MASALLI RAYONUNDA SİDİK DAŞI XƏSTƏLİYİNİN YAYILMASI

14-11-2017

Giriş.Sidik daşı xəstəliyi polietioloji xəstəlik olub yayılması coğrafi, iqlim və s. faktorlardan asılıdır. 2007-2010-cu illərdə ABŞ-da aparılmış tədqiqata görə əhalinin 8.8%-i sidik daşı xəstəliyindən (o cümlədən kişilər-10.6%, qadınlar-7.1%) əziyyət çəkir [7].

Son 10 ildə sidik daşı ilə xəstələnmə sürətlə artır [8]. Aparılmış tədqiqatlarda  sidik daşı ilə xəstələnmə göstəricisinin 3.8%dən 5.2%ə qədər artması qeyd olunur [9]. Artım yeniyetmələr arasında da özünü qabarıq şəkildə biruzə vermişdir [4-6].

Azərbaycanda  Şəki-Zaqatala, Gəncə ilə yanaşı Lənkəran iqtisadi rayonunun-da sidik daşı xəstəliyi üçün endemik zona olmasını nəzərə alaraq bu xəstəliyin epidemiologiyasının az öyrənilməsi bu tədqiqatın vacibliyini ön plana çıxarır.

Məqsəd.Tədqiqatın məqsədi Masallı rayonu nümunəsində müraciət əsasında sidik daşı xəstələyinin yayılmasının öyrənilməsi olmuşdur.

Material və metod.2010-2014-cü illər ərzində Masallı Mərkəzi Rayon Xəstəxanasının ambulator xəstənin tibbi kartları (AZS-025) əsasında bütün sidik daşı ilə xəstələnmə hadisələri əsas götürülmüşdür. Tədqiqat vahidi sidik daşı diaqnozu təsdiqlənmiş xəstə olmuşdur.

Masallı rayonunda müraciət əsasında əhalinin sidik daşı ilə xəstələnmə hadisələrinin sayı 2010-2014-cü illərdə ayrı-ayrılıqda öyrənilmişdir. Bu illər ərzində rayonda 729 sidik daşı diaqnozlu xəstə (o cümlədən kişilər-510,qadınlar-219) aşkarlanmışdır. Müxtəlif illər üzrə əhalinin orta illik sayı nəzərə alınmaqla hər 100000  nəfərə düşən ümumi, eləcə də kişi və qadın xəstələnmə hadisələrinin sayı və onun orta xətası müəyyən edilmişdir. Eyni hesablamalar müxtəlif yaş qrupları üzrə də təyin edilmişdir. Tədqiqat işində xəstələnmə hadisələrinin yaş strukturu müvafiq yaş qruplu əhalinin hər 10000 nəfərinə görə araşdırılmışdır. Xəstələnmələr arasındakı fərqin dürüstlüyü həm cins,həm müxtəlif yaş qrupları arasında ayrı-ayrı illər üzrə hesablanmışdır.

Alınmış nəticələrin analizi Excel proqramının köməyi ilə təsviri statistik metodlarla aparılmışdır. Müxtəlif qruplar arasındakı fərqin dürüstlüyü t-kriteriyasına görə qiymətləndirilmişdir [1].

Alınmış nəticələr.Masallı rayonunda sidik daşı xəstəliyinin yayılması cədvəl 1-də göstərilmişdir. 2010-2014-cü illər ərzində əhalinin hər 100000 nəfərinə orta hesabla 70.205.82 xəstələnmə hadisəsi,o cümlədən kişilər arasında 97.24 9.63,qadınlar arasında isə 42.616.44 xəstələnmə düşür.

Cədvəl  1.

Masallı rayonunda sidik daşı xəstəliyinin yayılması

 

Ümumi əhali

Kişilər

Qadınlar

 

N

n

*100000

N

n

*100000

N

n

*100000

2010

201050

126

62.675.58

101150

86

85.029.16

99900

40

40.046.33

2011

204150

140

68.585.79

102900

98

95.249.61

101250

42

41.486.40

2012

207350

142

68.485.77

104700

104

99.339.74

102650

38

37.026.00

2013

210400

138

*65.595.58

106450

92

*86.439.01

103950

46

44.256.52

2014

213550

183

*85.696.33

108150

130

*120.2010.54

105400

53

50.286.91

 

207300

729

70.205.82

104670

510

97.249.63

102630

219

42.616.44

 

2010-cu ildə ümumi,kişilər və qadınlar arasında xəstələnmə müvafiq olaraq 62.675.58, 85.029.16 və 40.046.33, 2011-ci ildə isə 68.585.79, 95.249.61 və 41.486.40 olmuşdur. Bu illər ərzində xəstələnmənin dəyişikliyi statistik dürüst olmamışdır (t<2).

2012-ci ildə ümumi, kişilər və qadınlar arasında xəstələnmə uyğun olaraq 68.485.77, 99.339.74 və 37.026.00, 2013-cü ildə isə 65.595.58, 86.439.01 və 44.256.52 kimi müəyyən edilmişdir. Bu illər ərzində də xəstələnmənin dəyi­şik­liyi statistik əhəmiyyətli olmamışdır(t<2).

2014-cü ildə ümumi, kişilər və qadınlar arasında xəstələnmə göstəricisi mü­va­fiq olaraq 85.696.33, 120.2010.54 və 50.286.91 olmuşdur. 2013-2014-cü illərdə ümumi və kişilər arasında xəstələnmənin dəyişikliyi statistik dürüst olmuş­dur (müvafiq olaraq t=2.38,2.44). Qadınlar arasındakı dəyişiklik isə əhəmiyyətli olmamışdır.

Kişi və qadın xəstələnmələrinin xronoloji orta göstəriciləri arasındakı fərq statistik olaraq dürüstdür (t=4.72). Ayrı-ayrı illərdə də kişi və qadın xəstələnmə ha­di­sələri arasındakı fərq statistik əhəmiyyətlidir(müvafiq olaraq t=4.04, 4.66, 5.45, 3.79, 5.55).

Masallı rayonunda xəstələnmələrin yaş qrupları üzrə səciyyələnməsi cədvəl 2-də göstərilmişdir.

2010-cu ildə 0-19 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri müvafiq olaraq 0.840.34, 1.570.64 və 0, 20-39 yaş qrupunda 4.490.81, 5.411.24 və 3.541.02, 40-59 yaş qrupunda isə 12.711.64, 18.062.82 və 7.76 1.78 olmuşdur. 0-19 və 20-39 yaş qrupları, eləcə də 20-39 və 40-59 yaş qrupları arasındakı fərq statistik olaraq dürüstdür (müvafiq olaraq t=4.15, 2.75,3.47, 4.49,4.11 və 2.06).

Həmin ildə 60-79 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri müvafiq olaraq 20.903.95, 34.557.91 və 11.393.79, 80 və yuxarı yaş qrupunda isə 6.256.25, 20.0019.98 və 0 kimi müəyyən edilmişdir. Təkcə 60-79 və 80 yaşdan yuxarı qrupda qadınlar arasında fərq əhəmiyyətli olmuşdur (t=3.01).

 


Cədvəl  2.

Masallı rayonunda xəstələnmə hadisələrinin yaş qrupları üzrə səciyyələnməsi

 

 

2010

2011

2012

2013

2014

 

 

*10000

*10000

*10000

*10000

*10000

0-19

Ü

*0.840.34

*0.700.31

*0.300.20

*0.840.34

*0.840.34

K

*1.570.64

*1.300.58

*0.520.37

*0.780.49

*1.290.58

Q

*0

*0

*0

0.910.53

*0.300.30

20-39

Ü

*4.490.81

*5.700.90

*5.050.84

*7.321.01

*8.141.05

K

*5.411.24

*8.941.58

*7.421.43

*8.631.52*

*13.791.91*

Q

*3.541.02

*2.320.82

*2.570.86*

5.951.30*

*2.220.76*

40-59

Ü

*12.711.64

*12.961.63

*13.971.67*

*8.741.30*

*13.471.60*

K

*18.062.82

*16.742.68

*19.922.87*

*10.482.05*

18.902.73*

Q

*7.761.78

*9.561.95

*8.491.81

7.101.63

*8.421.76

60-79

Ü

20.903.95

*21.903.99

21.433.91

*22.383.95

*26.854.24

K

34.557.91

*37.508.17

*39.668.25

*48.338.95

33.337.26

Q

11.393.79

11.113.70

*8.433.19

3.572.06*

*22.095.06*

80 və yuxarı

Ü

6.256.25

11.768.31

21.0510.51

10.007.07

28.5711.65

K

20.0019.98

16.6716.65

57.1428.49

28.5720.17

57.1428.49

Q

0

9.099.07

*0

0

15.3810.87

 

2011-ci ildə 0-19 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri müvafiq olaraq 0.700.31, 1.300.58 və 0, 20-39 yaş qrupunda 5.700.90, 8.941.58 və 2.320.82, 40-59 yaş qrupunda isə 12.961.63, 16.742.68 və 9.561.95 kimi mü­əy­yən edilmişdir. 0-19 və 20-39 yaş qrupları, eləcə də 20-39 və 40-59 yaş qrup­ları arasındakı fərq statistik olaraq dürüstdür (müvafiq olaraq t=5.26, 4.54, 2.83, 3.90, 2.51 və 3.42).

Həmin ildə 60-79 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri müva­fiq olaraq 21.903.99, 37.508.17 və 11.113.70,80 və yuxarı yaş qrupunda isə 11.768.31, 16.6716.65 və 9.099.07 kimi təyin edilmişdir. Təkcə 40-59 və 60-79 yaş qruplarında ümumi və qadınlar arasında fərq statistik əhəmiyyətli olmuşdur (t=2.07 və 2.41).

2012-ci ildə 0-19 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri  müvafiq olaraq 0.300.20, 0.520.37 və 0, 20-39 yaş qrupunda 5.050.84, 7.421.43 və 2.570.86, 40-59 yaş qrupunda isə 13.971.67, 19.922.87 və 8.491.81 olmuş­dur. 0-19 və 20-39 yaş qrupları, eləcə də 20-39 və 40-59 yaş qrupları arasındakı fərq statistik olaraq dürüstdür (müvafiq olaraq t=5.50, 4.67, 2.99, 4.77,3.90 və 2.95).

Həmin ildə 60-79 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri müvafiq olaraq 21.433.91, 39.668.25 və 8.433.19, 80 və yuxarı yaş qrupunda isə 21.0510.51,57.1428.49 və 0 kimi müəyyən edilmişdir. 40-59 və 60-79 yaş qruplarında kişilər, 60-79 və 80 və yuxarı yaş qruplarında qadınlar arasında fərq statistik əhəmiyyətlidir (müvafiq olaraq t=2.26 və 2.64).

2013-cü ildə 0-19 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri  müvafiq olaraq 0.840.34,  0.780.49 və 0.910.53, 20-39  yaş qrupunda 7.321.01, 8.63 1.52 və 5.951.30, 40-59 yaş qrupunda isə 8.741.30, 10.482.05 və 7.101.63 kimi təyin olunmuşdur. Təkcə 0-19 və 20-39 yaş qrupları arasındakı fərqlər statis­tik dürüstdür (müvafiq olaraq t=6.08,4.92 və 3.59).

Həmin ilin 60-79 yaş qrupunun ümumi, kişi və qadın xəstələnmələri müvafiq olaraq 22.383.95, 48.338.95 və 3.572.06, 80 və yuxarı yaş qrupunda isə 10.007.07, 28.5720.17 və 0 kimi müəyyən olunmuşdur. 40-59 və 60-79 yaş qruplarında ümumi və kişi xəstələnmələrin dəyişikliyi statistik dürüst olmuşdur (mü­va­fiq olaraq t= 3.28 və 4.12).

2014-ci ildə 0-19 yaş qrupunda ümumi, kişi və qadın xəstələnmələri  müva­fiq olaraq 0.840.34, 1.290.58 və 0.300.30, 20-39 yaş qrupunda 8.141.05, 13.791.91 və 2.220.76, 40-59 yaş qrupunda isə 13.471.60, 18.902.73 və 8.421.76 olmuşdur. 20-39 və 40-59 yaş qrupunda qadınlar istisna olmaqla digər fərqlər statistik əhəmiyyətlidir (müvafiq olaraq t=6.61, 6.26, 2.35, 2.79 və 3.23).

Həmin ilin 60-79 yaş qrupunun ümumi, kişi və qadın xəstələnmələri müva­fiq olaraq 26.854.24, 33.337.26 və 22.095.06, 80 və yuxarı yaş qrupunda isə 28.5711.65,  57.1428.49 və 15.3810.87 kimi müəyyən olunmuşdur. Təkcə 40-59 və 60-79 yaş qruplarında ümumi və qadın xəstələnmələrinin fərqi statistik dürüst olmuşdur (müvafiq olaraq t=2.95 və2.55).

Alınmış nəticələrin müzakirəsi.2000-ci ildə Roçestrdə aparılmış tədqiqata görə ümumi, kişi və qadın xəstələnməsi müvafiq olaraq 85.110.2,105.016.8 və 68.412.3 kimi təyin olunmuşdur  [2]. Burada ümumi xəstələnməni müqayisə et­sək bizim aldığımız nəticələrdən yalnız 2014-cü il göstəricisi bu rəqəm ilə bərabərlik təşkil edir, digər illərin göstəricisi isə azdır. Kişilər arasında 2014cü ildə alınmış nəticə bu rəqəmdən çox,digər illərdə isə azdır. Oxşar müqayisəni qadınlar arasında aparsaq aldığımız nəticələrin az olması qənaətinə gələ bilərik.

Müxtəlif yaş qrupları arasında olan xəstələnməni müqayisə etsək ən çox xəstələnmənin 60-79 yaş qrupuna, ən az xəstələnmənin isə 0-19 yaş qrupuna düşdüyünü görmək olar. Ədəbiyyata görə [7] ən çox xəstələnmə bizim nəticəyə oxşar olaraq 60-79 yaş qrupuna, ən az xəstələnmə isə 20-39 yaş qrupuna düşür.

Ümumilikdə, eləcə də ayrı-ayrı yaş qruplarında kişi xəstələnmələrinin qadınlardan çoxluq təşkil etməsi həm bizim tədqiqatda, həm də ədəbiyyatda [7] təsdiqlənmişdir.

Nəticələr

1.Masallı rayonunda 2010-2014-cü illər ərzində əhalinin hər 100 000 nəfərinə orta hesabla 70.205.82 xəstələnmə hadisəsi, o cümlədən kişilər arasında 97.249.63, qadınlar arasında isə 42.616.44 xəstələnmə düşür.
2.2013-2014-cü illərdə ümumən və kişilər arasında xəstələnmənin dəyişikliyi statistik dürüst olmuşdur (müvafiq olaraq t=2.38,2.44).
3.Kişi və qadın xəstələnmələrinin xronoloji orta göstəriciləri arasındakı fərq statistik dürüstdür (t=4.72). Ayrı-ayrı illərdə də kişi və qadın xəstələnmə hadisələri arasındakı fərq statistik əhəmiyyətlidir (müvafiq olaraq t=4.04, 4.66, 5.45, 3.79, 5.55).
4.Ümumilikdə, eləcə də kişilər və qadınlar arasında xəstələnmə hadisələrinin yaş artdıqca artması müəyyənləşdirilmişdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Стентон Г. Медико-биологическая статистика. Москва: Практика, 1999, 459с.
2.John D., Fuller D., Fuller A. Epidemiology of Stone Disease in North America // Urolithiasis, 13 DOI 10.1007/978-1-4471-4387-12, Springer-Verlag London 2012
3.Soucie J. M., Coates R.J., McClellan W.  et al. Relation between Geographic Variability in Kidney Stones Prevalence and Risk Factors for Stones // American Journal of Epidemiology, Vol.143, No.5
4.Dwyer M. E., Krambeck A.E., Bergstralh E.J. et al. Temporal Trends in Incidence of Kidney Stones Among Children: A 25-Year Population Based Study // THE JOURNAL OF UROLOGY Vol. 188, 247-252, July 2012
5.Buchholz N.P.N, Abbas F., Khan R. et al. The Prevalence of Silent Kidney Stones - an Ultrasonographic Screening Study // Journal of Pakistan Medical Association, 53(1), 24-25.
6.Hughes P.  Kidney stones epidemiology // NEPHROLOGY 2007; 12, S26–S30
7.Scales CD. Jr., Smith A.C., Hanley J.M. et al. Prevalence of kidney stones in the United States // Eur. Urol.2012 jul;62(1);160-5
8.Turney B.W., Reynard J.M., Noble J.G. et al. Trends in urological stone disease // BJU Int. 2012 Apr; 109 (7):1082-7
9.Brener Z.Z., Winchester J.F., Hertzel S. et al. Nephrolithiasis: Evaluation and Management South Medical Journal, 2011;104 (2):133-139.

 


Müəlliflər:
R.A. Ramazanov

Digər jurnal və qəzetlər