UŞAQLARDA XRONİKİ QƏBZLİKLƏRİN KONSERVATİV MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ
02-03-2016
Açar sözlər: xroniki qəbzlik, müalicə, nəticələr, uşaqlar.
Giriş. Uşaqlarda xroniki qəbzliyin (XQ) müalicəsinin effektivliyinin artırılması pediatrları, uşaq cərrahlarını və uşaq qastroenteroloqlarını daim düşündürən məsələlərdən biridir. Son illər bu patologiyanın rastgəlmə tezliyinin daha da artması problemin ciddiliyini bir daha təsdiqləyir. Müxtəlif müəlliflərin məlumatlarına görə mədə-bağırsaq traktının xəstəliklərinə görə müraciət edən uşaqların 10%-dən 40%-ə qədəri xroniki XQ-dən əziyyət çəkir (5,7). Xroniki qəbzliyin rastgəlmə tezliyi 1 yaşadək uşaqlar arasında 17,6%, böyük yaşlı uşaqlar arsında isə 10-25% təşkil edir (4,8).
95% hallarda XQ funksional xarakter daşısa da vaxtında adekvat müalicələr aparılmadıqda üzvi dəyişikliklərə və ikincili fəsadlara gətirib çıxarır (1,6).
Uşaqlarda XQ-nin başlanması əsasən 2-4 yaşlara təsadüf edir. Bu yaş dövründə uşaqlarda yoğun bağırsağın fiksasiyası tamamlanmamöşdır. Belə uşaqlarda XQ-nin davam etməsi yoğun bağırsaqda patoloji hərəkətlilik, qatlanmalar və ikincili genişlənmələrin yaranmasına səbəb olur (1). Vaxtında adekvat müalicələr aparılmadıqda enterokolitlə fəsadlaşan disbiotik pozğunluqlar, mikrosirkulyator pozğunluqlar və endogen intiksikasiya inkişaf edir (2,3). Bütün bunlar isə öz növbəsində konservativ müalicənin effektivliyinin azalmasına və cərrahi aktivliyin artmasına gətirib çıxarır.
Məqsəd. Uşaqlarda ayrı-ayrı yaş qrupları üzrə XQ-nin kompleks konservativ müalicənin effektivliyini qiymətləndirmək.
Material və metodlar. Müayinə və müalicə məqsədiylə XQ-dən əziyyət çəkən 574 uşaq götürülmüşdür. Bunlardan 268 nəfərini oğlanlar, 306 nəfərini isə qızlar təşkil etmişdir. Bütün xəstələrə kompleks müayinələr aparıldıqdan sonra konservativ müalicələrə başlanmışdır.
Müalicənin seçimindən asılı olaraq xəstələr 2 qrupda cəmləşdirilmişdir. I qrupa 321 xəstə daxil edilmişdir. Bu xəstələrə pəhrizlə yanaşı olaraq kurslar üzrə işlədici preparatlar, göstərişə üyğun olaraq imalələr, defekasiya aktı ağrılı olduqda və anal çatlar müşahidə edildikdə rektal şamlar (anestezol, çaytikanı şamı, papaverin, spaskupriel, viburkol və s.), fermentlər, probiotiklər, kompleks vitaminlər, fizioterapevtik müalicələr təyin edilmişdir.
II qrupa daxil edilmiş 248 xəstəyə isə kompleks müalicəyə laborator müayinələr zamanı qanın ümumi və biokimyəvi analizində qeyd edilən dəyişikliklərin, endogen intoksikaksiyanın, qaraciyərdə baş verən dəyişikliklərin və disbiotik pozğunluqların korreksiyası məqsədilə aşağıdakı müalicələr əlavə edilmişdir:
1. Disbiotik pozğunluqların daha optimal korreksiyası məqsədilə əvvəlcə xəstələrə sutkalıq doza 7,5 mq/kq olmaq şərti ilə xəstədə XQ ağırlığından və disbiotik dəyişikliklərdən asılı olaraq, sutkalıq dozanı 3 dəfəyə bölməklə 7-10 gün enteral olaraq metronidazol təyin edilmişdir. Antibakterial terapiya qurtardıqdan sonra xəstələrə gündə 2 dəfə 10 ml olmaqla 7-10 gün müddətində peros intestibakteriofaq təyin edilmişdir. İntestibakteriofaq qəbulundan sonra isə müalicə kombinəolunmuş probiotiklərlə davam etdirilmişdir.
2. Mikrosirkulyator pozğunluqların və bağırsaq divarında hemostaz pozğunluqlarının aradan qaldırılması üçün xəstələrə 10 mq/kq olmaqla maqnezium orofat (maqnerot) təyin edilmişdir.
3. XQ fonunda endogen intoksikasiyanın və qaraciyərin ikincili zədələnməsinin profilaktikası və korreksiyası məqsədilə 10 mq/kq olmaqla 10-14 gün müddətində parenteral olmaqla qlütation (Ridutoks, TAD-600) preparatı yeridilmişdir.
Aparılan müalicənin seçimindən asılı olaraq xəstələrin yaşa görə xarakteristikası 1-ci cədvəldə verilmişdir.
Cədvəl № 1.
XQ-dən əziyyət çəkən uşaqların konservativ müalicənin seçimindən asılı olaraq yaşa görə xarakteristikası
Qruplar |
1-3 yaş |
3-7 yaş |
7-12 yaş |
12-16 yaş |
Cəmi |
I |
93 |
158 |
38 |
32 |
321 |
II |
70 |
109 |
41 |
28 |
248 |
Cəmi |
163 |
267 |
79 |
60 |
569 |
Müalicələri davam etdirməklə 1 il, 2 il və 3 ildən sonra müalicənin nəticələri qiymətlən-dirilmişdir. Qiymətləndirmə nəcis ifrazının tezliyi, nəcis inkontenensiyasının olub olmaması və «boşalma indeksi»nin göstəriciləri nəzərə alınmaqla 3 cür aparılmışdır:
Yaxşı nəticə – imalə və işlədicilər istifadə etmədən yalnız pəhriz və defekasiya vərdişləri yaratmaqla müntəzəm nəcis ifrazının olması yaxşı nəticə kimi qiymətləndirilmişdir.
Kafi nəticə – ildə 2 dəfədən çox olmayaraq konservativ müalicə fonunda uzunmüddətli remissiyanın əldə olunması kafi nəticə kimi qiymətləndirilmişdir.
Qeyri-kafi nəticə – işlədici preparatlar və imalə istifadə etmədən defekasiya mümkün olmadıqda nəticə qeyri-kafi qiymətləndirilmişdir.
Nəticələr və müzakirə. I qrupdan olan xəstələrə 1 il müddətinə aparılan konservativ müalicədən sonra ayrı-ayrı yaş qruplarında müalicənin nəticələri fərqlənmişdir. Belə ki, 1-3 yaş arasında olan uşaqlar arasında müalicənin effektivliyi 51,61% təşkil etmişdir. Bu da böyük yaş qrupuna nisbətdə statistik əhəmiyyətli dərəcədə yüksəkdir (p<0,01). Bu qrupdan olan xəstələrdə yaş artdıqca konservativ müalicənin effektivliyinin kəskin azalması diqqəti cəlb edir. Belə ki, 7-12 və 12-16 yaşa nisbətdə, 3-7 yaş arasında olan xəstələrdə konservativ müalicənin effekti yüksək olmuşdur (p<0,05). 7-12 yaş arasında olan uşaqlarda konservativ müalicə fonunda yalnız 2,63% yaxşı nəticə əldə olunmuş, 12-16 yaş arasında isə ümumiyyətlə yaxşı nəticə əldə olunmamışdır (cədvəl 2).
Cədvəl № 2.
Ayrı-ayrı yaş qrupları üzrə xəstələrin konservativ müalicəsinin nəticələrinin 1 ildən sonrakı qiymətləndirilməsi
Yaş qrupları |
I |
II |
||||||||||
Yaxşı |
Kafi |
Qeyri-kafi |
Yaxşı |
Kafi |
Qeyri-kafi |
|||||||
n |
% |
N |
% |
n |
% |
n |
% |
n |
% |
N |
% |
|
1-3 yaş |
48 |
51,61 ## |
27 |
29,03 |
18 |
19,36 ##* |
49 |
70,00 ##* |
17 |
24,29 |
4 |
5,71 ## |
3-7 yaş |
47 |
29,75# |
73 |
46,20 |
38 |
24,05 #* |
89 |
81,65 ##** |
12 |
11,01 #** |
8 |
7,34 ## |
7-12 yaş |
1 |
2,63 |
4 |
10,53 * |
33 |
86,84 ** |
13 |
31,71 ** |
15 |
36,58 |
13 |
31,71 # |
12-16 yaş |
– |
– |
3 |
9,38 #* |
29 |
90,62 * |
4 |
14,29 |
8 |
28,57 |
16 |
57,14 |
Qeyd: qruplar arasında statistik fərqin dürüstlüyü: * - p<0,05, ** - p<0,01.
böyük yaş qrupu ilə müqayisədə statistik fərqin dürüstlüyü: # - p<0,05; ## - p<0,01.
II qrupda 1-3 yaş arasında olan uşaqlarda 70,0% halda yaxşı nəticə əldə olunmuşdur. Bu da ənənəvi müalicə alan eyni yaş qrupuna daxil edilmiş xəstələrin (p<0,05) və yeni əlavələrlə kompleks müalicə alan 12-16 yaş qrupuna daxil edilmiş xəstələrin nəticələrindən (p<0,01) əhəmiyyətli dərəcədə yüksəkdir.
II qrupda ən yüksək yaxşı nəticə 3-7 yaş arasında olan uşaqlarda əldə edilmişdir. Belə ki, bu xəstələrdə 81,65% yaxşı nəticə əldə olunmuşdur ki, bu da istər eyni qrupdan olan böyük yaşlı uşaqların və istərsə də I qrupdan olan eyni yaşlı uşaqların nəticələrindən kəskin fərqlənir (p<0,01).
I qrupdan olan xəstələrdən fərqli olaraq, II qrupdan olan böyük yaş qruplarına daxil edilmiş xəstələrdə də müsbət nəticə əldə olunmuşdur. 7-12 yaş qrupuna daxil edilmiş xəstələrdə I qrupda cəmi 2,63% yaxşı nəticə əldə edildiyi halda, II qrupda yaxşı nəticə 31,71% təşkil etmişdir (p<0,05). 12-16 yaş xəstələr arasında isə I qrupda konservativ müalicə fonunda yaxşı nəticə qeydə alınmadığı halda, II qrupda yaxşı nəticə 14,29% olmuşdur (p<0,01).
Ümumiyyətlə, 1 il müddətində aparılan konservativ müalicənin nəticələrindən aydın olur ki, yaş artdıqda konservativ müalicənin effekti də azalmış olur. Bu azalma ənənəvi müalicə almış xəstələrdə özünü daha qabarıq formada büruzə verir.
Yeni əlavələrlə konservativ müalicə alan xəstələrdə də uşaqların yaşı ilə konservativ müalicənin effektivliyi arasında korrelyasion əlaqə vardır. lakin ənənəvi müalicə alan xəstələrlə nisbətdə yeni əlavələrlə kompleks konservativ müalicə alan xəstələrdə bütün yaş qruplarında müalicənin effekti əhəmiyyətli dərəcədə yüksək olmuşdur.
Yaş artdıqca XQ fonunda yoğun bağırsaqda geriyə dönməyən ikincili degenerativ dəyişikliyin yaranması, disbiotik pozğunluqlar və endogen intoksikasiyanın artması müalicənin effektinə mənfi təsir göstərir, uzunmüddətli və müntəzəm konservativ müalicələrin davam etdirilməsini tələb edir.
XQ fonunda ikincili degenerativ dəyişikliklər yaranmasa da, erkən yaşlı uşaqlarda disbiotik pozğunluqlar yaranmış olur. Aparılan ənənəvi müalicə disbiotik pozğunluğu tam korreksiya etmədiyindən, 1-3 yaşında I qrupda yaxşı nəticə II yarımqrupdan 1,4 dəfə aşağı olmuşdur.
3-7 yaş arasında olan uşaqlarda ağır disbiotik pozğunluqlarla yanaşı yoğun bağırsaqda geriyə dönən ikincili dəyişikliklər meydana çıxır. Ənənəvi müalicə bu dəyişiklikləri adekvat şəkildə korreksiya edə bilmədiyindən. I qrupda yaxşı nəticələr 1-3 yaş qrupuna nisbətən 1,7 dəfə azalmışdır. Əksinə, II qrupda aparılan müalicələr daha patogenetik olduğundan yaxşı nəticə I qrupa nisbətən 2,7 dəfə yüksək olmuşdur. 7-12 və 12-16 yaş qruplarına daxil edilən II qrupa daxil edilmiş xəstələrdə aparılan müalicələrdən sonra yaxşı nəticələrin, demək olar ki, əldə edilməsi bu fikri bir daha təsdiqləyir.
Sonrakı dövrdə yaxşı nəticə əldə edilən xəstələr dinamiki nəzarətdə saxlanmış, kafi və qeyri-kafi nəticə əldə edilən xəstələrə müvafiq müalicələr davam etdirilmişdir. Müalicədən 2 il sonra nəticələr təkrarən qiymətləndirilmişdir (cədvəl 3).
2 ildən sonra təkrari qiymətləndirmənin nəticələrindən aydın olur ki, müalicə fonunda əldə edilən yaxşı nəticələr ənənəvi müalicə alan xəstələrə nisbətən yeni əlavələrlə kompleks müalicə alan, 1-3 yaş arasında olan uşaqlarda 1,3 dəfə, 3-7 yaş arasında – 2,4 dəfə, 7-12 yaş arasında – 13,9 dəfə yüksək olmuşdur. 12-16 yaş arasında olan xəstələrdə ənənəvi müalicə fonunda yaxşı nəticə əldə olunmadığı halda, yeni əlavələrlə kompleks müalicə fonunda 14,29% yaxşı nəticə qeydə alınmışdır.
3 il müddətində dinamikada aparılan müalicənin nəticələrinə diqqət yetirdikdə aydın olur ki, ənənəvi müalicə alan xəstələrin nəticələrində müsbət dinamika qeyd edilir. Belə ki, 1-3 yaşa qədər olan uşaqlarda yaxşı nəticələr 89,25%, 3-7 yaş arasında olan uşaqlarda isə 54,43% təşkil etmişdir. 7-16 yaş arasında olan uşaqlarda da yaxşı nəticələrdə azalma olsa da, müsbət dinamika qeydə alınmışdır. Buna baxmayaraq, bu yarımqrupda yalnız 1-3 yaş qrupunda yaxşı nəticə yeni əlavələrlə kompleks müalicə alan xəstələrə nisbətən cüzi yüksəlmə qeydə alınmışdır. Digər yaş qrupunda isə yeni əlavələrlə kompleks müalicədən sonra yaxşı nəticələr əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Belə ki, ənənəvi müalicə alan xəstələrlə müqayisədə, yeni əlavələrlə kompleks müalicə alan xəstələrdə yaxşı nəticə 3-7 yaş qrupunda 1,5 dəfə (p<0,05), 7-12 yaş qrupunda 6,9 dəfə (p<0,01), 12-16 yaş qrupunda isə 4,6 dəfə (p<0,01) yüksək olmuşdur. I qrupa daxil edilmiş 1-3 yaş arasında uşaqlarda II qrupa nisbətən yaxşı nəticənin bir qədər yüksək olmasına baxmayaraq, kafi nəticə 2,2 dəfə aşağı olmuşdur. Bu da I qrupda qeyri-kafi nəticənin 1,5 dəfə yüksəlməsinə gətirib çıxarmışdır. Bu hal yeni əlavələrlə kompleks müalicənin XQ fonunda ikincili dəyişiklikləri daha adekvat və patogenetik korreksiya etdiyini bir daha təsdiq edir (cədvəl 4).
Cədvəl № 3.
Ayrı-ayrı yaş qrupları üzrə xəstələrin konservativ müalicəsinin nəticələrinin 2 ildən sonrakı qiymətləndirilməsi
Yaş qrupları |
I |
II |
||||||||||
Yaxşı |
Kafi |
Qeyri-kafi |
Yaxşı |
Kafi |
Qeyri-kafi |
|||||||
n |
% |
N |
% |
n |
% |
N |
% |
n |
% |
n |
% |
|
1-3 yaş |
56 |
60,22 ## |
21 |
22,58 |
16 |
17,20 ##* |
56 |
80,00 ##* |
11 |
15,71 # |
3 |
4,29 ## |
3-7 yaş |
55 |
34,81# |
67 |
42,41 |
36 |
22,78 #* |
92 |
84,41 ##** |
10 |
9,17 #** |
7 |
6,42 ## |
7-12 yaş |
1 |
2,63 |
6 |
15,79 * |
31 |
81,58 ** |
15 |
36,58 #** |
14 |
34,15 |
12 |
29,27 # |
12-16 yaş |
– |
– |
4 |
12,5 #* |
28 |
87,5 * |
4 |
14,29* |
9 |
32,14 |
15 |
53,57 |
Qeyd: qruplar arasında statistik fərqin dürüstlüyü: * - p<0,05, ** - p<0,01.
böyük yaş qrupu ilə müqayisədə statistik fərqin dürüstlüyü: # - p<0,05; ## - p<0,01.
Cədvəl № 4.
Ayrı-ayrı yaş qrupları üzrə xəstələrin konservativ müalicəsinin nəticələrinin 3 ildən sonrakı qiymətləndirilməsi
Yaş qrupları |
I |
II |
||||||||||
Yaxşı |
Kafi |
Qeyri-kafi |
Yaxşı |
Kafi |
Qeyri-kafi |
|||||||
n |
% |
N |
% |
n |
% |
N |
% |
n |
% |
n |
% |
|
1-3 yaş |
83 |
89,25 ## |
6 |
6,45 |
4 |
4,30 |
58 |
82,86 ## |
10 |
14,29 |
2 |
2,85 ## |
3-7 yaş |
86 |
54,43 # |
51 |
32,28 |
21 |
13,29 |
92 |
84,41 ##* |
11 |
10,09 # |
6 |
5,50 ## |
7-12 yaş |
2 |
5,26 |
9 |
23,69 |
27 |
71,05 ** |
15 |
36,58 ** |
15 |
36,58 |
11 |
26,84 # |
12-16 yaş |
1 |
3,12 |
15 |
15,63 |
26 |
81,25 * |
4 |
14,29 ** |
9 |
32,14 |
15 |
53,57 |
Qeyd: qruplar arasında statistik fərqin dürüstlüyü: * - p<0,05, ** - p<0,01.
böyük yaş qrupu ilə müqayisədə statistik fərqin dürüstlüyü: # - p<0,05; ## - p<0,01.
Konservativ müalicənin davam etdirilməsinin optimal müddətini təyin etmək üçün 3 il müddətində aparılan konservativ müalicədən asılı olaraq, ayrı-ayrı yaş qrupları üzrə yaxşı nəticələrin dinamikasına diqqət yetirdikdə aydın olur ki, I qrupda yalnız 3 il müddətində aparılan müalicələrdən sonra maksimum yaxşı nəticə əldə edilmişdir. Bu qrupda 3 ildən sonra 1-3 yaş qrupunda 89,25% yaxşı nəticə əldə edilsə də, 3-7 yaş qrupunda 54,43%, 7-12 yaş qrupunda 5,26%, 12-16 yaş qrupunda 3,12% təşkil etmişdir. Bu da 3-7 yaş arasında olan uşaqlarda hər iki uşaqdan birində, 7-12 yaş arasında olan uşaqlarda hər 20 uşaqdan birində, 12-16 yaş arasında olan xəstələrdə isə hər 30 uşaqdan birində yaxşı nəticə əldə olunduğunu göstərir. Bütün bunlar ənənəvi müalicənin yalnız 3 ildən sonra 1-3 yaş arasında effektli olduğunu göstərir.
II qrupda 1 il müddətinə aparılan müalicənin nəticələri I qrupda 3 il müddətində aparılan müalicələrə nisbətən daha yaxşı olmuşdur. Belə ki, I qrupda 1 ildən sonra yaxşı nəticə I qrupda 3 illik müalicədən sonrakı yaxşı nəticəyə nisbətən 3-7 yaş arasında olan xəstələrdə 1,5 dəfə, 7-12 yaş arasında – 6 dəfə, 12-16 yaş arasında isə 4,6 dəfə yüksək olmuşdur. Bu da yeni əlavələrlə konservativ müalicənin daha effektli olmasını göstərir.
Müalicədən 1 il sonra I qrupa nisbətən, II qrupda 1-3 yaş arasında olan uşaqlarda qeyri-kafi nəticələr 3,4 dəfə, 3-7 yaş arasında olan uşaqlarda 3,3 dəfə, 7-12 yaş arasında olan uşaqlarda 2,3 dəfə, 12-16 yaş arasında olan uşaqlarda isə 1,6 dəfə aşağı olmuşdur. Sonrakı müalicə dövründə də II qrupda qeyri-kafi nəticələr aşağı olaraq qalmışdır. Belə ki, müalicədən 2 il sonra qeyri-kafi nəticə I qrupda – 1-3 yaşda 4 dəfə, 3-7 yaşda 3,0 dəfə, 7-12 yaşda 2,8 dəfə, 12-16 yaşlarda isə 1,6 dəfə aşağı olmuşdur. Bu dinamika 3 ildən sonra da davam etmişdir.
Qeyri-kafi nəticələrə ümumi nəzər yetirdikdə aydın olur ki, konservativ müalicənin seçimindən asılı olmayaraq, yaş artdıqca müalicənin effektivliyi də aşağı düşür. Bu da uzun müddətli XQ nəticəsində yoğun bağırsaq divarında meydana çıxan ikincili degenerativ dəyişikliklərlə əlaqədar ola bilər. Buna baxmayaraq, böyük yaş qruplarına daxil edilmiş uşaqlarda yeni əlavələrlə kompleks konservativ müalicənin aparılması qeyri-kafi nəticələrin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir.
Beləliklə, XQ-dən əziyyət çəkən xəstələrin konservativ müalicəsinin nəticələrindən aydın olur ki, ənənəvi müalicəyə nisbətən yeni əlavələrlə kompleks konservativ müalicənin nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir. Erkən yaşlı uşaqlarda müalicədən sonrakı fərq nisbətən az osa da, yaş artdıqca bu fərq özünü daha qabarıq şəkildə büruzə verir. Uzun müddət davam edən XQ fonunda orqanizmdə ağır ikincili dəyişikliklər baş verir və ənənəvi müalicə bu dəyişikliklərin patogenetik korreksiyası üçün kifayət deyildir. Bu baxımdan, yeni əlavələrlə kompleks konservativ müalicə daha patogenetik olub, XQ fonunda orqanizmdə meydana çıxan ikincili dəyişikliklərin korreksiyasına imkan vermişdir. Ənənəvi müalicə kursları yalnız 3 ilədək davam etdikdə müalicənin nəticələri qənaətbəxş olduğu halda, yeni əlavələrlə kompleks müalicə fonunda isə əksər xəstələrdə 1 ildən sonra davamlı yaxşı nəticə əldə etmək mümkündür.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Дубровская М.И., Шумилов П.В., Мухина Ю.Г. Запоры у детей: современные подходы и тактика лечения. Лечащий врач 2008, № 7, с.28–30
2.Кивва А.Н. Некоторые критерии определения степени интоксикации и состояния клеточных мембран у детей с болезнью Гиршпрунга // Хирургия, 2001, №8, с. 55-57.
3.Киргизов И.В., Лёнюшкин А.И., Дударев В.А. Механизм развития ин-фекционно-токсического шока у детей при хроническом толстокишечном стазе // Справочник педиатра: ежемесячный научно-практический журнал, 2007, №1, с. 19-28.
4.Мазурин А. В., Цветкова Л. Н., Филин В. А. Педиатрия. 2000. №‚ 5. с. 19–22
5.Мелникова И.Ю., Новикова В.П., Думова Н.Б. Запоры у детей. Москва «ГЭОТАР-Медиа» -2015, 152 с
6.Прудникова Т.А. Отдаленные результаты комплексного консервативного лечения и оперативной коррекции нарушений моторной функции толстой кишки у детей. автореф. дисс. к.м.н. Москва 2003. 24с.
7.Drossman D.A. The functional gastrointestinal dirosders and the Rome III process. Gastroenterol. 2006, p.1377-1390 Iacono G. et al. Gastrointestinal symptoms in infancy: a population-based prospective study. Dig Liver Dis. 2005, Jun; 37 (6): 432–438
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı