YOL-NƏQLİYYAT HADİSƏSİ ZAMANI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞ XƏSARƏTLƏRİN ƏMƏLƏ GƏLMƏSİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ HƏMİN ŞƏXSLƏRİN YAŞ QRUPLARI VƏ CİNSƏ GÖRƏ TƏHLİLİ

16-02-2017

Açar sözlər: yol-nəqliyyat hadisəsi, avtomobil travmaları, yuxarı ətraf xəsarətləri.

Avtomobil travmalarında xəsarətlərin əmələ gəlmə mexanizmi və xarakterinin, ekspertizası məhkəmə təbabəti və ekspertiza təcrübəsində ən mürəkkəb və aktual problemlərdən biridir [1, 2, 3].

Bütün dünyada YNH-i nəticəsində baş verən ölüm hadisələrinin 59%-i 15-44 yaş arasında olan şəxslərin payına düşür. Digər bir statistik məlumatda göstərilmişdir ki, bədbəxt hadisələr ən çox 20-35 və 60-80 yaş qrupları üzrə rast gəlinir. Bədbəxt hadisələrin ən təhlükəsizlik dövrünün 35-60 yaş qrupları arasında olması göstərilmişdir [3, 4].

YNH-i baş verdiyi anda ən çox mürəkkəb kompleks tibbi-texniki ekspertizalarda avtomobilin salonundakı şəxslərin vəziyyətinin yerinin təyin edilməsi məsələsi üçün istintaq orqanlarının ekspertiza qarşısında qoyulmuş və hələ də kifayət qədər işlənməmiş, həllini tam tapmayan suallardan biri olaraq qalmaqdadır. YNH-i zamanı avtomobilin içərisində olan adam inersiya ilə əvvəlki sürətlə hərəkətini davam etdirir və bu zaman təhlükəsizlik kəmərindən istifadə edilməyibdirsə, sürücü və qabaq oturacaqda gedən sərnişinlərin daha ağır xəsarətlər almasına səbəb olur, çünki insanın bədənini saxlayan qüvvə (ətrafların əzələlərinin təsiri, oturacaq səthinə sürtünmə və s.) inersion yüklə müqayisədə elə də böyük olmadığına görə zərbə anında bədənin yerdəyişməsinə mane ola bilməz. Avtomobilin detalları ilə sükanın dairəsinə, cihazları idarəetmə panelinə, küləkdən qoruyucu şüşəyə və s.) dəyməsi nəticəsində ikincili zərbənin alınması baş verir ki, bu zaman sürücü və yanındakı sərnişin daha çox travma almış olur.

Minik avtomobillərinin müxtəlif obyektlərlə toqquşması faktları ilə əlaqədar cinayət işlərinin araşdırılması, materiallarının öyrənilməsi avtomobilin salonunda olan şəxslərin zədələnmə xarakteristikasının əsas aşağıdakı faktorlardan: nəqliyyat vasitəsinin toqquşma tipindən, avtomobilin toqquşma sürətindən, daxili təhlükəsizlik vasitələrindən istifadə olunmasından asılı olmasını müəyyən etməyə imkan vermişdir (5,1,6).

YNH-nin kulminasiya fazası həmin anda avtomobilin sürətindən asılı olur və ikincili zərbənin əmələ gəlmə gedişini, nəticədə xəsarətin ağırlıq dərəcəsini təyin edir. YNH-nin son fazası ikincili zərbədən sonrakı dövrdən avtomobilin hərəkətinə dayanmasına qədər olan dövrlə xarakterizə olunur. Bu vaxt insanların avtomobilin pəncərə və qapılarından (açıq halda olduqda) düşməsi müşahidə edilə bilər [7, 2]. Təhlükəsizlik kəmərlərinin insan həyatını xilas etməsi, onları ağır zədələnmələrdən qoruması müxtəlif alimlər tərəfindən sübut olunmuşdur.

Tədqiqatın məqsədi – Yol-nəqliyyat hadisələri zamanı xəsarətlərin əmələ gəlməsinə təsir edən amillərin öyrənilməsi və zərərçəkmişlərin yaş qruplarına və cinsə görə ayırd edilməsi olmuşdur.

Qarşıya qoyulan məsələlər:

1.Avtotravmalar zamanı xəsarətlərin törənməsinə səbəb olan amillərin müəyyən edilməsi;

2.Avtotravmalar zamanı zərərçəkmişlərin yaş qruplarına və cinsə görə ayırd edilməsi;

Material və metodlar: Qarşıya qoyulan məsələləri həll etmək üçün Azərbaycan Respublikasının bir rayonu üzrə üç il müddətində (2014-2016-cı illər) baş verən yol-nəqliyyat hadisələri zamanı ölümlə nəticələnmiş kəllə-beyin travmaları araşdırılmışdır. Bunun üçün hüquq-mühafizə orqanlarının qərarları əsasında tərtib edilmiş 493 ekspert rəyi tədqiq edilərək öyrənilmişdir. Bu zaman statistik müayinə metodundan istifadə edilmişdir.

Üç il (2013-2015-ci illər) ərzində YNH-nin rast gəlmə tezliyi öyrənilərək onlar yaş qrupları və cinsə görə ayırd edilmişdir (Cədvəl 1, 2).

Cədvəl  1.

Üç il müddətində yol-nəqliyyat hadisələrinin rast gəlmə tezliyi

İllər

Tərtib edilmiş rəylərin sayı

Meyitlər

Nəqliyyat travmalarının ümumi sayı

kişi

qadın

20 l4

174

53

21

74 (43%)

20l5

170

65

14

79 (47%)

2016

149

37

9

46 (31%)

 

2014-2016-cı illər ərzində yol-nəqliyyat hadisələri zamanı piyada, sərnişin və sürücülərin ölümü ilə nəticələnmiş və məhkəmə-tibbi müayinəsindən keçmiş şəxslər müəyyən edilmiş və onların neçəsinin kişi və qadın cinsli olmaları öyrənilmişdir (Cədvəl 2.).

Cədvəl  № 2.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri zamanı piyada, sürücü və sərnişinlərin cinsə görə ayırd edilməsi

İllər

Nəqliyyat

Travmalarının  sayı

Zərərçəkmişlərin ayırd edilməsi

piyada

sürücü

sərnişin

2014

74

25

19

30

Kişi

53

Qadın 21

Kişi

17

Qadın

8

Kişi

19

Qadın

0

Kişi

18

Qadın

12

2015

79

33

23

23

Kişi

65

Qadın 14

Kişi

25

Qadırı

8

Kişi

23

Qadın

0

Kişi

17

Qadın

6

20l6

46

26

13

7

Kişi

37

Qadın

9

Kişi

20

Qadırı

6

Kişi

13

Qadırı

0

Kişi

4

Qadın

3

 

Cədvəldən göründüyü kimi, qadmları təhlükəsiz sürücülər hesab etmək olar, çünki çoxsaylı YNH-si zamanı aparılan araşdırmalar göstərmişdir ki, 3 il müddətində qadın sürücülər arasında ölüm hadisəsinə təsadüf edilməmişdir.

Bir statistik məlumatda göstərilmişdir ki, bədbəxt hadisələr ən çox 20-35 və 60- 80 yaş qrupları üzrə rast gəlinir. Bədbəxt hadisələrin ən təhlükəsizlik dövrünün 35-60 yaş qrupları arasında olması göstərilmişdir. Lakin bizim apardığımız araşdırmalar göstərmişdir ki, bədbəxt hadisələr ən çox 15-49 yaş qruplarında, ən az isə 15 yaşa qədər yaş qrupu üzrə təsadüf edilmişdir (Cədvəl 3, 4).

 Cədvəl  № 3.

Üç il müddətində ölümlə nəticələnmiş zərərçəkmişlərin yaş qrupları və cinsə görə ayırd edilməsi

İllər

15 yaşa qədər

15-49 yaş

50-64 yaş

65-dən yuxarı

Cəmi

Kişi

Qadın

Kişi

Qadın

Kişi

Qadın

Kişi

Qadın

Kişi

Qadın

2014

2

1

37

12

9

6

6

1

54

20

2015

2

2

49

12

8

1

6

1

65

14

2016

3

0

26

2

6

3

4

2

39

46

 Cədvəldən göründüyü kimi 20l4-cü ildə 15 yaşa qədər olan uşaqlar 4,0% təşkil etdiyi halda 15-49 yaş qruplarında 66,2%, eləcə də müvafıq olaraq 2014-cü ildə 5,1% və 77,2%; 2016-cı ildə isə 6,5% və 60,9%-i həmin yaş qruplarının payına düşümüşdür.

 Cədvəl  № 4.

Uç il ərzində həlak olmuş şəxslərin yaş qrupları üzrə rast gəlmə tezliyi və  onların faizlə ifadə olunması

 

İllər

Yaş qrupları

Cəmi

15 yaşa qədər

15-49 yaş

50-64 yaş

65-dən yuxarı

 

2014

3 (4,0%)

49 (66,2%)

15 (20,3%)

7 (9,5%)

74

2015

4(5,1%)

61 (77,2%)

8(10,1%)

6 (7,6%)

79

2016

3 (6,5%)

28 (60,9%)

9(19,6%)

6(10,0%)

46

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Дерагин Г.Б. Транспортная травма. Архангельск 1997
2.Толин Ю.А. Суд.мед.оценка силы тупой травмы, вызывающей механические повреждение, СП6, 2003
3.Decade on action for road safety 2011-2020; Power Point presentation. Geneva: Word Health Organization, 2011
4.Seat-belts child restraints: a road safety manual for decision – mores and proctitioners. Geneva: World Health organization, 2009
5.Гедыгушев И.А. Медико-криминалистическая реконструкция конкретных условий и обстоятельств травмы как самостоятельная экспертная задача // Материалы XIII Всероссийского общества судебных медиков (21-22 мая 1998 г.). К 100-летию со дня рождения Заслуженного деятеля науки РСФСР доктора медицинских наук, профессора Владимира Михайловича Смольянова.-М., 1998.- С.77-78.
6.Краев И.П. К вопросу о дифференциальной диагностике компрессионных повреждений кожи // Перспективы развития и совершенствования судебно- медицинской экспертизы Российской Федерации. Материалы V Всероссийского съезда судебных медиков.-М., Астрахань, 2000.- С.111.
7.Новиков А.С. Диссертация на соискание уч.ст. к.м.н. «Судебно-медицинская оценка морфологических особенностей повреждений для диагностики водителя и пассажира переднего сидения при фронтальных столкновениях автомобиля. М., 20


Müəlliflər:
M.O. Bunyatov
E.l. Ələkbərov
Ə.B Mevliyev
Ş.M. Əhmədov

Digər jurnal və qəzetlər