DEHELMİNTİZASİYANIN EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏ YOLLARININ ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ
22-06-2017
Müasir dövrdə parazitar xəstəliklər ümumdövlət problemi kimi qəbul edilmişdir. Bu, onların hər yerdə yayılması, əhalinin sağlamlığına göstərdiyi mənfi təsir və çoxlu iqtisadi itkilərə gətirib çıxarması ilə əlaqədardır. Helmintozlarla xəstələnmə göstəriciləri kəskin respirator virusların infeksiyası və qriplə xəstələnmənin birlikdə götürülmüş göstəriciləri ilə müqayisə olunur. Helmintozlar əhalinin sağlamlıq vəziyyətini xeyli dərəcədə müəyyən edən çox geniş xəstəliklər qrupudur. Helmintozlar əhalinin, ilk növbədə isə uşaqların sağlamlıq vəziyyətinə müxtəlif patoloji təsir göstərir. Belə ki, onlar immunitetin zəifləməsi ilə müşayiət olunan kəskin allergiyalaşma törədir, ikincili infeksion və qeyri-infeksion xəstəliklərin inkişafına səbəb olurlar. Helmintoz fonunda kəskin bağırsaq və respirator xətəliklərlə 2-4 dəfə çox xəstələnirlər [1, 2, 3, 4].
Məlumdur ki, bağırsaq helmintləri mədə-bağırsaq yolu mənfəzində ximizmi dəyişir ki, bu da bağırsağın normal mikroflorasının tərkibinin dəyişməsinə gətirib çıxara bilər. Ona görə də, çox vaxt bağırsaq disbakteriozunu qurd invaziyaları müşayiət edir və onlar mədə-bağırsaq yolu tərəfindən baş verən funksional pozğunluqlarla bu vəziyyətlərin klinik mənzərəsini ağırlaşdırırlar. Mikroekoloji pozğunluqlar isə öz növbəsində, çox vaxt patoloji proseslərin baş verməsi, sonra isə davam etməsi üçün işə salma mexanizmi rolu oynayırlar [5, 6, 7]. Bununla əlaqədar olaraq, helmintozlarla invaziyalaşmış şəxslərdə bağırsaq mikrobiosenozunun öyrənilməsinin aktuallığı şübhə doğurmur.
Hazırkı tədqiqatın məqsədidehelmintizasiyanın effektivliyinin qiymətləndiril-məsində yoğun bağırsağın mikroflorasının vəziyyətinin, iltihabəleyhinə sitokinlərin miq-darının, qan zərdabında T3, T4 və TTH miqdarının əhəmiyyətinin öyrənilməsi olmuşdur.
Tədqiqatın material və metodları.Bizim müşahidəmiz altında askaridozun bağırsaq mərhələsi ilə 72 xəstə olmuşdur (əsas qrup). Kontrol qrupa 30 saqlam şəxs daxil edilmişdir. Xəstələrin tədqiqata qoşulmasının meyarı aşağıdakılardır: hər iki cinsdən olan böyük yaşlı xəstələr (18 yaşdan yuxarı). Tədqiqatdan çıxarılmanın meyarları: askaridozun bağırsaq mərhələsi olan xəstələrdə yanaşı gedən kəskin xəstəliklərin və ya xronik keçən somatik xəstəliklərin kəskinləşməsi hallarının olmasıdır. Askaridoz diaqnozu klinik-epidemioloji və laborator məlumatların əsasında qoyulmuşdur. Xəstələrin hamısında askaridoz diaqnozu nəcisdə yumurtaların nativ yaxma və Kato metodu ilə aşkar edilməsi yolu ilə təsdiq edilmişdir. Bağırsağın mikrobiosenozunu müayinə etdikdə bifido- və laktobakteriyaların, normal və aşağı fermentativ aktivliyə malik bağırsaq çöpünün, enterokokların, stafilokokların, hemolizə uğrayan bağırsaq çöpünün, şərti-patogen laktozoneqativ enterobakteriyaların (klebsiella, protey, enterobakter, sitrobakter və s.), mayayabənzər və Candida cinsi göbələklərinin miqdarı müəyyən edilmişdir. Müayinələr bağırsağın disbakteriozunun diaqnostika-sına dair metodik tövsiyələrdə təsvir edilmiş standart metodika üzrə həyata keçirilmişdir. Sitokin profili dinamikada qan zərdabınının müayinəsi zamanı kəmiyyətcə bərk fazalı immunferment (İFA) metodu ilə qiymətləndiril-mişdir. Tireotrop hormonun(TTH), triyodtironin (T3) və tiroksinin (T4) kəmiyyətcə miqdarı bərk fazalı İFA metodu ilə qiymətləndirilmişdir [4]. Alınan nəticələr aşağıdakı biometrik metodlarla işlənmişdir: orta ədədi kəmiyyət və Styudent meyarları.
Nəticələr və müzakirə.Tədqiqat işinin aparılması zamanı biz yoğun bağırsağın mikroflorasının, qan zərdabında iltihabəleyhinə sitokinlərin, T3, T4 və TTH miqdarının dinamikada müalicədən əvvəl və sonra müayinəsinin nəticələrinin müqayisə edilməsinin əsasında həyata keçirmişik. Cədvəl 1-də müalicə nəticəsində yoğun bağırsağın mikroflorasının vəziyyətinin dinamik göstəriciləri təqdim olunmuşdur.
Cədvəl 1-də təqdim edilmiş göstəricilərin statistik işlənməsi zamanı biz askaridozun bağırsaq mərhələsi ilə xəstələrdə yoğun bağırsağın mikroflorasının vəziyyətinin yaxşılaşmasının aydın nəzərə çarpan meylliyini izləmişik. Bu məlumatların təhlili əsasında aşağıdakıları söyləmək olar: birincisi – tətbiq etdiyimiz müalicə kompleksi yoğun bağırsağın mikroflorasının vəziyyətinə müsbət təsir göstərir. Tamdəyərli bağırsaq çöpünün sayı təhlil edilən bütün xüsusiyyətlər üzrə bərpa olunmuş, bifidofloranın sayı aşağı olan xəstələrin sayı azalmış, protey, hemolitik stafilokok, Kandida cinsi mayayabənzər göbələklərin sayı azalmışdır. Müalicədən sonra Psevdomonas cinsi göbələkləri aşkar edilməmişdir. İkincisi - cədvəl 2-nin məlumatlarının əsasında qeyd etmək olar ki, yoğun bağırsağın mikroflorasının vəziyyətinin müayinəsi dehelmintizasiyanın effektivliyinin mühüm əlavə meyarı sayılır. Diaqnostikanın və müalicənin effektivliyinin qiymətləndiril-məsində daha informativ məlumatları biz aparılan müalicədən əvvəl və sonra aşkar edilmiş disbakterioz hallarının müqayisəsi zamanı əldə etmişik (Sək. 1).
Şək.1-də təqdim edilmiş məlumatların təhlili belə söyləməyə əsas verir ki, dehelmintizasiyanın təsiri altında III-IV dərəcəli disbakteriozu olan xəstələrin sayı azalır, zəif nəzərə çarpan I-II dərəcəli disbakteriozu olan xəstələrin sayı, həmçinin disbakteriozu olmayan xəstələrin sayı artır. Lakin bu dəyişikliklər statistik cəhətdən dürüst xarakter
Cədvəl № 1.
Askaridozun bağırsaq mərhələsi olan xəstələrdə müalicə kompleksinin tətbiqi nəticəsində yoğun bağırsağın mikroflorasının vəziyyətinin dinamik göstəriciləri (müalicədən əvvəl n=72, müalicədən sonra n=69)
Dəyişikliklərin xarakteri |
Mikrofloranın müxtəlif dəyişikliklərinin aşkar edilməsi tezliyi |
|||||
Müalicədən əvvəl (n=72) |
Müalicədən sonra (n=69) |
|||||
|
Müt. |
% |
Müt. |
% |
||
Tamdəyərli bağırsaq çöpü: - normal sayı - aşağı sayı - yüksək sayı |
45 19 8 |
61,4±5,7 26,4±5,2 12,2±3,8
|
59 10 - |
85,5±4,2 14,5±4,3 - |
||
Şərti-patogen enterobakteriyaların xüsusi çəkisinin artması |
9 |
12,5±3,8
|
6 |
8,7 |
||
Kokların xüsusi çəkisinin artması |
23 |
31,9±5,4
|
5 |
7,3 |
||
Süd-turşu bakteriyaların sayının azalması |
16 |
22,2±4,8
|
21 |
30,6±5,6 |
||
Fermentativ çatışmazlığı olan bağırsaq çöpü |
14 |
19,5±4,7
|
8 |
11,2±3,7 |
||
Bifidofloranın azalması |
33 |
45,8±5,8
|
21 |
35,6±5,7 |
||
Hemolitik stafilokokkun olması |
27 |
37,5±5,7
|
19 |
27,5±5,4 |
||
Hemolitik bağırsaq çöpü |
36 |
50,0±5,8 |
18 |
26,1±5,3 |
||
Psevdomonas cinsi mikrobları |
5 |
6,9 |
- |
- |
||
Proteyin aşkar edilməsi |
5 |
6,9 |
5 |
7,3 |
||
Kandida cinsi mayayabənzər göbələkləri |
28 |
38,9±5,6
|
15 |
21,7±4,9 |
||
Şək.1. Aparılan müalicədən əvvəl və sonra askaridozun bağırsaq mərhələsi olan xəstələrdə disbakteriozun aşkar edilməsi tezliyi (müalicədən əvvəl n=72, müalicədən sonra n=69)
daşımır. Müxtəlif dərəcəli disbakteriozu və askaridozun bağırsaq mərhələsi olan xəstələrin və dinamik müşahidə (10 gün intervalla 3 dəfə) zamanı dehelmintizasiyadan sonar askarida yumurtaları aşkar edilməyən şəxslərin müayinəsi zamanı statistik əhəmiyyətli məlumatlar (disbakteriozun öyrənilməsinin xeyrinə olaraq müalicənin effektivliyinin meyarı kimi) əldə edilmişdir. Bizim fikrimizcə, aparılan müqayisə disbakteriozun ağırlıq dərəcələrinin dinamik təyin edilməsini askaridozun müalicəsinin effektivliyinin yeni diaqnostik meyarı hesab etməyə əsas verir. Cədvəl 2-də müalicənin nəticəsindən asılı olaraq iltihabəleyhinə sitokinlərin miqdarının dinamik dəyişiklikləri təqdim olunmuşdur.
Cədvəl № 2.
Helmintəlyehinə müalicənin effektivliyindən asılı olaraq askaridozun bağırsaq mərhələsi ilə xəstələrdə iltihabəleyhinə sitokinlərin miqdarı
Sitokinlər |
M±m, pq/ml |
p< |
|
Müalicədən əvvəl (n=72) |
Müalicədən sonra (n=69) |
||
İL-1 |
104,7±12,2 |
88,4±11,4 |
0,05 |
İL-6 |
90,5±11,7 |
69,1±11,3 |
0,05 |
ŞNA-a |
92,1±13,6 |
75,6±12,8 |
0,05 |
Kontrol qrup (n=30) |
|||
İL-1 |
31,2±11,8 |
|
|
İL-6 |
20,7±7,2 |
|
|
ŞNA-a |
25,9±10,2 |
|
Qeyd : * - fərqlər statistik cəhətdən əhəmiyyətlidir. İL- interleykin; ŞNA- şiş nekroz amili
Cədvəl 2-də təqdim edilmiş məlumatların təhlili zamanı yüksək əminliklə söyləmək olar ki, xəstəliyin gedişi iltihabəleyhinə sitokinlərin səviyyəsinin xeyli yüksəlməsi ilə müşayiət olunmuşdur. Bütün 3 iltihabəleyhinə sitokinlərin miqdarı kontrol qrupla müqayisədə yüksək olmuşdur (p<0,05). Aparılmış müalicədən sonra sitokinlərin səviyyəsinin kontrol qrupla müqayisədə bir qədər artmasına baxmayaraq, iltihabəleyhinə sitokinlərin səviyyəsi azalmış və onların normallaşması meyli izlənmişdir, lakin fərqlər statistik cəhətdən əhəmiyyətsiz olmuşdur. Eyni zamanda biz 2 qrupda olan xəstələrdə iltihabəleyhinə sitokinlərin dinamikasında əhəmiyyətli fərqlərini aşkar etmişik. Müalicənin nəticələrinə əsasən 1-ci qrupda dinamikada iltihabəleyhinə sitokinlərin səviyyəsi həm kontrol qrupda, həm də 2-ci qrupun xəstələrində qeyd edilən müvafiq göstəricilərdən statistik cəhətdən dürüst yüksəkdir. Askaridozun bağırsaq mərhələsi ilə xəstələrdə iltihabəleyhinə sitokinlərin səviyyəsi və klinik gedişi arasında korrelyasiya əlaqələrinin təhlili onların müştərək dəyişdiyini göstərmişdir. İltihabəleyhinə sitokinlərin dinamikasının klinik əlamətlərlə korrelyasiya asılılığın şərhinə keçməzdən əvvəl qeyd edək ki, 91,8±5,3% xəstələrdə intoksikasiya sindromu, 72,8±4,6% xəstələrdə – mədə-bağırsaq yolunun disfunksiyası sindromu müşahidə edilmişdir. Biz aşağıdakılar arasında sıx korrelyasiya əlaqəsini aşkar etmişik: intoksikasiya sindromu və İL-1 (r=0,76); intoksikasiya sindromu və ŞNA-a (r=0,82); intoksikasiya sindromu və İL-6 (r=0,68).
Beləliklə, müalicənin nəticələrindən asılı olaraq iltihabəleyhinə sitokinlərin dinamikasının müayinəsi aparılmış dehelmintizasiyanın effektivliyinin əlavə meyarı kimi xidmət edə bilər. Dehelmintizasiyanın effektivliyindən asılı olaraq müalicədən əvvəl və sonra qalxanvari vəzin hormonlarının göstəricilərinin müqayisəsi əsasında belə fikir söyləmək olar ki, aparılmış müalicədən sonra tədqiq olunan hormonların səviyyəsi normallaşma meylinə malikdir, lakin kontrol ilə müqayisədə dəyişmişdir (cədvəl 3).
Cədvəl 3-də təqdim edilmiş məlumatlara əsasən qeyd etmək olar ki, müalicədən əvvəl TTH-nin səviyyəsi kontrol qrupdakı şəxslərin göstəricilərindən dürüst yüksək olmuşdur. Kontrol qrupdakı göstəricilər və xəstələrin göstəriciləri arasında belə dürüst fərqlər T3, T4 münasibətdə müəyyən edilmişdir. Bu hormonların səviyyəsi xeyli aşağı olmuşdur. Müalicədən əvvəl və sonra kişilərdə və qadınlarda TTH-nin dinamikasının göstəricilərinin statistik işlənməsi zamanı biz dürüst fərqlər əldə etməmişik (p>0,05). Həm müalicədən əvvəl, həm də müalicədən sonra T3, T4 göstəricilərinin dinamikasının statistik işlənməsinin nəticələrinin müqayisə olunması kişilərdə və qadınlarda statitik əhəmiyyətli fərqlər aşkar etməmişdir (p>0,05).
Cədvəl № 3.
Helmintəleyhinə müalicənin təsiri sayəsində askaridozun bağırsaq mərhələsi ilə xəstələrin qan zərdabında TTH, tiroksin və triyodtironinin miqdarının dinamikası
Hormonlar |
Kontrol (n=30) |
Müalicədən əvvəl ( n =72) |
Müalicədən sonra ( n =69) |
p<0,05 |
TTH (mBV/l), o cümlədən |
1,26 ± 0,01 |
2,14±0,02* |
1,52±0,01 |
0,05 |
qadınlar |
1,42 ± 0,04 |
2,18±0,02* |
1,91±0,03 |
0,05 |
kişilər |
1,17 ± 0,05 |
2,01±0,01* |
1,38±0,02 |
0,05 |
T4 (mkq/l), o cümlədən |
86,8±1,4 |
64,7±2,3* |
75,3±1,6 |
0,05 |
qadınlar |
92,6±1,2 |
56,1±2,8* |
68,4±1,5 |
0,05 |
T3 (mkq/l), o cümlədən |
0,97 ±0,04 |
0,71±0,03* |
0,82±0,01 |
0,05 |
qadınlar |
1,2 ±0,02 |
0,68±0,05* |
0,71±0,02 |
0,05 |
kişilər |
0,92 ±0,03 |
0,75±0,03* |
0,83±0,04 |
0,05 |
kişilər
|
85,2±1,3 |
72,6±2,4* |
79,2±1,5 |
0,05
|
Qeyd: *kontrola nisbətdə fərqlərin dürüstlüyü.
Beləliklə, apardığımız müayinələrin nəticələrinə əsasən müalicənin effektivliyinin meyarı qismində TTH, T3, T4 müayinəsinin tövsiyə edilməsi vacib deyildir. Lakin apardığımız müayinələrin nəticəsində belə məlumatlar əldə olunmuşdur ki, 24,8% müayinə olunmuş xəstələrdə hipotireozun klinik təzahürləri nəzərə çarpır. Bu, bizim aşağıdakı fikrimizi – askaridozun bağırsaq mərhələsində diaqnostik müayinə kompleksinə qalxanvari vəzin hormonlarının və müalicə prosesinə yod preparatlarının daxil edilməsinin vacib olmasını əsaslandırır.
Həyata keçirilən müayinələr aşağıdakı nəticələri əldə etməyə imkan verir:
1.Yoğun bağırsağın mikroflorasının vəziyyətinin, iltihabəleyhinə sitokinlərin göstəricilərinin dinamikasının müayinəsi böyük yaşlı xəstələrdə askaridozun bağırsaq mərhələsinin dehelmintizasiyasının effektivliyinin qiymətləndirilməsinin əlavə meyarı kimi xidmət edə bilər.
2.Bizim məlumatlara əsasən müalicənin təsiri sayəsində T3, T4, TTH-nin dinamik dəyişilməsi helmintəleyhinə müalicənin dürüst meyarı qismində götürülə bilməz. Böyük yaşlı xəstələrdə askaridozun bağırsaq mərhələsində T3, T4, TTH-nin miqdarının müayinəsi hipotireozun klinik əhəmiyyətli əlamətlərini aşkar etməyə imkan vermişdir ki, bunu müalicənin təşkili zamanı nəzərə almaq məqsədəuyğundur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Елгандиева Н.К., Абдиев Т.А. Ситуация по паразитарным болезням в Узбекистане // Медицинская паразитология и паразитарные болезни. – 2010, № 3, с.51-52
2.Жук Е.Ю., Дорофеева О.Н. Паразитологическая ситуация по энтеробиозу среди детей Рогачевского района / Труды Международной научно-практической конференции «Современная паразитология: проблемы и перспективы», Витебск, 2010, с.27-31
3.Кузьмин СМ., Левин В.М. На пути к паразитологическому мониторингу воды / Материалы VIII Всероссийского Общества эпидемиологов, микробиологов и паразитологов, Москва, 2011, Т-1, с.347-349
4.Халафли Х.Н. Этиология кишечных паразитозов у детей в Азербайджане // Российский вестник перинатологии и педиатрии, Москва, 2013, №6, стр.80-86
5.Чобанов Р.Э., Мамедли Г.М., Джанахмедова Ш.Н. Интеграция методов диагностирования кишечных паразитозов // Журнал инфектологии, Ст. -Петербург, 2009, №2, с. 73-74
6.Arruda L.K., Santos A.B. Immunologic responses to common antigens in helminthic infections and allergic disease // Curr Opin Allergy Clin Immunol., 2009, vol 5, No 5, p.399-402
7.Lynch N.R., Hagel I., Vargas V., Rotundo A. Comparable seropositiviti for ascariasis and toxocariasis in tropical slum children // Parasitol-Res, 2010, vol 79, No 7, p.547-550
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı