UŞAQLARDA E.COLI MƏNŞƏLİ KƏSKİN BAĞIRSAQ İNFEKSİYALARININ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN MÜALİCƏSİNDƏ PROBİOTİKLƏRİN ROLU
13-01-2017
Açar sözləri:Esceherichiya Coli; kəskin bağırsaq infeksiyaları, probiotikllər;
Kəskin bağırsaq infeksiyaları (KBİ) yoluxucu xəstəliklər içərisində mühüm yerlərdən bitrini tutur və yer kürəsinin bütün əhalisi üçün aktual olaraq qalır. Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi məlumata görə il ərzində 1-1,2 milyard adam diareya ilə xəstələnir. Onun da 60-70%-ni uşaqlar təşkil edir [1]. KBİ infeksiyaları respirator virus infeksiyalarından (KBİ) sonra II yeri tutur və yay xəstəlikləri içərisində liderlik edir [2].
5 yaşa qədər uşaqlarda müdafiə faktorları tam inkişaf etmədiyinə görə immun sistem zəiflədikdə, daxil olan miqroorqanizmlər çoxlu miqdarda olduqda, qeyri-düzgün qidalandıqda, süni qidalanmada, normal mikrofloranı məhv edən antobiotiklər qəbul etdikdə mikroorqanizmlər asanlıqla bütün baryerləri dəf edir. Bakteriyalar mədə bağırsaq traktında (MBT) məskunlaşır, nəticədə selikli qişanı zədələyir, həzm və sorulma proseslərini pozur, su və elektrolit itkinisə, normal bağırsaq mikroflorasının üzülməsinə səbəb olur (3,4). Bütün yuxarıda sadalananlar kiçik yaş qrupunda olan uşaqlar arasında KBİ-nin daha çox təsadüf edilməsinə və ciddi fəsadların baş verməsinə səbəb olur.
Müasir dövrdə uşaqlar arasında baş verən KBİ-nin etioloji strukturu içərisində Escherixiya Coli (E. Coli) mənşəli bağırsaq infeksiyaları mühüm yer tutur. E.Coli bağırsaq çöpləri qeyri-patogen və aqressiya faktorlarına malik olan patogen qruplara bölünür[5]. Qeyri-patogen E.Coli qram-mənfi çöplər olub, insanın bağırsaq traktının normal mikroflorasının tərkibinə aiddir və digər nümayəndələrinə nisbətən 1%-dən çox olmur. Lakin buna baxmayaraq MBT-nin funksional fəaliyyətində mühüm rol oynayır. Bağırsaqda digər saprofit bakteriyaların fəaliyyət göstərməsi üçün şərait yaradır və patogen floranı məhv edir. Bu bakteriyalar aerob olduğundan onlar bağırsaqda sərbəst O2-lə tənəffüs edir. Bununla da anaerob bakteriyaların (xüsusən, bifido- və laktobak-teriyalar) bağırsaqda yerləşməsinə və çoxalmasına şərait yaradır.
Qeyri-patogen E.Coli bağırsaqda olan karbohidratları parçalayır. Nəticədə pH-n aşağı düşməsinə və bağırsaq kinetikasının normallaşmasına şərait yaradır [6]. Bununla yanaşı E.Colinin metabiolitləri bağırsaqda olan iltihabı aradan qaldırır və enterositlər üçün energetik substrat rolunu oynayır. E.Coli patogen bakteriyalarla antoqonistlik təşkil edərək, onları məhv edir və onların bağırsaq divarına invaziyasının qarşısını alır. Bununla yanaşı bağırsaqda olan antibakterial zülalın sintezini artırır, həmçinin bağırsaqda yerləşən makrofaqlara təsir edərək, iltihab əleyhinə olan sitokinləri stimulyasiya edir.
Patogen və qeyri-patogen E.Coli morfoloji bir-birindən fərqlənmir. Patogen E.Coli 4 qrupa bölünür:
1.Enteropatogen E.Coli (EPEC).
2.Enteroinvaziv E.Coli (EİEC).
3.Enterotoksigen E.Coli (ETEC).
4.Enterohemorragik E.Coli (EHEC).
Tədqiqatın məqsədi: E.Coli mənşəli KBİ-nin kliniki laborator xüsusiyyətləri və probiotik Coliifant Newborn preparatını tətbiq etməklə terapiyanın effektivliyini tədqiq etməkdir.
Material və metodlar. Tədqiqatımızı E.Coli mənşəli KBİ olan 80 uşaq üzərində aparmışıq. Müayinə olunan uşaqlar 2 qrupa bölünüb: I əsas-müşahidə qrupuna 60 uşaq, II nəzarət-müqayisə qrupuna 20 uşaq daxil edilib. Uşaqlar əasaən 6 yaşa kimi olub. Onlarda kliniki ümumi və bakterioloji müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə görə əsas qrupda uşaqların 25-də (41%) EPEC, 20-də (34%) EİEC,10-da (17 %) EHEC, 5-də (8 %) ETEC aşkar olunub. Xəstələrin 30-da (50 %) eşerixioz ağırlıq dərəcəsinə görə orta ağır, qalan 30-da ( 50 %) isə ağır dərəcə olub. Nəzarət qrupunda olan uşaqların 10-da (50%) EPEC, 6-da (30%) EİEC, 2-də (10%) ETEC, 2-də (10%) EHEC olub. Onların 10-da (50%) orta ağır dərəcə və qalan 10-da (50%) isə ağır dərəcə olub.
Əsas qrupda olan uşaqların bazis müalicəsinə Coliinfant Newborn probiotiki əlavə olunub. Onun tərkibində 0,8x108 -1,6x108 miqdarda E.Coli çöpləri var. II nəzarət qrupuna daxil uşaqlarda KBİ-nin müalicəsində tətbiq olunan bazis terapiya aparılıb. Bazis terapiyaya daxil olan əsas dərman vasitələri antibiotiklər, spazmolitiklər, həzm fermentləri və adsorbentlərdən ibarət olub. Onlarda su-duz mübadiləsində baş vermiş pozuntuları korreksiya etmək məqsədilə rehidrotasiya (oral və parenteral) aparılıb.
Xəstələrin müayinə planına ananmezin toplanması, obyektiv müayinə, laborator və instrumental müayinə (ultrasəs müayinə) daxil edilmişdir. Müalicədən əvvəl və sonra xəstələrin əsas şikayətləri, laborator, instrumental müayinələrin nəticələri analiz olunmuşdur.
Cədvəl № 1.
E.Coli mənşəli KBİ-ni keçirən müayinə olunan uşaqlar.
Müayinə qrupları |
Uşaqların sayı № nə-fərlə və %-lə |
Xəstəliyin ağırlıq dərəcəsi |
Eşerixiozların növləri
|
Aparılan müalicə |
||||
Orta аğır |
ağır |
EPEC |
EİEC |
ETEC |
EHEC |
|||
Əsas qrup |
60-100% |
30 50% |
30 50% |
25 41% |
20 34% |
10 17% |
5 8% |
Bazis terapiya +Coliinfant Newborn |
Nəzarət qrupu |
20-100% |
10 50% |
10 50% |
10 50% |
6 30% |
2 10% |
2 10% |
Bazis terapiya |
Məlum olduğu kimi MBT-nin infeksion xəstəlikləri üçün dispeptik əlamətlər (qusma, ishal), eksikoz,toksikoz xarakterikdir. Müvafiq olaraq aparılan terapiyanın effektivliyinin vacib meyarı dispeptik, eksikoz, toksikoz əlamətlərinin aradan qaldırılması və baş verə biləcək fəsadların qarşısının alınmasıdır. Ona görə də hər 2 qrupda aparılan müalicədə ilk növbədə diqqəti əsas şikayətlərin dinamikasına və onların aradan qaldırılmasına yönəltmişik. Kəskin dövr qurtardıqdan sonra antibiotiklərin təsiri nəticəsində pozulmuş bağırsaq mikroflorasını normallaşdırmaq və gələcəkdə baş verə biləcək residivlərin qarşısını almaq məqsədilə tərkibi E.Coli mənşəli bağırsaq çöplərindən ibarət probiotik Coliinfant Newborn (liofilizə olunmuş toz flakonda) günaşırı bir flakon olmaqla 4 həftə müddətində daxilə verilib. Hər iki qrupun uşaqları qeydiyyata alınıb və dinamikada nəzarətdə saxlanılıb. Müalicə qurtardıqdan sonra 5 gün fasilə verdikdən sonra, hər iki qrupun uşaqlarında yenidən kliniki, laborator müayinələr aparılıb. Əsas qrupun uşaqlarının 10-da (15%), nəzarət qrupunun uşaqlarının 16-da (80%) də nəcisin təkrar bakterioloji müayinəsində patogen E.Coli aşkar olunub. Anamnestik göstəricilərdən məlum olur ki, əsas qrupun nəcislərində təkrar E.Coli aşkar olunan uşaqları əsasən 1 yaşa qədər süni qidalanan, allergiyası olan uşaqlar olub. Katamnestik məlumatlardan aydın olur ki, 1 il ərzində əsas qrupun uşaqlarının fiziki, psixi inkişafları yaşa uyğun olub və bu müddət ərzində tək-tək hallarda residivlər baş verib. Onların da gedişi nisbətən yüngül olub və asanlıqla müalicəyə tabe olublar. Nəzarət qrupunda olan uşaqların əksəriyyətində təkrar residivlər baş berib, onların da gedişi ağır, fəsadlı olub. Onların çoxunda bağırsaq dizbakteriozu fonunda köp, iştahsızlıq, çəki artımının ləngiməsi baş verib[9].
Aparılan tədqiqatların nəticələri göstərir ki, tərkibində E.Coli mənşəli bağırsaq çöpləri olan probiotik Koliinfant Newborn preparatı mədə-bağırsaq traktının funksiyasına və ümumi insan orqanizminə aşağıdakı kimi təsir göstərir.
- Şərti patogen mikroblarının azalması fonunda normal bağırsaq florasının (bifido- lakto-bakteriyaların və bağırsaq çöplərinin) artmasına səbəb olur.
- Normal bağırsaq mikroflorasının fəaliyyəti üçün optimal pH təmin edir
- Yoğun bağırsaqda bərpa proseslərini sürətləndirir.
- Bağırsaqda qaz əmələ gəlməni azaldır, köpün qarşısını alır.
- Yerli və ümumi mexanizmləri stimulyasiya etməklə patogen mikrofloraya müəyyən dərəcədə antibakterial təsir göstərir.
Aparılan tədqiqatın nəticələri göstərir ki, probiotik Coliinfant Newborn preparatını tətbiq etməklə E.Coli mənşəli KBİ-nin kompleks müalicəsinin effektini yaxınlaşdırmaq mümkündür.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Груздева О.А.,Марьин Г.Г. Особенности заболеваемости острых кишечных инфекций в современном мегаполисе /Материалы III Ежегодного Всероссийского конгресса по инфекционным болезням.Москва,28-30 марта 2011. c . 152-153
2.Инфекционные болезни: национальное руководство/Под ред.Н.Д.Ющина., Ю.Я.Венгерова. М: ГЭОТАР-Медия,2009.1056 c
3.Lebenthae E., Lebenthae Y. Probiotics-An important therapectic concept awaiting validation. İMAJ.2002,4:374-375.
4.Мазанкова Л.Н.,Павлова А.А.. Соверщенствование патогенетической терапии острых кишечных инфекций у детей. // Детские инфекции.2006,4,с .67-69.
5.Покровcкий В.И. и др. «Инфекционные болезни и эпидемиология”. М.: ГЭОТАР.2003.с 256-264.
6.Perdigon G., Fuller R., Raya R. Lactic acid bacteria and their effect on the immune system. Curr. Issues Intest. Microbiol.2001, 2(1):27-42.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı