MƏDƏ VƏ ON İKİ BARMAQ BAĞIRSAĞININ XORA XƏSTƏLİYİ VƏ ONUN MÜALİCƏSİNƏ DAİR
28-12-2016
Problemin aktuallığı:
Mədə və on iki barmaq bağırsaq xora xəstəliyi yayılma ehtimalına görə həzm sistemi xəstəlikləri arasında öndə gedən xəstəliklərdəndir. Bu xəstəliyin vaxtında aşkar edilməməsi və düzgün müalicə taktikası aparılmadıqda həyat üçün təhlükəli ağırlaşmalar və müxtəlif fəsadlar törədir.
Son illərdə əldə olunan məlumatlar göstərir ki, mədə və on iki barmaq bağırsaq xorasının inkişafının Helikobakteriya infeksiyası əsas rol oynayır. O xora xəstəliyinin sağalmasını ləngidərək yara ətrafında və dibində qan dövranın fəaliyyətini pozur, müxtəlif fermentlər və sitokinlər ifraz etməklə xoranın xroniki hala keçməsinə və sağalmasına maneçilik törədir.
Müalicənin düzgün təşkili qida rejiminə gün ərzində riayət edilməsi müalicənin effektiv aparılmasında xüsusi rol oynayır.
Bu baxımdan həzm xəstəliklərinin müayinəsində və diaqnostikasında son vaxtlar respublikamızda xora xəstəliyinin erkən aşkar edilməsi üçün çoxlu miqdarda laboratoriya, dianqostika və funksional müayinə mərkəzləri dövlətimiz tərəfindən müxtəlif regionlarda yaradıl-mışdır.
Ədəbiyyatda mədə və 12 bb xora xəstəliyinin epidemiologiyası müalicə taktikası müxtəlif olduğundan (1, 6, 8, 9) bizim tərəfimizdən aparılan müalicənin, terapevt həkimlərə təqdim olunması məsləhət bilinir.
2008-2011-ci ildə bizim tərəfimizdən müxtəlif şikayətlərlə (mədə nahiyəsində ağrılar, ac qarına, gecə ağrıları, qıcqırma, məcburi qusma, iştahsızlıq, arıqlama və s.) müraciət edən xəstələrin müayinə edilməsi nəticəsində 42 nəfərdə mədə və 12 bb xora xəstəliyi aşkar edilmişdir.
Anamnezinə görə xəstələrin şikayətləri 1 ay - 3 il təşkil edir.
Xəstələrin yaşı 25-55 həddində olmuşdur (kişi 27, qadın 15). Bu xəstələrdən 15-də mədə xorası, 27-də isə 12 bb xora xəstəliyi aşkarlanmışdır. Müayinədə qanın ümumi analizi, nəcisdə gizli qan, mədə 12 bb rentgenoloji müayinəsi, ezofago qastrofibroskopiya (EQDS) Helikobakteri Pülerinin qanda (HB pülerinin) təyini, həm müalicənin əvvəlində və həm də 3 ay sonra təkrarı EQDS müayinə və HB pülerinin qanda, dinamikada təyin edilmişdir.
Müalicədə Ulsepam 40 mg (peros), 10 gün səhər, axşam, sonra 1 tab. 1 ay Ulsepam 40 mg, Benevron inyeksiyada əzələ daxilinə gün aşırı, Denol 1 tab. 3 dəfə yeməkdən 30 dəq. əvvəl və axşam yatmazdan 30 dəq. əvvəl, sukralfat 1 tab. 3 dəfə yeməkdən 1 saat əvvəl və axşam yatmazdan 1 saat əvvəl, çaytikanı yağı (Altay ölkəsində istehsal olunmuş) 2 ç/q. 3 dəfə, klaritromisin 500 mg 2 dəfə səhər- axşam, amoksisilin 1000 mg 2 dəfə səhər-axşam, 10 gün müddətində, səhərlər ac qarına 1 stəkan təzə çəkilmiş qırmızı kartof şirəsi, 1 saat sonra çiy yumurtanın ağını duzsuz şəkildə saat 700-da, 1 ay müddətində, pəhriz stol №1, gün ərzində qida qəbulu arasında fasilə 2,5-3,5 saat, 4-5 dəfə olmaqla qida rejimi təyin edilmişdir.
Müalicə effektivliyinin əsas meyarlarını mədə nahiyəsində ağrılar, qıcqırma, qusma halları, çəkinin azalması, iştahın yaxşılaşması, HB püleri erradikasiya faizi, 10-cu gündən başlayaraq 45 günə qədər selikli qişada regenerasiya prosesi, HB püleri ilə yoluxma səviyyəsi, sağalma dinamikası aid edilmişdir.
Müalicənin sonunda, mədə və 12 barmaq bağırsaq xorası olan şəxslərdə gecə ağrıları müalicənin 10-15-ci günündə kəsilmiş, qıcqırma, acqarına ağrılar, 10-cu gündən xəstəni narahat etməmiş, yaxşılaşmış, məcburi qusma halları xəstəni narahat etməmişdir. Müalicənin sonunda xəstələrin çəkiləri 2-4 kq artmağa başlamışdır.
Cədvəl № 1.
Müalicədən əvvəl xəstələrin şikayətlərinin vəziyyəti
|
Qıcqırma |
Gecə ağrıları |
Ac qarına ağrılar |
Məcburi qusma |
İştahsızlıq |
Çəkinin azalması |
Mədə xorası |
25 |
18 |
20 |
3 |
15 |
7 |
12 bb xorası |
17 |
22 |
22 |
7 |
23 |
8 |
Müalicə müddətində Helikobakteri Püleri 36 xəstədə aşkar edilmiş, 42 xəstədə Endoskfik müayinə ilə xora xəstəliyi, bunlardan 25 xəstədə 12 barmaq bağırsağında xora xəstəliyi, 17 xəstədə mədədə xora xəstəliyi aşkar edilmişdir.
Müalicədən sonra xəstələrin müayinəsi 40-45-ci günlər aparılmışdır. 42 nəfərdən 3-də yara tam sağalmamış, 39 nəfərində yaranın tam sağalması müəyyən edilmiş, və alınan nəticələr endoskopik və rentgenoloji müayinədə təsdiq edilmişdir.
Cədvəl № 2.
Müayinələr |
Müayinələrin dinamikası |
|
Müalicədən əvvəl |
Müayinələr |
|
HB |
36 |
HB |
Endoskopik müayinə |
42 |
Endoskopik müayinə |
Rentgenoloji müayinə |
42 |
Rentgenoloji müayinə |
Xəstə S.A. 58 yaş, Bakı şəhəri sakini şikayətləri: mədədə ac qarına ağrılardan, ağrıların gecələr daha çox narahat etməsindən, iştahsızlıqdan, qıcqırma olmasından, öyümə, qusmanın səhərlər olmasından, ümumi zəiflikdən, çəkinin azalmasından narahat olduğunu bildirir. Xəstə özünü 3 ildir ki, xəstə hesab edir, siqaret gündə 2 paçka çəkir, spirtli içki qəul edir, qida rejimi zəifdir, bu müddətdə 8 kq-a qədər arığlamışdır
27.11.2013-cü ildə xəstə müalicə üçün müraciət etmiş, rentgenoloji müayinə ilə mədənin kiçik çanağına qədər sallanması, mədədən evakuasiyanın xəstə 40-50 dəqiqə sağ böyrü üstə uzandıqdan sonra az-az olması, mədə həcmi böyük, çıxacağı konusvari daralmışdır. Diaqnoz mədə çıxacağının kompensasiya olunmuş daralması, 12 barmaq bağırsağının xora xəstəliyi aşkar edilmişdir.
11.01.2014-cü ildə mədənin təkrarı EQDS müayinəsində aparılan müalicədə dinamik müayinədə 12 bb soğanağının deformasiyası, daralması, ön divarında natamam çapıqlaşan, qismən ərpli xora aşkar edilmişdir.
Təkrarı müalicədən sonra 17.02.2014-cü ildə 12 bb soğanağının çapığı, deformasiyası, səthi qastrit, Eroziv ezefagit Dudeno qastral refluyks, aşkar edilmiş müalicənin davam etdririlməsi məsləhət görülmüşdür. 27.05.2014-cü ildə təkrarı EQDS müayinəsində səthi qastrit, 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası, katoral ezofagit dudeno-gastral reflyuks müəyyən edilmişdir.
Aparılan dinamik müayinə və müalicədən əvvəl 36 xəstədə HB püleri aşkar edilmişdir, 42 xəstədə Endoskopik və rentgenoloji müayinədə diaqnozun dürüstlüyü tam müəyyənləşdirilmişdir.
Müalicənin 45-ci günü təkrar müayinədə HB püleri 3 xəstədə aşkar edilmişdir. EQDS müayinədə 39 xəstədə çapıxlaşma, 3 xəstədə 12 bb öpüşən xora olması, müalicənin davam etdirilməsi və nəzarətdə qalması məsləhət görülmüşdür. Rentgenoloji müayinədə mədə 12 bb xora xəstələrinin müalicəsinin 45-ci günü 39 xəstədə xoranın çapıxlaşması, 3 xəstədə isə xora xəstələrinin müsbət dinamikası müəyyən edilmişdir.
Yuxarıda göstərilənlərə əsasən mədə və 12 bb xora xəstəliyinin əmələ gəlməsində HB püleri patogenetik əhəmiyyətli olması ilə yanaşı, kompleks antibakterial və xora əleyhinə aparılan müalicədən sonra mədənin selikli qişasının fəaliyyətinin yaxşılaşması HB püleri ilə yoluxan xəstələrin sağalma ehtimalı xeyli böyük olması müəyyən edilmişdir. Buna səbəb HB püleri ilə assosiasiya olunmuş xoraların kompleks müalicəsində qoruyucu faktorların və antibakterial müalicənin təsirindən regenerasiya sürətlənməsi, yerli kapilyar qan dövranı bərpa olması, nəticədə mədə və 12 bb xora xəstəliyinin sağalması ilə tamamlanmışdır. Yerli qan dövranının fəaliyyətinin bərpası nəticəsində toxumaların regenerasiya fəaliyyəti yaxşılaşır, yaraların sağalması sürətləndirilir, çapıqlaşma əmələ gəlir.
Yekun olaraq aşağıdakı nəticələr əldə edilmişdir.
1.Müalicə diaqnostik yanaşmada ilk növbədə Helikobakteri Pülerinin erradikasiyası aparılmalıdır.
2.Xora xəstələrində aparılan anti HB püleri terapiyadan sonra HB pülerinin miqdarı xeyli azalır, xora xəstələrinin sağalması, çapığın əmələ gəlməsi sürətlənir, digər fəsadların əmələ gəlməsinin qarşısı alınır.
3.Xəstələrdə erkən xora xəstəliyinin aşkarlanması diaqnozunun düzgün aşkar edilməsi, cərrahi əməliyyata ehtiyac olmaması riskini azaldır.
4.Kompleks müalicə HB patogenetik fəaliyyətin nəzərə almaqla, xora xəstələrinin düzgün pəhriz və müalicəsi nəticəsində sağalma ehtimal faizi çox yüksək olur.
5.Mədənin selikli qişasının regenerasiya prosesi yerli qan dövranının fəaliyyətinin yaxşılaşmasından, aparılan müalicədən çapığın sürətlənməsi effektivliyinin artması və xəstəliyin erkən müəyyən edilməsindən asılıdır.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı