AĞIZ XƏRÇƏNGİNİN MÜALİCƏSİNDƏ REABİLİTASİYA TƏDBİRLƏRİ
20-06-2017
Ağız boşluğu xərçənginin müalicəsi danışma, udma, ağız suyunun və çeynəmə proseslərinin pozulması daxil olmaqla müxtəlif funksiyalar pozula bilər (1, 2).
Xərcəng xəstəliyinin müalicəsində şiş toxuması götürüldükdən sonra ağız boşluğu toxumasının bərpa olunması istiqamətində son illər yeni rekonstruksiya və reabilitasiya üsulları tətbiq edilir. Mürəkkəb protez vasitəsi ilə reabilitasiya sərt və yumşaq toxuma qüsurlarını adətən kifayət dərəcədə bərpa edə bilmir. Buna görə də reabilitasiya həm cərrahi həm də protez reabilitasiyasını özündə birləşdirən stomatoloqların də daxil olduğu çoxistiqamətli tibbi heyət tərəfindən həyata keçrilir. Reabiltasiyanın son məqsədi, həyat keyfiyyətinin təmin olunmasını məqsəd qoyaraq ağız boşluğu funksiyalarının bərpa olunmasıdır(3, 5, 6).
Uğurlu reabilitasiya və həyat keyfiyəti bir birilə bağlılıq təşkil edir. Ona görə ki, xəstələrin münasibət və adaptasiyaları müxtəlif olur, və onların ağız boşluğu xərcənginə görə müalicəsindən öncə həyat keyfiyyətini proqnozlaşdırmaq çox çətindir. Bundan başqa, cərrahi rekonstruksiyada yeni texnologiyaların istifadə olunması üz-çənə ortopedlərinin işində daha da yeni fürsətlər açır. Üz-çənə və baş-boyun cərrahlarına reabilitasiya mərhələsində real məqsədlər seçmək üçün stomatoloqlar komandasının təcrübəli olması çox vacibdir (4, 7, 8).
Çoxistiqamətli xərcəng müalicəsinin (ablyativ cərrahiyyə, rekonstruktiv cərrahiyyə, şüa terapiyası, vəya kimya terapiyası) mövcud olması ilə yanaşı, stomatoloji reabilitasiya həyat keyfiyyətinin yaxşılaşmasında vacib rol oynayır (10).
Stomatoloji reabilitasiya bütün xərcəng müalicə planlarına daxil olunmalıdır; bir çox hallarda, ablyativ baş və boyun cərrahi əməliyyatı və şüa terapiyasının fəsadlarını yumşaldar, minimallaşdırar, yaxud müalicədən əvvəl mürəkkəb protez və digər müdaxilələr müvafiq planlaşdırılarsa hətta birgə aradan qaldıra bilər.
Ağız boşluğu xərcəng xəstəliyi olan xəstələrin reabilitasiya strategiyası və texnikası bilavasitə xərcəngin yerləşməsi, ölçüsü və istifadə olunan cərrahi müdaxilə və şüa müalicəsi ilə əlaqədardır. Erkən kliniki mərhələlərdə təyin olunmayıb və qiymətləndiril-məyən ağız boşluğu xərçəngi adətən yanaşı yerləşən strukturlara invaziya olurlar, beləliklə də sonradan şüa terapiyası aparmaqla geniş cərrahi prosedurlar üçün şərait yaradırlar (9, 11, 12).
Dilin geniş sahələrinin, ağız boşluğunun alt hissəsi, alt çənə,yumşaq və sərt damaq və həmçinin reqional limfa düyünlərinin götürülməsi geniş reabilitasiya müalicəsini tələb edir (15). Ümumiyyətlə, üz-çənə ortopedləri əng rezeksiyalarınından sonra yaranan qüsurları obturator protezlərlə bərpa edirlər. Lakin, bir çox hallarda optimal reabilitasiya üçün yuxarı çənədə yumşaq damaq çıxışı ampula-obturator saxlanılması (velofarinqeal funksiyaların bərpa olunması üçün) yaxud protezin damaq genişlənməsi (dilin funksiyası itirildiyi halda) tələb olunur.
Hal-hazırda, maksiloektomiya vəya yumşaq damaq qüsurunun obturator protez vasitəsi ilə reabilitasiya funksiyanın bərpa olunmasında ən effektivdir. Mikrovaskulyar sərbəst toxuma köçürülmələrində son nailiyyətlər alt çənə, yanaq selikli qişasının və dilin struktur qüsurlaının bərpa olunmasında istifadə oluna bilər.
Hal-hazırda ağız boşluğu xərçənginin müalicəsində reabilitasiya tədbirləri 5 təməl prinsipə əsaslanır (8):
1. Reabilitasiya prosesi ilkin diaqnoz və müalicə planlaşdırılan andan başlayır.
2. Diş sırası mümkün qədər saxlanmalıdır.
3. Reabilitasiya müalicə planları protez, diş sırasının profilaktik və diş sırasının konservativ bərpa olunması daxil olmaqla fundamental prinsiplərə əsaslanmalıdır.
4. Protezlə reabilitasiyadan əvvəl cərrahi müdaxilə ablyativ cərrahiyyə, rekonstruktiv cərrahiyyə, vəya şüa terapiyasından sonra mövcud olan anatomik konfiqurasiyanı düzəltmək üçün göstəriş ola bilər.
5. Xərcəng xəstəliyinin çoxistiqamətli müalicəsindən yüksək funksional, fiziki və psixoloji nəticəyə nail olmaq tələb olunur.
Şiş xəstəliyinin məqsədyönlü müalicəsinə ehtiyacın olması tez-tez reabilitasiyanın planlanmasını ləngidir. Üz-çənə nahiyəsinin reabilitasiyasına ehtiyacı olan xəstələr üçün planlaşdırma aparanda üst çənə, alt çənə, dilin, yumşaq damağın, və orofassial nahiyyənin kombinə olan qeyri-normal quruluşu ilə xəstələr daxil olmaqla üz nahiyyəsində cərrahi əməliyyatla əlaqəli qüsurlar nəzərə alınır. Şüa terapiyasının və kimyəvi terapiyasının təsiri və rolu həmçinin nəzərə alınmalıdır.
Xüsusi qeyri-normal vəziyyətlər bilavasitə xərcəng xəstənin proqnoz və sistem statusu;
• qüsurun yerləşmə nahiyəsi və potensial ölçüsü;
• funksionalvəyaxud kosmetik qüsurun potensial xüsusiyyəti;
• yanaşı aparılan əlavə müalicə (məsələn xəstəliyin müalicəsinin genişliyi və xüsusiyyəti, həmçinin xəstənin müalicəsi ilə yaranan dəyişikliklərə funksional və psixoloji cavab vermək qabiliyyəti) ilə nəticələnir. Buna görə, reabilitasiya rinolaliya, çeynəmə və udma disfunksiyalarına, ağız suyunun ifrazına nəzarətə, ierarxik əlaqələrin zəifləməsinə, nitq pozulmasına (dilin dizartikulyasiyasına), tüpürcək vəzilərinin disfunksiyalarına və ya kosmetik istiqamətə yönəlməlidir (12).
Son illərdə ağız boşluğu xərcəngi xəstəliyi ilə xəstələrin reabilitasiya strategiyasında əhəmiyyətli üstünlüklər baş verib.Bura biomaterialların fundamental keyfiyyətinin yaxşılaşması (osteointeqrasiya üçün implantlar), mikrovaskulyar sərbəst toxuma köçürülməsi və hiperbarik oksigen texnologiyası daxildir (17).
Protezləri daima nəzərdən keçirmək, uyğunlaşdırmaq və adətən vaxt getdikçə dəyişmək lazımdır.Əsas ekstraoral protezlər hər iki üç ildən bir yenidən düzəldilməlidir; çıxarılan intraoral mürəkkəb protezlərə müntəzəm olaraq texniki qulluq olunmalıdır və ümumiyyətlə hər 5-dən 7 ilə qədər müddətdə dəyişdirilməlidir. Bundan əlavə, ağız boşluğu xərcəngi zamanı uzunmüddətli şüa terapiyasına məruz qalma stomatoloqdan periodontu optimal vəziyyətdə saxlamasını tələb edir. Bundan başqa, intraoral mürəkkəb protezlərin saxlanması üçün restavrasiya olunan dayaq dişlər davamlı və kariozsuz olmalıdır, və bu əhali qrupunda implant protezinin optimal funksional nəticəsi üçün geniş texniki qulluq tələb olunur.
Damaq rezeksiyasına (maksiloektomiya, palatektomiya, vəya yumşaq damaq rezeksiyası) məruz qalmış xəstələrin mürəkkəb protezlənməsi üç mərhələdən ibarətdir:
1.Dərhal cərrahi obturator protezin yerləşdirilməsi (əməliyyat otağında yerləşdirilməsi).
2.Müvəqqəti və ya aramüddətli cərrahi əməliyyatdan sonra obturator protezin yerləşdirilməsi (cərrahi obturatordan sonra yerləşdirilən və əməliyyatdan 7 gün sonra qablaşdırmadan çıxarılan, əməliyyatdan sonrakı sağalma dövründə istifadə olunur).
3. Yekun postoperativ obturator protezin yerləşdirilməsi.
Son illərdə osteointeqrasiya sahəsində baş vermiş böyük texnolojı üstünlüklər dental implantların istifadəsini yüngülləşdirmişlər. Brånemark və həmkarları ilk olaraq bugün istifadə olunan və implant materialının normal funksiya zamanı sümüklə struktur və funksional olaraq yaranan gücə davamlı olan müasir texnologiyanı istifadə etməyə başlamışdırlar. Dental imlantlardan hal-hazırda həm ekstraoral həm də intraoral məqsədlərlə istifadə olunur və əhəmiyyətli dərəcədə hər iki formanın və funksiyanın ağız boşluğu və kraniofassial nahiyyənin bərpa olunmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Potensial olaraq,implant-sümük protezləri intraoral və ekstra oral qüsurların bir çoxunda istifadə oluna bilər. Lakin, intraoral qüsurlarla xəstələrdə, əsas istifadə olunan implant sahələri şüa terapiyası sahəsinə daxil olmamalıdır. İstisna olaraq, fibula sərbəst dilimlərinin istifadəsi zamanı implantlardan əməliyyatdan sonra və şüa terapiyasından əvvəl rezeksiya olunmuş alt çənənin bərpası zamanı istifadə olunur. Ekstraoral protezlərə gəldikdə isə, bioadhezivlərə ənənəvi olaraq saxlanmanı artırmaq üçün istifadə olunurlar, lakin onların istifadəsində əhəmiyyətli məhdudiyyətlər var. Həqiqətən, xəstələr və klinisistlər tez-tez adhezivlərlə optimal effektə çatmaqda çətinliklərlə rastlaşırlar. Uğurlu osteointeqrasiyanın xüsusiyyətlərinə daxildir:
1) bioloji uyğun implant materialları;
2) qeyri-travmatik, aseptik cərrahi prosedurlar;
3) funksional güc yüklənməsı baş verən ilkin sağalma mərhələsi;
4) stressi azaldan protezləşmə prosedurları.
Xəstələr böyük diqqətlə seçilməlidirlər və müvafiq xidmət və təqib vacibdir. Uğurlu osteointeqrasiya çənə qüsurlarının sərbəst mikrovaskulyar fibula dilim köçürülməsi ilə aradan qaldırılmasından sonra çeynəmə funksiyasının bərpa olunmasına imkan yaradır. Əng rezeksiyası keçirmiş xəstələrdə osteointeqrasiya və implantın saxlanması ilə mürəkkəb üz protezi dünyanın bütün böyük mərkəzlərində məqbul hesab olunur.
Cərrahi reabilitasiya Üz-çənə nahiyəsinin (üz, ağız, çənələr və boyun) kompleks rekonstruksiyası və rekonstruksiyada istifadə olunan sərbəst dilimin alındığı donor sahə ilə əlaqəli mühüm sistemik və yerli fəsadlaşmalar ayırd edilir. Belə fəsadlaşmalar xəstələrin düzgün hazırlanması, uyğun əməliyyat növünün seçilməsi, yaraya düzgün qulluq edilməsi və yeni cərrahi prosedurların tətbiqi ilə azaldıla bilər. Bir sıra kliniki faktorlar bu kimi fəsadlaşmaların araşdırılmasında çətinliklər yaradırlar. Nəticələri düzgün qiymətləndirmək və ədəbiyyatla müqayisə etməklə yaraya qulluq proseduralarını təkmilləşdirmək olar.
Ağız xərcəng xəstəliyi həm xəstələrə həmdə həkimlərə əhəmiyyətli dərəcədə təsir göstərən adi olmayan bədxassəli şişdir. Hal-hazırda mövcud olan müalicə standartlarına cərrahi üsul və adyuvant şüa terapiyası daxildir. Rekonstruksiya və reabilitasiya üsullarının yaxşılaşdırılmasında böyük nailiyyətlər xəstəliyin xüsusi nəticəsinə və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Ağız xərcəng xəstəliyinin müalicəsinə çox istiqamətli yanaşma yüksək nəticələr əldə etmək üçün əhəmiyyətlidir. Belə yanaşma baş və boyun nahiyyəsi üzrə onkoloqlar və digər komanda üzvləri arasında yaxın təması təmin edir. Bu, xüsusən ablyasia və rekonstruksiya prosesləri üçün çox vacibdir, ki şişin rezeksiyası və keyfiyyətli rekonstruksiyası arasında çox dəqiq tarazlığın təyin olmasına ehtiyac olur. Yuxarı tənəffüs-həzm traktının şişləri zamanı ağız boşluğunun təbii kompleksini saxlamaq çox çətin ola bilər. Kompyuter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası ( MRT), və pozitron emission tomoqrafiya ( PET) daxil olmaqla aparılan diaqnostika ilə həm xəstə seçimində həmdə şişin qiymətləndirilməsində, böyük nailiyyətlər yaranmışdır. Eyni zamanda, yüksək səviyyədə tibbi idarə olunma, yaxşılaşdırılmış anestezioloji texnika, və cərrahi əməliyyatdan sonra monitorinq xəstələrə məhdud ağırlaşma ilə bir çox kompleks prosedurları keçməyə imkan yaradır (15,16).
Uğurlu rekonstruksiyanın məqsədlərinə ağız boşluğunun normal funksiyasını yenidən bərpa etmək, qənaətbəxş kosmetik nəticə əldə etmək daxildir. Ağız boşluğu şişləri bir neçə kritik sahələri əhatə edə bildiyindən (məsələn, alt çənə, paranazal sinuslar, orbita və almacıq sümüyünün əsası nahiyyəsini) və əhəmiyyətli dərəcədə hava yolları, danışma, udma vəya çeynəmə proseslərində funksional pozulmalara səbəb olduğundan bu çətin ola bilər. Cərrahi texnikada nailiyyətlər , biliklərin yaxşılaşdırılması ilə əldə olunur(17).
Qiymətləndirmə və planlama:Ağız boşluğu qüsurunun bərpa olunmasının planlamasından öncə şişin və xəstə üçün risk amillərinin qiymətləndirilməsi vacibdir. Risk amillərinə şəkərli diabet, qara ciyər xəstəliyi, hava yollarında xroniki məhdudiyyət, periferik vaskulyar xəstəlik və ikincili şiş kimi yanaşı olan xəstəliklər aiddir. Əlavə olaraq, xəstənin psixoloji vəziyyəti əhəmiyyətli rol oynayır və buna ağız xərcəngi ilə xəstələrin xüsusi ehtiyacları haqqında bilikləri olan psixiatrın köməyi yararlı ola bilər. Rekonstruktiv üsulun daha sonrakı seçimi fayda-risk təhlilinə əsaslanır və hər zaman xəstəyə qarşı diqqətli olmalıdır. Uzadılmış anesteziya, hospitalizasiya müddəti və uzun reabilitasiya dövrü tələb edən xəstənin aparılmasının cərrahi planı, əməliyyata götürülməmişdən öncə, cərrahi əməliyyatdan əvvəl olan interkurrent orqanik və funksional pozulmaların qiymətləndirilməsi həyati vacib məsələdir. Şiş amillərinə əvvəlki müalicə, histoloji növ, ilkin yerləşmə, ölçü və distant xəstəliklərin mövcudluğu haqqında biliklər daxil edilməliidr. Əvvəlki şüa terapiyası ətrafda yerləşən toxumaların mikrovaskulyar quruluşuna təsir ederək yumşaq toxumanın zədələnməsinə, fistulanın formallaşmasına, sümük iliyinə və karotid damarlara təsir kimi əhəmiyyətli problemlərlə nəticələnə bilər. Bərpanın uğurlu nəticəsini əldə etmək üçün ümumiyyətlə distant və vaskulyarizasiya olunmuş toxumadan istifadə etmək tələb olunur. Yastı (skvamoz) hüceyrə karsinoması ağız boşluğu bədxassəli şişlərinin ən geniş yayılmış formasıdır, lakin tüpürcək vəzi şişlərinin, ilkin sümük toxumasının şişi və dişlərdən irəli gələn şişlərdə daha az rast gəlinir və adətən kənarları 1 sm yuxarı olduqda xəstəliyə nəzarət tələb olunur (19,20,22).
Ağız boşluğunda şişin ilkin sahəsi aydın şəkildə seçilmiş bərpa növünə təsir göstərir. Dilin hərəkətli hissəsinin qüsuru nazik, yumşaq və hissiyatlı toxuma vasitəsilə və eyni zamanda şiş aşağı alveolyar kənardan yarandıqda sümük vəya yumşaq toxuma vasitəsilə daha yaxşı bərpa olunur. Damaq zədələnmələri adətən sadə ablyasiya üsulu ilə və böyük qüsurlarda çox saylı rekonstruktiv dilimlərin vacibliyi olduqda diş protezləri ilə müalicə olunur. Donor tərəfindən amillər istifadə olunan toxuma növünün seçilməsində vacibdir və xəstə üçün spesifik və rekonstruktiv cərrah üçün həyatı vacib olan hissəyə bölünə bilər. Donor toxumasının seçilməsi həm funksional həmdə forma və qüsura tələb olunan uyğunluq baxımından xəstə üçün minimal ağırlaşma ilə nəticələnməlidir. Donor toxumasının keyfiyyətinə vacib olan yumşaqlıq, dərinin ölçüsü, toxuma həcmi, vaskulyar ayaqcığın təbiəti və həm hissiyat həmdə rəngin uyğun olması daxil olunur. Donor toxuması mümkün qədər asan götürülə bilən və ideal olaraq ikili yanaşmada cərrahi əməliyyat vaxtını azaltmağa imkan verməlidir. Toxumanın uğurlu asan götürülməsinə əks göstəriş olan donor tərəfindən amillərə ilkin zədələnmə yaxud cərrahi əməliyyat (məsələn, sınıqlar, yumşaq toxuma travması, periferik vaskulyar cərrahi əməliyyatı), əvvəlki irradiasiya, son zamanlar venadaxili kanyulayasiya ( məsələn, radial ön qol sərbəst dilimi), və qeyri-adekvat kollateral sirkulyasiya ( məsələn, periferik vaskulyar xəstəlik yaxud dominant radial arteriya) aiddir (13, 14).
Seçilmiş hallarda müvafiq vizualizasiya və anesteziya altında aparılan müayinə ilə hərtərəfli fiziki müayinə ilkin şişin ölçülərini və tələb olunan rekonstruksiya növünü müqayisəli qiymətləndirilməsinə imkan verir. Maqnit rezonans tomoqrafiyası şişin xüsusilə də dildə yumşaq toxuma xüsusiyyətini təyin etməkdə üstündür, halbuki sümük toxumasından irəli gələn yaxud ona birləşik olan şişlər daha dəqiq KT istifadəsi ilə təyin olunurlar. Əlavə olaraq, okklüzion görüntü yaxud ortopantomoqrafiya alt çənənin minimal kortikal sümüyünün eroziyasına şübhə olduqda əlverişli ola bilər (18, 21).
Beləliklə, ağız boşluğu xərçəngində kombinə olunmuş fiziki müayinə ilə yuxarıda təsvir olunmuş müvafiq vizualizasiya üsulları toxuma qüsurlarının xüsusiyyətinin qiymətləndirməsini yaxşılaşdırır və müvafiq reabilitasiya üsulunun seçilməsi üçün əsas hesab olunur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Futran ND, Mendez E. Developments in reconstruction of midface and maxilla. Lancet Oncol. 2006; 7:249-58.
2. Bou C, Pomar P, Miquel JL, Poisson P. Maxillo-facial prostheses: an issue in public health. Odontostomatol Trop2006; 29:34-40.
3. Goiato MC, Pesqueira AA, dos Santos DM, Antenucci RM, Ribeiro Pdo P. Evaluation of dimensional change and detail reproduction in silicones for facial prostheses. Acta Odontol Latinoam 2008; 21:85-8.
4. Mortellaro C, Garagiola U, Lucchina AG, Grivetto F, Milone G, Pappalardo S, et al. The use of silicon elastomer in maxillofacial rehabilitation as a substitute for or in conjunction with resins. J Craniofac Surg2006; 17:152-62.
5. Karayazgan B, Gunay Y, Evlioglu G. Improved edge strength in a facial prosthesis by incorporation of tulle. J Prosthet Dent 2003; 90:526-9.
6. Tsuji M, Noguchi N, Ihara K, Yamashita Y, Shikimori M, Goto M. Fabrication of a maxillofacial prosthesis using a computer-aided design and computer aided manufacturing system. Int J Prosthodont 2004; 13:179-83.
7. Ciocca L, Maremonti P, Bianchi B, Scotti R. Maxillofacial rehabilitation after rhinectomy using two different treatment options: clinical reports. J Oral Rehab2007; 34:311-5.
8. Goiato MC, Pesqueira AA, Ramos da silva C, Gennari Filho H, Micheline Dos Santos D. Patient satisfaction with maxillofacial prosthesis: literature review. J Plast Reconstr Aesthet Surg 2009; 62:175-80. Epub 2008 Dec 6.
9.Booth PW. Maxillofacial Surgery. 2nd ed., Vol. 1. Philadelphia: Churchill Livingstone, Elsevier Ltd.; 2006. p. 570-77.
10. Kademani D, Mardini S, Moran SL. Reconstruction of head and neck defects: a systematic approach to treatment. Semin Plast Surg 2008;22:141-55.
11. Langdon J, Patel M, Brennan P, Ord R. Textbook of Operative Oral and Maxillofacial Surgery. 2nd ed. London, UK: Hodder & Stoughton Ltd.; 2010. p. 83-7.
12. Narasimhan HV, Dheeraj D, Darshana D, Sreekumar AV. Contemporary concepts in treatment planning, reconstruction and rehabilitation of the maxillofacial region: an overview of methods used in practice. J Contemp Dent Pract 2012;13:938-44. 10. Stell P, Maran A. Textbook of Head and Neck Surgery and Oncology. 5th ed. India: CRC Press; 2012. p. 106-7.
13. Kroll SS, Evans GR, Goldberg D, Wang BG, Reece GP, Miller MJ, et al. A comparison of resource costs for head and neck reconstruction with free and pectoralis major fl aps. PlastReconstrSurg 1997;99:1282-6.
14. Pompei S, Caravelli G, Vigili MG, Ducci M, Marzetti F. Free radial forearm flap and myocutaneousfl aps in oncological reconstructive surgery of the oral cavity, Comparison of functional results. Minerva Chir 1998;53:183-92.
15. Shah JP, Johnson NW, Batsakis JG. Oral Cancer.1st ed. 2002. London: Martin Dunitz. p. 299-32.
16. Carlson ER. Pectoralis major myocutaneousfl ap. Oral MaxillofacSurgClin North Am 2003;15:565-75, vi.
17. Yokoo S, Komori T, Furudoi S. Three dimensional reconstruction aft er oral oncologic surgery using singe free radial forearm flaps or free rectus abdominismusculocutaneous flaps. J Oral Sci2004;46:65-70.
18. Booth PW. Maxillofacial Surgery.2nd ed., Vol. 1. Philadelphia: Churchill Livingstone, Elsevier Ltd.; 2006. p. 570-77.
19. Kademani D, Mardini S, Moran SL. Reconstruction of head and neck defects: a systematic approach to treatment. SeminPlastSurg 2008;22:141-55.
20. Langdon J, Patel M, Brennan P, Ord R. Textbook of Operative Oral and Maxillofacial Surgery. 2nd ed. London, UK: Hodder& Stoughton Ltd.; 2010. p. 83-7.
21. Narasimhan HV, Dheeraj D, Darshana D, Sreekumar AV. Contemporary concepts in treatment planning, reconstruction and rehabilitation of the maxillofacial region: an overview of methods used in practice. J Contemp Dent Pract 2012;13:938-44.
22. Stell P, Maran A. Textbook of Head and Neck Surgery and Oncology. 5th ed. India: CRC Press; 2012. p. 106-7
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı