qadınlarda hamiləliyin, doğuşun xüsusiyyətlərin öyrənilməsi olmuşdur.

Məqsədə uyğun olaraq 101 yüngül preeklampsiya olan doğuşları təhlil edilmişdir. Bütün doğuşlar 1 saylı  kliniki xəstəxanada aparılmışdır.

          Retrospektiv materiala daxil olan doğan qadınların orta yaşı 25,1+0,45 (18-39) yaş olmuşdur. Bu qadınlarda yüksək tezliklə kəskin respirator virus infeksiyası (35,2%) və uşaq infeksion xəstəlikləri qeyd edilir (44,25%).

          Aybaşı funksiyası təhlil edərkən müəyyən edilmişdir ki,  menarxe 12,85+0,1 yaşından (10-16), aybaşın müddəti 4,94+0,11 (3-7) gün, aybaşı tsiklinin müddəti isə 32,0+0,12 (25-35) gün olmuşdur.

Doğan qadınların anamnezini öyrənərkən təyin edilmişdir ki, cinsi həyat 21,24+0,29 (16-32) yaşlarda olmuşdur. İlk doğan qadınlar 50 (49,5%), təkrar doğan qadınlar isə 51 (50,5%) olmuşdur.

          Beləliklə, retrospektiv materiala görə ilk və təkrar doğan qadınların sayı demək olar ki,  eyni olmuşdur. Təkrar doğan qadınlarda  hamiləliklərin orta sayı 2,57+0,5 olmuşdur.

          Ginekoloji xəstəliklərin tezliyini  təhlil  edərkən müəyyən  edilmişdir ki, qadınlarda cinsi orqanlarının xroniki iltihab xəstəliklərin yüksək tezliyi (74,8%) qeyd olunur.        Retrospektiv materiala daxil olan xəstələrin hamiləliyin gedişatı təhlil edilmişdir. Hamiləliyin I trimestrində rast gələn fəsadların tezliyi cədvəl 1-də təqdim edilmişdir.

Cədvəl  1.

Yüngül preeklampsiya olan qadınlarda hamiləliyin I trimestrinin gedişat xüsusiyyətləri

(retrospektiv materiala görə)

Hamiləliyin gedişi

Müt

%

Fəsadsız

75

74,3

Anemiya

11

10,9

Qorxulu düşük

7

6,9

Erkən toksiki

8

7,9

         

Cədvəl 1-də göründüyü kimi 74,3% yüngül preeklampsiya olan hamilələrdə I trimestr fəsadsız keşmiçdir, 10,9%-da anemiya, 6,9%-da qorxulu düşük, 7,9%-da erkən toksikoz müəyyən edilmişdir.

          Hamiləliyin II trimestrının gedişatının xüsusiyyətləri cədvəl 2-də təqdim edilmişdir.                                                                                                                      

Cədvəl  2.

Yüngül preeklampsiya olan qadınlarda hamiləliyin II trimestrinin gedişat xüsusiyyətləri (retrospektiv materiala əsasən)

Hamiləliyin gedişi

Müt

%

Fəsadsız

43

42,6

Anemiya

24

23,8

Başlanmış düşük

5

5,0

Normal yerləşən ciftin vaxtından əvvəl ayrılması

4

4,0

Kəskin respirator virus infeksiyası

12

11,9

Hestasion pielonefrit

13

12,9

 

Cədvəl 2-də göründüyü kimi 42,6%-da yüngül preeklampsiya olan hamilələrdə II trimüstr fəsadsız, 23,8%-da anemiya, 11,9%-da kəskin respirator virus infeksiyası, 12,9%-da hestasion pielonefrit, 5%-da başlanmış düçük, 4%-da isə normal yerləşmiş ciftin vaxtından əvvəl qopması qeyd edilmişdir.

          Hailəliyin III trimestr gedişat xüsusiyyətləri cədvəl 3-də təqdim olunmuşdur.

Cədvəl  3.

Yüngül preeklampsiya olan hamilələrdə III trimestrin gedişat xüsusiyyətləri

(retrospektiv materiala əsasən)

Hamiləliyin gedişatı

Müt

%

Yüngül preeklampsiya

101

64,3

Anemiya

26

16,6

Hestasion pielonefrit

8

5,1

Simptomsuz bakteriuriya

17

10,8

Aşağı  ətrafların varikoz genişlənməsi

5

3,2

       

Cədvəl 3-də göründüyü kimi keçirilən ekstragenital xəstəliklərdən və mamalıq fəsadlar arasında yüngül preeklampsiyanın rast gəlmə tezliyi 64,3% olmuşdur. Bu hamilələrdə anemiya - 16,6%, simptomsuz bakteriuriya - 10,8%, hestasion pielonefrit - 5,1%, aşağı ətrafların varikoz genişlənməsi 3,2% olmuşdur.

          Yüngül preeklampsiya olan qadınlarda doğuş fəaliyyətini təhlil edərkən müəyyən edilmişdir ki, 88 qadında (87,1%) doğuş fəsadsız keçmişdir. Doğuşun I dövrünün müddəti 7,4+0,16 (4-12) s, II dövrün müddəti 28,8+0,31 (8-60) dəq,  III dövrü isə 8,2+0,28 (3-15) dəq olmuşdur. Doğuşun ümumi dövrü 7,51+0,17 (4,28-13,5) s. olmuşdur. Qeyd etmək lazımdır ki, doğan qadınların 22-ində (21,8%) spontan sürətli doğuş olmuşdur.

          Beləliklə, yüngül preeklampsiya olan qadınların 87,1% doğuş fəsadsız, 21,8%-də  isə sürətli doğuş təyin edilmişdir.

Yüngül preeklampsiya olan qadınların 6-sında (5,9%) doğuşda I-li sancı  zəifliyi, 5-də (5,0%) vaxtından qabaq dölyanı mayenin axması, 2-də isə (2,0%) hipotonik qanaxma ilə fəsadlaşmışdır.

Beləliklə, yüngül preeklampsiya olan qadınların 12,9%-da (13) prosesində fəsadlar qeyd olunmuşdur.

Doğuş prosesində qadının sistolik arterial təzyiqi 142,55+0,5 (130-150) mm/Hgs, diastolik arterial təzyiqi isə 98,12+0,66 (80-110) mm/Hgs olmuşdur.

Doğuşda yüngül preeklampsiya olan qadınlarda 10 mq nigedipin təyin edilmişdir və hər 30 dəq. A/T stabilləşinə qədər təyin edilmişdir.

Doğuş prosesində qadının  arterial təzyiqi 15-30 dəq bir ölçülüb. Ümumi müayinələr, o cümlədən sidiyin ümumi analizi, qanın ümumi analizi,  koaquloqrammanın göstəriciləri, qaraciyərin fermentlərinin miqdarı təyin  edilmişdir.

Doğan qadının laboraor, biokimyəvi göstəriciləri cədvəl 4-də təqdim edilmişdir.

Cədvəl  № 4.

Yüngül preeklampsiya olan qadınlarda laborator, biokimyəvi göstəriciləri (retrospektiv materiala əsasən) (M+Se)

Göstəricilər

Yüngül preeklampsiya olan qadınlarda

Fizioloji göstəricilər

Hemoqlobilin, q/l

107,74+2,96 (76-133)

120-140 q/l

Trombositlər, x109/l

237,0+50,12 (141-310)

180-400x109/l

Alaninaminotransferaza, BV/l

29,78+0,82 (3,4-55,4)

5-30 BV/l

Aspartataminotransferaza, BV/l

32,45+0,86 (10,5-60,9)

8-40 BV/l

Protein

58,42+0,33 (47-74)

64-83 q/l

Sidik cövhəri, mmol/l

7,8+0,24 (2,1-17,8)

3,5-8 mmol/l

                     

Cədvəl 4-də göründüyü kimi yüngül preeklampsiya olan qadınlarda hemoqlobilinin göstəricisi fizioloji göstəridən aşağı olmuşdur, bu da anemiyanın yüksək tezliklə rastgəlmə gəlməsi tezliyinin (16,6%) əkd edir:

Qanın hemostazioqramma  göstəriciləri cədvəl 5 təqdim edilmişdir.

Cədvəl  5.

Yüngül preeklampsiya olan qadınlarda hemostazioqrammanın göstəriciləri (retrospektiv materiala əsasən) (M+Se)

Hemostazioqramma göstəriciləri

Nəticələr

Qanın laxtalanma müddəti, dəq

3,62+0,49 (1-7 )

Protrombin vaxtı, san

11,5+0,17 (8,7-17,3)

Protrombin indeksi, %

103,11+1,44 (28-133)

İNR

0,95+0,01 (0,74-1,5)

                       

Cədvəl 5-də göründüyü kimi, yüngül preeklampsiya olan qadınlarda hemostazioqramma göstəriciləri fizioloji göstəricilər  çərçivəzində olmuşdur.

Yüngül preeklampsiyadan qadınlarda sidiyin ümumi analizin nəticələri cədvəl 6-da təqdim edilmişdir.

Cədvəl  6.

Yüngül preeklampsiya olan qadınlarda sidiyin ümumi analizinin nəticələri (retrospektiv materiala əsasən) (M+Se)

Göstəriciləri

Nəticələr

Sidikdə zulal q/l

0,2+0,02 (0,02-1 )

Leykositlər,

13,98+0,43 (5-25)

Epitel. hüceyrələr,

9,0+0,58 (4-20)

          Cədvəl 6-da göründüyü kimi yüngül preeklampsiya olan qadınlarda yüksək tezliklə simptomsuz bakteriuriya qeyd olunur. Təyin edilmişdir ki, 101 doğan qadından 17-sində (10,8%) simptomsuz bakteriya, 8-də (5,1%) isə hestasion pielonefrit təyin edilmişdir.

          Yüngül preeklampsiya olan qadınların spontan doğuşların 1-də (1%) vaxtından qabaq, 100 isə (99%) vaxtında doğuş olmuşdur. Bu doğuşlardan doğulan yenidoğulmuşların orta çəkisi 3412,87+47,82 (2100-4500) q olmuşdur, dölün  boyu isə 51,77+0,23 (42-58) sm olmuşdur. Qeyd etmək lazımdır ki, doğulan yenidoğulmuşların 14-dü (13,9%) iri döl olmuşdur.

          Retrospektiv tədqiqata görə müəyyən olunmuşdur ki, 101 yenidoğulmuşun 97-si (96%) kafi vəziyyət, 4 (4%) isə orta ağır vəziyyətdə doğulmuşdur. Yenidoğulmuşların orta ağır vəziyyəti vaxtından qabaq doğuşla (1), I sancı zəifliyində doğuşun stimulyasiyası nəticəsində dölün beyin qan dövranın pozulması ilə (3) əlaqədar olmuşdur.             Apqar şkalasına görə I dəq yenidoğulmuşlar 4,46+0,06 (6-8) bal, 5 dəq isə  8,0+0,004 (7-9) bal ilə qiymətləndirilmişdir.

          Beləliklə, aparılan retrospektiv materialın təhlilinə əsasən qadınlarda hamiləliyin III trimestrdə  yüngül preeklampsiya əlamətləri qeyd olunmuşdur. Hamiləlik  müddətində yüngül preeklampsiya olan qadınlarda yüksək tezliklə anemiya, simptomsuz bakteriuriya qeyd edilmişdir. Doğuş prosesində 87,1%-da doğuş fəsadsız, 21,8% sürətli doğuş, 5,9%-də, I-li sancı zəifliyinin 5%-də vaxtından qabaq dölyanı mayenin axması, 2%-də hipotonik qanaxma təyin edilmişdir. Yenidoğulmuşların 96% kafi vəziyyətdə, 4% isə orta  ağır vəziyyətdə olmuşdur.

          İri döldə doğulan yenidoğulmuşların tezliyi 13,9% doğulmuşdur.

          Qeyd etmək lazımdır ki, yüngül preeklampsiya olan qadınlarda doğuşda uşaqlığın yığılma aktivliyinin xüsusiyyətləri öyrənilməmişdir. Yüngül preeklampsiya olan qadınlarda iri döldə doğulan yenidoğulmuşların və sürətli doğuşların tezliyi ilə yüngül preeklampsiya əlamətləri qarşırıqlı əlaqələrin olmasını müəyyən etmək üçün elmi tədqiqatların davamı məqsədə uyğundur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Иванов И.И., Черипко М.В., Косолапова Н.В., Прочан Е.Н.  Прееклампсия беременных: особенности патогенеза, тактики ведения.// Таврический медико-биологический вестник, 2012, т.15, №2, ч.2, с.273-286.
2.Сухих Г.Т., Серов В.Н., Адамян Л.В. Гипертензивные расстройства во время беременности, в родах и послеродовом периоде. Прэеклампсия. Эклампсия//Клинические рекомендации (протокол), 2013, 53 с.
3.Торчинов А.М., Кузнецов В.П., Джонбобоева Г.Н., Актуальность преэклампсии (гестоза) в современном акушерстве. Проблемы решения (обзор литературы)// «Проблемы репродукции», 2010, №3, с.87-91.
4.Andersgaard A.B., Acharya G., Mathiesen E.B. Recurrence and longterm maternal health risk of hypertensive disorders of pregnancy: a population-based study// Am.J.Obstet.Gynecol, 2011, p.205.
5.Clinical  practice guideline. The  diagnosis and management of pre-eclampsia and eclampsia//Institute of Obstetricians and Gynaecologists, Royal College of Physicians of Ireland and Clinical Strategy and Programmes Directorate, Health Service Executive, 2013, vol.10, №3, 24 p.
6.Ghulmiyyah L., Sibai B. Maternal mortality from preeclampsia/eclampsia// Semin Perinatol, 2012, vol.36, №1, p.56-59.
7.Pennington K.A., Schitt J.M., Jackson D.L. Preeclampsia: multiple approaches for a multifactorial disease//Dis.Model.Mech, 2012, vol.5, №1, p.9-18.
8.Steegers E.A, von Dadelszen P, Duvekot J.J., Pijnenborg R. Preeclampsia// Lancet, 2010, vol.376, № 9741, p.631-442.
9.Zhang Y., Li W., Xiao J. The complication and mode od delivery in Chinese women with severe preeclampsia: a retrospective study//Hypertension in Pregnancy, 2014, vol.3, №3, p.283-290.


Müəlliflər:
N.V. Abbasova
E.M. Əliyeva
M.A. Qaraşova

Digər jurnal və qəzetlər