NAZAL HAVA YOLUNUN VƏZİYYƏTİNİN ÖYRƏNİLMƏSİ

27-01-2017

Qoxu hissi insanın vacib duyğu hisslərindən biri olub, ətraf mühitlə insanın daxili aləmi arasında əlaqələrin qurulmasında mühüm rola malikdir [1]. Burnun tənəffüs, nəmləndirici, temperatura nəzarət, kiçik hissəciklərin filtrasiyası, qoxunu qəbul etmə, fonasiya və ikincili cinsiyyət orqan funksiyaları var [2]. Burnun birincili funksiyaları tənəffüs və qoxunun qəbul edilməsidir. Əsas həyat funksiyalarından biri olan qoxu insanın beş duyğu orqanlarından biridir. Qoxunu qəbul etmənin pozulması insanın həyatına mənfi istiqamətdə təsir göstərir.  Burun əməliyyatlarından sonra qoxu hissində baş verən dəyişikliklərin öyrənilməsi bir çox səhiyyə ocaqlarında tədqiqat mövzusu olmuşdur. Rong-San Jiang və əməkdaşlarının icra etdikləri tədqiqatda nazal polipoz olan 70 xəstəyə endoskopik ön və arxa etmoidektomiya tətbiq olunmuşdur. Əməliyyatdan sonra icra edilən qoxu testində xəstələrin qoxunu hiss etmələrində nəzərəçarpacaq dərəcədə dəyişiklik aşkarlanmamışdır [3,4]. 

Burun çəpərində baş verən əyriliklərin aradan qaldırılması hal –hazırda nazal cərrahiyyədə ən çox tətbiq olunan əməliyyatdır. Burun çəpərində olan hər hansı bir əyrilik burunun hava ötürməsi qabiliyyətini əhəmiyyətli dərəcədə dəyişikliyə uğradır. Burunun hava ötürmə qabiliyyəti maddələrin molekullarını burnun selikli qişasında ada şəklində olan qoxu reseptorlarına daşınmasında mühüm rola malikdir. Müxtəlif qoxu molekulları qoxu reseptorlarının yerləşdiyi sahəyə təmas etdikdə onların təsirilə müxəlif tezlikli cərəyanlar qoxunun mərkəzi neyronlarına  doğru gedir.

Pade və əməkdaşlarının icra etdikləri tədqiqatda 206 xəstəyə nazal polipoz əlaməti ilə endoskopik cib cərrahiyyəsi icra edilmişdir. Sinüs cərrahiyyəsi tətbiq edilmiş xəstələrin bir qismində qoxunu hiss etmədə dəyişiklik qeydə alınmamışdır.  Qoxu hissinin itirilməsi nəqli və sensorinoral olmaqla 2 şəkildə olur. Burun arakəsməsinin (çəpərinin) əyriliyi, burun balıq qulaqlarının hipertrofiyası, allergik və bakterial mənşəli rinosinusit, burnun polipozu kimi sinonazal patologiyalar nəüli tipli qoxu hissinin itirilməsinə səbəb olurlar [5,6]. Qoxu reseptoru, qoxu siniri və sonrakı qoxu yollarının patologiyaları isə sensorinoral tip qoxu hissi pozğunluğuna səbəb olurlar.

Tədqiqat məqsədi: Rinomonometriya vasitəsilə nazal hava yolunun vəziyyətinin qiymətləndirilməsi.

Tədqiqatın material və metodları: Tədqiqat İzmir 3 saylı Kliniki Araşdırmalar Etika Qurumunun 18.12.2009 tarixli və 09/08-06 saylı qərarı alındıqdan sonra icra edilməyə başlanmışdır. Tədqiqat yanvar 2010 ilə iyul 2010 tarixləri arasında Türkiyə Respublikası, “Dokuz Eylül” univeristeti, tibb fakültəsi, Qulaq Burun Boğaz və Biofizika bölümlərində icra edilmişdir. 

Türkiyə Respublikası, “Dokuz Eylül” univeristeti, tibb fakültəsi, Qulaq Burun Boğaz bölümünə nazal obstruksiya şikayəti ilə müraciət etmiş, ön rinoskopiya və elastiki endoskopik müayinələrlə burun arakəsməsinin əyriliyi diaqnozu qoyulmuş 35 nəfər xəstə tədqiqata cəlb edilmişdir. Əməliyyatdan əvvəl icra edilən qoxu hüdudu testində 4 xəstənin göstəricisi ≤1 olduğu üçün bu xəstələr tədqiqatdan kənar edilmişlər. Əməliyyatdan 6 həftə öncəyə qədər per oral və yerli steroidlər tətbiq edilən, kəskin bakterial və ya virus mənşəli infeksion və sinusit keçirmiş, daha əvvəl nazal cərrahi problemləri olmuş və allergik riniti olan xəstələr də tədqiqata daxil edilməmişdir. 31 xəstədən 10 –u qadın və 21 –i kişi olmaqla yaşları 19-61 arasında (ortalama 35,58) tərəddüd etmişdir. Obyekt nazal hava yolunun qiymətləndirilməsi üçün xəstələrə Rinometrics 2000 cihazı ilə ön aktiv rinomonometriyası testləri tətbiq olunmuşdur. Bizim tədqiqatımızın əsas məqsədi septoplastikadan sonra 8 –ci həftədə burun hava yolunun tutulması aradan qaldırıldıqdan sonra və selikli qişanın sağalması tamamlandıqdan sonra qoxunun nəql olunması komponentinin araşdırılmasıdır. Burnun hava yolunu və xəstənin burun tutulması kimi şikayətlərini araşdırmaq üçün bur xəstələrə əməliyyat öncəsi obyektiv və subyektiv nazal hava yolu testləri icra edilmişdir. xəstələrdə rinomonometriya ölçmələri icra edilmişdir. İlk olaraq, təzyiq ölçən zond sol burun dəliyinə yerləşdirilərək plastrın köməyilə hava buraxmayacaq şəkildə fiksə edilmişdir. Ölçmələr burun dəliklərinin açıqlığını aydın görəbilmək üçün şəffaf üz maskası istifadə olunmaqla və maskanı da xəstənin öz üzünə tam oturtduğu zaman xəfif təzyiqlə tutması xahiş olunaraq icra edilmişdir.

Burnun sağ yolunun ölçmələri icra edildikdən sonra eyni şəkildə sol burun yolu üçün də ölçmələr icra edilmişdir. Bu zaman xəstənin dalbadal təkrarlanan beş ölçülməsindən çətinliklə icra edilən nəfəsalma və nəfəsvermədəki ən yaxşı hava həcmini özündə ehtiva etdirən göstərici qeydə alınmışdır. Bu göstərici sabit 150 P təzyiqində saniyədə boşluğa daxil olan və çıxan “sm3” göstəricisi ilə hava həcmi göstəricisi olmuşdur (sm³ / Pa/ sn).

Tədqiqatda alınan göstəricilərin statistiki analizi asılı qruplarda t testi və Xi kvadratı (Mak Nemar) testləri, qeyri –parametrik olmaqla  Wilcoxon işarələnmiş sıralar testi istifadə edilmişdir. Bu testlər ilə əldə olunan göstəricilər və onların ortaq göstəricisi (SD) işlənərək statistika proqramına daxil edilmişdir. Statistiki analizlərin aparılması məqsədilə SPSS 15.0 (SPSS for Windows 15.0 SPSS Inc. 2007, Microsoft) qroqramı tətbiq edilmişdir.

Tədqiqatın nəticələri və müzakirəsi:Bizim tədqiqatımızın əsas məqsədi septoplastikadan sonra 8 –ci həftədə burun hava yolunun tutulması aradan qaldırıldıqdan sonra və selikli qişanın sağalması tamamlandıqdan sonra qoxunun nəql olunması komponentinin araşdırılmasıdır. Burnun hava yolunu və xəstənin burun tutulması kimi şikayətlərini araşdırmaq üçün bur xəstələrə əməliyyat öncəsi obyektiv və subyektiv nazal hava yolu testləri icra edilmişdir. Obyektiv test vasitəsi olan Rinomonometriyadan istifadə edərək əməliyyat öncəsi və sonrakı əldə olunan nəfəsalma və nəfəsvermə sonundakı ümumi nazal hava yolu həcmi göstəriciləri ilə əməliyyatdan sonrakı 8 –ci həftədə əldə olunan uyğun göstəricilərlə orta qiyməti hesablanmış və t testi ilə müqayisə olunmuşdur  (cədvəl 1, diaqram 1).

Cədvəl  1.

Rinomаnometriyanın əməliyyatdan əvvəlki və sonrakı göstəriciləri.

Parametrlər

 

Rinomonometriyadan qabaq burun hava həcmi ± SD

Rinomonometriyadan sonra burun hava həcmi ± SD

p

Yüklənmədən əvvəl

Sağ

758.4 ± 353.6

1106 ± 375.8

< 0.05

Sol

501.2 ± 245.4

1010 ± 443.5

< 0.05

Yüklənmədən sonra

Sağ

912.16 ± 419.3

1304.1 ± 431.6

< 0.05

Sol

624.8 ± 286.3

1191.6 ± 500.7

< 0.05

Əməliyyatdan qabaq icra edilən rinomonometriya nəticələri burun hava həcminin göstəriciləri ilə asılı qruplarda t testi istifadə olunmaqla müqayisə olunmuş və statistiki dürüst artım qeydə alınmışdır (p<0,05).

Rinometriya nazal hava axını müqavimətini göstərən dinamik test vasitəsidir və burundan nəfəs alıb –vermədə nə qədər çətinlik olduğunun qiymətləndirilməsini təmin edən sadə rəqəmsal göstəricilər olan nazal havanın həcminin ölçülməsini təmin edir. Tədqiqata cəlb edilən 31 xəstəyə əməliyyatdan əvvəl icra ediən subyektiv və obyektiv nazal hava yolu testləri septoplastika əməliyyatından sonra 8 –ci həftədə təkrarlanmışdır.

Əməliyyatdan qabaq icra edilən rinomonometriya nəticələri burun hava həcminin göstəriciləri ilə asılı qruplarda t testi istifadə olunmaqla müqayisə olunmuş və statistiki dürüt artım qeydə alınmışdır (p<0,05).

Alınan nəticələrin orta göstəricisi statistiki müqayisə edildikdə xəstələrin burun tutulması şikayətlərində və nazal hava yolu göstəricilərində dürüst azalma qeydə alınmışdır, yəni burnun havalanması təmin olunaraq qoxulu havanın olfaktor sahyı daha yaxşı çatması təmin olunmuşdur.    

Qoxu hissi insanın vacib duyğu hisslərindən biri olub, ətraf mühitlə insanın daxili aləmi arasında əlaqələrin qurulmasında mühüm rola malikdir. Burnun birincili funksiyaları tənəffüs və qoxunun qəbul edilməsidir. Əsas həyat funksiyalarından biri olan qoxu insanın beş duyğu orqanlarından biridir.

 Diaqram 1: Rinomаnometrinyanın nəticələrinin Error Bar üsulu ilə müqayisəsi.

Rinomonometriya vasitəsilə nazal hava yolunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə tədqiqat aparılmışdır. Rinometriya nazal hava axını müqavimətini göstərən dinamik test vasitəsidir və burundan nəfəs alıb –vermədə nə qədər çətinlik olduğunun qiymətləndirilməsini təmin edən sadə rəqəmsal göstəricilər olan nazal havanın həcminin ölçülməsini təmin edir. Əməliyyatdan qabaq icra edilən rinomonometriya nəticələri burun hava həcminin göstəriciləri ilə asılı qruplarda t testi istifadə olunmaqla müqayisə olunmuş və statistiki dürüst artım qeydə alınmışdır (p<0,05).

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Hummel 2004. Sniffin’Sticks Tutorial. http://www.tu-dresden.de/medkhno/riechen_schmecken/sticks_eng.pdf
2.Salmi E, Kaisti KK, Metsa¨honkala L, et al. Sevoflurane and propofol increase 11C-flumazenil binding to gammaaminobutyric acid receptors in humans. Anesthesia and Analgesia. 2004;99:1420-6
3.Wüstenberg EG, Zahnert T, Hüttenbrink KB et al. Comparison of optical rhinometry and active anterior rhinomanometry using nasal provocation testing. Arch Otolaryngol Head Neck Surg. 2007;133:344-349
4.Fisher EW, Lund VJ, Scadding GK. Acoustic rhinometry in rhinological practice: Discussion paper. J R Soc Med. July 1994(87):411-413
5.Huang ZL, Ong KL, Goh SY et al. Assessment of nasal cycle by acoustic rhinometry and rhinomanometry. Otolaryngol Head Neck Surg. 2003;128:510-516
6.Eibenstein, A, Fioretti AB, Lena C et al. Modern psychophysical tests to assess olfactory function. Neurol Sci. 2005;26:147-155


Müəlliflər:
T.A. Hüseynov

Digər jurnal və qəzetlər