LƏNKƏRAN İQTİSADİ RAYONUNDA XÜSUSƏN XRONİKİ BÖYRƏK ÇATIŞMAZLIĞI İLƏ XƏSTƏLƏNMƏNİN YAYILMASI VƏ STRUKTURU
04-04-2017
Giriş. Xroniki böyrək çatışmazlığı (XBÇ) böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan simptomokompleks olub səhiyyənin ən aktual problemlərindən biridir. Son illərdə uro-nefroloji xəstəliklərin sayının artması [2,4,8] əhali arasında xroniki böyrək çatışmazlığının da geniş vüsət almasına gətirib çıxarmışdır. XBÇ-nin risk faktorları arasında birinci yerdə hiperxolesterinemiya və artıq çəki, daha sonra siqaretçəkmə, hiperqlikemiya, arterial hipertenziya böyrəyin xroniki xəstəlikləri və hiperurikemiya durur [1].
Uro-nefroloji xəstəliklərin geniş yayıldığı Lənkəran iqtisadi rayonunda xroniki böyrək çatışmazlığının az öyrənilməsi bu istiqamətdə tədqiqatın aparılmasının vacibliyini ön plana çıxarır.
Məqsəd.Lənkəran iqtisadi rayonu nümunəsində xroniki böyrək çatışmazlığı ilə ilkin xəstələnmənin yayılması və strukturunun analizi və bunun nəticəsində bu simptomokompleksin səbəblərinin və xüsusiyyətlərinin araşdırılması olmuşdur.
Material və metod.Bu məqsədlə 2006-2012-ci illərdə Lənkəran Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsinin «HEMODİALİZ XƏSTƏNİN AMBULATOR TİBBİ KARTASI» sənədləri əsas götürülmüşdür. Tədqiqat vahidi XBÇ-li xəstə olmuşdur.
2006-2012-ci illər ərzində 331 XBÇ ilə ilkin xəstələnmə hadisəsi (o cümlədən kişilər-202, qadınlar -129) aşkarlanmışdır. Həm ümumilikdə, həm də ayrı-ayrı cinslər üzrə əhalinin hər 1000000 nəfərinə düşən xəstələnmə hadisələri və onun orta xətası müəyyən edilmişdir. İldən ilə xəstələnmənin dəyişilməsinin və cinslər arasındakı fərqin dürüstlüyü təyin edilmişdir.
Bütün xəstələnmə hadisələri XBÇ-ni əmələ gətirən nozoloji vahidə görə də qruplaşdırılmışdır, hər nozoloji vahidin XBÇ-nin strukturundakı payı hesablanmış və bu payın cinslər üzrə fərqi dəqiqləşdirilmişdir.
Alınmış nəticələrin analizi Excel proqramının köməyi ilə təsviri statistik metodlarla aparılmışdır. Ayrı-ayrı qruplar arasındakı fərq Styudentin t kriteriyasına əsasən aparılmışdır.
Alınmış nəticələr.Lənkəran iqtisadi rayonunda XBÇ ilə ilkin xəstələnmənin dinamikası cədvəl 1-də göstərilmişdir. 2006-2012-ci illər ərzində əhalinin hər 1000000 nəfərinə orta hesabla 57,688,36, o cümlədən kişilər arasında 70,71 13,10, qadınlar arasında isə 44,6210,36 xəstələnmə düşməsini görmək olar.
Kişi və qadın xəstələnmələri arasındakı fərq 2008 və 2010cu illərdə statistik dürüstdür (müvafiq olaraq t=2,62, 2,29). Digər illərdə və xronoloji orta göstəricilər arasındakı fərq əhəmiyyətsizdir (müvafiq olaraq t=1,56; 1,69; 0,70; 0,82; 1,09; 1,56).
2006-cı ildə əhalinin hər 1000000 nəfərinə 69,179,33, o cümlədən kişilər arasında 83,9214,61, qadınlar arasında isə 54,7411,67 xəstələnmə düşmüşdür. 2007-ci ildə bu göstəricilər müvafiq olaraq 67,099,13, 82,7114,40, 51,74 11,29, 2008-ci ildə isə 82,1510,04, 108,6616,38, 56,0211,68 kimi müəyyən edilmişdir. Bu illər ərzində göstəricilər arasındakı fərq statistik dürüst olmamışdır (t=0,16; 0,06; 0,18 və 1,11; 1,19; 0,26).
2009-cu idə ümumi, kişi və qadın xəstələnmə göstəriciləri müvafiq olaraq 71,769,34, 77,8113,75 və 64,9912,51, 2010-cu ildə isə müvafiq olaraq 45,607,40, 62,2312,20 və 28,578,25 olmuşdur. 2009-2010-cu illərdə ümumi və qadınlar arasında xəstələnmə fərqi statistik dürüst olmuşdur (uyğun olaraq t=2,20, 2,43), 2008-2009-cu illərdə və 2009-2010-cu illərdə kişilər arasındakı xəstələnmə fərqi statistik dürüst olmamışdır (t=0,76, 1,44, 0,52 və 0,85).
Cədvəl № 1.
Lənkəran iqtisadi rayonunda XBÇ ilə ilkin xəstələnmənin dinamikası.
|
Ümumi əhali |
Kişilər |
Qadınlar |
||||||
|
N |
n |
*1 000 000 |
N |
n |
*1 000 000 |
N |
n |
*1 000 000 |
2006 |
795150 |
55 |
69.17 9.33 |
393250 |
33 |
83.92 14.61 |
401900 |
22 |
54.74 11.67 |
2007 |
804900 |
54 |
67.09 9.13 |
399000 |
33 |
82.71 14.40 |
405900 |
21 |
51.74 11.29 |
2008 |
815550 |
67 |
82.15 10.04 |
404950 |
44 |
108.66 16.38* |
410600 |
23 |
56.02 11.68* |
2009 |
822200 |
59 |
*71.76 9.34 |
411250 |
32 |
77.81 13.75 |
415450 |
27 |
*64.99 12.51 |
2010 |
833250 |
38 |
*45.60 7.40 |
417800 |
26 |
62.23 12.20* |
419950 |
12 |
*28.57 8.25* |
2011 |
849450 |
37 |
*43.56 7.16 |
424600 |
21 |
49.46 10.79 |
424850 |
16 |
37.66 9.41 |
2012 |
861900 |
21 |
*24.36 5.32 |
431650 |
13 |
30.12 8.35 |
430250 |
8 |
18.59 6.57 |
|
826057 |
331 |
57.68 8.36 |
411786 |
202 |
70.71 13.10 |
415557 |
129 |
44.62 10.36 |
N-əhalinin orta illik sayı
n- xəstələnmə hadisələrinin sayı
*-bu qruplar arasındakı fərq statistik dürüstdür
Cədvəl № 2.
XBÇ-nin etioloji səbəblərə görə bölgüsü(cəmə görə %-lə).
|
XBÇyə səbəb nozologiya |
K |
% |
Q |
% |
Cəmi |
% |
1 |
Xroniki qlomerulonefrit |
98 |
48.513.52 |
79 |
61.244.29 |
177 |
53.472.74 |
2 |
Diabetik nefropatiya |
59 |
29.213.20 |
24 |
18.603.42 |
83 |
25.082.38 |
3 |
Sidik daşı xəstəliyi |
23 |
11.392.24 |
4 |
3.101.53 |
27 |
8.161.50 |
4 |
Böyrəklərin polikistozu |
11 |
5.441.60 |
10 |
7.752.35 |
21 |
6.341.34 |
5 |
Böyrəklərin amiloidozu |
1 |
0.500.50 |
3 |
2.331.33 |
4 |
1.210.60 |
6 |
Böyrəklərin vərəmi |
2 |
0.990.70 |
1 |
0.780.77 |
3 |
0.910.52 |
7 |
Digər xəstəliklər |
8 |
3.961.37 |
|
6.202.12 |
16 |
4.831.18 |
|
Cəmi |
202 |
100 |
129 |
100 |
331 |
100 |
2011-ci ildə ümumi, kişi və qadın xəstələnmə göstəriciləri müvafiq olaraq 43,567,16, 49,4610,79 və 37,669,41, 2012-ci ildə isə müvafiq olaraq 24,36 5,32, 30,128,35 və 18,596,57 kimi təyin olunmuşdur. 2011-2012-ci illərdə ümumi göstəricilərin fərqi əhəmiyyətli olmuşdur (t=2,15). 2010-2011 və 2011-2012-ci illərin digər hallarında xəstələnmə göstəriciləri arasındakı fərq statistik dürüst olmamışdır (t=0,20, 0,78, 0,73 və 1,42, 1,66).
Lənkəran iqtisadi rayonunda XBÇ-nin etioloji səbəblərinə görə bölgüsü cədvəl 2-də göstərilmişdir. Buradan məlum olur ki, XBÇ-nin böyük bir qismi xroniki qlomerulonefrit (53,472,74) və diabetik nefropatiyadan (25,082,38) sonra əmələ gəlir. XBÇ-yə səbəb olan nozologiyadan asılı olaraq xəstəliyin cinslər arasında yayılmasını müvafiqlik kriteriyasına əsasən hesablasaq 28,2997, p<0,25 nəticəsi alınar.
XBÇ-nin etioloji səbəbi kimi xroniki qlomerulonefrit kişilərə nisbətən (48,513,52) qadınlar (61,244,29) arasında daha çox rast gəlinir. Bu qruplar arasındakı fərq (t=2,29) statistik dürüstdür.
Diabetik nefropatiya kişilər arasında daha geniş yayılmışdır. Kişi (29,21 3,20) və qadın (18,603,42) qruplarının xəstələnməsi arasındakı fərq statistik əhəmiyyətlidir (t=2,27).
Sidik daşı xəstəliyi üzrə də kişi qrupunun xəstələnməsi (11,392,24) qadın qrupunun (3,101,53) xəstələnməsindən əhəmiyyətli dərəcədə fərqlənir (t=3,06).
Böyrəklərin polikistozu və amiloidozu qadınlar arasında cüzi üstünlük təşkil edir. Bu nozologiyalar üzrə kişi və qadın xəstələnmələri arasındakı fərq statistik dürüst deyil (müvafiq olaraq t=0,81,1,29).
Alınmış nəticələrin müzakirəsi.2008 və 2009-cu illərdə əhalinin hər 1000000 nəfərinə düşən XBÇ ilə ilkin xəstələnmə hadisəsinə görə aldığımız nəticə (müvafiq olaraq 82,15 və 71,76) Rusiya Federasiyasında qeyd olunan göstəricidən çoxdur (hər 1000000 nəfərə 51). Qeyd edək ki, 2006-2012-ci illər üçün xronoloji orta göstərici də (57,68) bu rəqəmdən çoxdur.
Nəticələr
1.Lənkəran iqtisadi rayonunda 2006-2012-ci illər ərzində əhalinin hər 1000000 nəfərinə orta hesabla 57,688,36, o cümlədən kişilər arasında 70,7113,10, qadınlar arasında isə 44,6210,36 ilkin xəstələnmə hadisəsi düşür.
2.XBÇ-nin böyük bir qismi xroniki qlomerulonefrit (53,472,74) və diabetik nefropatiyadan (25,082,38) sonra əmələ gəlir.
3.XBÇ-nin etioloji səbəbi kimi xroniki qlomerulonefrit kişilərə nisbətən qadınlar arasında (t=2,29), diabetik nefropatiya və sidik daşı xəstəliyi isə kişilər arasında (müvafiq olaraq t=2,27 və 3,06) daha geniş yayılmışdır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Болотова Е.В., Дудникова А.В., Каменева Е.С., и др., Выявление начальных стадий хронической болезни почек при профилактических медицинских осмотрах: анализ факторов риска и расчет скорости клубочковой фильтрайии по СКD-EPI // Журнал “Нефрология и диализ” 2015, т.17, №4.
2.Заболеваемость населения России в 2009 году: Статистические материалы, Часть I. Москва: 2010, 120 c.
3.Стентон Гланц. Медико-биологическая статистика. Москва: Практика, 1999, 459 с.
4.Arora P., Vasa P., Brenner D., et al., Prevalence estimates of chronic kidney disease in Canada: results of a nationally representative survey // CMAJ. 2013. 185: 417-423.
5.Changjie G., Xusheng Z., Feng H., et al., Evaluation of glomerular filtration rate by different equations in Chinese elderly with chronic kidney disease // NCBI, Int Urol Nephrol.2016 Jul 11.
6. Guan L., Zhang Y., et al., Sclerostin as a new key factor in vascular calcification in chronic kidney disease stages 3 and 4 // NCBI, Int Urol Nephrol.2016 Jul 27
7.Ye Z., Wang C., Zhang Q., et al., Prevalence of Homocysteine-Related Hypertension in Patients With Chronic Kidney Disease // NCBI, J Clin Hypertens (Greenwich).2016 Jul 21.
8.Zhang L., Uang F., Wang L. et al. Prevalence of chronic kidney disease in China:a cross-sectional survey // Lancet. 2012. 379:815-822.
9.Zhang Q.L., Rothenbacher D. Prevalence of chronic kidney disease in population-based studies:systematic review // BMC Public Health. 2008. 8:117.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı