AZƏRBAYCANIN ƏCZAÇILIQ BAZARINDA İNNOVASİON İDARƏETMƏ
08-06-2017
Məqalədə Azərbaycan Respublikasının əczaçılıq sektorunun idarəetmə sisteminin innovativ inkişafından,ölkədə vahid qiymət sisteminin yaradılmasından və onunla dövlət və özəl əczaçılıq sektorunun tənzimlənməsindən məlumatlar verilir. Göstərilir ki, Azərbaycanda əczaçılıq sektoru özünəməxsus innovativ islahatları ilə ölkəmizin sosial-iqtisadi tərəqqisinə təkan verib digər sahələrdə olduğu kimi beynəlxalq tələblərə uyğun inkişaf mərhələsindədir.
________________________________________________________________
Açar sözlər: əczaçılıq bazarı,innovasiya,əczaçılıq sektoru
Key words: pharmaceutical market, innovation, pharmaceutical sektors
İşin aktuallığı: Müstəqil Azərbaycan Respublikasında milli əczaçılıq sektoru hərtərəfli və özünəməxsus formada inkişaf edir. Hər bir ölkədə əczaçılığın inkişafı üçün əczaçılıq fəaliyyətinin milli strategiyası formalaşır. Dünyanın bir şox ölkəsində Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) tələblərinə uyğun olaraq Milli Dərman siyasəti işlənilib hazırlanır, dövlət səviyyəsində təsdiqini taparaq bir qanun kimi əczaçılığın inkişafında rəhbər, hüquqi sənədə çevrilir (ÜST, 2014). ÜST özünün WHO/EDM/OSM/99.1 saylı qətnaməsində ölkələrə Səhiyyə Nazirliyinin nəzdində və ya onun tabeliyində olmaqla dərmanların keyfiyyətinə nəzarət üçün müvafiq struktura malik, hüquq və vəzifələri olan milli səlahiyyətli orqanlar yaratmalarını tövsiyyə edir [1]. Bunu nəzərə alaraq bizim ölkədə əczaçılıq sahəsinə nəzarət etmək üçün 2007-ci ildə Səhiyyə Nazirliyinin struktur bölməsi kimi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) yaradıldı. Mərkəzin funksiyası Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərində(dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı və s.) onların keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarətin həyata keçirilməsindən ibarətdir [2].
Hazırda ölkəmizdə milli əczaçılıq sektorunun inkişafı strateji, sosial və iqtisadi əhəmiyyət kəsb etdiyindən, dövlətimizin ən mühüm vəzifələrindən biri də Milli Dərman siyasətini uğurla həll edib, əhalimizi fasiləsiz olaraq keyfiyyətli, təhlükəsiz və səmərəli dərmanlarla təmin etməkdən ibarətdir.Ölkəmizdə Milli Dərman siyasətinin uğurlu həlli üçün əczaçılıq sektorunda köklü islahatlar aparıb, idarəetmənin müasir strategiyasını müəyyənləş-dirmək və yerlərdə ona müvafiq tədbirlər görmək vacib və aktualdır.
Milli dərman siyasətinin konsepsiyasında əczaçılıq sektorunun idarə olunması ilə yanaşı, onun inkişafının əsas prinsipləri, əhalinin dərman vasitələri ilə təmininin dövlət strategiyası, əczaçılıq fəaliyyətinin qayda və koordinasiyası təsdiq olunmalıdır.
Ölkəmizin kifayət qədər təbii resurslara malik olması səhiyyənin modernləşməsinə, milli innovativ layihələrin qısa müddətdə tətbiqinə, bir sıra xəstəliklərin səmərəli üsulla və keyfiyyətli dərman vasitələri ilə müalicəsinə, pasiyentlərin sağlam həyat tərzinin stimullaşmasına və ölüm səbəblərinin azalmasına imkan verir. Ona görə də, əczaçılıq sektorunda istehsalat-ticarət və tibbi-kliniki infrastrukturların subyektləri arasında şəffaf və qloballaşan vahid informasiya sahəsinin, innovasion fəaliyyətin effektli idarə olunması sisteminin təkmilləşdirilməsi həddən artıq zəruri və aktualdır. Bu günə qədər ölkəmizin əczaçılıq bazarında aparılan ardıcıl innovasiya siyasəti fraqmentar xarakterli olub, əsasən aptek biznesinin rəqabətlilik strategiyasının artmasına və ya əhalinin dərman təchizatı sistemində dövlət strukturlarının modernləşməsinə səbəb olmuşdur.
Dünya miqyasında effektli idarəetmənin innovasiyasına aid çoxsaylı metodik yanaşmalar tətbiq olunur, son nəticənin alınmasında elmi-tədqiqatların əsas məqsədi sosial-iqtisadi gəlirlərin əldə olunmasıdır[9]. Bu problemlərin obyektiv qiymətləndirilməsi üçün ölkəmizin əczaçılıq sektorunda innovativ idarəetmənin metodiki yanaşmalarının sistem-ləşməsi vacib və aktualdır.
Işimizin məqsədi ədəbiyyat materiallarına əsaslanaraq ölkəmizin əczaçılıq sektorunda innovativ idarəetmə siyasətinin öyrənilməsidir.
Material və üsullar: Elmi məqalədə Azərbaycan Respublikasının Konstitutsiyası, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu, “Əhalinin sağlamlı-ğının qorunması haqqında “ Azərbaycan Respublikasının Qanunu, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması qaydaları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Əczaçılıq fəaliyyəti və dərman vasitələrinin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi haqqında” təlimatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi”-nin 2007-2012-ci illərin hesabatı, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təstiq edilməsi haqqında Azərbaycan RespubıikasıPrezidentinin sərəncamı[5], Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi” haqqında qərarı və bu qərar və qanunlardan irəli gələn digər müvafiq normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının da qoşulduğu Beynəlxalq müqavilələr istifadə olunmuşdur.
Nəticələr və müzakirələr - Dərman vasitələrinin istehsalı, təchizatı, keyfiyyətinə nəzarət, satışı, saxlanması, tibbi xidmətlər, xəstəliklərin profilaktikası və sağlamlığın qorunması ilə bağlı təşkilatların, müəssisələrin, assosiasiasiyaların, elmi cəmiyyətlərin, mütəxəssislərin və digər təsərrüfat subyektlərin tabeçiliyində, təşkilati – hüquqi formasından və fəaliyyətindən asılı olmayan birlik səhiyyə sistemi adlanır. Müasir dövrdə səhiyyədə islahatlar əsasən aşağıdakı strateji istiqamətlərdə aparılır: inkişaf siyasətinin əsaslandırılması, islahatın normativ-hüquqi bazasının formalaşdırılması, idarə sisteminin qeyri mərkəzləşdirilməsi, yeni, səmərəli, iqtisadi cəhətdən dahada əlverişli tibbi texnologiyaların tətbiqi, səhiyyənin maliyyələşmə sisteminin yeni kanallar əsasında təkmilləşdirilməsi, kadrların hazırlanmasında müasir konsepsiyanın formalaşması və onun realizasiyası [3]. Bu islahatların içərisində əczaçılıq sahəsində islahatların aparılması zəruridir.
Bazar iqtisadiyyatı dövründə əhaliyə dərman xidməti sahəsində innovasiyasıyalar mövcuddur. Bu isə mərkəzləşdirilmiş təchizat üsullarına və dərmanlara vahid qiymətlərin təyininə əsaslanır ki, o da Azərbaycan Respublikası Nazirlər Kabinəsinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiqlənmişdir[6]. Azərbaycanda dərmanların qiyməti dövlət tərəfindən tənzimləndikdən sonra iş adamlarının ölkəyə daha ucuz qiymətə dərman gətirmələrinə imkan yaranacaqdır. Tənzimləmə məqsədi ilə Tarif (qiymət) Şurası tərəfindən 5-dən 10-dək baza ölkəsi müəyyən edilmişdir. Dərman istehsalçılarının bu ölkələrin topdansatış müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətləri müəyyən olunur. Baza ölkələrindəki qiymətlər barədə məlumatları istehsalçı və ya idxalçı Tarif Şurasına təqdim edir, Tarif Şurası məlumatların düzgünlüyünü baza ölkəsinin məlumatları əsasında dəqiqləşdirib ölkədə həmin dərmanların qiymətlərinin düzgün tənzimlənməsinə nəzarət edir. Dərman vasitələrinin əlavə dövlət vergisiz topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsinə aid aşağıdakı cədvəl 1-də məlumat göstərilir.
Bundan əlavə, lahiyədə təklif edilir ki, reseptlə buraxılan dərmanlar üçün bazis ölkələrindəki ən aşağı, reseptsiz buraxılan dərmanlar üçün ən yuxarı qiymətlər bazis qiyməti kimi qəbul edilsin. Bazis qiymətinin üzərinə qaydalarla müəyyən edilmiş faiz dərəcəsinə uyğun əlavələr edilməklə topdansatış qiyməti, topdansatış qiymətinin üzərinə əlavələr edilməklə pərakəndə satış qiyməti müəyyən olunur. Dərmanların qiymətləri artdıqca topdan və pərakəndə satışa görə tətbiq edilən faizlərin səviyyəsi azalır..
Cədvəl № 1.
Tarif Şurası tərəfindən dərman vasitələrinin satış qiymətlərinin tənzimlənməsi.
Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti |
Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə |
Aptek təşkilatı üçün əlavə |
1 |
2 |
3 |
5 manata qədər olduqda (5 manat daxil olmaqla) |
Topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi |
Topdansatış qiymətinin 20 faizi |
5-20 manat arasında olduqda (20 manat daxil olmaqla) |
1 manat+topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi |
Topdansatış qiymətinin 20 faizi |
20-50 manat arasında olduqda (50 manat daxil olmaqla) |
3,55 manat+topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi |
Topdansatış qiymətinin 20 faizi |
50-100 manat arasında olduqda (100 manat daxil olmaqla) |
7,45 manat+topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi |
11,49 manat+topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi |
100 manatdan artıq olduqda |
10,95 manat+topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi |
18,45 manat+topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi |
Təsdiq edilmiş qiymətlər dərmanların qablaşdırılmasının üzərində istehsalçı tərəfindən çap edilir, bu mümkün olmadıqda dərmanların üzərinə qiymətlər idxalçı tərəfindən digər üsullarla (holoqram, ştempel və s.) vurularaq satışa çıxarılır [6].
Yaradılan innovativ idarəetmə sistemi Azərbaycanda əczaçılıq yardımının real iqtisadi perspektivləri, səhiyyə sistemində milli dövlət siyasətinə və əczaçılıq bazarının davamlı inkişafina təkan verır.
Azərbaycan Respublikasının 2016-cı il üçün müəyyən olunan dövlət büdcəsində Səhiyyə xərcləri ümumi xərclərin 4.6%-ni və ya 744.8 milyon manat təşkil edir. Bu xərclərin bir qismi müəyyən xəstəliklərin müalicəsi üçün dəvlət tərəfindən alınan və xəstələrə pulsuz verilən dərman preparatlarının alınmasına xərclənir. Məlumdur ki, dərmanların qiyməti onların hazırlanma texnologiyasından, xammalın keyfiyyətindən və onu istehsal edən şirkətin brendindən asılı olur. Hazırda Azərbaycanın dərman bazarında original dərmanlarla yanaşı generik dərmanlara daha geniş yer verilir. Bu da əczaçılıq sektorunda aparılan islahatların bir istiqaməti olaraq ölkəmizin əhalisinə əczaçılıq xidmətinin bir növü kimi bahalı original dərmanların generik dərmanlarla əvəz edilməsi səhiyyə sistemində dövlət xərclərinə qənaət olunmasına gətirib çıxarır.
Generik dərmanların idxal olunması ilə dövlət büdcəsinə qənaət olunmasına və əhalinin ucuz dərmanlarla təmin edilməsinə nail olmaq üçün ilk növbədə bu sahədə güclü dövlət nəzarəti və keyfiyyət nəzarət sistemi kimi çalışan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirməliyik.
Beləliklə, Respublikamızda mövcud olan əczaçılıq fəaliyyətinin innovativ inkişafına aid sənədlərin təhlili göstərir ki, Azərbaycanın əczaşılıq bazarında da digər sahələrdə olduğu kimi innovativ dəyişikliklər aparılır, əczaçılıq sektorunun fəaliyyəti isə beynəlxalq tələblərə uyğun inkişaf mərhələsindədir. Əczaçılıq sistemində qanunvericilik bazasının yenilənməsi milli nəzarətedici orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi DVAEM-inn bir başa köməyi ilə əldə edilən nailiyyətlər Azərbaycan əczaçılıq sektorunun ÜST-nin və digər beynəlxalq qurumların tələblərinə müvafiq innovativ inkişafının göstəricisidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Vəliyeva M.N.., Abdullazadə Ə.A.., Əzizbəyov P.X.. “Ölkədə əczaçılıq fəaliyyətinə dövlət nəzarətinin təşkili”. Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı. Bakı. 2012, №1, s. 5-10.
2.Vəliyeva M.N.. “Əczaçılıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi”. Ixtisaslaşdırılmış tibb jurnalı.Konsilium. Bakı, 02. (64). 2011. s. 10-13
3.Vəliyeva M.N. “Əczaçılıq məhsullarının keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyinin təmin edilməsi”. İxtisaslaşdırılmış tibb jurnalı. Bakı, 04. (66) . 2011.s. 48-51.
4.Məhbubə Vəliyeva, Şəfiqə Cabbarova “ Əczaçılığın idarəolunması və iqtisadiyyatı”. Dərslik. Bakı 2013. 735 s.
5.“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təstiq edilməsi haqqında Azərbaycan RespubıikasıPrezidentinin sərəncamı. Bakı 4 may, 2009.
6.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi.
7.Azərbaycan Respublikasının “Qanunvericilik Toplusu”. Bakı şəhəri, 31 may 2009, №(143), maddə 336.
8.Atakişizadə S.A.,.Əbilova V.K, Əliyeva A.H., Vəliyeva M.N. Müasir əczaçılığın innovativ siyasətinin bəzi aspektləri. Jurnal: Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2015. Bakı, №1, s 176-180.
9.Атакишизаде С.А. Стратегия фармацевтической этики в инновационной научно практической деятельности фармацевтов. Qərb Universiteti «Elmi xəbərlər»jurnalı Bakı, 2015,№1, s12-18.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı