UŞAQLIQ MİOMASININ EXOQRAFİK DİAQNOSTİKASI

20-10-2017

Müasir qadınların 25%-ə qədərində sonsuzluq uşaqlıq mioması ilə bağlı olur [1,2], bu da reproduktiv sistem xəstəliyi strukturunda 50% təşkil edir [3,4]. Uşaqlıq mioması (UM) eynicinsli olmayan xoşxassəli şişdən ibarətdir olub, ölçüsü, ,okalizasiyası, böyümə tempi, parenxima-stroma nisbəti  (fibromioma, leyomioma, fibroma) morfohistogenezi və klinik təzahür halları ilə fərqlənir. UM inkişaf səbəbləri və mexanizmləri mübahisəli və kifayət qədər öyrənilməmiş olaraq qalmaqdadır. Hazırda onun diaqnostikası və müalicəsi məsələlərində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir [5,6]. Uşaqlıq miomasının diaqnosatikasını yaxşılaşdır-mağa imkan verən çoxlu sayda yeni texnologiyalar yaradılmışdır. Lakin hazırda onların əhəmiyyəti kifayət qədər qiymətləndirilməmişdir. Bu həm artıq uzun müddət tətbiq edilən metdolara (USM, histeroskopiya), həm də  gündəlik prakti-kada məhdud şəkildə sitifadə edilən və ginekoloiyaya tətbiq ediləməyən metodlara: 3D-exoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya [7,8] aiddir. Molekul-yar biologiya, tibbi genetika, klinik immunologiyanın inkişaf etməsi UM, adenomioz və endometriumun hiperplastik proseslərində morfogenezində genetik, hormonal və immunoloji pozuntuların iştirak etməsinin sübut etməyə imkan verir  [9]. Həmçinin UM-nın təkcə diaqnostikası deyil, həm də mülaicəsində məsələlərin həll edilməsinə yeni yanaşmaya tələbat vardır.

Elmi-tədqiqat işinin məqsədi uşaqlıq mioması olan xəstələrin aparılması alqoritmində vizuallaşdırma metodlarının (USM, dopllerometriya) əhəmiyyətinin öyrənilməsindən ibarətdir.

Tədqiqatın material və metodları. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fertil yaşda olan UM 50 qadının klinik-laborator müayinəsi aparılmışdır (əsas qrup). UM 20 qadın konservativ müalicədən sonra qeydə alınmışdır.

Tədqiqata daxil edilmə meyarları: reproduktiv yaş; uşaqlıq miomasının olması;

endometrium və yumurtalıqlar tərəfindən patologiyaların olmaması; ikifazalı aybaş sikli; xəstəlik başlayana qədər 6 ay müddətində uaşqlıq miomasının hormonal müalicəsi.

Tədqiqatdan istisna edilmə meyaralrı: anomal uşaqlıq qanaxmaları; endometrdə hiperplastik proseslərin olmasına şübhənin olması; kiçik çanaq orqanlarında üzvi patologiyalar.

Tədqiqatlar analitik prospektiv xarakter daşımışdır. Bütn xəstələrə aparılan tədqiqatalar haqqında məlumatlandırılmış və onların razılığı alınmışdır. Tədqiqat aparıldığı müdətdə aşağıdakı etodlardan istifadə edilmişdir:

Klinik-fizikal. Tərəfimizdən müayinə edilən xəstələr xəstələrin şikayətləri, həyat anamnezi, irsi meyillik, yanaşı somatik xəstəliklərin olub-olmaması haqqında məlumatlar, allerqoloji və hemotransfuzion anamnez, mamalıq-ginekoloji anamnez toplanmalıdır. Reproduktiv funksiyaya xüsusi diqqət ayrılmışdır: keçmişdə olan və doğuş ilə sona (eləcə də cərrahi doğuş) yetən hamiləliklərin sayı, tibbi abortların, özbaşına düşüklər, vaxtından əvvəl doğuşların sayı. Eləcə də aybaşı siklinin xarakterinə, ginekoloji xəstəliklərin olmasına də diqqət yetirilmişdir. Bütün xəstələrin temperturu ölçülmüş, dəri və selikli qişa örtükləri yoxlanmış, arterial tzyiq ölçülmüşdür.

Tibbi sənədlərin təhlili tərəfimizdən işlənib hazırlanmış tibbi nəzarət kartları ilə aparılmışdır.

Exoqrafik və dopplerometrik müayinələr real zaman müqyasında skanir aparatlarının kömkliyi ilə işləyən və Dopller (PW və CW) hissəsi ilə təchiz olunmuş Voluson E8, (General Electric Medical Systems, Германия) ultrasəs aparatlarında aparılmışdır.

Alınan nəticələr tətbiqi proqram statistik təhlil proqramlarından istifadə edilməklə işlənmişdir.

Alınan nəticələr və onların müzakirəsi. Hazırda exoqrafiya ginekologiyada aparıcı metod hesab edilir. Bu  metodun tətbiq edilməsi reproduktiv orqanlarda təkcə patoloji prosesləri aşkar etməyə imkan vermir, həm də əksər hallarda onların nozoloji mənsubiyyətini təyin etməyə imkan verir [9].

Uşaqlıq boynunun vəziyyətini yoxlamaq, miomatoz düyünləri aşkar etmək və onların hazırda böyümə dinamikasını qiyməltəndirmək üçün daha effektiv qeyri-invaziv metodika histerosonoqrafiya və uşaqlıq və miomatoz düyün damarla-rının doppleroqrafiyası hesab edilir [5,8].

Qarşıya qoyulan məsələlər müvafiq olaraq reproduktiv yaşda olan miomalı 50 qadına kompleks ultarsəs müayinə aparılmışdır. Həm real rejimdə abdominal, həm də transvaginal skanir müayinələr aparılmışdır, bu zaman daxili cinsiyyət orqanlarının anatomik xüsusiyyətləri və vəziyyətləri qiymtələndirilmişdir. Müayinələr xəstə arxası üstə uzanıq vəziyyətdə olduğu halda, boş sidik kisəsi vəziyyətində aparılmışdır. Bununla yanaşı uşaqlığın ümumi ölçüsü və miometriyanın strukturu qiymətləndirilmiş, miomatoz düyünlər aşkar edilmişdir. Miomatoz düyünlərin lokalizasiyası, böyümə xarakteri, sayı, ölçüsü, uşaqlıq boşluöuna nisbətinə və onların exosturkturlarına xüsusi diqqət yetirilmişdir. Endometiumun struktur və qalınığı qiymətləndirilmiş, uşaqlıq boşluğun deformasiyanın olub-olmaması təyin edilmişdir. Uşaqlıq boynun exostrukturu qiymətləndirilmişdir. Yumurtaqlıq yoxlandıqda onların funksional aktivliyinə (follikulyar aparatın vəziyyəti, sarı cismin olub-olmaması) diqqət yetirilmiş, eləcə dəyumurtalıqlarda patoloji strutkurların olması, onların spayka prosesinə cəlb edilməsi aşkar edilmişdir.

Daha çox 44(92%) xəstədə USM göstəricilərinə əsasən uşaqlığın vəziyyəti anteflexio-versio olmuşdur. 2/3 xəstədə uşaqlıq konturları düzgün olmamış, girintili-çıxıtılı qeydə alınmışdır. 24(48%) xəstədə çoxsaylı uşaqlı miomalar aşkar edilmişdir, 26(52%) xəstədə tək-tək miomalar olmuşdur. Çoxsaylı düyünlr olduöu halda  uşaqlığın həcm  ölçüsü 43,0 sm3 dan 3291,5 sm3 –a qədər dəyişmi, orta həddi 519,5±45,9 sm3 təşkil etmişdir. Tək-tək miomalrda orta həcmi 472,3±45,7sm3 , daha kiçik ölçü 24,0 sm3, daha böyük ölçüsü– 3843,2 sm3 olmuşdur. Düyünləri olan qadınalrda uşaqlığın təqribi ölçüləri cədvəl1-də verilmişdir, miomatoz düyünlərin sayından asılı olaraq əsas 2 yerı ayrılmışdır.

Cədvəl  № 1.

USM göstəricilərinəəsasən uşaqlığın həcmi

Usm üzrə uşaqlığın ölçüsü

Xəstələrin sayı

I qrup (n=24)

II qrup (n=26)

Müt.r.

%

Müt.r.

%

 80-110 sm3

8

33,3

7

26,9

120-300 sm3

5

20,8

8

30,7

320-600 sm3

8

33,3

7

26,9

700 sm3 və daha çox

3

12,5

4

15,3

        Bu göstəricilərdən məlum olur ki, uşaqlıqğın orta və kiçik ölçüləri (uşaqlıq həcmi 300 sm3 –dan çox olmamışdır) IA yarımqrupunda 13(54,1%) xəstə-də, IB yarımqrupunda 8(33,3%) və 15(57,6%) nəfərdə  qeydə alınmışdır. IB yarımqrupunda müayinə edilən uşaqlıqların həcmi 320-600 sm3 arasıdna olmuşdur ki, bu da böyük ölçülərə müvafiq olmuşdur. Nəhəng ölçülər (V = 700 sm3 və daha çox) hər iki yarımqrupdan 3 (12,5 %) və 4 (15,3%) qadında olmuşdur.

Müayinə edilən 44 (88%) nəfərdə miomatriyanın sturkuturu eyncinsli olmamışdır. Mioma düyünlərinin lokalizasiyasından, ölçü və sayından asılı olmayaraq təkcə onların forma. Ölçü və strukturu dəyişməmiş, həm də onların yerləşməsi və uşaqlıq boşluğunda deformasiya və yerdəyişmələr ilə uşaqlıq sturkturunun xarektridə də dəyişmişdir. Reproduktiv yaşda uşaqlıq mioması olan qadınlarda endometriumun qalınlığı 3mm-dən 14 mm-ə qədər olmuşdur ki, bu da aybaşı siklinə uyğun gəlmişdir. Lakin 2 qadında exoqrafiyanın nəticələrinə əsasən endometriumda hiperplasik proses müayinə edilmişdir ki, bu da ayrıca diaqnostik qaşıntının aparılmasının və orqansaxlayıcı əməliyyata aparana qədər histeroskopiaynın aparılmasının tələb etmişdir. Miomatoz düyünlər hesabına M-exo-un yerini dəyişməsi və uşaqlıq boşluğunun deformasiyası  qadından aşkar edilmişdir. Onlarda selikaltı mioma düyünləri olmuşdur.

Miomatoz düyünlərin diametri USM göstəricilərinə əsasə 0,5 sm-dən 11 sm-ə qədər tərəddüd etmişdir, bununla yanaşı dominant düyününü ölçüsü 8-11 sm arasında dəyişmişdir. Təcrid olunmuş uşaqlıq mioması zamanı düyünün diametri 5-11 sm olmuşdur.

USM göstəricilərinə əsasən miomanın böyümə xarakteri üzrə daha çox interstisial böyümə 39(78%), subseroz- 8(16%), submukoz- 3(6%) qadında olmuşdur. Tək-tək və çoxsaylı düyünlər zamanı miomatoz düyünlərin böyümə xarakteri və lokalizasiyası cədvəl 2-də təqdim edilmişdir.

Cədvəl  № 2.

Usm göstəricilərinəəsasən uşaqlıq miomasının böyümə xarakteri    

 

Dominant uşaqlıq miomasının böyümə xarakteri  (п-50)

 

Tək miomalar

olduqda

 

Çoxsaylı miomalar

olduqda

Müt.r.

%

Müt.r.

%

Subseroz

3

6

5

10

İnterstisial

22

44

17

34

Submukoz

1

2

2

4

Cəmi:

26

52%

24

48

Cədvəl 2-dən məlum olur ki, uşaqlıq gövdəsində olan interstisial miomalarüstünlük təşkil etmişdir, buna baxmayaraq xəstələrin təqribən yarısında uşaqlıq boynu ətrafı və intraliqamentar düyünlər də olmuşdur. Ultrasəs müayinəsinin tətbiq edilməsi uşaqlıq miomasının diaqnostikasının dəqiqliyini 97% halda təmin etməyə imkan vermişdir.

Exoqrafiya zamanı 6(12%) xəstədə fərəfimizdən miomatoz düyünlərdə ödem, kistoz və piy degenerasiyası, kalsifikatlar və ərplər şəklində distorfik dəyişikliklər aşkar edilmişdir.

Əksər qadınlarda ultrasəs müayinəsinə əsasən yumutalıqların ölçüçü norma həddində olmuşdur. Bəzi qadınlarda yumurtalıqlda maye artımlar olmuş, exoqrafik olaraq domaninat follikul kimi qiymtələndirilmişdir. Daha 5(10%) qadında sarı cisim kistaları, endometrioid və follikulyar kistalar aşkar edilmişdir.

 Nəticə

 

1.Reproduktiv yaşda qadınlarda mioma bir çox orqan və sistemlərin qabarıq funksiya pozuntuları ilə müşayiət olunur, xəstələrin ağırlaşmış mamalıq-ginekoloji anamnezi, çoxsayda keçirilmiş və yanaşı gedən xəstəliklər, uşaqlıqdaxili cərrahi müdaxilələr,iltihabi proseslər ilə bağlı olmuşdur ki, bu da kompensator-uyğunlaşma mexanizmlərinin və orqanizmin rezerv imkanlarının tükənməsi  ilə bağlı olmuşdur.
2.Ümumi klinik və ginekoloji baxışdan baqaş, şaqlıq miomasının skrininq müayinə metodu exoqrafik müayinə metodu hesab edilir.
3.Transvaginal exoqrafiya ilə doplerometriya effektiv qeyri-invaziv metod hesab edilir,bu metod uşaqlıq miomasının qam təminatının və stukruturunun kəmiyyət və keyfiyyət baxımdan qiymətləndirməyə imkan verir.
4.Uşaqlıq miomasının aşkar edilməsi üzrə praktik fəaliyyətdə aşaöıdakı işlənib hazırlanamış meyarları əldə rəhbər tutmaq lazımdır: exoqrafiya göstəricilərinin qiymətləndirilməsi, qan təminatı və qan axının xüsusiyyətləri və damarlanmanının xarakteri, işin strukturu və lokalizasiyası, patolojo prosesin yayılma dərəcəsi.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Никитина Е.С. Оптимизация оперативного лечения миомы матки: автореферат дис. канд. мед. наук: Ростов н/Д, 2014. - 24 с.
2.Козаченко В.П. Современное лечение больных лейомиомой матки //Русский медицинский журнал. – 2003. – Т. 11. – С. 2
3.Легенис Н.Е., Корень Н.А. Дифференциальный подход к гормональному лечению миом матки с учетом определения содержания рецепторов к эстрогенам и прогестерону //Aкушерство и гинекология. – 2004. – №. 2. – С. 21-23
4.Руководство по амбулаторно-поликлинической помощи в акушерстве и гинекологии/ Под ред. В. И. Кулакова.-М: «ГЭОТАР-Медиа»-2007г
5.Сидорова И.С., Шешукова Н.А., Закаблукова С.В.Патология эндометрия при наличии миомы матки. // Consilium-medicum: Гинекология.-2006:том 08, N
6.Тихомиров А.Л., Леденкова А.А., Абышева В.Г., Шармакова С.М. Гормональная контрацепция и профилактика миомы матки // Вопросы гинекологии, акушерства и перинатологии. – 2009. - №8, Т.6. – С. 21–25
7.Тихомиров А.Л., Олейник Ч.Г., Лубин Д.М. Тактика лечения больных миомой матки. Методическое пособие для врачей.-М.:2007г
8.Савельева Г.М., Бреусенко В.Г., Капранов С.А. Эмболизация маточных артерий в лечении миомы матки. Современное состояние вопроса // Журнал акушерства и женских болезней. – 2010. - №59 (2). – С.81–87
9.Hirst A., Dutton S., Wu O. et al. Multi-center retrospective cohort study comparing the efficacy, safety and costeffectiveness of hysterectomy and uterine artery 156 embolisation for the treatment of symptomatic uterine fibroids. The HOPERFUL study // Health Technol Assess. – 2008. – V.12, S.5. – P.1–24


Müəlliflər:
Y.O. Əliyeva

Digər jurnal və qəzetlər