PİYLƏNMƏ İLƏ ƏLAQƏDAR BARİATRİK ƏMƏLİYYATA MƏRUZ QALMIŞ XƏSTƏLƏRİN MÜALICƏ DİNAMİKASINDA HƏYAT KEYFİYYƏTİNİN ÖYRƏNİLMƏSİ

13-05-2016

Açar sözlər: həyat keyfiyyəti, piylənmə, mədə kiçiltmə, mədəşuntlayıcı əməliyyatlar.

Ключевые слова: качество жизни, ожирение, рукавная резекция желудка, гастрошунтирование.

     Hazırda morbid piylənmə (MP) ilə xəstələnənlərin sayı bütün dünyada armışdır. Tədqiqatçılar bunun əsas səbəbini az hərəkətlilik, yüksək kalorili qida məhsullarının qəbulu, hormonal dəyişikliklər və digər amillərlə əlaqələndirirlər [1].
     Xəstəliyin müalicəsinin ilkin mərhələlərində konservativ korreksiya üsulları təyin edilir. Lakin təcrübə göstərir ki, MP inkişaf etdikdə bunun medikamentoz müalicəsi bir o qədər də qənaətbəxş olmayıb, kifayət qədər maddi sərfiyyat və davamlı müşahidənin aparılmasını tələb edir [2].
     Belə bir durumda xəstəliyin cərrahi müalicəsinə göstərişlər artır. Hazırda isə MP-nin müalicə səmərəliliyinin artırılması məqsədi ilə müxtəlif növ bariatrik əməliyyatlar tətbiq edilməkdədir [3].  Ölkəmizdə MP-nin cərrahi müalicəsi nisbətən yeni başlandığından, müalicə nəticələrinin  müxtəlif aspektlərdə öyrənilməsi maraq yaratmışdır.
     Məlumdur ki,  MP olan xəstələrin müalicə nəticələrinin öyrənilməsi əksər hallarda bədən kütlə indeksinin (BKİ) dinamikada azalması, eləcə də qeyd edilən xəstəlik ilə əlaqəsi olan yanaşı xəstəliklərin gedişinə əsasən aparılır [1,4]. Bununla yanaşı olaraq, göstərilən xəstəliyin cərrahi müalicə nəticələrinin qiymətləndirilməsi üçün xəstələrin həyat keyfiyyətinin dinamikada öyrənilməsi vacib məqamdır. Lakin qeyd etmək lazımdır ki, hazırda MP olan xəstələrin həyat keyfiyyətinin müalicə dinamikasında öyrənilməsi üçün ümumqəbul edilmiş müayinə üsulu yoxdur.
     Əksər hallarda cərrahi müalicəyə məruz qalan xəstələrin həyat keyfiyyətinin öyrənilməsi üçün müxtəlif üsullardan istifadə edilir.  Bu məqsədlə qastroenteroloji xəstəliklərin müalicə nəticələrinin öyrənilməsində tətbiq edilən GIQLI (Gastrointenstinal Quality of Life İndeks) şkalası daha çox diqqəti cəlb edir.
     Ədəbiyyat məlumatlarına əsasən GIQLI anketi sadə və informativdir [3]. Düşünürük ki, bu şkalanın köməyi ilə tədqiq etdiyimiz xəstələrin müalicə dinamikasında həyat keyfiyyətinin öyrənilməsini, eləcə də MP ilə əlaqədar digər antropometrik göstəricilərlə korrelyativ əlaqənin qiymətləndirilməsi müasir təbabətin cavablarına uyğundur.
     Beləliklə, hazırda MP ilə olan xəstələrin cərrahi müalicə nəticələrinin öyrənilməsi üçün digər müayinə üsulları ilə yanaşı, xəstələrin həyat keyfiyyətinin daha səmərəli şəkildə qiymətləndirilməsi də çox aktual bir məsələdir. 

İşin məqsədi – bariatrik əməliyyata məruz qalan morbid piylənməsi  olan xəstələrin müalicə mərhələlərində həyat keyfiyyətinin  qiymətləndirilməsi

Material və metodlar. Tədqiqat işi “Modern hospital” klinikasında MP ilə əlaqədar əməliyyat olunmuş 28 xəstənin müalicə nəticələrinin öyrənilməsinə əsaslanmışdır. Tədqiq edilən xəstələrin 19(67,9%)  nəfəri qadın, 9 (32,1%) nəfəri isə kişi olmuşdur. Xəstələrin yaşı 29-59 arasnda olmuşdur, orta yaş həddi 43,6±1,3 təşkil etmişdir.
     Xəstələrin 23 nəfəri (82,1%) mədə kiçiltmə (Sleeve Gastrectomy), 5 nəfəri isə (17,9%) mədənin şuntlayıcı (Gastryc bypass) əməliyyatına məruz qalmışdır.  Əməliyyatlar laparoskopik üsulla aparılmışdır.
     Müşahidə etdiymiz xəstələrdə MP dərəcəsinin öyrənilməsi üçün 2 əsas göstəricidən istifadə edilmişdir: artıq bədən çəkisi (ABÇ) və bədən kütlə indeksi (BKİ).

ABÇ Brok düsturu ilə ölçülmüşdür [1]. Qeyd edilən düsturla ideal bədən çəkisi  100% hesab edilir.

        ABÇ isə aşağıda göstərilən düsturla hesablanmışdır –

        ABÇ (%) = Bədən çəkisi (%) – 100.

        BKİ isə ümumqəbuledilmiş düsturla ölçülmüşdür-

        BKİ = bədəb çəkisi (kq) / boy (m2)     

        Tədqiq edilən xəstələrdə (29 nəfərə) həyat keyfiyyəti əməliyyatdan əvvəl və sonra  öyrənilmişdir.

      Qeyd etmək lazımdır ki, biz müalicə mərhələlərində BÇİ ilə xəstələrin həyay keyfiyyəti arasında korrelyativ əlaqəni də öyrənmişik.

Müqayisə aparmaq üçün 24 könüllü olan sağlam şəxslər də tədqiqata cəlb edilmşdir ki, bunlarda xroniki xəstəlik anamnezi, eləcə də MP müəyyən edilməmişdir.
     Xəstələrin həyat keyfiyyətinin öyrənilməsi üçün biz tədqiq edilən xəstələrin müalicə mərhələlərində GİGLİ anketi əsasında sorqu ilə qiymətləndirmişik. Göstərilən anket   universal və spesifik hissələrdən ibarətdir. Universal hissəyə aid edilən suallar “funksional fəallıqı” xarakterizə edir. Bunlar xəstənin fiziki fəallığını, gündəlik fəaliyyətini, sosial və ekonomik vəziyyəti əsasında qiymətləndirilir (sıra nömrəsi ilə 1-24-cü sualllar). Bundan başqa həmin hissənin köməyi ilə xəstənin özünün sağlamlıq vəziyyəti, aparılan müalicənin səmərəliliyi və onun həyat statusunun necə  qiymətləndirməsi (25-29-cu suallar) öyrənilir.
      Anketin spesifik hissəsi isə (30-38-ci suallar) xəstəliyə aid olan sualları əhatə edir.
      Hər bir sual 0-4 arası balla qiymətləndirilmişdir.
      Statistik işlənmələr Excell proqramında Styudent dürüstlük kriterisinin istifadəsi ilə aparılmışdır. Alınmış nəticələr və öyrənilən göstəricilər arasında asılılığın öyrənilməsi üçün Pirson korrelyasiya koeffisiyenti hesablanmışdır.  Qruplar arasında müqayisənin aparılması üçün orta göstərici (M) və standart kənara çıxma (δ) göstəricilərinin hesablanmasından istifadə edilmişdir.

        Nəticələr və onların müzakirəsi.       Müşahidə etdiyimiz MP –si olan xəstələrin əməliyyatönü dövrdəki müayinə nəticələri cədvəl 1-də göstərilmişdir. Alınmış nəticələr göstərmişdir ki, bütün tədqiq edilən göstəricilərdə əməliyyatdan sonrakı dövrdə müqayisəli müsbət dinamika qeyd edilir.
       Əksər hallarda (29 xəstədən 22-ndə) MP-li xəstələrin BÇİ 40 kq/m2 yuxarı olmuşdur.
       Əməliyyatdan sonrakı dövrdə bu göstərici yenidən tədqiq edilmişdir. Alınmış nəticələr cədvəl 2-də göstərilmişdir.
       Əməliyyatdan əvvəlki dövrdə tədqiq edilən bütün göstəricilər əməliyyatdan sonrakı ilə müqayisədə bütün hallarda yüksək olmuşdur, lakin bu BKİ göstərici istisna olmaqla bütün göstəricilərdə fərq statistik dürüst olmamışdır.
      Cədvəl 3-də tədqiq edilən xəstələrin müalicə dinamikasında xəstələrin həyat keyfiyyəti öyrənilmişdir.  Alınmış nəticələr göstərmişdir ki, həyat keyfiyyəti indeksi MP-li xəstələrdə kontrol qrupa aid olan şəxslərdən fərqli olmuşdur (p≤0,05). Əməliyyatdan sonra isə alınmış nəticələr kontrol qrupa tam olaraq müvafiq olmasa da, normal rəqəmlərə yaxınlaşmışdır (göstəricilər arasında fərq statistik dürüst olmamışdır).

Жядвял  № 1.

Morbid piylənməsi olan xəstələrdə əməliyyatönü göstəricilər

Tədqiq edilən xəstələr

Yaş

Bədən çəkisi (kq)

BKİ, kq/m2

ABÇ, %

Qastroşuntlama əməliyyatı planlaşdırılan xəstələr

45,4±7,3*

136,9±23,7

45,8±6,4*

97,7±28,6

Mədə kiçiltmə əməliyyatı planlaşdırılan xəstələr

38,5±8,5*

115,7±19,6*

41,1±6,9

81,2±27,5*

Жядвял  № 2.Qeyd: * - p <0,05 fərq dürüstdür

Müşahidə edilən xəstələrin əməliyyatdan sonrakı dövrdə antropometrik göstəricilərı

Müşahidə dövrü

Bədən çəkisi (kq)

BKİ, kq/m2

ABÇ, %

ABÇ azalması %

Əməliyyatdan 2 il sonra

93,9±22,7*

42,3±7,8

43,3±34,4*

37,2±27,9

Əməliyyatdan 1 il sonra

98,3±31,5

34,2±8,1*

47,8±24,3

52,3±18,7

Qeyd: * - p ≤0,05 fərq dürüstdür

Жядвял  № 3.

Morbid piylənməsi olan xəstələrin müalicə mərhələlərində həyat keyfiyyəti indeksi göstəricisinin nəticələri

 

Funksional fəallıq

Mənimsəmə

Xəstəliyə aid olan spesifik suallar

Balların cəmi

Sağlam insanlar

 69,2±8,3

13,4 ±2,3

 31,2±3,6

  113,8±9,8

Əməliyyatönü dövrdə MP olan xəstələr

56,9±9,4

8,4±2,7

 19,8±4,6

85,1±18,5

Əməliyyatdan 2 il sonra

65,8±14,6

12,7±2,9

23,6±5,7

102,1±21,8

Əməliyyatdan 1 il sonra

64,3±10,8

12,9±3,1

24,2±5,9

101,4±19,3

 

 

 

 

 

Жядвял  № 4.

Morbid piylənmə ilə əlaqədar əməliyyata məruz qalmış xəstələrdə həyat keyfiyyəti indeksi antropometrik göstəricilər arasında korrelyasiya

 

 

Funksional fəallıq

Mənimsəmə

Xəstəliyə aid olan spesifik suallar

BÇİ

ABÇ

ABÇ azalması %

1 il sonra

2 il sonra

1 il sonra

2 il sonra

1 il sonra

2 il sonra

Funksional fəallıq

 -0,05

-0,42

-0,09

-0,46

  -0,02

0,46

Mənimsəmə

-0,03

-0,39

-0,04

-0,33

-0,06 

0,27

Xəstəlik-spesifik suallar

 -0,18

-0,43

 -0,17

-0,29

 -0,14

0,06

Balların cəmi

-0,07

-0,49

 -0,11

-0,42

0,004

0,34

     Əməliyyatönü və əməliyyatdan sonrakı dövrdə MP olan xəstələrin həyat keyfiyyəti, bədən çəkisinin azalması arasında korrelyativ əlaqə aşkar edilmişdir. Korrelyasiyanın dürüstlüyü p≤0,05 bərabər olmuşdur. Bu qeyd edilən parametrlərin xəstələrin həyat keyfiyyətinin öyrənilməsi üçün əhəmiyyətli olmasını sübut edir.
     Mədəşuntlayıcı əməliyyata məruz qalan xəstələrdə isə bu göstəricilər arasında korrelyativ koeffisiyent (Pirson) “0” bərabər olmuşdur.

Nəticələr.

     Aparılan bariatrik əməliyyatlardan sonra 1 il tədqiq edilən bütün MP –li xəstələrdə həyat kefiyyətinin yaxşılaşması müəyyən edilmişdir. Analoji müsbət dinamika əməliyyatdan 2 il sonra da davam etmişdir. Nəticələr göstərmişdir ki, tədqiqatın hər iki dövründə xəstələrin həyat keyfiyyəti göstəriciləri arasında dürüst fərql aşkarlanmamışdır.
     Beləliklə, MP olan xəstələrdə bariatrik əməliyyatlardan sonra xəstələrin dinamikada bədən çəkisinin, eləcə də BKİ göstəricisinin azalaması ilə yanaşı həyat keyfiyyəti də tədqiq edilməlidir. Aldığımız nəticələr göstərmişdir ki, sonuncunun qiymətləndirilməsi MP-li xəstələrin müalicə nəticələrinin öyrənilməsində vacib göstəricidir.
     Aldığımız nəticələr göstərmişdir ki, həyat keyfiyyəti MP xəstələrdə əməliyyatdan əvvəlki dövrdə (85,1) sağlam insanlarla (113,4) müqayisədə 24,96% aşağı olmuşdur (p<0.05).
     Əməliyyatdan sonrakı dövrdə tədqiq etdiyimiz xəstələrdə mədə kiçiltmə və ya mədəşuntlayıcı əməliyyatlardan sonra həyat keyfiyyəti yaxşılaşmışdır.  Müşahidənin bu dövründə həyat keyfiyyəti göstəriciləri tam da normallaşmasa da kontrol rəqəmlərə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, həyat keyfiyyəti indeksi bariatrik əməliyyatlara məruz qalan bütün xəstələrdə (mədə kiçiltmə və qastroşuntlama) əməliyyat növündən asılı olmayaraq fərqlənməmişdir.
     Tədqiq edilən xəstələrdə həyat keyfiyyəti ilə bədən çəkisinin azalması dinamikasının arasında olan korrelyativ əlaqənin öyrənilməsinin nəticələri bunun daha çox mədə kiçiltmə əməliyyatından sonra baş verməsi müəyyən edilir. BKİ-nin azalması xəstələrin həyat keyfiyyətinin bir o qədər də yaxşılaşması ilə səciyyələnmişdir. Artıq bədən çəkisinin azalması ilə xəstələrin həyat keyfiyyəti arasında olan korrelyasiya da düz mütənasib əlaqələnmişdir. Düşünürük ki, bariatrik əməliyyatlardan sonra xəstələrin həyat keyfiyyəti ilə digər  yanaşı xəstəliklər arasında olan  korrelyativ əlaqələrin xüsusiyyətlərin öyrənilməsi də məqsədəuyğundur. Bu istiqamətdə tədqiqatlarımız davam etdirilir. 

 ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА REFERENCES:

1.Eypasch E., Troidl H., Wood-Dauphinee S. Quality of life and gastrointenstinal surgery a clinic metric approach developing an instrument for its measurement. Theor.Surg., 1990, 5, p.3-10
2.Obeid T., Krishnan A., Abdalla G. et.al. GERD Is Associated with Higher Long-Term Reoperation Rates After Bariatric Surgery // J. Gastrointest. Surg. 2016, 20(1), p.119-24
3.Obeid N., Deese-Laurent S., Schwack B. et al.  Location and number of sutures placed for hiatal hernia repair during laparoscopic adjustable gastric banding: does it matter? // Surg Endosc. 2014, 28(1), р. 58-64.
4.Obeid A., Long J., Kakade M. et al. Laparoscopic Roux-en-Y gastric bypass: long term clinical outcomes. // J.Surg Endosc., 2012, 26(12), p. 3515-20

 


Müəlliflər:
T. İ. Ömərov
A.Ə. Mayılova

Digər jurnal və qəzetlər