YUBİLEY Ramiz Atalla oğlu Axundov

17-06-2017

R.A.Axundov 17 İyun 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1961-ci ildə B akı şəhərində orta məktəbi bitirmiş və həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur. 1966-cı ildə həmin İnstitutu (hazırki Azərbaycan Tibb Universiteti) bitirərək Bakı şəhər baş apteklər idarəsində əmək fəaliyyətinə başlamışdır. Elmə olan həvəsi onu yenidən Azərbaycan Tibb İnstitutuna qaytarmış və 1971-ci ildə Farmakologiya ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. Aspirantura dövrünü gərgin əməyi nəticəsində vaxtında bitirərək 1974-cü ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiyə edərək biologiya elmlər namizədi alimlik dərəcəsi almışdır.

Gənc alim həmin gündən N.Nərimanov adına Tibb İnstitunun Mərkəzi Elmi Tədqiqat labaratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş və sonrakı həyatını bu elmi müəssə ilə bağlamışdır. Əmək fəaliyyətinə başladığı ilk gündən farmakoloji tədqiqatlara xüsusi həvəs göstərən gənc alim METL-də farmakologiya və toksikologiya qrupu yaratmağa nail olmuşdur. Onlarla tədqiqatçı bu qrupda elmi axtarışlar aparmış və Ramiz Axundov onlara yüksək səviyyədə elmi Metodik kömək göstərmişdir. 1976-cı ildə R.Axundov müsabiqə yolu ilə Baş elmi işçi vəzifəsinə seçilmişdir. Ramiz müəllimin gərgin elmi axtarışları və bu qrupun yaradıcılıq qabiliyyətini nəzərə alan İnstitut rəhbərliyi 1990-ci ildə METL-də Farmakologiya və toksikologiya şöbəsi yaradılmış və o müsabiqə yolu ilə şöbə müdiri vəzifəsinə seçilmişdir.

Elmə olan həvəsi Ramiz Axundovu daha geniş miqyaslı tədqiqatlar aparmağa vadar etmişdir. Bu məqsədlə o 1984-cü ildə keçmiş SSRİ-nin paytaxtı olan Moskva şəhərində yerləşən Tibb Elmləri Akademiyasının Farmakologiya İnstituna ezama olunmuşdur. 5 il müddətində həmin institutda fəaliyyət göstərən Ramiz Axundov 1989-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının Farmakologiya İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiyə edərək Biologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə müsabiqə yolu ilə farmakologiya kafedrasında professor vəzifəsinə seçilmişdir. Bir sıra dərman preparatlarının o cümlədən nikomorfolin, meksidol, nouglutil və s. yaradılmasında tətbiqində yaxından iştirak etmişdir. Hazırda üzərində işlədiyi hipoksiya və onunla bağlı problemlərin araşdırılmasında əsaslı nəticələr əldə edilmişdir. Məhz onun təklif etdiyi bir sıra preparatlar oksigenin toxumalara daşınması prosesində fəal iştirak edir.

Ramiz Axundovun elmi kadrların hazırlığında da xüsusi əməyi vardır. O, onlara tədqiqat-çıya elmi, metodik kömək göstərmiş, onlarla dissertantlara rəsmi opponent olmuşdur. Onun rəhbərliyi  altında  4  nəfər elmlər namizədi müdafiyə etmişdir.

İstedadlı alim olan professor R.A.Axundov 2 monoqrafiyanın 220 elmi məqalənin 30 müəlliflik şəhadətnamənin, 6 patentin, 3 səmərələşdirici təklifin müəllifidir.

R.Axundovun ekspertiza işində də xüsusi əməyi vardır.

O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının Əczaçılıq və Farmakologiya üzrə Problem Komissiyasının sədri olmuşdur.

Hazırda Səhiyyə Nazirliyinin Farmakologiya və Farmakopeya Şurasının, ATU-da fəaliyyət göstərən Müdafiyə Şurasının, Problem Şurasının, Tibbi-Biologiya və həmçinin Əczaçılıq fakultə-lərinin Elmi Şuralarının, 2 elmi jurnalın redaksiya heyyətinin üzvüdür.

2000-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

2 dəfə Respublika Səhiyyə Nazirliyinin və 1 dəfə rektorluğun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Sadə və təvazökar insan, yaxşı dost və məsləhətçi, nümunəvi ailə başçısı, istedadlı alim olan Ramiz Axundov 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür möhkəm cansağlığı, uğurlar diləyirik.

 


Müəlliflər:
Q.Ş. Qarayev.
T.Ə. Eyvazov

Digər jurnal və qəzetlər