TƏLƏBƏLƏRİN FİZİKİ İNKİŞAF SƏCİYYƏLƏRİNİN DİSPANSER MÜŞAHİDƏ ÜÇÜN ƏHƏMİYYƏTİ

08-02-2017

Giriş. Fiziki inkişaf göstəriciləri sağlamlığın əsas meyarlarından biri kimi mütəmadi öyrənilir [1-8] və onların səciyyələri profilaktika tədbirlərinin istiqamətlə­rini təyin etməyə imkan verir. Fiziki inkişaf göstəricilərinə görə maddələr mübadilə-sinin durumunu, kardiovaskulyar xəstəliklərin və şəkərli diabetin ehtimalını qiymətləndirmək olur [4; 5]. Fiziki inkişaf göstəricilərinin tətbiqinin sadəliyi onların ilkin səhiyyə sistemində geniş istifadəsini şərtləndirir və əhalinin ayrı-ayrı qruplarının, o cümlədən tələblərin dispanser müşahidəsinin proqramlarında istifadəsi mütləqdir.

Tədqiqatın məqsədi: Azərbaycan Dillər Universitetinin tələbələri nümunəsində fiziki inkişaf səciyyələrinin dispanser müşahidə üçün əhəmiyyətini qiymətləndirmək.

Tədqiqatın materialları və metodları. Azərbaycan Dillər Universitetində orta illik tələbələrin sayı 5992-6371 intervalında tərəddüd edir. Bu tələbə kontingentinin fiziki inkişafını reprezentativ səciyyələndirmək üçün mexaniki seçmə metodu istifadə olunmuşdur. Fiziki inkişafın yaşdan və cinsdən asılılığını nəzərə alaraq müşahidə qrupunun həcmi öncədən apardığımız müayinənin nəticələrinə əsaslanmışdır, 18-19 yaşlı 10 oğlan tələbənin bədən kütləsinin orta səciyyəsi (M) və standart kənaraçıxma (Ϭ) hesablanmışdır (65±10kq). Aşağıdakı formulaya əsasən müşahidə qrupunun həcmi hesablanmışdır [9]:

  , burada 95% etibarlılıq ehtimalı üçün t=2;

σ-standart kənaraçıxma

∆-seçimin yol verilən maskimal xətası

∆=4 qəbul edilsə, yol verilən maksimal xəta göstəricilərinin orta səviyyəsindən 10 dəfədən çox az olacaqdır. Hesablamanın nəticəsinə görə n=25. Beləliklə 18-19, 20-21, 22-23, 24-25 yaşlı hər yarımqrupda 25 nəfər olmaqla 100 kişi və 100 qadın tələbə müşahidə olunmuşdur. Tələbələrin ümumi sayını və müşahidə toplumunun ümumi həcmini nəzərə alaraq onların jurnallarda olan siyahısından mütənasib hissələrə bölməklə hər 10-20 nəfərdən biri müşahidəyə cəlb edilmişdir. Müşahidəyə cəlb edilmiş hər tələbənin stadart antropometrik ölçüləri (bədən kütləsi, boy, döş qəfəsinin, qarın divarının, budun dairəsi və sair) müəyyən olunmuşdur.

Antropometriyanın nəticələrinə görə aşağıdakı standart indekslər hesablanmışdır [3]:

−Bədən kütləsinin indeksi (BKİ)= Bədən kütləsi (kq)/boy2(m2);

−Qarın dairəsinin boy indeksi (QDBoİ)= Qarın dairəsi (sm)/boy(sm);

−Qarın dairəsi bud indeksi(QDBuİ)= Qarın dairəsi (sm)/boy dairəsi(sm);

−Rohrer indeksi= Bədən kütləsi(qram)/boy3(sm3)×100.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə BKİ-nə görə tələbələr 4 qrupa bölünmüşdür: <18,49; 18,50-24,99; 25,00-29,99; 30 və çox (kq/m2). QDBoİ-görə aşağıdakı yarımqruplar ayırd olunmuşdur: <0,56; ≥0,56; ≥0,59 (arterial hipertenziyanın prediktoru).

Rohrer indeksinə görə yarımqruplar: 19-yaşda ≤1,29 (incə qamətli-slender) ≥1,30 (gonbul-stout); 20 yaşda ≤1,31 və ≥1,32; 21 yaşda ≤1,33 və ≥1,34; 22 yaşda ≤1,34 və ≥ 1,35; 23 yaşda ≤1,35 və ≥1,36; 24 yaşda ≤1,36 və ≥1,37; 25 yaşda ≤1,38 və ≥1,39 qram/sm3 [3].

Fərdi antropometrik göstəricilər və indekslər kompyuterdə Excel proqra­mında “məlumatların təhlili” zərfi ilə statistik işlənmiş və təsviri statistik parametrlər (orta, orta xəta, standart kənaraçıxma; dispersiya, assimetriya, ekses, etibarlılığın intervalı və sair) alınmışdır [9].

Alınmış nəticələr. Tələbələrin fiziki inkişaf səciyyələri 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi kişi tələbələrin orta bədən kütləsi (M±σ) yaşdan asılı dəyişərək 18-19 yaşlarda 64,9±7,0kq, 20-21 yaşlarda 71,2±8,4 kq, 22-23 yaşlarda 72,1±8,6, 24-25 yaşlarda 73,0±9,1 kq olmuşdur. Yaş qrupları arasında fərq 18-19 yaşlarda olan tələbələri digər yaşlarda olan tələbələrlə müqayisə etdikdə statistik dürüstdür. 20-25 yaşlı tələbələrin ayırd etdiyimiz qruplarında (20-21, 22-23, 24-25) bədən kütləsinə görə fərq statistik dürüst deyildir, amma artımın zəif trendi nəzərə çarpır. Oxşar nəticə müvafiq yaş qruplarında olan qız tələbələrin bədən kütləsinin dinamikasında izlənilir. Orta hesabla eyni yaş qrupunda olan oğlan və qızların bədən kütləsində fərq 10 kq-dan çoxdur.

Kişi tələbələrin boyu geniş intervallarda dəyişmiş (152-190 sm) və orta hesabla (M±σ) təşkil etmişdir: 170,1±5,4sm 18-19, 174,5±5,5sm 20-21, 178,1±5,6sm 22-23, 179,0±6,2 sm 24-25 yaşlarda. Yaş qrupları arasında boya görə fərq statistik dürüstdür (p<0,05), yaş artdıqca tələbələrin boyu artır. Bu dinamika qız tələbələrin yaş qrup­la­rında izlənilmir. Qızların boyu da geniş intervalda tərəddüd etmiş (146-176 sm) və orta hesabla təşkil etmişdir: 163,3±5,4 sm 18-19, 163,8±5,5sm 20-21, 164,2±5,6 sm 22-23, 164,5±5,6sm 24-25 yaşlarda. Qız tələbələrin boyu oğlanlarla müqayisədə ayrı-ayrı yaş qruplarında 7-15sm qısa olmuşdur.

Qarın dairəsi kişi tələbələrin ayrı-ayrı yaş qruplarında 63-121 sm, qadın tələbələrdə isə 58-109 sm intervalında olmuşdur. Orta göstərici müvafiq olaraq təşkil etmişdir: 71,4±8,8 və 64,5±8,4 sm 18-19, 74,5±9,8 və 65,6±9,3 sm 20-21, 75,6±9,8 və 66,1±9,3 sm 22-23, 76,8±10,1 və 66,7±9,8 sm 24-25 yaşlarda. Göstəricinin cins və yaş qruplarında fərqi statistik dürüstdür.

Cədvəl  1.

Tələbələrin fiziki inkişaf səciyyələri.

Cins

Yaş,

İllər

Göstəri-cilər

Boy,sm

Bədən kütləsi

Qarın dairəsi

BKİ,

kq/m2

QDBuS

QDBoS

Rohrer

Kişi

18-19

n=25

Min-

Maks

152-180

51-88

63-108

16,0-31,2

0,7-1,1

0,4-0,6

0,9-1,8

M

170,1

64,9

71,4

23,2

0,8

0,40

1,32

σ

5,4

7,0

8,8

2,9

0,08

0,04

0,20

20-21

n=25

Min-

Maks

153-181

51-99

64-118

18,4-32,0

0,7-1,2

0,4-0,7

0,9-1,8

M

174,5

71,2

74,5

23,8

0,8

0,41

1,32

σ

5,5

8,4

9,8

2,7

0,08

0,04

0,20

22-23

n=25

Min-

Maks

154-183

54-99

67-120

18,8-32,4

0,8-1,2

0,4-0,7

0,9-1,8

M

178,1

72,1

75,6

23,4

0,8

0,42

1,27

σ

5,6

8,6

9,8

2,6

0,08

0,04

0,19

24-25

n=25

Min-

Maks

156-190

58-101

69-121

18,9-34,0

0,9-1,2

0,4-0,6

0,8-1,8

M

179,0

73,0

76,8

23,6

0,9

0,41

1,27

σ

6,2

9,1

10,1

2,9

0,07

0,004

0,19

Qadın

18-19

n=25

Min-

Maks

146-170

43-79

58-99

16,2-30,8

0,8-1,1

0,4-0,7

0,9-1,9

M

162,3

55,8

64,5

21,4

0,8

0,40

1,28

σ

5,4

6,9

8,4

2,8

0,07

0,04

0,20

20-21

n=25

Min-

Maks

147-174

44-83

58-104

16,8-31,0

0,7-1,1

0,4-0,8

0,8-1,9

M

163,8

56,2

65,6

21,8

0,9

0,40

1,28

σ

5,5

7,1

9,3

2,7

0,08

0,08

0,20

22-23

n=25

Min-

Maks

147-176

45-88

59-106

17,0-32,0

0,7-1,2

0,4-0,7

0,9-1,9

M

164,2

56,8

66,1

21,9

1,0

0,39

1,28

σ

5,6

8,9

9,3

2,9

0,10

0,06

0,02

24-25

n=25

Min-

Maks

148-176

46-90

59-109

17,4-33,0

0,7-1,2

0,4-0,7

0,8-1,9

M

164,5

57,2

66,7

22,1

1,1

0,42

1,29

σ

5,6

8,7

9,8

2,8

0,10

0,06

0,02

Qeyd: BKİ-bədən kütləsinin indeksi; QDBoİ-qarın dairəsi-boy indeksi; QDBuİ- qarın dairəsi bud indeksi; M-orta göstərici; σ-standart kənara çıxma.

Qarın dairəsi-boy indeksi (QDBoİ) qadın və kişi tələbələrdə yaşdan asılı 0,7-1,2 intervalında olmuşdur. Gostəricinin orda (m+σ) səviyyəsi müvafiq olaraq 18-19 yaşlarda 0,8±0,08 və 0,8±0,07, 20-21 yaşlarda 0,8±0,08 və 0,9±0,08, 22-23 yaşlarda 0,8±0,08 və 1,0±0,10, 24-25 yaşlarda 0,9-0,07 və 1,1±0,10 təşkil etmişdir və bir-birinə nisbətən yaxındır.

Qarın dairəsi-bud indeksi (QDBuİ) də kişi və qadın tələbələr qruplarında dar intervalda tərəddüd etmişdir (0,4-0,7 və 0,4-0,8). Rohrer indeksinin yaş və cins qruplarında intervalı (müvafiq olaraq 0,9-1,8 və 0,9-1,9) bir-birinə yaxındır.

Bədən kütləsinin indeksinin Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə tələbələrin bölgüsü 2-ci cədvəldə əks olunmuşdur. İzafi bədən kütləsi (BKİ>25 <30kq/m2) kişi və qadın tələbələrinin müvafiq olaraq 19±3,9 və 22±4,1%-də (p>0,05), piylənmə isə 12±3,3 və 16±3,7%-də (p>0,05) qeydə alınmışdır. Piylənmə və izafi bədən kütləsi qadınlarda 38±4,9%, kişilərdə isə 31±4,6% hallarda aşkar edil mişdir (p>0,05).

Cədvəl  1.

Tələbələrin bədən kütləsi indeksinin səviyyəsinə görə bölgüsü  (cəmə görə %)

BKİ, kq/m2

Kişi

Qadın

Say

95 % etibarlılıq intervalı

Say

%

≤18,49

2

0-2,8

3

0-3,4

18,5-24,99

67

57,6-76,4

59

49,2-68,8

25,0-29,99

19

11,2-26,9

22

13,7-30,3

30 və çox

12

5,5-18,5

16

8,7-23,3

Cəmi

100

 

100

 

Tələbələrin qarın dairəsi boy indeksinə görə bölgüsü 3-cü cədvəldə əks olun­muşdur. Göründüyü kimi arterial hipetenziyanın prediktoru (QDBoİ≥0,59) tələbələrin 8±1,9 %-də (7±2,6% kişilərdə, 9±2,9% qadınlarda; p>0,05) müşahidə olunmuşdur. Şəkərli diabetin prediktoru (QDBoİ≥0,56) 13±3,4% tələbədə (o cümlədən 11±3,1% kişilərdə, 15±3,6 qadınlarda) qeydə alınmışdır.

Cədvəl  № 2.

Tələbələrin qarın dairəsi-boy indeksinin səviyyəsinə görə bölgüsü (cəmə görə %)

QDBoİ

Kişi

Qadın

Say

95 % etibarlılıq intervalı

Say

95 % etibarlılıq intervalı

<0,56

89

82,7-95,3

85

77,9-92,1

0,56-0,58

4

0-7,9

6

1,3-10,8

0,59 və çox

7

1,9-12,1

9

3,3-14,7

Cəmi

100

 

100

 

Rohrer indeksi fiziki inkişaf göstəricilərinə görə ümumi rəyi formalaşdırır. Gonbul (19 yaşda≥1,30; 20 yaşda≥1,32; 21 yaşda≥1,34; 22 yaşda≥1,35; 23 yaşda ≥1,36; 24 yaşda≥1,37 və sair) tələblərin xüsusi çəkisi 43,5±3,5% (87 nəfər) təşkil et­miş­dir, oğlanların 30±4,6%-də (30 nəfər), qızların 47±5,0%-də qeydə alınmışdır (p<0,05).

Alınmış nəticələrin müzakirəsi. Tədqiqatmızda müəyyən olunmuşdur ki, 18-25 yaşlı tələbə oğlanların boyu 152-190 sm, bədən kütləsi 51-101 kq intervalında dəyişir. Polşada dəniz universitet tələbələrinin 18,5-24 yaşlarında boyu 161-193 sm, bədən kütləsi isə 52,7-120 kq olmudur. [3]. Bu göstəricilərin orta səviyyəsidə (175 sm və 69 kq bizim müşahidəmizdə, 180,4 sm və 77 kq Polşada) bir-birindən fərqlənir. Azərbaycan Dillər Universiteti tələbələrinin həm boyu, həm də bədən kütləsi xeyli kiçikdir. Tələbə qızların boyu və bədən kütləsi 18-19 yaşlarda müvafiq olaraq 163,3±5,4 sm və 55,8±6,9 kq olmuşdur (cədvəl 1). Rusiyanın Çerepovets humanitar universitetində 17-22 yaşlı qızlarda bu göstəricilərin səviyyəsi (161,4±7,5 sm  və 52,6±7,6 kq) təşkil etmişdir [2]. Göstəricilər arasında fərq praktik yoxdur. Beləliklə, Azərbaycan Dillər Universiteti tələbələrinin fiziki inkişafının ümumi səciyyələri Polşa tələbələri ilə müqayisədə fərqlidir, Rusiya tələbələri ilə müqayisədə oxşardır.

Fiziki inkişaf göstəricilərindən daha çox proqnostik əhəmiyyəri olan bədən kütləsi indeksidir. BKİ>25kq/m2 olan tələbələrin xüsusi çəkisi bizim müşahidəmizdə oğlanlarda 31%, qızlarda 38%, Polşada 28,2% olmuşdur. Piylənmə bizim müşahi­dəmizdə qızların 16%-də Rusiyada isə 5%-də aşkar edilmişdir. Göründüyü kimi Azərbaycan Dillər Universiteti tələbələri arasında izafi bədən kütləsi və piylənməsi olan şəxslər çoxdur.Şəkərli diabetin prediktoru- QDBoİ≥0,56 bizim müşahidəmizdə 11% tələbədə, Polşada isə 8,3% tələbədə qeydə alınmışdır.

Arterial hipertenziyanın prediktoru – QDBoİ≥0,59 bizim müşahidəmizdə (7%) nisbətən (Polşada 2%) çox aşkar edilmişdir.

Beləliklə, Azərbaycan Dillər Universiteti tələbələrinin fiziki inkişafında qeyri mütənasiblik izlənilir, ümumi fiziki səciyyələrin oxşarlığı fonunda izafi bədən kütləsi və piylənmənin çox yayılması, nəticədə gələcəkdə arterial hipertenziyanın və şəkərli diabetin yaranma ehtimalının yüksəkliyi müşahidə olunur. Bu xüsusiyətlər tələbələrin dispanser müşahidəsinin təşkilini zəruriləşdirir. Azərbaycanda uşaq və yeniyet­mələrin icbari dispanser müşahidəsi dövlət proqramı mövcuddur. Bu proqramı tələbə gənclərə də şamil etmək olar. Tələbə gənclərin fiziki aktivliyini artırmaqla, sağlam həyat tərzini aşılamaqla və balanslaşdırılmış qidalanma rejimi təmin etməklə onların fiziki inkişafını optimallaşdırmaq zəruridir. Bu isə aktiv dispanser müşahidəsi aparmaqla mümkündür.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Агаева К.Ф., Гаджи-заде С.А. Современная характеристика антропометри­ческих показателей студентов Азербайджанской Государственной Мор­ской Академии // Общественное здоровье и здравоохранение. Казань, 2016. №3, c. 15-19
2.Артеменков А.А. Оценка физического развития студентов // Проблемы составной гигиены, здравоохранения и истории медицины. 2012, N 3, с. 19-22.
3.Rebacz-Maron E. Selected anthropometric indices of maritime university students // Yat Mart health, 2015, 66 , 3:145-151.
4.Mansour A.A., Al-Jazairi M.Y. Cut-off values for anthropometric variables that confer increase risk of type 2 diabetes mellitus and hypertension in Iraq. // Archive Med. Res., 2007, 38, 253-258: doi: 10.1016 / s. arcmed.
5.Ashwell M., Gunn P., Gibson S. Waist-to-height ratio is a better screening tool than waist circumference and BMI for adult cardio metabolic risk factors: a systematic review and metan analysis. Obes. Rev. 2012, 13: 275-286. Doi:10.1111/s.1467-789x.
6.Захарова Р.Н., Тимофеева А.В., Михайлова А.Е., Тимофеева А.Ф. Оценка состояния здоровья студентов-первокурсников // Проблемы составной гигиены, здравоохранения и истории медицины. 2014, N4, c. 6-9
7.Камаев И.А., Турьянов М.С., Миронов С.В., Иванов А.А. Социологическое изучение здоровья и образа жизни студентов медицинской академии // Проблемы составной гигиены, здравоохранения и истории медицины. 2010, N1, c. 24-27.
8.Проскурякова А.А., Бурнышева Т.В. Оценка заболеваемости, физического здоровья студентов и формирование самосохранительного поведения // Проблемы составной гигиены, здравоохранения и истории медицины. 2012, N 3, c. 15-17.
9.Стентон Г. Медико-биологическая статистика. Москва. 1999. 459 с.


Müəlliflər:
Z.V. Tağıyeva

Digər jurnal və qəzetlər