HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞA QƏDƏR YENİYETMƏLƏRDƏ SAĞLAMLIQ İMKANLARININ MƏHDUDLUĞU VƏ HƏRBİ XİDMƏTƏ YARARLILIQ POTENSİALI

20-03-2017

Giriş. Gənclərin sağlamlığının möhkəmləndirilməsinə xidmət edən ən mühüm dövlət tədbirlərindən biri onların uşaq yaşlarında dispanzerizasiyasını təşkil etməkdir. Azərbaycanda uşaq əhalisinin dispanzerizasiyası barədə dövlət proqramı çərçivəsində geniş profilaktik işlər həyata keçirilir. Bu işlərin son nəticəsinin meyarlarından biri yeniyetmələrin hərbi xidmətə yararlılıq potensialıdır. Ədəbiyyatda hərbi çağırışa qədər yeniyetmələrin sağlamlıq problemləri barədə məlumatlar ildən -ilə çoxalır və onların əsasında sağlamlaşdırıcı tibbi tədbirlərin prioritetləri araşdırılıb [2, 4, 7].

Tədqiqatın məqsədi. Ölkə miqyasında hərbi çağırışa qədər yeniyetmələrin sağlamlıq imkanlarının məhdudluğunun əsas trendini və səbəblərini, onun regional xüsusiyyətlərini və hərbi xidmətə yararlılıq potensialına təsirini qiymətləndirmək.

Tədqiqatın materialları və metodları.Tədqiqatın məqsədinə müvafiq aşağıdakı məlumatlardan istifadə olunmuşdur:

- Dövlət statistika komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”  illik məcmuələri (2012, 2013, 2014, 2015, 2016-cı illər) [1];

- Lənkəran iqtisadi rayonunda hərbi qeydiyyat yaşlı (15) gənclər arasında ilk dəfə sağlamlıq imkanları məhdud olan (əlil) uşaqların ambulator kartları (2011, 2012, 2013, 2014, 2015- ci illər);

- Lənkəran iqtisadi rayonunda 2015-ci ildə ilkin hərbi qeydiyyata alınan gənclərin (192 Astarada, 241 Lənkəranda, 189 Lerikdə, 117 Yardımlıda, 240 Masallıda və 240 Cəlilabadda) tibbi şəhadətləndirilməsi sənədləri;

Toplanmış materiallarının statistik işlənməsində kəmiyyət və keyfiyyət əlamətlərinin statistikası metodları istifadə olunmuşdur [3]. Sağlamlıq imkanlarının məhdudlaşması (ilkin əlilliyin) hadisələrinin tezliyi (10 min müvafiq yaşlı oğlan əhalisinə görə), ilkin əlilliyin nozoloji səbəblərinin xüsusi çəkiləri (%), həmçinin şəhadətlən-dirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyalarına görə bölgüsü (müvafiq standartlara uyğun) müəyyən edilmişdir. Rayonlar arasında ilkin əlilliyin orta xronoloji səviyyəsinə görə fərqin dürüstlüyü bir amilli dispersion analizlə qiymətləndirilmişdir. Dispersion analiz fərdi komputerdə Excel proqramının “məlumatların analizi” paketi vasitəsi ilə həyata keçirilmişdir.

Alınmış nəticələr. Azərbaycanda 14-17 yaşlı gənclərin ilkin  əlillik səviyyəsi və əlilliyin nozoloji strukturu barədə məlumatlar 1-ci cədvəldə göstərilmişdir. Göründüyü kimi, 2011-2015-ci illərdə ilkin əlilliyin səviyyəsi 2011-2015-ci illərdə 17,9-20,60/000 intervalında dəyişmiş və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Əlilliyin nozoloji səbəbləri arasında əsas yerləri sinir sistemi xəstəlikləri (21,3-24,0%) və ruhi pozulmalar (11,7-15,0%) tuturlar (müvafiq olaraq I və ІІ yerlər). Sonrakı yerlərdə duran tənəffüs orqanlarının (6,0-8,0%), göz xəstəlikləri (7,5-9,1%) travmaların nəticələri (6,5-7,6%), anadangəlmə anomali­yalar (5,1-5,8%), qan dövranı (4,3-5,0%) və endokrin sistemi xəstəliklərinin (3,5-3,7%) reytinqləri stabil olmamışdır: göz xəstəliklərinin reytinqi 2011–2015-ci illərdə bir qədər artmış, tənəffüs orqanlarının reytinqi isə azalmışdır. Bütün nozoloji səbəb­lərinin 2011-2015-ci illərdə xüsusi çəkilərinin dinamikası statistik dürüst deyildir.

Lənkəran iqtisadi rayonunda ilkin əlilliyin səviyyəsinin Azərbaycan Respublikası üzrə göstəricinin 2011-2015-ci illərdəki dinamikasının müqayisəsini 2-ci cədvəldəki məlumatlardan izləmək olur. Göründüyü kimi, ümumrespublika səciyyəsindən fərqli olaraq regionun rayonlarında ilkin əlilliyin səviyyəsi dəyişkəndir. Xronoloji orta göstərici

Cədvəl  1.

14-17 yaşlı gənslərin ilkin əlillik səviyyəsi və nozoloji səbəbləri

Göstəricilər

2011

2012

2013

2014

2015

Əlilliyin səviyyəsi (10min nəfərə görə)

20,6

17,9

19,2

20,5

19,0

Əlilliyin nozoloji səbəbləri (cəmə görə %)

100

100

100

100

100

Vərəm

1,5±0,3

1,5±0,3

1,4±0,3

1,3±0,3

1,2±0,3

Tənəffüs orqanlarının xəstəlikləri

8,0±0,7

7,9±0,7

7,8±0,7

6,4±0,6

6,0±0,6

Endokrin sistemi xəs­təlikləri, maddələr mü­ba­diləsinin pozul­ma­sı

3,6±0,4

3,5±0,4

3,7±0,5

3,6±0,5

3,7±0,5

Ruhi pozulmalar

15,0±0,9

14,7±0,9

14,0±0,9

11,7±0,8

14,8±0,9

Sinir sistemi xəstəlikləri

22,8±1,0

23,0±1,1

21,3±1,0

23,3±1,1

24,0±1,1

Göz xəstəlikləri

7,9±0,6

7,7±0,7

7,5±0,7

9,1±0,7

9,0±0,7

Qulaq xəstəlikləri

2,7±0,4

2,8±0,4

2,5±0,4

2,5±0,4

2,4±0,4

Qan dövranı sistemi xəstəlikləri

5,0±0,6

4,8±0,5

4,7±0,6

4,3±0,5

4,5±0,6

Anadangəlmə anomaliyalar

5,8±0,6

5,7±0,6

5,1±0,6

5,7±0,6

5,5±0,6

Travmaların nəticələri

7,5±0,7

7,6±0,7

6,5±0,7

7,3±0,7

7,0±0,6

Digər xəstəliklər

20,2±0,9

20,8±0,9

25,5±1,1

24,8±1,1

21,9±1,1

 

Cədvəl  2.

Lənkəran iqtisadi rayonunda hərbi qeydiyyat yaşlı gənclərin ilkin əlilləşmə səviyyəsinin dinamikası

 

2011

2012

2013

2014

2015

Xronoloji orta

Azərbaycan Respubliksı,

o cümlədən Lənkəran iqtisadi rayonunun inzibati rayonları

20,6

17,9

19,2

20,5

19,0

19,4±0,5

Astara

11,1

12,3

17,2

25,8

20,4

17,4±2,6

Lerik

19,0

10,8

6,8

24,4

10,5

14,3±3,2

Lənkəran

27,4

10,8

42,1

25,5

28,6

26,9±4,9

Masallı

28,4

24,9

13,9

23,8

25,0

23,2±2,4

Yardımlı

10,4

13,4

28,3

23,8

24,2

20,0±3,4

Cəlilabad

15,1

15,1

12,2

34,7

18,5

19,1±4,0

 

Cədvəl  3.

Lənkəran iqtisadi rayonunda ilkin hərbi qeydiyyat zamanı gənclərin hərbi xidmətə yararlılığının kateqoriyalarına görə bölgüsü

 

Astara

(N=192)

Lənkəran

(N=241)

Lerik

(N=189)

Yardımlı

(N=117)

Masallı

(N=240)

Cəlilabad

(N=240)

Hərbi xidmətə yararlıdır

(A)

74

92

70

42

90

88

 

 

38,5

38,2

37,0

35,9

37,5

36,7

Sıradan kənar hərbi xidmətə yararlıdır

(B)

51

67

49

30

63

64

26,6

27,8

25,9

25,6

26,3

26,7

Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır  (C)

35

45

38

21

43

46

18,2

18,7

20,1

17,9

18,8

19,2

Hərbi xidmətə müvəq­qəti yararsızdır (Ç)

31

35

31

23

40

40

16,2

14,5

16,5

19,8

16,6

16,6

Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır  (D)

1

2

1

1

2

2

0,5

0,8

0,5

0,8

0,8

0,8

 

Lənkəranda (26,9±4,9‰) və Masallıda (23,2±2,4‰) nisbətən yüksək, Lerikdə (14,3±3,2‰), Astarada (17,4±2,6‰) nisbətən aşağı səviyyədədir. Rayonların bir-biri ilə qoşa müqayisəsi yalnız Lerik, Lənkəran və Masallı arasında statistik dürüst fərq aşkar etməyə imkan vermişdir (p<0,05). Amma 6 rayonda ölkənin ümumi səviyyəsi ilə müqayisədə ilkin əlilliyin xronoloji orta göstəricisinin bir amilli dispersion analizi statistik dürüst fərq aşkar etməyə əsas vermir (F=1,5; p>0,05).

Lənkəran iqtisadi rayonunda ilkin hərbi qeydiyyat zamanı gənclərin hərbi xidmətə yararlığın kateqoriyalarına görə bölgüsü 3-cü cədvəldə verilmişdir. Göründüyü kimi, şərtsiz hərbi xidmətə tam yararlı olan yeniyetmələrin xüsusi çəkiləri bütün inzibati rayonlarda bir-birinə yaxındır və çox dar intervalda (35,9- 38,5%) tərəddüd edirlər. Sıradan kənar hərbi xidmətə yararlı olanların da xüsusi çəkiləri yüksəkdir və bir-birinə yaxındır (25,6-27,8%). Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan yeniyetmələrin xüsusi çəkiləri 17,9-20,1% arasında olmuşdur. Şəhadətləndirilənlərin 17,5-19,8%-i hərbi xidmətə müvəqqəti, 0,5-0,8%: uçotdan çıxarılmaqla yararsız sayılmışdır F=1,5 (kritik səviyyə 2,4) p>0,05.

Alınmış nəticələrin müzakirəsi. Səhiyyə sistemində gənclərin sağlamlığının mühafizəsinin effektivliyinin əsas meyarı olan hərbi xidmətə yararlılıq göstəricisi ölkənin cənub regionunda (35,9-38,5%) Rusiyanın Kirov vilayəti ilə müqayisədə (33,4%) yüksəkdir, Lənkəran iqtisadi rayonu Kirov vilayəti ilə müqayisədə həmçinin hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız (kateqoriya D) hesab edilən­lərin xüsusi çəkilərinə görə də qənaətbəxş durumdadır, (müvafiq olaraq 0,5-0,8% və 1,4-1,7%). Qeyd olunanlar səhiyyə sisteminin səmərəli fəaliyyətini göstərsə də regionun problemləri də mövcuddur. Belə ki, 25,6-27,8% yeniyetmə yalnız sıradan kənar xidmətə yararlıdır, 14,5-19,8% isə hərbi xidmətə müvəqqəti yararsızdır. Bu onu göstərir ki, qısa müddət ərzində (ilkin uçotdan sonra həqiqi hərbi xidmətə çağırışa qədər) səhiyyə sistemi gənclərin böyük qismi arasında kompleks müalicə-reabilitasiya tədbirləri həyata keçirməlidir. Yeniyetmələrin bərpa müalicələrinin əsas prioritetlərinə sinir sistemi, tənəffüs orqanları və göz xəstəlikləri ruhi pozğunluqlar və travmaların nəticələri ilə mübarizə aid edilə bilər.

Nəticələr

1.Azərbaycanda 14-17 yaşlı gənclərin 17,9-20,6% – də sağlamlıq imkanları məhduddur və bunun əsas səbəbləri sinir sistemi xəstəlikləri, ruhi pozul­malarla bağlıdır.

2.Lənkəran iqtisadi regionunun inzibati rayonları 14-17 yaşlı gənclərin sağlamlıq imkanlarının məhdudlaşma riskinə görə fərqlənsələr də ölkənin müvafiq səciyyəsindən statistik dürüst fərqlənmirlər.

3.Yeniyetmələrin hərbi xidmətə yararlılıq potensialı qənaətbəxş olsa da onla­rın böyük qisminin həqiqi hərbi xidmətə çağırışa qədər bərpa müalicəsinə ehtiyacı vardır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti. Statistik məcmuə, 2012, 2013, 2014, 2015, 2016, www.stat.gov.az
2.Агева К.Ф., Мусабекова Г.Н. Сравнительная оценка динамики забо­лева­емости и инвалидности детей вследствие психических расстройств // Журнал неврологии и психиатрии им. C.C. Корсакова, 2012, №4, с. 64-66
3.Стентон Г. Медико-биологическая  статистически М.1999.- 459 с.
4.Каграманова Л.Ф., Агаева К.Ф. Роль болезней глаз в ограничении возможностей здоровья детского населения // Казанский медицинский журнал 2015, №6, с. 1057-1060
5.Петров М.В., Завалин А.В. Медицинское освидетельствования юношей 15-16 летнего возраста при первоначальной подстановке на воинский учет // Проблемы  социальной  гигиены и здравоохранения истории меди­ци­ны, 2009, № 5, с.22-25
6.Sanuer K., Barkmann C., Klasen F. еt al. How often do German children and adolescents show signs of common mental health problems ?Results from different methodological approaches –a cross- sectional study // BMC Public Health. 2014.14:229
7.Rahman S., Islam T., Alam D. Obesity and over wcight in Bangladeshi children and adolescents; a scohing review // BMC Public Health. 2014.14:70


Müəlliflər:
F.İ. Musayev

Digər jurnal və qəzetlər