TÜTÜN İSTİFADƏSİNİN ANA-DÖL QAN DÖVRANINA TƏSİRİ
28-03-2017
Giriş: Siqaretin tərkibindəki bir çox kimyəvi maddələr insan sağlamlığına mənfi təsir göstərir /1/. Hamilə qadının siqaret istifadə etməsi həm hamiləlik ağırlaşmalarına, həm də dölün inkişafına mənfi təsir edir. Hamilə qadının siqaret istifadə etməsinin az çəkili döl və vaxtından qabaq doğuşa səbəb olduğu bilinsə də bunun mexanizmi hələ tam dəqiqləşməmişdir /2, 3/. Siqaret və onun tərkibindəki kimyəvi maddələr ciftdəki damarların yenilənməsinə mənfi təsir edərək cifdin inkişafına mane olur /4/. Siqaret istifadə edənlərdə özbaşına düşük riski, anabətndə və doğuş zamanı ölüm, vaxtından qabaq doğuş, normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması, mərkəzi cift gəlişi, dölün bətndaxili inkişaf ləngiməsi halları daha çox rast gəlinir /5/. Siqaretin tərkibində nikotin,karbon-monoksid və minlərlə toksik kimyəvi birləşmələr var ki, bunlar da hamiləliyin ağırlaşmalarına səbəb olurlar. Karbon-monoksid dölə oksigen transportunu, nikotin isə uşaqlığın qan dövranını azaldır /5/. Bu araşdırmadakı məqsədimiz, tütün istifadəsinin dölün çəkisi ilə patofizioloji əlaqəsini və dölün qan dövranına təsirini araşdırmaqdır.
Material:
Tədqiqata daxil edilən xəstələr 2 qrupa ayrılmışdır:
1-ci qrupa – gündə 4-10 ədəd siqaret çəkən 22 hamilə
2-ci qrupa – hamiləlik vaxtı və hamiləlikdən əvvəl heç siqaret çəkməyən 97 hamilə daxil edilmişdir.
Tədqiqata daxil edilmə kriteriyaları:
-hamiləliyin təqib edilməsi üçün həkimə müraciət edən xəstələr
-ilk trimestrdə qanda ac qarına şəkərin səviyyəsinin normal olduğu xəstələr
-xromosom anomaliyaları skrininqi normal olan xəstələr
-hipertenziv xəstəliyi olmayanlar
-tədqiqatda iştirak etməyə razılıq verən xəstələr
Tədqiqiatdan xaric edilmə kriteriyaları:
-hamiləlikdən öncə şəkərli diabet diaqnozu qoyulması
-çoxdöllü hamiləlik
-şəkər və protein metabolizminə təsir göstərə biləcək hər hansı qaraciyər, böyrək və qalxanvari vəzin xəstəliyinin olması
-xəstənin yaşının 18-dən az və ya 45-dən çox olması
-bədən kütlə indeksinin 18-dən aşağı olması
-spirtli içklər və digər maddələr qəbul edən qadınlar
Müayinə üsulları:Tədqiqat tək mərkəzli, multidistiplinar, prospektiv xəstə-kontrollu tipli araşdırmadır. Tədqiqata daxil edilən 119 hamilələrdən ətraflı anamnez toplanıldı. Hestasiya müddəti son menstruasiya tarixinin ilk gününə görə hesablandı, şübhəli vəziyyətlərdə isə USM-nə əsasən hamiləlik həftəsi təyin edilmişdir.
Bütün hamilə qadınların tədqiqat başlandığı gün çəkisi və boyu ölçülmüş, BKİ (kq/m2) hesablanmışdır. Hamiləliyin 37-ci həftəsində bütün hamilələrin maternal və fetal Doppler göstəriciləri ölçülmüş və qeyd olunmuşdur. Uşaqlıq arteriyası göstəricilərindən pulsatillik indeksi (Pİ), rezistentlik indeksi (Rİ) və sistola-diastola (S/D) axın nisbəti qeyd edilmişdir.Hər iki uşaqlıq arteriyası göstəriciləri ölçüldükdən sonra statistik tədqiqat üçün sağ və sol uşaqlıq arteriyasının Doppler göstəricilərinin cəminin yarısı hesablanaraq tək göstərici qeyd edilmişdir.
Dölün göbək arteriyası (UmbA) göstəricilərindən pulsatillik indeksi (Pİ), rezistentlik indeksi (Rİ) və sistola-diastola (S/D) axın nisbəti qeyd edilmişdir. Eyni şəkildə orta serebral arteriyanın (MSA) da Doppler qiymətləndirilməsi aparılmışdır.Orta serebral arteriyanın pulsatillik indeksi (Pİ), rezistentlik əmsalı (Rİ), ən yüksək sistolik səviyyə (PSV) və sistola-diastola (S/D) axın nisbəti araşdırıldı.
Göstəricilərin statistik analizi SPSS (Statistical Package for Social Scienses) 15-ci versiya (SPSS İnc. Chicago, İL, ABD) proqramı istifadə edilərək aparıldı. Çox dəyişkənlik göstərən göstəricilər təxmini±standart kənaraçıxma (SD) və mötərizə içində ən aşağı və ən yüksək göstəricilər göstərildi. Bütün göstəricilərin parametrik olmadığı müəyyən edildi və qrupların qarşılaşdırılmasında Mann-Whitney U və x2 testləri istifadə edildi.Bütün testlər üçün p
Nəticələr:
Hər iki qrupun əsas xususiyyətlərinin qarşılaşdırılması cədvəl 1-də göstərilmişdir.
I qrup üçün orta yaş həddi 29.8±4.2 (23-38), II qrup üçün 29.2±4.8 (19-40) oldu və statistik olaraq bir fərqlilik görülmədi (p=0.546). Qruplar anamnezdə doğuşların sayına görə statistik olaraq fərqlənmədi ( 2.1±1.7 və 2.3±1.5 ; p=0.623)
Cədvəl № 1.
|
1-ci Qrup n=22 |
2-ci Qrup n=97 |
p* |
Yaş |
29.8±4.2 |
29.2±4.8 |
0.546 |
Doğuşun sayı |
2.1±1.7 |
2.3±1.5 |
0.623 |
BKİ (kqm2) |
27.1±2.0 |
27.2±2.6 |
0.524 |
Çəki artımı (kg) |
17.3±2.8 |
13.6±4.5 |
0.0005 |
Yenidoğulmuşların çəkisi (qr) |
3328.2±231.1 |
3379.1±356.5 |
0.334 |
Yenidoğulmuşların cinsi: |
|
|
|
qız (n,%) oğlan (n,%) |
10 (45.5%) 12 (54.5%) |
53 (54.6%) 44 (45.4%) |
0.436 |
*p Cədvəl 1. İki qrupun əsas xususiyyətləri |
BKİ baxımından qruplar qarşılaşdırıldıqda: 1-ci qrupun BKİ 27.1±2.0 kg/m² (23.0-30.7), 2-ci qrupun BKİ 27.2±2.6 kg/m² (21.1-30.8) izləndi və statistik olaraq göstəricilər eyni görüldü (p=0.524). 1-ci qrupun hamiləlik zamanı çəki artımı 17.3±2.8 kq (13.5-24.0 ), 2-ci qrupun çəki artımı isə 13.6±4.5 kq ( 4.0-24.0) oldu. Gündə 4-10 ədəd siqaret çəkən hamilələrdə çəki artımı heç çəkməyənlərlə nisbətdə statistik daha artıq izləndi (p=0.0005).
Doğulan uşaqların cinsiyyəti baxımından 1-ci qrupda 45.5% qız, 54.5% oğlan, 2-ci qrupda isə 54.6% qız, 45.4% oğlan olduğu qeydə alındı.
Bunlarla yanaşı 1-ci və 2-ci qrupların ana və döl ultrasəs Doppler axınlarının qarşılaşdırıl-ması cədvəl 2-də göstərilmişdir. UtA Rİ, Pİ və S/D axınları qruplar arasında qarşılaşdırıldıqda statistik olaraq məna kəsb edən fərq aşkarlanmadı ( sırayla p=0.432, p=0.317 və p=0.472). 1-ci qrup üçün UmbA S/D nisbəti 2.6±0.5 (1.8-3.3), UmbA Rİ 0.6±0.1 (0.4-0.7), UmbA Pİ 0.9±0.2 (0.6-1.5 arası) olduğu görüldü. 2-ci qrup üçün UmbA S/D nisbəti 2.3±0.4 (1.1-3.4), UmbA Rİ 0.6±0.1 (0.4-0.7), UmbA Pİ 0.8±0.1 (0.5-1.1) olduğu aşkarlandı.
Əsasən göbək arteriyası Doppler axınlarında statistik baxımdan iki qrup arasında fərq ortaya çıxdı (UmbA S/D üçün p=0.010, UmbA Rİ üçün p=0.008, UmbA Pİ üçün p=0.016). Statistik olaraq əsaslı fərqlilik göstərən UmbA Doppler axınları klinik olaraq fərq göstərmədilər.
Döldəki Doppler MCA göstəriciləri qarşılaşdırıldığında 1-ci qrupda S/D, Rİ və Pİ dəyərləri 2-ci qrupdakı xəstələrin göstəricilərindən statistik olaraq daha yüksək olsa da bu fərq özünü klinik olaraq göstərmədi (p=0.004, p=0.002 və p=0.008). MCA PSV göstəricilərinin 1-ci qrup xəstələrdə daha yüksək olmasına baxmayaraq statistik əhəmiyyəti izlənmədi (p=0.076).
Cədvəl № 2.
|
1-ci Qrup n=22 |
2-ci Qrup n=97 |
p* |
MCA-PSV |
61.80±12.18 |
57.36±12.43 |
0.076 |
MCA-RI |
0.79±0.06 |
0.74±0.07 |
0.002 |
MCA PI |
1.66±0.29 |
1.45±0.29 |
0.008 |
MCA S/D |
5.26±1.64 |
4.20±1.23 |
0.004 |
UmbA RI |
0.60±0.07 |
0.55±0.06 |
0.008 |
UmbA PI |
0.94±0.23 |
0.82±0.13 |
0.016 |
UmbA S/D |
2.57±0.48 |
2.27±0.38 |
0.010 |
UtA RI |
0.47±0.08 |
0.45±0.06 |
0.432 |
UtA PI |
0.73±0.02 |
0.75±0,22 |
0.317 |
UtA S/D |
2.06±0.71 |
2.11±0.79 |
0.472 |
*p Cədvəl 2. Ana və döl ultrasəs Doppler axınlarının qarşılaşdırılması |
Müzakirə:
Bu tədqiqatda siqaret istifadəsinin ana və dölün Doppler axınlarına və dölün çəkisinə təsiri araşdırılmışdır. Siqaret istifadəsinin az çəkili döllə olan əlaqəsi məlumdur.Rizzo və tərəfdaşlarının 2009-cu ildə apardığı tədqiqata əsasən xroniki tütün istifadəsinin dölün çəkisinin az olmasına səbəb olduğu halda, 1-ci trimestrdə plasentanın həcminə və vaskulyarizasiyasına təsir etmədiyi aşkarlanmışdır /2/. Tədqiqatımızdakı 22 xəstənin heç birində bətndaxili inkişaf geriliyi olmamışdır. Gündə 4-10 ədəd siqaret istifadəsinin də dölün çəkisinə heç bir təsiri olmadığı da tədqiqatla təsdiq edilmişdir. Vielwert və tərəfdaşlarının 2006-cı ildə apardığı bir tədqiqatda isə gündə 15 və daha artıq siqaret istifadəsi 3-cü trimestrdə dölün böyümə sürətində azalmağa (p=0.007) və dölün az çəkili olmasına (p=0.002) səbəb olduğu olduğu halda, siqaret istifadəsini azaldan (gündə 15-dən az) hamilələrdə siqaretin dölün çəkisinə təsir etmədiyi göstərilmişdir /4/.
Ədəbiyyatda siqaret istifadəsi və çəki artımı və çəkinin itirilməsini araşdıran calışmalar da vardır.Xususilə siqaretdən ağır dərəcədə asılı olan şəxslərdə siqareti tərgidən zaman çəki dəyişikliklərini və yemək tərzlərini araşdıran tədqiqatlar vardır.Grebensteinin 2013-cü ildə apardığı tədqiqatda nikotinin çəkinin artması ilə əlaqəsi olmadığını göstərmişdir/6/. Bizim çalışmamızda isə siqaret istifadə edən hamilələrin çəki artımının istifadə etməyənlərlə müqayisədə artıq olduğu muəyyən olunmuşdur.Hamiləlikdə çəki artımına siqaretin təsirini araşdıran bir tədqiqat olmamasına baxmayaraq, bu hamilələrin psixoloji olaraq siqaretin onun uşağına mənfi təsir edəcəyini düşünərək daha artiq kalori aldıqlarından irəli gəlir.Buna görə də bele qadınlar psixoloji cəhətdən məlumatlandırılmalıdırlar.Bizim tədqiqatımızın əksinə, Newnham və tərəfdaşlarının 1990-cı ildə apardığı araşdırmada siqaretin təsirindən ana və dölün hər ikisinin çəkisinin azaldığı göstərilmişdir /7/.
Xroniki olaraq tütünün təsirinə məruz qaldıqda, siqaretin tərkibindəki toksik kimyəvi maddələrin təsirindən plasentar yataqdakı vaskulyarizasiya pozulur. Siqaret çəkən hamilələrin ciftlərinin histoloji müayinəsində intervilloz sahədə kiçilmə və kapilyar həcmin azaldığı görülür.Plasentadakı azalmış angiogenez və artmış təzyiq ana və döl Doppler axınlarına təsir edir /4,7-9/. Tədqiqatımızın nəticəsində də siqaret istifadəsinin UmbA və MCA Doppler axınlarına təsir etdiyi göstərilir. Bruner və Forouzanın 1991-ci ildə apardıqları tədqiqatda nikotinin dölün UmbA-da diastolik axın itkisinə səbəb olduğu göstərilmişdir /8/. Newnham və tərəfdaşları 1990-cı ildə hamiləliyin 24-cü həftəsində siqaretin təsirini öyrənmişlər.Tədqiqatın sonunda siqaret istifadə edən və etməyən hamilələrin UmbA S/D nisbətlərində fərq olmadığı ortaya çıxmışdır. Newnham və tərəfdaşları siqaretin tərkibindəki toksik maddələrin Doppler axınlarında periodik dəyişikliklər əmələ gətirdiyi, lakin xroniki təsirlərin olmadığını fikrini müdafiə etdilər /7/. 2009-cu ildə Rizzo və tərəfdaşlarının apardığı tədqiqatda da 1-ci trimestrdə siqaretin dölün Doppler axınına təsir etmədiyi göstərilmişdir /2/. 3-cü trimestrdə ana və dölün Doppler axınları ilə siqaretin əlaqəsini göstərən çalışma aparılmamışdır. Buna görə də tədqiqatımızın sonunda qeyd edilən dəyişilmiş UmbA və MCA Doppler axınları ədəbiyyata yeni yanaşma gətirmişdir.
Nəticə:
Son olaraq, nəticələrimiz göstərir ki, gündə 4-10 ədəd siqaret istifadə etmək dölün Doppler axınlarına təsir etməklə yanaşı, ananın uşaqlıq arteriyaları axınlarına heç bir təsir göstərmir. Ağır siqaret istifadəsinin plasentar vaskulyarizasiyanı pozmaqla dölün inkişafına təsir etdiyini iddia edən çalışma vardır. Siqaret istifadəsi gündə 4-10 ədədlə məhdudlaşsa,dölün Doppler axınlarında dəyişiklik yaransa belə, dölün çəkisində bir dəyişiklik olmadığı bu tədqiqatla sübut olunmuşdur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Huruba D, Sikolova V, Kunzova S, Kasikova K. The role of smoking in the epigenetic modification of phenotype: the latest knowledge about smoking-induced pathways. [Article in Czech] Cas Lek Cesk 2013;152:31-5.
2.Rizzo G, Capponi A, Pietrolucci ME, Arduini D. Effects of maternal cigarette smoking on placental volume and vascularization measured by 3-dimensional power Doppler ultrasonography at 11+0 to 13+6 weeks of gestation. Am J Obstet Gynecol 2009;200:415.e1-5.
3.Castles A, Adams EK, Melvin CL, Kelsch C, Boulton ML. Effects of smoking during pregnancy: five meta-analyses. Am J Prev Med 1999;16:208-15.
4.,Vielwerth SE, Jensen RB, Larsen T, Greisen G. The impact of maternal smoking on fetal and infant growth. Early Hum Dev 2007;83:491-5.
5.American College of Obstetricians and Gynecologists. ACOG committee opinion: smoking cessation during pregnancy. Obstet Gynecol 2010;116:1241-45.
6.Grebenstein PE, Thompson IE, Rowland NE. The effects of extended intravenous nicotine administration on body weight and meal patterns in male Sprague-Dawley rats. Psychopharmacology 2013;3:43-7.
7.Newnham JP, Patterson L, James I, Reid SE. Effects of maternal cigaratte smoking on ultrasonic measurements of fetal growth and on Doppler şow velocity waveforms. Early Hum Dev 1990;24:23-26.
8.Bruner JP, Forouzan I. Smoking and buccally administered nicotine. Acute effect on uterine and umbilical artery Doppler flow velocity waveforms. J Reprod Med1991;36:436-40.
9.Campbell S. Placental vasculature as visualized by 3D power Doppler angiography and 3D color Doppler imaging. Ultrasound Obste t Gynecol 2007;309:17-20.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı