I TİP ŞƏKƏRLİ DİABETİ OLAN UŞAQLARDA KƏSKİN VƏ XRONİKİ GİNGİVİTLƏRİN MÜALİCƏSİNDƏ İSTİFADƏ OLUNMUŞ FƏRQLİ MÜALİCƏ ÜSULLARININ NƏTİCƏLƏRİNİN TƏHLİLİ

18-04-2017

Açar sözlər: I tip şəkərli diabet, uşaqlar, gingivit

Mövzunun aktuallığı:      Şəkərli diabet parodontitin ağır və proqressivləşən formalarının əmələ gəlməsində, parodont toxumalarının və çənə sümüklərinin infeksiyalaşmasında, diş-dişəti birləşməsinin dağılmasına gətirib çıxaran vacib risk faktoru kimi qeyd olunur (2,3). Bu xəstələrin oral gigiyenalarının yaxşılaşdırılması və ağızdaxili infeksiyalarının müalicəsinin təxirə salınmaz olaraq həyata keçirilməsinin həyati vacibliyi var (5,6). Aparılan tədqiqatların mövcud məlumatları şəkərli diabeti olan uşaqlarda parodont xəstəliklərinin profilaktikasında və müalicəsində daha səmərəli üsullardan istifadə etmənin yollarını göstərmir. Buna görə də I tip şəkərli diabetli uşaqlarda parodont xəstəliklərinin müasir, səmərəli və daha keyfiyyətli müalicəsini təmin etmək üçün araşdırmaların aparılmasına ehtiyac vardır və bu araşdırmaların nəticələri ətraflı olaraq təqdim və təhlil olunmalıdır.

Ozon müasir dövrümüzdə stomotologiyada ağızda istifadə olunan alternativ antiseptik maddə olaraq nəzərdən keçirilməkdədir. Onun güclü antimikrob təsirinin dərmanlardan fərqli olaraq, davamlılıq yaratmadığı ədəbiyyatda öz əksini tapmışdır. Stomatologiyada ozon qaz formasında və ya sulu formada kariyes əmələ gətirən patogenlərə qarşı, kök kanallarının dezinfeksiyasında, dişlərin yaxalanmasında  istifadə olunmaqdadır (1). Bizim diqqətimizi çəkən   ozonlaşdırılmış qliserin məhlulu bir çox müəlliflərin fikrincə uzunmüddətli sterilizasiya təsiri yaradır. Tədqiqatlar zamanı ozon gelin gözə və dəriyə zərərli təsirinin olmadığı, antimikrob və homeostaz təsirlərə malik olduğu da aşkar olunmuşdur (4). Bundan başqa bir sıra elmi tədqiqatlarda ozonun parodont xəstəliklərində müalicəvi təsiri qeyd olunmuşdur (7).

İşin məqsədi: I tip şəkərli diabetli uşaqlarda parodont toxumaları xəstəliklərinin müalicə və profilaktikasında ozonoterapiyanın səmərəliliyinin  öyrənilməsidir.

Tədqiqatın materialı və müayinə üsulları:Tədqiat işinin gedişi zamanı Bakı şəhəri 6 saylı uşaq kliniki xəstəxanasının endokrinoloji şöbəsində 2013-cü ildən 2016- cı ilədək stasionar müalicə alan, Bakı şəhərində, həmçinin Azərbaycan Respublikasının digər şəhər və rayonlarında yaşayan 79 nəfər I tip şəkərli diabeti olan uşaqların ağız boşluğunda müayinə aparılmışdır. Tədqiqata cəlb olunan uşaqların valideynlərinə bu müayinələrin nə üçün aparıldığı izah olunmuş və onların razılığı alınmışdır.

Müayinələrdə yaş ortalaması 12,3±3,4 yaş (2 -17 yaş arası), şəkərli diabetlə xəstələnmə müddəti ortalaması 5,1±3,6 il (1-12 il arası) olan 79 (46 qız, 33 oğlan) uşaq iştirak etmişlər.

I tip şəkərli diabet diaqnozlu uşaqlara Bakı şəhəri 6 saylı uşaq kliniki xəstəxanasının endokrinoloji şöbəsində həkim-endokrinoloq tərəfindən qanın ümumi analizi, sidiyin analizi, qanda qlükozanın səviyyəsini təyin etməklə qanın biokimyəvi analizini əhatə edən laborator müayinələr nəticəsində qoyulmuşdur.

Seçim kriteriyaları kimi dişətində gingivit əlamətlərinin olması və ortodontik müalicəyə ehtiyacın olmaması götürülmüşdür.

Anamnez toplandıqdan sonra I tip şəkərli diabeti  olan uşaqların vizual baxışı həyata keçirilmişdir. Bu zaman onların xarici görünüşünə fikir verilmiş, dəri örtüyünün vəziyyəti, onların nəmliyi, rəngi və patoloji elementlərin olmasına fikir verilmişdir. Müayinə olan uşaqların ağızlarına vizual baxış təbii işıq altında stomatoloji güzgü və zondun köməyi ilə aparılmışdır. Ağızın orqan və toxumalarına baxış zamanı, əsasən, fərdi gigiyenanın səviyyəsinə, parodont toxumalarının vəziyyətinə diqqət verilmişdir. Xüsusilə diş ətinin vəziyyəti, diş ətində qızartı, şişkinlik, ciblərin, nekrotik toxumaların olub-olmaması nəzərdən keçirilmişdir. Diş ərpi, diş daşlarının varlığına diqqət yetirilmişdir.

Gingivit xəstəliyinin ağırlığı və iltihabın dərəcəsi kliniki müayinələrə görə müəyyən olunmuşdur. Müayinələrdə indekslərindən istifadə olunmuşdur. Bütün pasientlərə tövsiyələrə əsasən uyğun olaraq təkmilləşmiş stomatoloji yardımın birinci səviyyəsinə uyğun müalicəvi – profilaktik tədbirlər həyata keçirilmişdir. Bura daxildir: Ağıza fərdi gigiyena qaydalarının öyrədilməsi və onun həyata keçirilməsi nəzarətinin aparıması, ağıza professional gigiyenanın aparılması, dişətialtı və dişətiüstü diş yığıntılarının mexaniki təmizlənməsi, parodontal cib olarsa, qranulasiyaların kənar edilməsi, diş ərpinin retensiyasına şərait yaradan yerli faktorların (plombların asılan və iti kənarların hamarlanması, kontakt nöqtələrinin bərpa edilməsi və s.) aradan qaldırılması, okkluziyanın pozğunluqlarının düzəldilməsi ( dişlərin seçilərək cilalanması).

Tədqiq olunacaq pasientlər iki qrupa ayrılmışdır. Birinci qrupda  ozonlaşdırılmış qliserin ilə müalicə təyin edilmişdir. Bu qrupa kəskin kataral gingiviti olan 10 nəfər, xroniki kataral gingiviti olan 21 nəfər olmaqla cəmi 31 nəfər I tip şəkərli diabetli uşaq daxil edilmişdir.İkinci qrupda  isə Metrogil - denta preparatı ilə müalicə aparılmış və bu qrupa isə kəskin kataral gingivitli 10 nəfər, xroniki kataral gingivitli 22 nəfər olmaqla cəmi 32 nəfər I tip şəkərli diabetli uşaq daxil edilmişdir.

Ozonlaşdırılmış qliserin və Metrogil –denta preparatı aşağıdakı üsulla tətbiq edilmişdir: 7 gün ərzində gündə 2 dəfə diş ətinə sürtülməsi təyin olunmuşdur.

I tip şəkərli diabetli uşaqlarda ağızın gigiyenik vəziyyətinin obyektiv qiymətləndirilməsi, diş ərpinin və diş daşlarının əmələ gəlmə dərəcəsini və müalicəyə ehtiyacı öyrənmək, həm də aparılan müalicənin nəticələrini qiymətləndirmək üçün indekslərdən istifadə olunmuşdur:

Gingivit indeksi – [Gİ] ( Löe & Silness, 1963, 1967)

Papil qanama indeksi [ PBİ], (Saxer & Mühleman ,1975)

Kompleks parodontal indeks [KPİ], (P.A. Leus ,1988)

PMA indeksi [PMA]; (Massler &  Sehour,1949, Parma, 1960)

Tədqiqatın gedişində alınmış bütün kəmiyyət və keyfiyyət göstəriciləri müasir tövsiyyələr nə­zərə alınmaqla statistik təhlil olunmuşdur. Bütün hesablamalar EXCEL-2010 elektron cədvəlində aparılmış, nəticələr cədvəllərdə və diaqramlarda cəmləşdirilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi:Müayinə olunmuş İ tip şəkərlı diabetli uşaqlarda parodontun vəziyyəti indekslərlə qiymətləndirildikdən sonra, onların 20 nəfərində kəskin kataral gingivit, 43 nəfərində xroniki kataral gingivit aşkarlanmış, 16 nəfərin parodont toxumalarında heç bir patologiya aşkar edılməmişdir.

Cədvəl  1.

Müalicə olunanların yaşlar və cinslər üzrə təsviri

Diaqnoz

Ümumisayı

Kişi

Qadın

1-5 yaş

6-11 yaş

12-17 yaş

1-5 yaş

6-11 yaş

12-17 yaş

mütləq

%

mütləq

%

mütləq

%

mütləq

%

mütləq

%

mütləq

%

Kəskin kataral gingivit

20

2

10,0±

3,4

6

30,0±

5,1

-

-

-

-

9

45,0±

5,6

3

15,0±

4,0

Xroniki

Kataral

Gingivit

43

1

2,3±

1,7

3

7,0±

2,9

13

30,2±

5,2

8

18,6±

4,4

7

16,3±

4,1

11

25,6±

4,9

Sağlamlar

16

1

6,2±

2,7

3

18,8±

4,4

4

25,0±4,9

1

6,2

2,7

4

25,0±

4,9

3

18,8±

4,4

Cəmi:

79

4

5,1±

2,5

12

15,2±

4,0

17

21,5±

4,6

9

11,4±

3,6

20

25,3±4,9

17

21,5±

4,6

 

Cədvəldən göründüyü kimi kəskin kataral gingiviti olan 1-5 yaşlı uşaqların 2nəfəri (10,0±3,4%) oğlan, 6-11 yaşlı uşaqların 6 nəfəri (30,0±5,1%) oğlan və 9 nəfəri (45,0±5,6%) qız; 12-17 yaşlı uşaqların isə 3 nəfəri qız (15,0±4,0%)  olmuşdur. 12-17 yaşlı oğlanlarda və 1-5 yaşlı qızlar arasında kəskin kataral gingivitə rast gəlinməmişdir. Xroniki kataral gingiviti olan 1-5 yaşlı uşaqların 1 nəfəri (2,3±1,7%) oğlan və 8 nəfəri (18,6±4,4%) qız, 6-11 yaşlı uşaqların 3 nəfəri (7,0±2,9%) oğlan və 7 nəfəri (16,3±4,1%) qız, 12-17 yaşlı uşaqların 13 nəfərı (30,2±5,2%) oğlan və 11 nəfəri (25,6±4,9%) qız olmuşdur.Belə kı, oğlanlar arasında kəskin kataral gingivit  1-5 yaş dövründən başqa tədqiq olunan digər yaş dövrlərində qızlara nisbətən daha az təzahür etmiş,  xroniki kataral gingivit isə 12-17 yaş dövründən başqa tədqiq olunan digər yaş dövrlərində qızlar arasında oğlanlara nisbətən daha azlıq təşkil etdiyinin şahidi oluruq.Parodont toxumalarında problem olmayan I tip şəkərli diabetli uşaqlara isə ən çox 12-17 yaş qrupunda rast gəlirikvə bütün qruplar üzrə oğlan və qız sayları eynilik təşkil etməkdədir.

 Diaqramma 1. I tip ŞD olan uşaqlarda gingivitlərin yaşlar üzrə paylaşılması

Cədvəl  2.

Kəskin və xroniki kataral gingivitli xəstələrdə ozonoterapiya üsulu ilə müalicədən əvvəl və sonrakı vəziyyət

Xəstəliyin adı

Müt

%

PBİ

KPİ

PMA

əvvəl

sonra

əvvəl

sonra

əvvəl

sonra

əvvəl

sonra

Kəskin kataral

Gingivit

10

32,3±8,4

1,47±

0,17

1,32±

0,17

1,51±

0,08

1,32±

0,08

1,53±

0,06

1,33±

0,09

32,72±

1,55

30,95±

1,56

Xroniki

Kataral

Gingivit

21

67,7±8,4

0,58±

0,05

0,46±

0,05

0,54±

0,04

0,38±

0,04

0,69±

0,05

0,56±

0,04

23,04±

0,31

21,39±

0,41

Ümumi

31

100±0,0

0,85±

0,07

0,72±

0,07

0,88±

0,07

0,72±

0,07

0,95±

0,07

0,81±

0,07

26,43±

1,14

24,71±

1,14

Cədvəl  3.

Kəskin və xroniki kataral gingivitli xəstələrdə metrogil denta üsulu ilə müalicədən əvvəl və sonrakı vəziyyət

Xəstəliyin adı

Müt

%

PBİ

KPİ

PMA

əvvəl

sonra

əvvəl

sonra

əvvəl

sonra

əvvəl

sonra

Kəskin

kataral.gingivit

10

31,3±

8,2

1,73±

0,10

1,61±

0,10

1,58±

0,11

1,44±

0,11

1,63±

0,10

1,47±

0,12

37,52±

0,94

35,75±

1,36

Xronikikat.ging

22

68,7±

8,2

0,69±

0,04

0,55±

0,04

0,68±

0,04

0,53±

0,04

0,80±

0,04

0,65±

0,03

23,84±

0,28

22,04±

0,26

Ümumi

32

100±

0,00

1,01±

0,07

0,88±

0,07

0,96±

0,07

0,81±

0,07

1,06±

0,06

0,90±

0,06

28,12±0,85

26,32±0,85

 

Diaqramdan göründüyü kimi kəskin kataral gingivit I tip şəkərli diabetli uşaqlarda 6-11 yaşlarında ən çox rast gəlinmişdir. 1-5 və 12- 17 yaş dövrlərində isə kəskin kataral gingivitə daha az rast gəlirik. Xroniki kataral gingivit isə I tip şəkərli diabetli uşaqlarda kəskin kataral gingivitin tam əksi olaraq 12-17 yaşlarında daha çox təsadüf edilmişdir.

2-ci və 3-cü cədvəllərdə ozonoterapiya və metrogil denta ilə müalicədən əvvəl və sonra indekslər üzrə əldə etdiyimiz göstəriciləri vermişik. 7 günlük müalicə dövrünün əvvəlində və sonunda hesablanan indekslər arasındakı fərqləri görməmək mümkün deyil. Belə ki, kəskin kataral gingivitli xəstələrdə gingivit indeksi ozonoterapiya ilə (cəd.2.) müalicədən əvvəl orta hesabla 1,47±0,17 olmuşdursa; müalicədən sonra bu göstəricinin azalaraq 1,32±0,17 olduğunu görürük. Analoji olaraq kəskin kataral gingivit üçün PBİ indeksində müşahidə olunan göstəricilərimiz 1,51±0,08 və 1,32±0,08; Pİ indeksində müşahidə olunan göstəricilərimiz 1,53±0,06 və 1,33±0,09; PMA indeksi üçün müşahidə olunan göstəricilərimiz 32,72±1,55 və 30,95±1,56 olmuşdur. Bütün hallarda indekslərinin göstəricilərinin nəzərə çarpacaq dərəcədə dəyişərək azaldığının şahidi oluruq. Xroniki kataral gingiviti olan I tip şəkərli diabetli uşaqlarda  kliniki indekslərin göstəricilərinə nəzər saldıqda bu göstəricilərdə də baş verən dəyişiklikləri görməmək mümkün deyil. Belə ki, Gİ indeksinin göstəriciləri 0,58±0,05 dən azalaraq 0,46±0,05, PBİ göstəriciləri 0,54±0,04 dən azalaraq 0,38±0,04; Pİ indeksinin göstəriciləri 0,69±0,05 dən  azalaraq 0,56±0,04; PMA indeksinin göstəriciləri isə 23,43±0,31 dən azalaraq 24,71±1,14 olmuşdur. Ozonoterapiya müalicəsi alan qrupun ümumi göstəriciləri isə müalicədən əvvəlki və sonrakı mənzərəni daha detallı şəkildə əks etdirir: Gİ indeksinin ortalama göstəriciləri  müalicədən əvvəl 0,85±0,07 olduğu halda, müalicədən sonra bu göstəricilər0,72±0,07-yə qədər azalmış, PBİ indeksi0,88±0,07 dən 0,72±0,07-yə qədər; Pİ indeksi 0,95±0,07-dən 0,81±0,07-dək, PMA indeksinin göstəriciləri isə 26,43±1,14- dən 24,71±1,14-dək azalmışdir.

Metrogil - denta preparatı ilə aparılan müalicənin nəticələrini araşdırarkən (cəd.3) ozonoterapiya ilə müalicənin sonuclarından çox da fərqli olmayan görüntülərlə qarşılaşırıq. Belə ki, Gİ indeksinin, PBİ indeksinin, Pİ İndeksinin və PMA indeksinin göstəricilərini metrogil denta ilə müalicədən əvvəl kəskin kataral gingiviti olan Itip şəkərli diabetli uşaqlarda  uyğun olaraq  1,73±0,10; 1,58±0,11; 1,63±0,10; 37,52±0,94 olduğu halda, müalicədən sonra azalmalar müşahidə edilərək son nəticələr 1,61±0,10, 1,44±0,11; 1,47±0,12 və 35,75±1,36  alınmışdır.  Xroniki kataral gingiviti olan I tip şəkərli diabetli uşaqlarda  aldığımız nəticələr Gİ indeksi üçün müalicədən əvvəl 0,69±0,04 və müalicədən sonra 0,55±0,04 olmuşdursa, PBİ indeksində, Pİ indeksində və PMA indeksində də oxşar vəziyyətlər, yəni nəticələrin azaldığının şahidi oluruq.

I tip şəkərli diabetli uşaqlar arasında apardığımız müayinələrin nəticələrini   araşdırarkən belə bir nəticəyə gəlmək olur ki, I tip şəkərli diabetli uşaqlar arasında parodont xəstəliklərindən ən çox rast gəlinəni xroniki kataral gingivit olmuşdur ki, bu da 12-17 yaşlı oğlanlar arasında yüksək faiz göstəricisi (30,2±5,2) ilə qarşımızdadır.

Digər tərəfdən parodont xəstəliyi olan I tip şəkərli diabetli uşaqlarda kəskin və xroniki gingivitlərin müalicəsində istifadə etdiyimiz Metrogil - denta və  Ozonlaşdırılmış qliserinlə müalicə gedişinin kliniki indekslərlə qiymətləndirilməsi sonuclarının bir-birinə çox yaxın olması Ozonlaşdırılmış gliserinin bu xəstələrdə istifadəsinin daha məqsədə uyğun olması fikrini əsaslandırmağa imkan verir.

 


ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Qurbanov V.A. “Ağız suyu vəzilərinin xroniki iltihabi və distrofik xəstəliklərinin kompleks müalicəsində ozonoterapiyanın təsir effektivliyinin qiymətləndirilməsi “Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı 2016
2.Kurtiş M.B. Diyabetin Periodontal Dokular Üzerindeki Etkisi //TurkiyeKlinikleri Journal of Periodontology-Special Topics. – 2015. – Т. 1. – №. 1. – С. 1-6
3.Богомолов М. В. Пародонтит как неспецифическое осложнение сахарного диабета. Подходы к профилактике //Русский медицинский журнал. – 2011. – Т. 19. – №. 13.
4.Орехова Л.Ю, Лобода Е.С. Клинический опыт применения озонотерапии в комплексном лечении воспалительных заболеваний пародонта. Пародонтология №3 (68) 2013. С. 41-42
5.Ajita M.  Periodontal disease and type 1 diabetes mellitus: associations with glycemic control and complications: an Indian perspective //Diabetes & Metabolic Syndrome: Clinical Research & Reviews. – 2013. – Т. 7. – №. 2. – С. 61-63
6.Bassir L. Relationship between dietary patterns and dental health in type I diabetic children compared with healthy controls //Iranian Red Crescent Medical Journal. – 2014. – Т. 16. – №. 1.
7.Fukui T. Antimicrobial effects of ozone gel against periodontal bacteria //Journal of Hard Tissue Biology. – 2014. – Т. 23. – №. 4. – С. 445-448.


Müəlliflər:
S.A. Nağıyeva

Digər jurnal və qəzetlər