ANA ÖLÜMÜ HADİSƏLƏRİNİN MÖVSÜMDƏN ASILI DİNAMİKASI

06-10-2017

İlin mövsümlərindən asılı ətraf mühit amillərinin dəyişməsi fonunda əhalinin tibb xidmətləri ilə təminatında da çətinliklər yaranır. Ədəbiyyatda əhalinin xəstələnməsində, ölüm riskində və hətta digər demoqrafik proseslərdə mövsümlülük barədə geniş məlumatlar çoxdur. Xüsusən diqqəti cəlb edən Amerikada və Avropada tibbi-demoqrafik proseslərin fərqli mövsümi xarakterdə olmasıdır. Azərbaycanda ümumi və kardiovaskulyar ölüm riskinin mövsümlüyü çoxlu müşahidələrdə aşkar edilmirşdir [1-7]. Ana ölümü hadisələrinin mövsümdən asılılığı barədə ədəbiyyatda məlumat yoxdur. Ona görə də bu məsələnin araşdırılması aktual hesab edilə bilər.

Tədqiqatın məqsədi.Ana ölümü hadisələrinin çoxillik müşahidəsinə əsasən onların mövsümdən asılı dəyişmə trendinin qiymətləndirilməsi.

Tədqiqatın materialları və metodları.Müşahidə vahidi kimi ana ölümü hadisəsi götürülmüşdür. Ana ölümü hadisəsinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq qadının hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı birinci 42 gün ərzində hər hansı səbəbdən (bədbəxt hadisələr və ya təsadüfi yaranan səbəbdən baş vermiş ölümlər istisna olmaqla) baş vermiş ölümü daxil edilmişdir. Müşahidə 2009-2015-ci illəri əhatə etmişdir (342 ana ölümü hadisəsi). Ölüm hadisəsinin baş verdiyi tarixə müvafiq hadisələr təqvim illəri və təqvim aylarına görə bölünmüşdür. Təqvim aylarında günlərin sayı fərqli olduğuna görə “standart ay”lara (365 gün:12 ay=30,4166) düşən ölüm hadisələri hesablanmışdır (təqvim ayında faktiki ölüm hadisələri: təqvim ayında günlərin sayı×30,4166). Hər təqvim ilində qış (21 dekabr-20 mart), yaz (21 mart-20 iyun), yay (21 iyun-20 sentyabr) və payız (21 sentyabr-20 dekabr) fəsillərində, yay (may, iyun, iyul, sentyabr, oktyabr) və qış (noyabr, dekabr, yanvar, fevral, mart, aprel) aylarında (belə bölgü ədəbiyyatda geniş istifadə olunur [8]) baş vermiş ana ölümü hadisələrinin sayı müəyyən edilmişdir. Ölüm hadisələrinin qeyd olunan mövsümlərə görə dinamikası ən kiçik kvadratlar metodu tətbiq etməklə qiymətləndirilərək əsas trendin riyazi modeli yüksək aproksima-siyaya malik polinominal reqressiya tənliyi ilə ifadə olunmuşdur [8]. Ayırd etdiyimiz dövrlər (aylar, fəsillər) üzrə baş vermiş ana ölümü hadisələrinin təqvim ilində baş vermiş ana ölümü hadisələrinə nisbəti, onun orta xətası hesablanmışdır. Aylar və fəsillərdə ana ölümü hadisələrinin ehtimalının statistik dürüstlüyü t (qoşa müqayisədə) və χ2 (bir neçə ayı və fəsli müqayisə edəndə) meyarı ilə qiymətlən­dirilmişdir.

Alınmış nəticələr.Standart aylar üzrə ölən anaların sayı 1-ci cədvəldə göstə­rilmişdir. Təqvim illərində orta aylıq səviyyədən çox ölüm hadisələri 2009-cu ildə yanvarda, martda, apreldə, avqustda, oktyabrda, 2010-cu ildə martda, iyulda, avqustda, sentyabrda, oktyabrda və dekabrda, 2011-ci ildə martda, apreldə, mayda, 2012-ci ildə yanvarda, fevralda, apreldə, mayda, 2013-cü ildə apreldə, mayda, iyunda, oktyabrda, 2014-cü ildə aprel, may, iyunda və oktyabrda, 2015-ci ildə yanvar və fevralda, iyun, avqust və noyabrda qeydə alınmışdır. Göründüyü kimi, 7 illik müşahidə müddətində orta aylıq səviyyədən çox ölüm hadisələri yanvarda 2 dəfə, fevralda 2 dəfə, martda 3 dəfə, apreldə 5 dəfə, mayda 4 dəfə, iyunda 3 dəfə, iyulda 1 dəfə, avqustda 3 dəfə, sentyabrda 1 dəfə, oktyabrda 4 dəfə, noyabrda 1 dəfə, dekabrda 1 dəfə qeydə alınmışdır. Təqvim illərində aylıq ana ölümü hadisələrinin ümumi trendi izlənilmir. Hər il üçün aylıq trendin riyazi modeli fərqlidir:

–2009-cu il: Y=0,0019x6-0,0713x5+1,0495x4-7,4339x3+25,941x2-40,84x+26,022 (R2=0,5982);

–2010-cu il: Y=0,0009x6-0,0349x5+0,4971x4-3,4529x3+12,028x2-18,624x+12,251 (R2=0,6027);

–2011-ci il: Y=0,0001x6-0,0044x5+0,0519x4-0,1962x3-0,5973x2+5,4971x-2,8965 (R2=0,665);

–2012-ci il: Y=-0,013x6+0,0497x5-0,7303x4+5,1535x3-17,881x2+27,564x-8,6741 (R2=0,372);

–2013-cü il: Y=0,0011x6-0,0486x5+0,8218x4-6,7514x3+27,456x2-49,489x+32,097 (R2=0,4806);

–2014-cü il: Y=2E-05x6-0,007x5+0,2168x4-2,527x3+12,971x2-27,291x+20,808 (R2=0,7597);

- 2015-ci il: Y=-0,0021x6+0,0818x5-1,2285x4+8,9065x3-31,842x2+50,708x-22,66 (R2=0,4719).

Ana ölümü hadisələrinin ilin fəsillərinə görə sayında da ümumi qanunauyğunluq izlənilmir. 2009-cu ildə qışda, 2010-cu ildə yayda, 2011, 2012, 2013 və 2014-cü illərdə yazda, 2015-ci ildə isə payızda nisbətən çox ölüm baş vermişdir. Bütün müşahidə müddətində (2009-cu il istisna olmaqla) yay aylarında qış aylarına nisbətən ölənlərin sayı çox olmuşdur.

Standart aylar, yay və qış ayları, fəsillər üzrə ölüm hadisələrinin xüsusi çəkilərinin müqayisəsi (cədvəl 2) aşağıdakı hallarda statistik dürüst fərq aşkar etməyə imkan vermişdir:

–2009-2015-ci illər üzrə may, iyun və oktyabr aylarında fevral, sentyabr və noyabr aylarına nisbətən statistik dürüst çox ölüm qeydə alınmışdır (p<0,05).

–2012, 2013, 2014-cü illərdə, həmçinin 2009-2015-ci illər üzrə bütövlükdə yazda ölüm hadisələrinin xüsusi çəkiləri statistik dürüst yüksək olmuşdur (p<0,05).

2009-2015-ci illərin məlumatlarına görə ana ölümü hadisələrinin orta günlük sayının təsviri statististikasının nəticələri 3-cü cədvəldə əks olunmuşdur. Müşahidə müddətində orta günlük ölüm hadisələrinin sayı 0,133 olmuşdur. Bu səviyyədən yüksək orta günlük ölüm hadisələri aprel (0,152), may (0,161), iyun (0,171) və oktyabr (0,1650) aylarında qeydə alınmışdır. Göstəricinin ən kiçik səviyyəsi sentyabr ayında müşahidə olunmuşdur. Ayrı-ayrı aylarda orta günlük ölüm hadisələrinin sayının sentyabr ayının müvafiq göstəricisi ilə müqayisə etdikdə statistik dürüst (p<0,05) fərq yalnız iyun və oktyabr aylarında qeydə alınmışdır. Qış (0,125±0,003), yaz (0,161±0,003), yay (0,116±0,003) və payız (0,131±0,002) fəsillərində orta günlük ana ölümü hadisələrinin sayı bir-birindən statistik dürüst fərqlənir. Nisbətən az sayda gündəlik ölüm hadisələri yayda müşahidə olunmuşdur. Bu səviyyədən statistik dürüst yüksək sayda ölüm hadisələri yazda, payızda və qışda qeydə alınmışdır. Qış və payız fəsillərində ölüm hadisələrinin orta günlük sayı bir-birindən statistik dürüst fərqlənmir (müvafiq olaraq 0,125±0,003 və 0,131±0,002; p>0,005). Yazda orta günlük ölüm hadisələrinin sayı bütün digər fəsillərlə müqayisədə statistik dürüst çoxdur.

Beləliklə, ana ölümü hadisələrinin təqvim illərinin aylarında, fəsillərində orta günlük səviyyəsi bir-birindən statistik dürüst fərqlənir: nisbətən yüksək səviyyə iyun ayında (0,171±0,0028) və yaz fəslində (0,161±0,003), nisbətən aşağı səviyyə sentyabr ayında (0,1±0,017)və yay fəslində (0,116±0,003) müşahidə olunur.

Cədvəl  № 1.

Təqvim illərinin standart ayları (30,42 gün), fəsilləri, yay və qış ayları üzrə ana ölümü hadisələrinin sayı

 

     İllər

Aylar

və fəsillər

2009

2010

2011

2012

2013

2014

2015

2009-2015

Yanvar

 4,9

2,9

2,0

4,9

3,9

3,9

3,9

26,5

Fevral

2,2

1,1

4,4

8,7

1,1

2,2

5,4

25,0

Mart

6,9

5,9

6,9

0

3,9

2,0

2,9

28,5

Aprel

5,1

4,1

6,1

5,1

6,1

6,1

0

32,4

May

2,0

3,9

5,9

7,9

4,9

6,9

2,9

34,3

Iyun

2,0

4,1

4,1

4,1

8,1

6,1

8,1

36,5

Iyul

2,0

7,9

6,9

3,9

2,0

3,9

2,0

28,5

Avqust

4,9

5,9

3,9

3,9

1,0

0

4,9

24,5

Sentyabr

2,0

5,1

4,1

2,0

4,1

3,0

1,0

21,3

Oktyabr

4,9

5,9

4,9

2,9

7,9

4,9

3,9

35,3

Noyabr

0

3,0

4,1

3,0

3,0

4,1

5,1

22,3

Dekabr

2,9

6,9

4,9

2,0

3,9

2,0

3,9

26,5

Cəmi

39,8

56,7

58,2

48,4

49,9

45,1

44,0

341,6

Qış

14,0

9,9

13,2

13,6

8,9

8,1

12,3

79,9

Yaz

9,1

12,0

16,0

17,0

19,1

19, 0

11,1

103,3

Yay

8,9

18,8

14,9

9,9

7,0

7,0

7,9

74,3

Payız

7,9

15,8

13,9

8,0

14,8

10,9

12,9

84,1

Yay ayları

18

33

30

25

28

25

23

182

Qış ayları

22

24

28

23

22

20

21

160

Orta aylıq

3,3

4,8

4,8

4,0

4,2

3,8

3,7

4,1


Cədvəl  № 2.

 Standart aylar üzrə (30,42 gün) ölən anaların xüsusi çəkisi

 

     İllər

 

Aylar     və fəsillər

 

2009

 

2010

 

2011

 

2012

 

2013

 

2014

 

2015

 

2009-2015

Yanvar

12,5±5,2

5,3±2,9

3,4±2,4

10,4±4,3

8,0±3,8

8,9±4,2

9,1±4,3

7,9±1,5

Fevral

5,0±3,4

1,8±1,8

6,9±3,5

16,7±5,5

2,0±2,0

4,4±3,1

11,4±4,9

6,7±1,4

Mart

17,5±6,0

10,5±4,1

12,1±4,2

0

8,0±3,8

4,4±3,1

6,8±3,7

8,5±1,5

Aprel

12,5±5,2

7,0±3,4

10,3±4,0

10,4±4,3

12,0±4,6

13,3±5,1

0

9,4±1,6

May

5,0±3,4

7,0±3,4

10,3±3,9

16,7±5,5

10,0±4,2

15,6±5,4

6,8±3,7

10,2±1,6●

Iyun

5,0±3,4

7,0±3,4

6,9±3,3

8,3±3,9

16,0±5,2

13,3±,1

18,2±5,8

10,5±1,7●

Iyul

5,0±3,4

14,0±4,6

12,1±4,2

8,3±3,9

4,0±2,7

8,9±4,2

4,6±3,1

8,5±1,5

Avqust

12,5±5,2

10,5±4,1

6,9±3,3

8,3±3,9

2,0±2,0

0

11,4±4,7

7,3±1,4

Sentyabr

5,0±3,4

8,8±3,8

6,9±3,3

4,2±2,9

8,0±3,8

6,7±3,7

2,3±,2

6,1±1,3

Oktyabr

12,5±5,2

10,5±4,1

8,6±3,6

6,3±3,4

16,0±5,2

11,1±4,6

9,1±4,3

10,5±1,6●

Noyabr

0

5,3±3,0

6,9±3,3

6,3±3,4

6,0±3,4

8,9±4,2

11,4±4,7

6,4±1,4

Dekabr

7,5±4,2

12,3±4,3

8,6±3,6

4,2±2,8

8,0±3,8

4,4±3,1

9,1±4,3

7,9±1,5

Qış

35,0±7,5

17,5±5,0

22,4±5,5

27,1±6,4

18,0±5,4

17,8±5,7

27,3±6,7

23,1±2,3

Yaz

22,5±6,6

21,1±5,4

27,6±5,9

35,4±6,9●

38,0±6,9●

42,2±7,4●

25,0±6,5

30,1±2,5●

Yay

22,5±6,6

33,3±6,3

25,9±5,7

20,8±5,8

14,0±4,9

15,6±5,4

18,2±5,8

21,9±2,2

Payız

20,0±6,3

28,1±6,0

24,1±5,6

16,7±5,4

30,0±6,9

24,4±6,4

29,6±6,9

24,9±2,3

Yay ayları

45,0±7,9

57,9±6,5

51,7±6,6

52,1±7,2

56,0±7,0

55,6±7,4

52,3±7,5

53,2±2,7

Qış ayları

55,0±7,9

42,1±6,5

48,3±6,6

47,9±7,2

44,0±7,0

44,4±7,4

47,7±7,5

46,8±2,7



Cədvəl  № 3.

Ana ölümü hadisələrinin orta günlük sayının təsviri statistikası

Aylar

Orta günlük

Orta xəta

Moda

Mediana

Standart kənaraçıxma

Dispersiya

Yanvar

0,124

0,013

0,129

0,129

0,034

0,001

Fevral

0,117

0,034

0,071

0,071

0,091

0,008

Mart

0,133

0,032

0,129

0,129

0,086

0,007

Aprel

0,152

0,027

0,2

0,166

0,071

0,005

May

0,161

0,026

-

0,161

0,069

0,004

Iyun

0,171●

0,028

0,133

0,133

0,075

0,005

Iyul

0,133

0,030

0,064

0,129

0,079

0,006

Avqust

0,115

0,027

0,161

0,129

0,071

0,005

Sentyabr

0,1v

0,017

0,066

0,1

0,047

0,002

Oktyabr

0,165●

0,019

0,161

0,161

0,050

0,002

Noyabr

0,104

0,019

0,1

0,1

0,052

0,002

Dekabr

0,124

0,021

0,064

0,129

0,057

0,003

● p<0,05 (sentyabr ayı ilə müqayisədə)

∆ p<0,05 (yay fəsli ilə müqayisədə)

Alınmış nəticələrin müzakirəsi.Ədəbiyyatda ana ölümü hadisələrinin mövsümi xarakteri barədə məlumat məhduddur, amma tibbi-demoqrafik (doğum, ölüm) göstəricilərinin ilin ay və fəsillərindən asılı dəyişməsi çox müşahidə olunmuşdur 1-7]. Bu mənbələrdə ayrı-ayrı ölkələrdə və regionlarda fərqli mövsümi dinamika əks olunmuşdur. Amerika Birləşmiş Ştatlarında ağ dərili əhali yanvarda, qara dərili əhali isə apreldə doğuşla bağlı çox müraciət etmişdir. Qərbi Avropa ölkələrində doğuşun yüksək səviyyəsi fevral-aprel aylarına düşür. Pencabda yüksək doğuş səviyyəsi ilin ikinci yarısında (iyul-dekabr) qeydə alınmışdır. Belorusiyada ümumi ölüm riskinin mövsümü xarakteri sübut olunmuşdur. Bizim müşahidəmiz ana ölümü riskinin təqvim illərinin ayrı-ayrı aylarında yüksək olmasını (2009-cu ildə mart-aprel; 2010cu ildə iyul-avqust, 2011-ci ildə iyul və mart aylarında və sair) göstərir. Amma əksər hallarda orta aylıq ana ölümü hadisələri may, iyul, və oktyabrda və yaz fəsillərində çox müşahidə olunmuşdur. Ana ölümü hadisələrinin orta günlük sayının təsviri statistikası mövsümü dinamikanı daha aydın əks etdirir: iyun və oktyabr aylarında, yaz və payız fəsillərində göstəricinin səviyyəsi nisbətən yüksək, sentyabr və noyabr aylarında, qış fəslində isə nisbətən aşağı səviyyədədir.

Nəticələr

1.Ana ölümü hadisələrinin ilin fəsillərindən asılı statistik dürüst dəyişməsi 2012-2014-cü illərdə təsdiq olunur (yazda risk böyükdür), 2009-2011-ci və 2015-ci illərdə təsdiq olunmur. 2009-2015-ci illər üzrə ümumi mövsümi səciyyə yazda ana ölümü riskinin statistik dürüst çox olmasıdır.
2.Ana ölümü hadisələrinin orta günlük sayı təqvim aylarında 0,1-0,171 intervalında dəyişir, statistik dürüst yüksək göstərici iyun və oktyabr aylarında, yaz və payız fəsillərində, kiçik göstərici isə sentyabr və noyabr aylarında, yay fəslindəmüşahidə olunur.
3.Ana ölümü hadisələrinin mövsümi dəyişmə ehtimalı onun profilaktikasına yeni yanaşma zərurətini yaradır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Антипова С. И., Антипов В. В., Гришенкова Л. Н., Метельская М. А. Ритмологические особенности годовой смертности населения Республики Беларусь // Медицинские новости, 2013, N4, с.38-42
2.Lam D. A. and Miron J. A. Global patterns of seasonal variation in Human Fertility // Annals New York Academy of Sciences.
3.Шубат О. М. Демографические развитие Уральского региона: статис­тическое исследование рождаемости // Вопросы статистики, 2014, N 1, с. 43-48
4.Подольная Н. Н., Бикеева М. В., Катынь А. В. Демография и статистика населения. Учебное пособие. Саранск, 2015, 132 с.
5.Hughes M. M., Katz J., Mullany L. C. et al. Seasonality of birth outcomes in rural Sarlahi District, Nepal: a population based perspective cohort// BMC Pregnancy and childbirth, 2014, 14:310
6.Osei E., Agbemefle J., Kye-Duodu G. and Binka F. N. Linear trends and seasonality of births and perinatal outcomes in Upper East Region, Ghana from 2010 to 2014// BMC Pregnancy and Child birth, 2016, 16:48
7.Чуприков А. П., Мехова А. В., Вайсерман А. М. и др. Изменения сезонного паттерна рождаемости в Украине в 1960-2009 гг // Демографiя мa соцiальна економiка, 2015, N3 (125), c. 87-98
8.Стентон Г. Медико-биологическая статистика. Москва. Практика. 1999. 459 с.


Müəlliflər:
L.M. Rzaquliyeva
N.C. Həsənova

Digər jurnal və qəzetlər