KƏSKİN DAŞLI XOLESİSTİTLİ XƏSTƏLƏRDƏ SİSTEM İLTİHABİ REAKSİYA SİNDROMU ZAMANI QARACİYƏRİN FUNKSİONAL VƏZİYYƏTİ

02-06-2017

Açar sözlər: kəskin daşlı xolesistit, sepsis, sistem iltihabi reaksiya sindromu.

Key words: acute cholecystitis, sepsis, systemic inflammatory response syndrome.

Giriş. İnkişaf etmiş ölkələrdə əhalinin 40%-ə qədərində təsadüf edilən, “əsrin xəstəliyi” adını daşıyan öddaşı xəstəliyinin (ÖDX) bir tibbi-sosial-iqtisadi problem kimi aktuallığı zaman keçdikcə daha da artır [1, 2, 3]. ÖDX ilə xəstələrin sayı nəinki azalmır, hətta ildən-ilə artır.

ÖDX-nin müalicəsində cərrahi nöqteyi nəzərdən daha önəmli yeri kəskin daşlı xolesistit (KDX) tutur. Belə ki, kəskin xolesistit 90%-dən çox hallarda ÖDX fonunda baş verir [4, 5, 6] və cərrahi profilli xəstələrin 15%-i bu xəstəliyin payına düşür [7]. Cərrahlığın çağdaş durumu fonunda KDX və onun ağırlaşmalarının cərrahi müalicəsi zamanı 0,9-3,4% ölümə [8,9] və 8,3-32% isə əməliyyatdansonrakı irinli-iltihabi ağırlaşmalara təsadüf edilir [9, 10]. Yaşı 60-dan yuxarı olan xəstələrdə ölüm cavan və orta yaşlı xəstələrdəki letallıqla müqayisədə 20-30 dəfə artaraq [11] 20-25%-ə çatır [8]. Ahıl və qoca yaşlı xəstələrdə əməliyyatdansonrakı müxtəlif ağırlaşmaların tezliyi 23,3-38,3%-ə yüksəlir [7,8]. Əməliyyatdansonrakı ölüm və ağırlaşmaların yüksək hədlərdə olmasının çoxsaylı səbəblərindən biri də qaraciyərin funksional pozğunluqlarıdır. KDX zamanı qaraciyərin funksional vəziyyəti öyrənilsə də, KDX sistem iltihabi reaksiya sindromu (SİRS) ilə ağırlaşan hallarda qaraciyərin funksiyasında baş verən dəyişikliklər araşdırılmamışdır.

İşin məqsədi:KDX-li xəstələrdə SİRS meyarlarının sayından asılı olaraq qaraciyərin funksional vəziyyətinin müqayisəli qiymətləndirilməsi.

Tədqiqatın material və metodları.KDX SİRS-lə ağırlaşmış və əsas qrupa daxil olan 32 xəstədə qaraciyərin funksional vəziyyəti əməliyyatönü dövrdə, əməliyyatdansonrakı 3 və 7 sutkalarda ümumi zülal, albumin, ümumi bilirubin, alaninaminotransferaza (ALT), aspartataminotranferaza (AST), Di Rittis əmsalı (AST/ALT nisbəti), qələvi fosfataza (QF) və qammaqlutamintransferaza (QQT) səviyyəsinə əsasən qiymətləndirilmişdir.

Xəstələrdə SİRS-in olması Amerikan Pulmonoloqlar və Reanimatoloqlar Cəmiyyətinin (ACCP/SCCM) Razılaşma Konfransının 1992-ci ildə Çikaqo təklif etdiyi meyarlar əsasında qiymətləndirilmişdir. SİRS-in iki əlaməti (SİRS 2) – 11, üç əlaməti (SİRS 3) – 8 və dörd əlaməti (SİRS 4) – 7 xəstədə aşkarlanmışdır. 6 xəstənin vəziyyəti isə tərəfimizdən sepsis kimi qiymətləndirilmişdir. SİRS-ə daha çox KDX-nin destruktiv formalarında və yerli peritonitlə ağırlaşmış xəstələrdə təsadüf edilmişdir.

Nəzarət qrupuna SİRS-lə ağırlaşmamış (SİRS 0) 14 KDX-li xəstə daxil edilmişdir.

12 praktik sağlam şəxsin analoji göstəriciləri norma kimi götürülmüşdür.

Tədqiqatın gedişində alınan rəqəmlər variasion statistika və qeyri-parametrik üsulla işlənilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi.Cərrahi müdaxilə keçirmiş 32 xəstədə aşkarlanmış qaraciyərin funksional göstəricilərinin müqayisəli dəyişilmə dinamikası cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi, ümimilikdə əsas qrupa daxil olan xəstələrdə ümumi bilirubinin miqdarı normadan 72,6% (p<0,05) və nəzarət qrupundakı göstəricidən isə 41,6% çox olmuşdur. Eyni zamanda bu xəstələrdə norma və nəzarət qrupunun göstəricisi ilə müqayisədə müvafiq olaraq ALT səviyyəsi 6,4 dəfə (p<0,001) və 3,3 dəfə (p1<0,001), AST – 7,1 dəfə (p<0,001) və 3,9 dəfə (p1<0,01), QF – 2,6 dəfə (p<0,01) və 2,1 dəfə (p1<0,01), QQT – 7,7 dəfə (p<0,01) və 5,8 dəfə (p1<0,01) yüksək həddə qalxmışdır. Əksinə ,SİRS olan xəstələrdə normaya və nəzarət qrupu göstəricisinə nisbətən müvafiq olaraq ümumi zülalın miqdarı 13,1% (p<0,05) və 9,9%, albuminin miqdarı isə 17,0% (p<0,01) və 14,0% (p1<0,05) azalmışdır.

Cərrahi müdaxilədən sonra bazis konservativ terapiya fonunda SİRS-lə müşayiət olunan əsas qrupun xəstələrində qaraciyərin funksional göstəricilərində dinamikada normallaşma meyli müşahidə edilsə də, heç bir göstərici normallaşa bilmir.

Qeyd etmək lazımdır ki, əməliyyatönü dövrdə qaraciyərin öyrənilən funksional göstəricilərindəki dəyişikliklərin dərinliyi SİRS meyarlarının sayından və sepsisdən birbaşa asılı olmuşdur (şək. 1).

 

Şək. 1 SİRS meyarlarının sayından asılı olaraq qaraciyərin funksional göstəricilərinin dəyişməsi.

1 saylı şəkildən bir daha aydın olur ki, SİRS meyarlarının sayı artdıqca və eləcə də sepsis zamanı qaraciyərin funksional göstəricilərindəki dəyişik-liklər daha da dərinləşir.

Qaraciyərin öyrənilən göstərici-lərinin müqayisəli dəyişmə dinamikası tədqiqatın sonuna bu funksional göstəri-cilərin normaya daha çox yaxınlaşmasını SİRS 2 olan xəstələrdə baş verdiyini göstərmişdir (şək. 2).

 

Şək. 2 SİRS meyarlarının sayından asılı olaraq qanda QF səviyyəsinin müqayisəli dəyişmə dinamikası (N=150,5 u/l).

Nəticələr:

1.SİRS-lə ağırlaşmış KDX-li xəstələrdə qaraciyərin funksional göstəricilərində baş verən dəyişikliklərin dərinliyi SİRS meyarlarının sayından və sepsislə ağırlaşmadan birbaşa asılıdır.
2.Qaraciyərin funksional göstəriciləri KDX zamanı SİRS-in erkən laborator meyarları kimi istifadə edilə bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Дибиров М.Д., Тарасенко С.В., Копейкин А.А., Кочуков В.П. Лечебная тактика при остром холецистите, осложненном механической желтухой, у больных пожилого и старческого возраста // Хирургическая практика. – 2011. – № 2. – с. 19 – 24

2. Малков А.Б. Возможности применения высоких концентрации озона у больных, оперированных по поводу деструктивных форм острого калькулезного холецистита. Автореф. дисс. … к.м.н., Красноярск. – 2017. – 27 с.

3. Bulian D., Trump L., Knuth J. et al. Long-termresults of transvaginal/transumblical versus classical laparoscopic cholecystectomy – an analysis of 88 patients // Langenbeck Arch Surg. – 2013. – vol. 398. – p. 571 – 579

4. Мараховский Ю.Х. Желчнокаменная болезнь: современное состояние проблемы // Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии. – 2003. – № 1. – с. 81 – 92

5. Данзанов Б.С., Цырендоржиев Д.Д., Хитрихеев В.Е., Бальхаева М.И. Хирургический стресс при лечении острого калькулезного холецистита и прогнозирование течения послеоперационного периода // Бюллетень Восточно-Сибирского научного центра Сибирского отделения РАМН. – 2010. – № 2. – 23 – 29

6. Алиев Ю.Г., Курбанов Ф.С., Попович В.К. и др. Малоинвазивное хирургическое лечение острого и осложненного калькулезного холецистита // Московский хирургический журнал. – 2014. – № 2. – с. 35 – 38

7. Копылов В.В. Роль и место малоинвазивных декомпрессионных эхоконтролируемых вмешательств в лечении острого холецистита у больных старших возрастных групп. Автореф. дисс. … к.м.н., Нальчик. – 2016. – 22 с.

8. Луцевич О.Э., Урбанович А.С., Амирханов А.А. Послеоперационные осложнения при остром холецистите и его осложненных формах у больных пожилого и старческого возраста // Московский хирургический журнал. – 2012. – №6. – с. 17 – 23.

9. Hüseynəliyev A.H. Kəskin daşlı xolesistit zamanı orqanizmin sitokin statusu vəziyyətinin qiymətləndirilməsi və onun tənzimlənməsi. T.ü.f.d. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş diss.-nın avtoreferatı. – Bakı. – 2015. – 22 s.

10. Кузнецов А.В. Лимфотропные методы в хирургическом лечении больных острым деструктивным холециститом  Дисс… на соиск. уч. ст. к.м.н., Новосибирск. – 2007. – 152 с.

11. Комарницкий В.М. Пункционные методы под УЗИ-контролем в лечении острого холецистита у больных с высоким операционно-анестезиологическим риском. Автореф. дисс. … к.м.н., Санкт-Петербург. – 2008. – 23 с.


Müəlliflər:
Z.B. Məmmədova

Digər jurnal və qəzetlər