PARODONT XƏSTƏLİKLƏRİNİN ETİOPATOGENETİK XARAKTERİSTİKASI
27-07-2017
Mövzunun aktuallığı.Stomatoloji xəstəliklər içərisində parodont xəstəlik-ləri aparıcı yerlərdən birini tutur. Əksər hallarda dişəti qanaması şəklində sürür və yalnız birincili və ikincili immundefisit şəraitində kliniki ifadə olunmuş xəstəlik şəklində təzahür edə bilir ki, bu da xəstəliyin patogenezində yoluxmuş şəxslərin immun sisteminin funksiyasının zəifləməsinin aparıcı rolunu təsdiq edir. Məlumdur ki, bir çox amillər stomatoloji xəstələnmənin etioloji motivasiya səbəblərinə çevrilə bilər, lakin gigiyenik və immunoloji amillər ən aparıcı amillərdən sayılırlar[1,2]. Gigiyenik amillər onunla şərtlənmişdir ki, ağız boşluğunun qeyri-qənaətbəxş gigiyenası zamanı diş ərpləri əmələ gəlir, orada patogen mikroorqanizmlərin intensiv artması baş verir ki, bu da dişlərin emal təbəqəsini zədələyir və parodontun ətraf toxumalarının iltihabına səbəb olur. İmmunoloji amilin inkişaf mexanizmi onunla bağlıdır ki, stomatoloji xəstələnmənin inkişafı yalnız orqanizmin immunoloji statusunun, o cümlədən parodontun yerli müdafiə funksiyalarının aşağı səviyyəsində mümkündür. Buradan parodont xəstəlikləri zamanı diş-parodontal sistemin funksional-immunoloji müayinələrinin vacibliyi aydınlaşır. Müasir stomatologiyanın, habelə parodontologiyanın əsas problemlərindən biri parodont xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi problemidir [3, 4, 5]. Son illərdə çoxalmış parodont xəstəliklərinin yaranmasında damar amillərinə aparıcı yer verilir. Damar pozğunluqları, virus infeksiyaları və immunoloji səbəblər işemiyaya və parodontun həssas hüceyrələrinin qidalanmasının pozulmasına gətirib çıxarır. Məhz buna görə də müasir mərhələdə aktual vəzifə daha çox müalicənin daryönümlü etioloji xarakteri ilə deyil, daha çox kəskin surətdə parodontda yaranmış patologiyanın ümumi patogenetik mexanizmlərinə təsiri ilə bağlı olan müalicə tədbirlərinin işlənib hazırlanmasıdır.
Stomatoloji xəstəliklərin öyrənilməsi əhalinin stomatoloji sağlamlığı haqqında statistik məlumatların toplanması ilə yanaşı bu xəstəliklərin inkişafındakı ümumi qanunauyğunluqları müəyyən etmək mümkündür [6, 7].Stomatoloji xəstəliklərin əmələ gəlməsində böyük rolu olan polietioloji risk faktorlarının öyrənilməsi kompleks tədqiqatların əsas obyektlərindəndir. Aparılmış tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki,lipidlərin peroksidləşmə prosesinin fəallaşması fonunda nəinki qanda, həm də limfada damardaxili laxtalanmanın güclənməsi ilə müşahidə olunur.Bütün bunlar mikrosirkulyasiyanı pozmaqla bir tərəfdən diş ətinin qanla (qida maddələri və oksigenlə) təchizini pozur, digər tərəfdən isə toksik maddələrin(o cümlədən toksik peroksidləşmə məhsullarının) oradan yuyulub getməsini çətinləşdirir[8, 9]. Belə dəyişikliklər dişyanı toxumanın destruksiyasını daha da dərinləşdirməklə parodontitin patogenezində mühüm rol oynayırlar.
Məlum olmuşdur ki, parodont xəstəlikləri ilə müxtəlif xəstəliklər – mədə-bağırsaq, qan-damar, endokrin, sinir sistemi xəstəlikləri və s. arasında əlaqə vardır. Tədqiqatlar göstərir ki, parodont xəstəliklərinin yayılmasında təbii-iqlim şəraiti, qidalanma xüsusiyyətləri, peşə-məişət amilləri əhəmiyyət kəsb edir[10,11]. Yeni müalicə metodlarının mövcudluğuna baxmayaraq, parodont xəstəliklərinin etiologiya, müalicə-profilaktika məsələləri hələ də tam həll olunmamışdır. Parodont toxumalarında gedən patoloji proseslərin əmələ gəlməsində, inkişafında patoloji amilləri nəzərə alaraq, parodont xəstəliklərinin müalicəsinin kompleks şəkildə aparılması məqsədəuyğundur. Parodontun iltihabi xəstəliklərinin konvservativ müalicəsinin effektivliyinin sürətlə azalması,onların xronikləşəməsi meyli bu xəstəliklərə antibakterial təsirin göstərilməsinə dair daha optimal yanaşmaların axtarışı üzrə tədqiqatların intensivləşdirilməsi zərurətini yaradır. Son illərin tədqiqatları göstərir ki,sistem və yerli antibakterial vasitələr parodontopatogen mikrofloraya daha aktiv təsir edirlər. Müəyyən olunmuşdur ki, sistem antibiotikləri içərisində yeni nəsil preparatları, məsələn rulid,sumamed (azitromitsin), makrolen, roksitromitsin və başqaları geniş antibakterial təsir spektrinə malikdirlər. Onu da qeyd etmək lazımdır ki, yeni nəsil antibiotikləri digər xəstəliklərin müalicəsində də yüksək effektivlik nümayiş etdirirlər. Bu cəhətdən müalicədə roksitromitsin, sumamed və rulid xüsusilə fərqlənirlər.PX-nin müali-cəsində yerli təsir göstərən antibakterial vasitələr içərisində tərkibində metronidazol və xlorheksidin olan kombinə olunmuş preparatlar daha effektivdirlər.Sərbəst şəkildə işlədilən xlorheksidin tərkibli preparatlar kifayət qədər səmərəlidirlər. ”Elqidium” kimi preparatlar bütün dünyada geniş istifadə edilir [12, 13, 14]. Bununla yanaşı, antibakterial müalicənin effektivliyi ağız boşluğunun gigiyenik vəziyyətindən birbaşa asılıdır. Bu gün stomatologiya elmi inandırıcı şəkildə sübut edir ki, müasir diş fırçaları və pastaları vasitəsilə 2 dəfə mexaniki təmizlənməsi ağız boşluğunun gigiyenasının kafi vəziyyətdə saxlanmasını təmin edir. Lakin dişlərin belə təmizlənmə rejimi bir çox pasiyentlər tərəfindən heç də gözlənilmir,bu isə PX-nin müalicəsinin effektivliyində əks olunur. Bundan başqa, müəyyən edilmişdir ki, ağız boşluğunun 10 ml 0,2%-li xlorheksidin-qlyükonat məhlulu ilə 1 dəqiqə ərzində gündə 2 dəfə yaxalanması diş ərpinin və PX-nin yaranmasının profilaktikası üçün tamamilə kifayətləndiricidir. Ağız boşluğunun gigiyenası və PX-nin antibakterial müalicəsi sahəsində əldə olunan müvəffəqiyyətlərə baxmayaraq, əhalinin PX ilə xəstələnmə səviyyəsi ildən ilə yaxşılaşmır. Həyata keçirilən müalicə-profilaktika tədbirləri gözlənilən effekti vermir.Bu, onunla əlaqədardır ki, birincisi PX-də orqanizmdə baş verən sistem və yerli pozğunluqlar, xüsusən də o, diş daşı, diş ərpi müşayiət olunduqda, o qədər çoxdur ki, parodontun funksiyasının yenidən bərpa olunması üzrə əlavə tədbirlərin görülməsi çox vacibdir [15, 16, 17, 18]. Bu, ilk növbədə immundefisit və kapillyar qan dövranının pozulması hallarına aiddir. Onun üçün çoxlu sayda immun və hemokorreksiya vasitələri təklif edilmişdir, lakin kombinəedilmiş “İmudon” preparatı diqqəti daha çox cəlb edir. O, tək iqtisadi cəhətdən sərfəli, pasiyentlər üçün əlçatan və istifadəsi rahat (həblər ağız boşluğunda sorulur) deyildir, həm də immunitet və orqanizmin qeyri-spesifik rezistenlik amillərinə münasibətdə yerli və sistem təsirli korreksiya effektlərinə malikdir, qanın toxuma mikrosirkulyasiyasının pozğunluqlarını aradan qaldırır.Göründüyü kimi, stomatologiya elmi və təcrübəsi sahəsində əldə olunmuş nailiyyətlər təkcə ayrılıqda keçən PX üzrə deyil, həm də onun digər xəstəliklərlə birgə keçən halların konservativ müalicəsi üzrə universal yüksək effektiv yanaşmaların işlənib hazırlanması üçün əlverişli zəmin yaratmışdır [19, 20]. O, həmçinin bu xəstəliklərin profilaktikası üzrə tədbirlər sisteminin səmərəliləşdirilməsinə də yol verir. Uşaq və yeniyetmələrin sağlamlığı tibbin əsas vəzifələrindən biridir. Bunun həllində səhiyyənin müxtəlif şöbələri ilə yanaşı, stomatoloji xidmət də mühüm yer tutur[21]. Parodont xəstəliklərinin etiologiyasında əsas amillərdən biri də diş ərpidir. Yeniyetmələrdə diş ərpləri ilə gingivitlər arasında korrellyasiya əlaqəsi müəyyən olunmuşdur[22, 23]. Beləliklə, parodont toxuması patologiyasının bilavasitə yeniyetməlik zamanı qeyd olunan hormonal dəyişikliyin nəticəsi olması və ya ağız boşluğunda yerli amillərin təsirindən baş verməsi hələ də diskussiya mövzusu olaraq qalmaqdadır. Bir sıra məlumatlarda parodont toxuması iltihabi xəstəliklərinin etiopatogenezində əsas amil olaraq herpes və sitomeqalovirus infeksiyasını göstərirlər. Müəlliflərin fikrincə herpes və sitomeqalovirus infeksiyası parodont toxumasının iltihabına səbəb olan bəzi bakteriyalar (Porphyromonas gingivalis, Dia-lister pneumosintes, Prevotella intermedia, Prevotella nigrescens və b.) üçün münbit qida mühiti yaradır [24, 25, 26].
Parodont xəstəliklərinin diaqnoz və müalicəsi müasir stomatologiyanın vacib problemi olaraq bir çox tədqiqatçıların diqqət mərkəzində qalmaqda davam edir. Müalicə problemlərinin aktuallığı təkcə dişətrafı toxumalarda tez-tez kəskinləşən proqressiv iltihab və destruktiv proseslərin yayılması ilə deyil, habelə zədələnmiş alveol divarının sümük toxumasında regenerasiya prosesinin olmaması ilə izah edilir. Bir çox müəlliflər isə parodont toxumalarının minimal regenerasiyasını və parodontal cibin 1-3 azaldığını qeyd edirlər. Parodontitin müalicəsi üçün təklif və tətbiq olunan üsullar prosesin yalnız nisbi sabitləşməsini təmin edir. Aydındır ki, parodontun birləşdirici toxumalarında maddələr mübadiləsinin, xüsusən zülal və mineral mübadilənin pozulması parodont xəstəliklərinin inkişafında aparıcı rol oynayır. Məhz bu mübadilə formalarının pozulması nəticəsidir ki, parodontitin orta və ağır formaları zamanı diş alveolu səviyyəsində kortikal qatın itməsi və dişarası çəpərin destruksiyası ətrafında osteoparoz ocaqlarının yaranması müşahidə olunur. Osteoplastik materialların axtarılması və seçilməsi zamanı bu faktın nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Parodont xəstəlikləri diş sıralarının tamlığının irimiqyaslı pozulmalarına gətirib çıxaran və bununla da əhalinin stomatoloji sağlamlığını azaldan əsas amillərdən biridir[27, 28]. Dişlərin vaxtından əvvəl itirilməsi isə nəinki əhalinin həyat keyfiyyətini pisləşdirir, həm də onun yüksək ortopedik tələbatına səbəb olur, və mühüm iqtisadi ziyana gətirib çıxarır. Dərc olunmuş son işlərə görə parodontit etioloji- topoqrafik cəhətdən ona yaxın olan digər xəstəliklər kimi orqanizmin sistemli xəstəliyidir. Parodontitin inkişafı və xüsusən də onun xronik hala keçməsi, mikrob amilinin olması ilə yanaşı yerli və ümumi immundefisit, kapilyar qan dövranının pozulması və ağız boşluğunun gigiyenasının vəziyyətinin qeyri- qənaətbəxş olması şəraitində baş verir, lakin stomatoloji statusun verilən parametrləri bu xəstəlik zamanı hələ dəqiqləşdirilməmiş və standartlaşdırılmamışdir.
Bəşəriyyət stomatoloji xəstəliklərin cilovlanmasina dair böyük qüvvə sərf edir, lakin indiyə qədər onu heç sabitləşdirmək də mümkün olmamışdır, o hər yerdə durmadan artır və bu , ilk novbədə parodont xəstəliklərinə aiddir. Belə vəziyyət bir sıra səbəblərlə izah olunur. Bunlardan biri odur ki, bir çox stomatoloji xəstəliklər etioloji cəhətdən mikrob təcavüzü ilə əlaqədardır. İnsanların antibakterial preparatlardan uzun müddət kütləvi şəkildə, özbaşına və nəzarətsiz istifadə etməsi nəticəsində bir çox dominantlıq edən kariesogen və infeksiogen mikroorqanizmlərdə onlara qarşı davamlı rezistentlik əmələ gəlmişdir, ona görə də hər yerdə bu xəstəliklərin konservativ müalicəsinin efektivliyinin proqressiv surətdə azalması qeyd olunur. Stomatoloji xəstəliklərin effektivliyinin artırılmasına dair çoxlu qüvvə sərf olunur, lakin hələlik real nailiyyətlər əldə edilməmişdir.
Aparılmış tədqiqatlar göstərir ki, parodont xəstəlikləri sosial şəraitdən asılı xəstəlikdir, onun yayılması sosial iqtisadi amillərlə və əhalinin sosial statusunun səviyyəsi ilə müəyyən olunur. Aydın olmuşdur ki, parodontit əhəmiyyətli dərəcədə yaş və cins, müəyyən qədər də peşə uyğunluğuna malikdir. Xəstələnmə xeyli dərəcədə kommunal uyğunluğa da malikdir. Bir qayda olaraq, sahəsi kifayət qədər olmayan mənzillərdə, qeyri-qənaətbəxş sanitar- kommunal şəraitdə, sakinlərin maddi vəziyyəti pis olduqda, aşağı kalorili qidalanma və keyfiyyətsiz içməli sudan istifadə etdikdə, sosial-iqtisadi xarakterli bir sıra digər amillər zamanı parodontitlə xəstələnmə xeyli yüksək olur[29,30]. Bu cür tədqiqatlar olduqca az aparılmışdır və onları nəzərə almadan parodontitin radikal profilaktikası sistemini qurmaq mümkün deyil. Parodont xəstəliklərinin aktuallığı bu xəstəliklərin əhali arasında, xüsusilə də gənc yaşlarda çox yayılması, həmçinin parodont xəstəliklərinin bütün orqanizmə olan təsiri ilə əlaqədardır.Son tədqiqatlar göstərir ki, parodont toxumalarında iltihab prosesinin ağırlıq dərəcəsi artdıqca diş ətində qan axınının surəti də proqressiv şəkildə azalır, bu isə toxumaların qanla dolmasının və mikrosirkulyasiyanın səviyyəsini endirir. Parodont xəstəliklərinin müalicə-profilaktika üsullarının təkmilləşdirilməsi müasir stomatologiyanın ən vacib məsələlərindən birini təşkil edir. Bu aspektdə aparılan intensiv tədqiqatlar, parodontitin müalicəsində kompleks yanaşmanın effektli rolunu əsaslandırmışdır.
Həm də məlumdur ki, hətta tam müalicə kompleksindən sonra xəstəliyin kəskinləşməməsinə zəmanət vermək xeyli çətinlik törədir. Həyata keçirilən kompleks müalicədən sonra remissiya prosesləri yaransa da, parodont toxumalarının tam bərpasına nail olmaq mümkün olmur [31, 32]. Bəzən parodontit zamanı dişlərin saxlanma və çəkilməsinə göstərişlər haqqında ümumi qəbul edilmiş dəlillər xeyli azlıq təşkil edir. Residivlərin səbəbləri, alveol sümük divarında regenerasiyanın olmaması haqqında vahid fikirlər mövcud deyildir.
Praktikada parodontal cibin dərman müalicəsi zamanı anabolik dərman preparatlarından metilurasil, pentoksil, retebolil, və s. müvəffəqiyyətlə istifadə olunur. Bu isə yuxarıda deyildiyi kimi parodontit zamanı, xüsusən orta formada dişətrafı toxumalarda zülal mübadiləsinin əhəmiyyətli pozğunluğu ilə əlaqədardır
YekunParodont xəstəliklərinin yayılmasında təbii-iqlim şəraiti, qidalanma xüsusiyyətləri, peşə-məişət amilləri əhəmiyyət kəsb edir. Yeni müalicə metodlarının mövcudluğuna baxmayaraq, parodont xəstəliklərinin etiologiya, müalicə-profilaktika məsələləri hələ də tam həll olunmamışdır. Parodont toxumalarında gedən patoloji proseslərin əmələ gəlməsində, inkişafında müxtəlif patoloji amilləri nəzərə alaraq, parodont xəstəliklərinin kompleks müalicəsinin müasir tələblərə uyğun şəkildə aparılması effektivliyi artıra bilər. Parodont xəstəliklərinin konvservativ müalicəsinin effektivliyinin sürətlə azalması,onların xronikləşməsi meyli bu xəstəliklərə antibakterial təsirin göstərilməsinə dair daha optimal yanaşmaların axtarışı üzrə tədqiqatların intensivləşdirilməsi zərurətini yaradır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Ревазова З.Э., Вагнер В.Д. Использование врачами-стоматологами различных методов лечения заболеваний пародонта //Институт Стоматологии, 2013, №61, с.14-19
2.Абаев З.М., Домашев Д.И., Антидзе М.К. и др. Современные методы лечения и профилактики заболеваний пародонта //Стоматология, 2012, №4, с.72-74
3.Попруженко Т.В., Терехова Т.Н. Профилактика основных стоматологичес-ких заболеваний. Москва: МЕДпресс-информ, 2009, 464 с.
4.Kозодаева М.В., Иванова Е.В., Манулов Б.М. Состояние пародонта у больных сахарным диабетом (обзор) //Пародонтология. − 2011. − №1 (58). − С. 3-7.
5.Грудянов А.И. Средства и методы профилактики воспалительных заболеваний пародонта. М.,2012, 96 с.
6.Борзикова Н.С.Анализ содержания маркеров воспаления в ротовой жидкости больных хроническим генерализованным пародонтитом // Российская стоматология, 2014, №2, с.57-59
7. Аболмасов, Н.Н. Системный подход к диагностике, комплексном лечении и профилактике заболеваний пародонта: Дис. докт. мед наук.СПб, 2005 290 с.
8. Авагимова А.Г., Бондаренко М.А., Славинский И.А. Функциональная активность нейтрофильных
лейкоцитов при воспалительных заболеваниях пародонта //Кубан. науч. мед. вестн.,2008, № 3-4, с. 8-9.
9. Аджи Ю.А. Эффективность лечения хронического генерализованного пародонтита средней степени на основе применения электроактивированных водных растворов: Дис. . канд. мед. наук Воронеж, 2009, с.64
10.Айбазова М.С.Лечение воспалительных заболеваний пародонта препаратами шиповника:Автореф. дис. ...канд.мед.наук.Ставрополь,2009,23с.
11. Вольф Г.Ф., Ратейцхак Э.М., Ратейцхак К. Пародонтология: руководство / Под ред. Г.М. Барер. М. : МЕДпресс-информ, 2008, 548 с.
12. Дмитриева Л.А. Пародонтит. Москва: МЕДпресс-информ, 2007, 250 c.
13. Грудянов А.И., Овчинникова В.В. Профилактика воспалительных заболеваний пародонта // Медицинское информационное агентство.2007,78с.
14.Сивовол С.И. Первичные факторы в этиологии и патогенезе воспалителных заболеваний пародонта // Стоматология. – 2006, №6, c. 37-48
15.Барер Г.М, Суражев Б.Ю. Сравнительная оценка местного применения иммуномодуляторов при пародонтите / Матер. Всеросс. науч.-практ. конф., поев. 105-летию со дня рождения проф. Е.Е. Платонова. ГОУ ВПО МГМСУ. М., 2006, с.21-25
16.Безденежных Д.С., Русанова Е.В., Никитин А.А., Малыченко Н.В. Сравнительная характеристика антибак-териальных свойств антисептических препаратов, применяемых в пародонтологии // Стоматология, 2012, №3, с.20-21
17.Безрукова И.В., Петрухина Н.Б. Озонотерапия в пародонтологической практике. М.: Медицинское информационное агентство, 2008, 88 с.
18. Болатова Л.Х. Лечение воспалительных заболеваний пародонта, препаратами на основе гиалуроновой кислоты группы «Киалудент»: Автореф. дис. ... канд. мед. наук. Ставрополь, 2010, 20 с.
19. Борисенко А.В., Ткаченко А.Г. Индексная оценка интенсивности воспалительных и деструктивных изменений в тканях пародонта при генерализованном пародонтите // Cовременная стоматология, 2005, № 1, с.64
20. Боровский Е.В., Иванов В.С., Банченко Г.В. и др. Терапевтическая стоматология. М., 2004, 798 с.
21. Барусова С.А., Даурова Ф.Ю. Исследование антимикробной эффективности препарата Октенисепт при лечении воспалительных заболеваний пародонта// Стоматология, 2009, Т. 88, № 3, с.45-49
22. Wu X., Weng H., Lin X. Self-reported questionnaire for surveillance of periodontitis in Chinese patients from a prosthodontic clinic: a validation study // J Clin Periodontol., 2013, vol.40, p.616-23
23. Won Y.S., Kim J.H., Kim Y.S. et al Association of internal exposure of cadmium and lead with periodontal disease: a study of the Fourth Korean National Health and Nutrition Examination Survey // J Clin Periodontol., 2013, vol. 40, p.118-24
24.Carallo C., De Franceschi M.S., Tripolino C. et al Common carotid and brachial artery hemodynamic alterations in periodontal disease // J Clin Periodontol., 2013, vol.40, p.431-6.
25. Houshmand M., Holtfreter B., Berg M.H. et al. Refining definitions of periodontal disease and caries for prediction models of incident tooth loss // J Clin Periodontol., 2012, vol.39, p.635-44.
26. Krohn-Dale I., Boe O.E., Enersen M. et al Er YAG laser in the treatment of periodontal sites with recurring chronic inflammation: a 12-month randomized, controlled clinical trial // J Clin Periodontol., 2012, vol.39, p.745-52.
27. Tran T.D., Gay İ., Du X.L. et al Assessment of partial-mouth periodontal examination protocols for periodontitis surveillance // Journal of Clinical Periodontology, 2014, vol.41, p.846-852
28. Mdalaİ., Olsen İ., Haffajee A.D. et al Comparing clinical attachment level and pocket depth for predicting periodontal disease progression in healthy sites of patients with chronic periodontitis using multi-state Markov models // Journal of Clinical Periodontology, 2014, vol. 41, p.837–845,
29. Vandilson P.R., Silvana A.L., Lopes F.l. et al Periodontal status and serum biomarkers levels in haemodialysis patients // Journal of Clinical Periodontology, 2014, vol.12, p. 862–868)
31. Houshmand M., Holtfreter B., Berg M.H. et al. Refining definitions of periodontal disease and caries for prediction models of incident tooth loss // J Clin Periodontol., 2012, vol.39, p.635-44
32. Behl Y., Siqueira M., Ortiz J. et al. Activation of the acquired immune response reduces coupled bone formation in response to a periodontal pathogen. // J. Immunol., 2008, vol.181, №12, p.8711-8718.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı