VAXTINDA DOĞULAN UŞAQLARDA PNEVMONİYANIN VƏ VAXTINDAN ƏVVƏL DOĞULANLARDA RESPİRATOR DİSTRESS-SİNDROMUN (RDS) İNKİŞAFININ TƏHLÜKƏLİ FAKTORLARININ PROQNOZLAŞDIRILMASI.

18-12-2016

Ключевые слова: пневмония, респираторный дистресс синдром, новорожденные.

Key words: pneumonia, respiratory distress-syndrome,newborn

Yenidoğulanların pnevmoniyası və vaxtından əvvəl doğulanların respirator distress sindromu uşaqlarda böhran vəziyyətlərinin baş verməsində tez-tez rast gəlinən səbəblərdən biridir (1,2,3).

Odur ki, bu patologiyaların ağırlaşmalarının profilaktika və müalicəsinə yeni konseptual yanaşmaların işlənib hazırlanması üçün yenidoğulanlarda mübadilə proseslərinin, xüsusilə sitokin statusun və immun pozğunluqların vaxtında aşkar edilməsi vacibdir (4,5).

Məqsəd:Tənəffüs pozğunluğunun (TP) təhlükəli faktorları müəyyən edildikdən sonra məlumatları sindromal təhlil etməklə aydın, konkret nozoloji formalar üçün daha əhəmiyyətli olanları ayırd etmək olmuşdur.

Bu məqsədlə erkən yaşlı uşaqlarda pnevmoniyası olan xəstələr (50), həmçinin vaxtından qabaq doğulan RDS-lu uşaqlar (50) yarım qrupu, «kontrol»- vaxtında doğulan sağlam uşaqlarla (43) müqayisə edilmişdir.

Qanın göstəricilərinin dinamikada  öyrənilməsi xəstəliyin 1-2 və 7-8-10-cu günlərində aparılmışdır.Statistik əhəmiyyətli göstəricilər fərqlərin p

Anaların yaş kateqoriyaları belə olmuşdur:müqayisə qrupunda 22 yaşa kimi-5, 22-29 yaş -20,30 yaşdan yuxarı-18,pnevmoniyalı uşaqların anaları uyğun olaraq 8,29,13; vaxtından qabaq doğulan uşaqların anaları isə 6,25,19 (cədvəl 1).

Bu cədvəldən belə qərara gəlmək olar ki, hər 2 qrup üzrə yenidoğulanların böyük əksəriyyəti yaşı 22-29-a qədər olan analardan doğulanlardır (54%).

Müayinə olunan 100 yenidoğulanın 67 nəfəri oğlan, 33 nəfəri isə qız olunmuşdur

 (cədvəl 2).

 Cədvəl  1.

Anaların yaşlara görə bölünməsi

Qruplar

22 yaşa kimi

22-29 yaş

30 yaşdan yuxarı

I (n=43)

5

11.6±4.9%

20

46.5±7.6%

18

41.9±7.5%

II (n=50)

8

16±5.2%

29

58±7.0%

13

26±6.2%

III (n=50)

6

12±4.6%

25

50±7.1%

19

38±6.9%

 

 

 

 

 

 

 Cədvəl  2.

Yenidoğulanların cinsinə görə bölünməsi

Qruplar

Oğlanlar

Qızlar

I (n=43)

24

55.8±7.6%

19

44.2±7.6%

II (n=50)

33

66.0±6.7%

17

34.0±6.7%

III (n=50)

34

68.0±6.6%

16

32±6.6%

 

 

 

 

 

Uşaqların cinslərə görə bölünməsi analizində xəstə I qrupunda 33, II qrupda isə 34 oğlan uşaqlarının statistik əhəmiyyətli üstünlüyü müəyyən edilmişdir(uyğun olaraq 66%və 68 %).

Beləliklə, kişi cinsi vaxtında doğulan yenidoğulan uşaqlarda TP-nun baş verməsində təhlükə amili kimi hesab oluna bilər. Çünki, kişi cinsi olan döldə surfaktantın sintezinin daha gec başlanması ilə tənəffüs pozğunluğunun əlaqəli olduğu fərz olunur, bu da androgenlərin təsir etməsi ilə başa gəlir(6).

Hər iki qrup uşaqlarda xəstəliklərin inkişafında təhlükə amilləri hamiləlik vaxtı rast gəlinən aşağıdakı fəsadlar ola bilər (cədvəl 3,4).

Cədvəl  3.

Hamiləliyin gedişinin qiymətləndirilməsi

Analarda hamiləliyin gedişi

Qruplar

I(n=43)

II(n=50)

λ2;p

III(n=50)

λ2;p

Sağlam hamiləliklər

14

32.6±7.1%

12

24.0±6.0%

 

12

24.0±6.0%

 

 

Anemiya

6

14.05.3%

20

40.0±6.9%

λ2 =7.79

<0.01

24

48.0±7.1%

λ2 =12.26

<0.001

İnfeksion xəstəliklər

21

48.8±7.6%

5

10.0±4.2%

λ2 =17.31

<0.001

9

18.0±5.4%

λ2 =10.06

<0.01

Toksikoz

 

21

42.0±7.0%

λ2 =20.99

<0.01

11

22.0±5.9%

λ2 =8.72

<0.01

BDİ

 

10

20.0±5.7%

λ2 =7.66

<0.01

2

4.0±2.8%

 

 

Nefropatiya

 

2

4.0±2.8%

 

 

 

 

Preeklampsiya

5

11.6±4.9%

 

 

 

 

 

Vaxtında doğulan yenidoğulanlarda fiziki inkişaf göstəriciləri statistik əhəmiyyətli fərqlənmişlər.

Vaxtında doğulan uşaqların sağlam həyata gələcəyini təyin edən faktorlara aiddir: döldə asfiksiyanın olmaması,yenidoğulanın yetkin bioloji yaşı, qənaətbəxş bədən kütləsi.

Yuxarıda sadalanan əlamətlərin cəmləşməsinin (birləşməsinin) məntiqi sonluğu (bitməsi, qurtarması) sağlam, vaxtında doğulan yenidoğulanlarda doğuşdan sonra birinci dəqiqələrdə respirator terapiyaya təlabatın olmamasıdır.

Cədvəl  4.

Müayinə qrupları üzrə doğulanların gedişi

Qruplar

Cərrahi doğuş

Təbii doğuş

λ2;p

λ2;p1

I(n=43)

24

55.8±7.6%

19

44.2±7.6%

 

 

II(n=50)

13

26.0±6.2%

37

74.0±6.2%

λ2 =8.58

p<0.01

 

III(n=50)

28

56.0±7.0%

22

44.0±7.0%

 

λ2=9.30

p1<0.01

 

Belə uşaqların həyata gəlməsində ananın yaşı mühüm əhəmiyyət kəsb edir, çünki onlardan sağlam uşaqlar doğulur:21-dən 23 yaşa qədər dövr, hamiləlik qabiliyyəti olan, mayalanmaya meyilli dövr olub qənaətbəxş hesab edilir

Doğulan zaman tənəffüs pozğunluğunun olmamasına təsir edən intranatal faktorlar içərisində nisbi uzun susuz dövr ayırd edilir (12 saatdan çox).

Bunu müayinələr və klinik müşahidələr təsdiqləyir. Qeyd olunur ki, bu fakt surfaktantın yetişməsini sürətləndirir və beləliklə TP-nun tezliyini azaldır (7).

Yenidoğulan uşaqlarda pnevmoniyanın inkişafında təhlükə amilləri hamiləlik vaxtı rast gəlinən aşağıdakı fəsadlar ola bilər: hestozlar 25%,BDİ-20%, infeksion xəstəliklər 10%, keysəriyyə əməliyyatı-26%.

Hamiləliyin ikinci yarısının hestozları cift çatışmazlığı kimi qəbul olunur ki, bu da simptomokompleks olub,hamiləliyin yüksək təhlükəli bütün fəsadlarını praktiki olaraq müşayət edir. O hipoksiya,dölün bətndaxili ləngiməsi ilə müşayət olunaraq daha çox rast gəlinən perinatal xəstələnmə (60%-ə qədər) və ölüm hallarının səbəbi hesab olunur. Bütün bu sadalananlar dölün bətndaxili hipoksiyasına gətirib çıxarır.

Həmçinin keysəriyyə əməliyyatının xüsusilə də doğuş fəaliyəti başlamazdan əvvəl olunması, dölü əvvəlcədən proqramlaşdırılan, təbiət tərəfindən bəxş olunan kompensator uyğunlaşma reaksiyalarından məhrum edir və həmçinin bətnxarici varlığa qovuşmaqdan islah etmiş olur deyən erkən neonatal dövrdə adaptasion reaksiyaları  pozmuş olur. Belə faktorlardan biri doğuş yollarını keçərkən dölün ağciyərlərindən fetal mayenin qovulması və cərrahi yolla doğuşun idarəsi zamanı onun artıqlığıdır. Fərz olunur ki, belə mexanizm yenidoğulanlarda TP-nun inkişafına təsir edir.

Cərrahi yolla doğuşun idarə olunması zamanı həyata gələn yenidoğulanlarda pnevmoniyanın əmələ gəlməsi təhlükəsi faktoru ümdə momentlərdən biridir.

Doğuş zamanı vaxtından qabaq doğulan uşaqların bədən kütləsi onun yaşama qabiliyyətinin olmasının meyarı kimi qiymətləndirilir.

Həmçinin hestasiya yaşı da, bədən kütləsi kimi yenidoğulan uşağın əvvəlcədən xəbər verici parametrlərindən biri hesab olunur: hestasiya yaşı nə qədər azdırsa, qeyri-qənaətbəxş nəticə bir o qədər yüksəkdir (cədvəl 5).

Daha sonra əhəmiyyətinə görə hamiləlik zamanı kəskin infeksiyaları hesaba alsaq: RDS vaxtından qabaq doğulan uşaqlarda kifayət qədər tez-tez ananın keçirdiyi infeksiyalar zamanı baş verir, nəinki, surfaktantın fizioloji defisiti olduqda. Demək olar ki,vaxtından qabaq doğulanlarda RDS-inkişafını öncədən xəbər verən faktorlar kompleks olur:plasentar çatmamazlıqlar, ananın infeksiyaları,yatrogen faktorlar.

Anamnestik, klinik və genetik təhlükə faktorlarını özündə cəmləşdirən öncədən xəbərdar edən əlamətlərin müəyyən edilməsi bizim nəzərimizcə önəmli təcrübi əhəmiyyət daşıyır, çünki gələcəkdə xəstəliyin müalicəsini korreksiya etməyə imkan verən anlardır.

Yenidoğulanlarda müqayisə qrupunda erkən neonatal uyğunlaşma dövrü əlverişli,qənaətbəxş olmuş, bu tam dəyərli, yararlı, bitmiş, respirator hemodinamik uyğunlaşma ilə əlaqədar olub, bətnxarici həyat şəraitinə funksional sistemlərin tam müvazilik yaratması ilə, endogen surfaktantın sintezi və daha yetkin morfoloji tənəffüs sistemi ilə əlaqədardır.

Cədvəl  5.

Hestasiya yaşına uyğun olaraq qiymətləndirmə

Qruplar

≥ 38

34-37

28-33

22-27

λ2;p

λ2;p1

I(n=43)

38

88.4 ±4.9%

5

11.6±4.9

 

 

 

 

II(n=50)

38

76.0±6.0%

12

24±6.0%

 

 

 

 

III(n=50)

 

26

52.0±7.1%

22

44.0±7.0%

2

4.0±2.8%

λ2 =76.3

<0.001

λ2=67.16

<0.001

 

Beləliklə iki qrup xəstələrin birgə tədqiq edilməsi xəstəliklərin dinamikasının monitorinqində mühüm rol oynayır.

Yəni qətiyyətlə demək olar ki, yeni doğulanlarda pnevmoniya və vaxtından əvvəl doğulan uşaqlarda RDS-mu zamanı təhlükəli faktorların vaxtında aşkar edilməsi ilə onların potoloji proseslərin potogenezində əhəmiyyətli rol oynadığı sübuta yetirilir.

Deyilənləri yekunlaşdiraraq aşağıdakı nəticəyə gəlmək mümkündür:

1.Pnevmoniyanın risk faktorları bunlardır: hestozlar, BDİ-lar,yoluxucu: xəstəliklər, keysəriyyə əməliyyatları (doğuş fəaliyyəti başlamadan apatılan əməliyyatlar).

2. Vaxtından qabaq doğulan uşaqlarda RDS-un risk faktorları isə cift çatmamazlığı ananın infeksiyaları,yatrogen faktorlardır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Володин Н.Н. Перинатология. Исторические вехи, перспективы развития // Вопросы практической педиатрии-2006-№3(1)-с 5-24
2.Володин Н.Н., Байбарина Е.Н., Дегтярев Д.Н. Современная концепция организации перинатольной помощи в России//Рос.вест.перинатологии и педиатрии-2006-Т.51, №6-с.19-22
3.Тунелл Р., Укса Ф., Рюмина И.И. Базовая помощь новорожденному Международный опыт-М:ГЭОТАР-Медиа, 2008-203с. Шифры РНБ:2008-5/10403;Ур733.2/Б-177.
4.Carrie K. Shapiro-Mendoza et al. Effect of late-preterm birth and maternal medical conditions on newborn morbidity risk.-Pediatrics.-2008.-V.121.-№2.-P.e223-e232.
5.Rocha G Cord blood levels of IL-6; IL-8 and IL-10 may be early predictors of bronchopulmonary dysplasia in oreterm newborns small for gestational age. Disease Markers 2012;33 (1);51-60.
6.Torday J.S. The sex differencein fetal lung surfactant production/ J.S.Torday, H.C.Nielsen/ /Exp.LungRes.-1987.-Vol.12.-P.1-19.
7.Ярцева  И.Н. Клинико-метаболические критерии эффективности лечения и прогнозирования ранних исходов респираторного дистресс синдрома у недоношенных новорожденных: автореф. дис... .канд.мед.наук.-Самара,2008.-30с.


Müəlliflər:
Y.Q. Məstəliyev
Z.Ö. Nadirli
S.Y. Mustafayeva
A.Ə. Mehtiyeva
H.B. Məcidova
İ.Ə. Mirzəyeva
N.T. Kərimova
N.Ə. Tağıyeva

Digər jurnal və qəzetlər