TAM ÇIXAN PROTEZLƏRDƏN İSTİFADƏ EDƏN ŞƏXSLƏRDƏ AĞIZ BOŞLUĞU MİKROFLORASININ VƏZİYYƏTİ
09-02-2017
Ətraf mühitdə olduğu kimi, ağız boşluğu da bir çox mikroorqanizmlərin yaşaması üçün əlverişli mühitdir. Yaşlı insanların ağız boşluğunda 160 növdən artıq mikroorqanizmlərə rast gəlinir. Bu mikroflora ağız boşluğunun daimi və dəyişkən mikrob populyasiyasının mürəkkəb dinamik biosenozunu təşkil edir (1,3,4).
Ağız boşluğu mikroflorasını şərti olaraq iki qrupa bölmək olar: a) ağız boşluğunda daim müşahidə olunan; b) tranzit mikroorqanizmlər
Ağız boşluğunun daimi mikroflorası tənəffüs tipinə görə iki qrupa: aerob və anaerob mikrofloraya bölünür. İstər aerob, istərsə də anaerobların əsas hissəsini çoxsaylı qrammüsbət və qrammənfi koklar və çöplər təşkil edir. Bunlardan başqa, aktinomisetlər, spiroxetlər, mikoplazmalar və hətta bəzi viruslar da bu mikrofloraya daxil ola bilər.
Qrammüsbət kokların əsas hissəini stafilokoklar, steptokoklar, neyseriyalar təşkil edir. Qrammüsbət çöplərdən ağız boşluğunda ən çox Laktobakteriyalar kolonizasiyalaşırlar. Növ etibarı ilə qrammənfi bakteriyalar ağız boşluğu mikroflorasının 90-95%-ni təşkil edir. Bunlara bakterioidləri,prevotellaları, porfiromonadları, hemofilləri, fuzobakteriyaları, leptotriksləri, eşerixi-yaları və b.misal göstərmək olar. Son illərdə Helikobakter pylori də ağız boşluğu mikroflorasına aid edilir. Qeyd olunan mikroorqanizmlərin bəziləri patogenlik potensialına malik olduqları üçün ağız boşluğunda müəyyən xəstəliklərin əmələ gəlməsində iştirak edə bilərlər (2, 5, 6, 7).
Ağız boşluğunda bir sıra patoloji proseslərin əmələ gəlməsində qrammüsbət koklardan ən çox streptokoklar (streptokokkus salivarus, str. mitis, str. mutaks və str. sangius) iştirak edir. Şərti-patogen və ya qeyri-patogen olan bu koklar ağız boşluğunun daimi sakini olub müxtəlif şəkərləri, xüsusilə saxarozanı və qlükozanı parçalayaraq diş kariyeslərinin yaranmasında əsas rol oynayan bir sıra üzvi turşular (süd turşusu, yağ turşusu, sirkə turşusu və s.) əmələ gətirirlər. Bundan başqa, bu mikroblar tərəfindən qlükozanın parçalanması nəticəsində suda həll olunmayan dekstrinlər əmələ gəlir ki, onlar da bakteriyaların dişlərə yapışmasına, gələcəkdə diş daşlarının meydana çıxmasına səbəb olurlar.
Ədəbiyyatlarda ağız boşluğu mikroflorasına müxtəlif materiallardan hazırlanmış diş protezlərinin təsiri haqqında məlumatlar vardır. Lakin biz tam çıxan protezlərə malik müxtəlif şəxslərdə protezləmədən əvvəl və protezlərdən istifadə etdikdən müəyyən müddət sonra ağız boşluğunun mikroflorasında gedən dəyişiklikləri aydınlaşdırmağı qarşımıza məqsəd qoyuruq.
Materiallar və metodika. Bakterioloji müayinə üçün tam çıxan protezlərə malik 20 pasientin həm protezləmədən əvvəl, həm də protezləmədən 2-3 həftə sonra ağız suyundan, diş əti ciblərindən, protezlərin üzərindən və selikli qişaya söykənən hissəsindən materiallar götürülmüşdür. Material götürülməzdən əvvəl ağız boşluğu distillə olunmuş su ilə 2-3 dəfə yaxalanmış, sonra bakterioloji ilgək və ucu iti trundalarla diş əti ciblərindən, protezlərin selikli qişa ilə təmas səthindən materiallar götürülmüş, içərisində 0,5 ml şəkərli bulyon olan sınaq şüşəsinə daxil edilmişdir. Ağız suyu isə ağız boşluğu yaxalandıqdan 2-3 dəq. sonra hazırlanmış incə steril pambıq tampon vasitəsilə götürülmüşdür və o, da şəkərli bulyona daxil edilmişdir.
Götürülmüş materiallar 1-2 saat müddətində mikrobioloji laboratoriyaya çatdırılmış bə bakterioloji müayinə edilmişdir. Qeyd etmək lazımdır ki, mikrobioloji tədqiqatlar aerob şəraitdə aparılmış və aerob şəraitdə inkişaf edən mikroorqanizmlər öyrənilmişdir.
Bakterioloji laboratoriyada müayinə materialları əkmək üçün ət-pepton aqarından, qanlı aqardan, şəkərli-duzlu aqardan və Sabura mühitindən istifadə edilmişdir. Təcrübələri aparmaq üçün ağız boşluğundan götürülmüş material 0,5 ml şəkərli bulyondan qarışdırıldıqdan və ya çalxalandıq-dan sonra şəkərli bulyon 1:10; 1:102; 1:103; 1:104; 1:105; 1:106 – nisbətində steril fizioloji məhlulda durulaşdırılmış və sonuncu dörd durulaşmadan 1,0 ml miqdarında bərk qidalı mühitlərə əkilmişdir. 2 gün 370C-temperaturda inkubasiya etdikdən sonra bitmiş bütün koloniyalar sayılmış və identifikasiya edilmişdir. Bitmiş mikrob koloniyaların sayı materialın durulaşdırılma dərəcəsinə vurulmuş və beləliklə 1 ml müayinə materialında olan mikroorqanizmlərin həm ümumi sayı, həm də ayrı-ayrı növlərin sayı müəyyən edilmişdir.
Müzəkirə və nəticələr. Aparılmış tədqiqatın nəticələri göstərdi ki, tam çıxan protezlərdən istifadə etməyən şəxslərin ağız boşluğundan götürülmüş müayinə materiallarında 1,0·105±0,4·106 miqdarda aerob mikroorqanizlər aşkar olunur. Bu mikroorqanizmlər növ etibarilə aşağıdakılardan ibarət olmuşdur. Streptococcus salivarius - 2,0·102±0,6·10; str. mitis - 1,5·102±1,0·103; str. Faesalis epidermitis-1,7·103±0,8·103; staphylococcus epidermidis-1,4·103±1,5·104; qrammənfi çöpşəkilli bakteriyalar -1,0·103±2,4·104; qrammüsbət digər bakteriyalar -0,9·102±1,2·103; miqdarda aşkar olmuşlar. Bundan başqa 101-102 miqdarda maya və mayayabənzər göbələklərin (kandida) olması da müəyyən edilmişdir.
Plastik kütlədən hazırlanmış tam çıxan protezləri 2-3 həftə istifadə etdikdən sonra xəstələrdən götürülmüş müayinə materialların 1 ml-də ümumi aerob mikroorqanizmlərin miqdarının 2,0·106±1,8·107-yə qədər artması müşahidə edilmişdir. Artım ən çox stafilokoklarda 1,5·104±2,0·105; streptokoların ümumi miqdarında - 2,0·104±0,9·105 və qrammənfi bakteriyaların miqdarında 2,0·104±1,8·105 müşahidə edilmişdir.
Qeyd etmək lazımdır ki, tədqiqatın bu mərhələsində anaerob mikroorqanizmlərin miqdarı və onların dəyişikliyə uğraması öyrənilməmiş-dir.Yəgin ki, yuxarıda göstərilən dəyişikliklər anaerob mikroflorada da baş verir.
Mikrobioloji tədqiqatların nəticələrinin müqayisəsi göstərir ki, protezlər düzəldilib taxıldıqdan sonra tüpürcəkdə, dişəti diblərində mikroorqanizmlərin miqdarı 2-3 gün müddətində protez taxılmazdan əvvəlki miqdardan bir qədər az olur. Birinci həftənin sonundan başlayaraq bu miqdar artır və başlanğıc miqdardan çox olur. Belə artım stafilokokların və streptokokların əmələ gətirdikləri koloniyalarının sayında daha çox müşahidə olunur.
Beləliklə apardığımız tədqiqatların nəticələrinə əsasən qeyd edə bilərik ki, plastik kütlədən hazırlanmış tam çıxan protezlərdən istifadə edən şəxslərin ağız boşluğunda daha çox mikrob koloniyalaşır. Bunun qarşısını almaq üçün protez gəzdirən şəxslər arasında geniş formada sanitar – maarifləndirmə işləri aparmaq, gigiyenik qaydaların səmərəli metodlarından istifadə etməklə dişlərə, diş protezlərinı və ağız boşluğuna qulluq etməyi təbliğ etmək lazımdır. Profilaktik tədbir kimi pasientlər plastik kütlədən hazırlanmış protezləri vaxtaşırı çıxarıb təmiz yumalı, dezinfeksiyaedici məhlullarla təmizlədikdən sonra istifadə etməlidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Под редакцией академика РАМН А.А.Ворабьева. Медицинская микробиология, вирусология и иммунология. МЦА, Москва – 2004. c.240
2.Бондаренко В.И., Рудавский В.П., Колесников В.Г., Актуальные вопросы дезинфекции и стерилизации. Одесса, 1987. с.45
3.Кузнецов Е.А. Микробная флора полости рта и ее роль в развитии патологических процессов. М.1996. c.130
4.Олейник И.И. Микрофлора полости рта в норме и при патологических процессов. В кн.: Биология полости рта. Под ред. Е.В.Боровского, Е.К.Леонтьева. М: Медицина 1998. c.210
5.Седунов А.А., Котова А.Л., Жагитаров М.С., Кондратская С.А. Влияние зубопротезных материалов на микрофлору полости рта. //Здравоохранения Казахстана. 1988, №1, с.35-36
6.Царев В.Н., Зуева И.А., Воложин А.И., Жинова Е.Ю. Адгезия бактерий полости рта к полимерным пленками, используемым для лечения пародонтита, и обоснования в их состав антибактериальных компонентов: Международный сборник научных трудов VI научно-практический конференции по созданию и апробации новых лекарственных средств, (3-5 февраля). Харьков 1998; 236-241
7.Царев В.Н., Иванов С.Ю., Сербулов В.В. Сравнительная характеристика адгезии условно-патогенных микробов полости рта к изолирующим мембранам, используемым при реконструктивных операциях в стоматологии Сборник Тезисов научных трудов; Современные проблемы стоматологии М. 1999; 119.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı